E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə119/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   113   114   115   116   117   118   119   120   121

 
246
Sığorta bazarı - maliyyə-pul münasibətlərinin xüsusi bir bölməsidir. Burada bazar 
münasibətlərinin obyekti kimi spesifik bir əmtəə alqı-satqı  əməliyyatlarının iştirakçılarına 
göstərilən sığorta xidməti çıxış edir. 
 
Softlaşma - bir hadisə kimi qeyri-material resurslarının, o cümlədən, müxtəlif-servis xidməti, 
cəmiyyətin intellektual potensialı, işçi qüvvəsi və kadr hazırlığı konsaltinq, ekspert, idarəetmə 
sənətkarlığının iqtisadi inkişafın amilinə çevrilməsi kimi xarakterizə etmək olar. 
 
Solo-veksel - ödəməni icra etməyə borclu olan bir şəxsin imzası ilə vekseldir. 
 
Son hədd xərcləri - növbəti /sonuncu/ məhsulun hazırlanmasına sərf olunan xərclərin 
kəmiyyətini xarakterizə edir. Əgər məhsul istehsalı bir-bir artarsa, son hədd xərclərinin 
kəmiyyəti ümumi istehsal xərclərinin qonşu kəmiyyətlərinin fərqi kimi; yox, əgər məhsul 
istehsalı çox miqdarda artıqda isə  həmin kəmiyyət ümumi xərclərin artım miqdarının məhsul 
buraxılışının sayının artmasına olan nisbəti kimi müəyyən edilir. 
 
Sovet neft hasilatının tarixi mərhələləri - 1.1919-28-ci illər - Qafqaz mədənlərinin bərpası, 
2.1929-40-cı illər - Qafqaz neftinin artımı və Volqa boyunda «1-ci Bakının açılışı», 3.1941-45-ci 
illər Böyük Vətən müaribəsi illəri - Volqa-Ural əyalətinin  əhəmiyyətinin artımı, 4.1946-70-ci 
illər - Qafqaz yataqlarının potensialının bərpası  və 2-ci Bakının, o cümlədən, yeni yataqların 
işlənməsi, 5.1971-ci ildən başlanır-Qərbi Sibir yataqlarının işlənməsi dövrlərini əhatə edir. 
 
Sövdələşmə qiymətləri - adətən, sövdələşmələr bağlanarkən tətbiq edilir. Bəzən faktiki 
sövdələşmə qiymətləri təklif qiymətlərindən xeyli fərqlənir. 
 
Spot - əmtəənin təcili verimi və ona müvafiq ödənişi əks etdirir. 
 
Ssuda - rus sözü olub elə kredit deməkdir. 
 
Staqnasiya - iqtisadiyyatada, ticarətdə sıfır, mənfi iqtisadi artım və ya durğunluq deməkdir. 
 
Staqflyasiya - iqtisadiyyatda istehsal səviyyəsinin inkişafının dayanmasının və  hətta aşağı 
düşməsinin arasıkəsilməz qiymət artımının sürətləndirilməsi ilə əlaqələndirilməsidir. 
 
Standart-kost - daxili auditin tərkib hissəsi kimi, standart-kost smeta nəzarətini rəhbər tutur. 
Faktiki göstəricilərin təsbit edilmiş standartlarda smeta fərqliliyinin müəyyən olunması, mənfəət 
və xərclər baxımından mümkün korrektələrin qeydiyyatı standart-kost sisteminin ana xəttini, əsas 
struktur komponentini təşkil edir. 
 
Statika - sükunət, dinamika.  
 
Statistika - /italyanca  stato,  latınca  status - dövlət/  iqtisadi informasiya və göstəricilərin 
toplanması, emali və təhlili prosesi. 
 
Statistik uçot - kütləvi müşahidə, müqayisə, qruplaşdırma, təhlil, statistik məlumatların alınması 
və işlənməsini ifadə edir. Burada ölçü sistemi çoxşaxəli və genişdir.  
 
Stividor - nəqliyyat-ekspeditor təşkilatları barədə tətbiq olunan ümumi addır. 
 
Stok-Not - eksportyor tərəfindən satışa təklif olunan meşə materiallarının bəzi növlərinin 
xüsusiyyətini xarakterizə edən ifadədir. 


 
247
Strateji planlaşdırma - statistik, normativ, balans və ekspert metodlarını  əks etdirən 
planlaşdırma strateji aspektdə komplekslilik, sistemlilik kimi prinsipal əsaslarda qurulan təyinatı 
ilə seçilir. Strateji planlaşdırma üç əsas mərhələdə: diaqnostika, məqsədlərin 
müəyyənləşdirilməsi və  təyinatı, tədbirlərin - strategiyanın işlənməsi və reallaşmasında ehtiva 
olunur. Struktur işsizlik -  istehlak tələbinin tərkibində və istehsal texnologiyasında baş verən 
dəyişikliklər nəticəsində əmələ gəlir. Çünki belə dəyişiklik bəzi ixtisaslara olan tələbi azaldır və 
ya ümumiyyətlə heç tələb olmur.  
 
Subsidiya - /latınca subsidium - kömək, yardım/ milli istehsalın müdafiəsi və inkişafı üçün 
dövlətin ayırdığı vəsait. Dotasiya və qrant kimi növləri vardır. 
 
Subvensiya - yerli orqanlara və ya ayrı-ayrı  təsərrüfat sahələrinə müəyyən məqsədlər üçün 
verilən dövlət maliyyə yardımı formasıdır. 
 
Subkomitent - istehsalçının malın satılmasını həvalə etdiyi şəxs. 
 
Sublisenziya - lisenziyaların üçüncü şəxsə satılmasında lisenziata verilən hüquqdur. 
 
Sürüşkən qiymətlər - uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət 
sövdələşmələrində istifadə edilir. 
 
Svift - beynəlxalq ödəmələri kompyüter şəbəkələri vasitəsilə  həyata keçirməkdə 
avtomatlaşdırılmış sistemdir. 
 
Svop - ingiliSCə dəyişmə deməkdir, yəni müəyyən müddətdən sonra geriyə dəyişmək öhdəçiliyi 
ilə milli valyutanın xarici valyutaya dəyişməsi üzrə  əməliyyat mənasını daşıyır və  mərkəzi 
banklar arasında həyata keçirilir. Kontraktın xüsusi tipi. Burada hər iki tərəf müəyyən intervalda 
tədiyyə mübadiləsi edir. 
 
Şaquli  İnteqrasiya olunan Təşkilat /ŞİT/- axtarış  və  kəşfiyyatdan son istehlakçıya - yanacaq 
doldurma məntəqəsinədək tsikli əhatə edən konqlomerat təşkilat. 1879-cu ildə Bakıda  «Nobel 
qardaşları yoldaşlığı» Neft Şirkəti ilk ŞİT hesab olunur. 1882-ci ildə ABŞ-da «Standartoyl» 
timsalında bu nümunə  təkrar olunmuşdur. Bir çox xüsusiyyətlərinə görə ARDNŞ-də  ŞİT 
təyinatlıdır. 
 
Şirkətlər alyansı - üç tarixi mərhələni əhatə edərək: köhnə ittifaqlar - tarixi ənənəyə əsaslanır, 
ikinci dalğalı alyanslar - daha mütəşəkkil biznesə  və idarəetmə mexanizmlərinə  əsaslanır, 
şəbəkəli alyanslar - partnyorların sayı,  ərazi müxtəlifliyi texnoloji həlqənin mürəkkəbliyi ilə 
fərqlənir və daha mükəmməl menecer hazırlığı  tələb edir. Hər üç alyans növü zəmanəmizdə 
paralel inkişaf tapsa da daha çox strateji alyanslar adlanan ikinci və üçüncü növ alyanslar 
mütərəqqi hesab edilir. 
 
Taym-çarter - ticarət gəmisinin və ya onun hissəsinin müəyyən müddətə /adətən 12 aydan çox 
olmayaraq/ icarəyə verilməsi barədə dəniz müqaviləsidir. 
 
Taymşit - xarici dəniz daşımaları zamanı  gəminin yüklənməsi və ya boşaldılmasına gedən 
faktiki vaxtın müddəti qeyd edilən dəniz sənədidir. 
 
Tantyema - gəlirdən faiz növündə  səhmdar cəmiyyətinin, bankın, sığorta kompaniyalarının 
direktorlarına və ali qulluqçularına verilən mükafatdır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə