E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə104/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   100   101   102   103   104   105   106   107   ...   121

 
216
Birca kursu - birca fondunda tədavüldə olan qiymətli kağızların dəyəridir. Birca kursu ssuda 
faizi səviyyəsi ilə həmin qiymətli kağızların gəlirlilik səviyyəsi arasındakı nisbətlə təyin olunur. 
 
Birca qiymətləri - ayrı-ayrı bircalar tərəfindən müstəqil surətdə  təyin olunur. Bircalarda təyin 
edilən qiymətlər, keyfiyyəti, həcmi və göndərmə müddəti vahid şəklə salınmış  şəraitdə  həyata 
keçirilən real müqavilələrin qiymətləridir. 
 
Bonus - kontrakt sahəsindən istifadə hüququna malik olmaq üçün verilən haqq deməkdir. 
 
Bonifikasiya - əgər malın keyfiyyəti müəyyən edilmiş müqavilədəki keyfiyyətdən yüksək olursa
malın qiymətinə müqavilədə şərtləşdirilmiş əlavədir.  
 
Borc vəsaiti - müəssisənin dövlət və digər ixtisaslaşdırılmış banklarda müvəqqəti istifadə üçün 
aldığı pul vəsaitidir. Mövcud qaydaya uyğun olaraq borc vəsaiti yalnız müəyyən  şərtlərlə, 
konkret məqsəd və müddət üçün verilir. Müddət nəzərə alınmaqla borc vəsaiti qısamüddətli və 
uzunmüddətli borclara bölünür. 
 
Briqada podratı - əməyin təşkili və stimullaşdırılmasının mütərəqqi formasıdır. Podrat briqadası 
müdiriyyət ilə briqada arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərir. Briqada bodratı 
tikintidə, sənayedə, nəqliyyatda, kənd təsərrüfatında yaradılır. 
 
Broker - /ingilis və fransızca brocour vasitəçi, kiçik ticarətçi/ bircada əmtəə, qiymətli kağızlar 
və valyuta bircasında vasitəçilik edən  şəxsdir. Broker ona almaq və satmaq tapşırığı verənin 
adından və onun hesabına fəaliyyət göstərir, vasitəçiliyə görə müəyyən gəlir əldə edir. 
 
Brokerac - bircada aksiyaların və ya başqa qiymətli kağızların sahibi və ya gələcək sahibinin 
tapşırığı ilə səhm və qiymətli kağızların alınması və ya satılması deməkdir.  
 
Büdcə - /latıca bulga, fransızca bougette - hər iki dildə kisə, sandıq/ cari il üçün gəlir və xərclərin 
pul ifadəsində hesablanmış nisbətdə bölgüsü sistemidir. 
 
Cari qiymətlər - müəyyən vaxt dövründə  məhsul göndərişinin həyata keçirildiyi qiymətlərdir. 
Onlar bir müqavilənin yerinə yetirilməsi müddətində bazar konyukturundan asılı olaraq dəyişə 
bilərlər. 
 
Çarter - /latınca charta - kağız sənəd/ nəqliyyat vasitələrinin icarəyə verilməsi haqqında 
müqavilədir, fraxtı təstiqləyən sənəd. 
 
Çatdırılma məntəqəsi - karbohidrogenlərin sahildəki işlənmə  və saxlanma terminalında 
qoyulmuş  məsrəf ölçən cjhazın çıxış flansı  və ya quyunun ağzı ilə  həmin çıxış flansı arasında 
podratçının tövsiyyələri əsasında rəhbər komitə tərəfindən vaxtaşırı təyin edilən hər hansı digər 
nöqtə, yaxud nöqtələr deməkdir. 
 
Coğrafi /məkan/ vəziyyətinə görə bazarlar - Buraya yerli, regional, milli, iri regionlararası və 
dünya bazarları daxildir. Bunların bir-birindən olan fərqləri adlarındakı müxtəliflikdə aydın ifadə 
olunur.  
 
Çıxarıla bilən ehtiyatlar - hazırkı  məqamda strukturda mövcud neft-qaz ehtiyatının çıxarıla 
bilən hissəsi. 
 
Çətin çıxarıla bilən ehtiyatlar - geoloji və rentabellik baxımdan çətin çıxarıla biləcək ehtiyatlar. 


 
217
Debet - ikitərəfli cədvəl formasında olan mühasibat hesabının sol tərəfidir. Pul vəsaitlərinin, 
əmtəə-material sərvətləri /məsələn, hazır məhsul, bitməmiş istehsal, material, yanacaq və sair/ 
ehtiyatlarının vəziyyətini və  hərəkətlərini qeyd etmək üçün istifadə olunan hesablarda debetdə 
hər ayın əvvəli üçün nəzərə alınan mövcud sərvətlər və ay ərzində onların daxil olması göstərilir.  
 
Debit - /fransızca debit - sərf/ vahid zamanda təbii və süni mənbələrdən alınan maye və qazın 
həcmi. Neft-qaz sənayesində geniş tətbiq olunur. Quyunun məhsuldarğının əsas göstəricisidir. 
 
Debitor - borclu deməkdir; hüquqi və fiziki şəxslərin müəssisəyə, təşkilata, idarəyə pul borcu ola 
bilər. Başqa sözlə, ünvanına yüklənib göndərilmiş malların dəyərini ödəməyən alıcı müəssisə, 
ezamiyyət və əməliyyat-təsərrüfat xərclərinə görə avans almış fəhlə və ya qulluqçu, aşkar edilmiş 
israfçılıq, əksikgəlmə və sair hallara görə haqq-hesab verən maddi məsul şəxs debitor ola bilər. 
 
Defisit - qıtlıq, nəyinsə azlığı, maliyyə sahəsində gəlirlər üzrə xərclərin artması nəticəsində zərər, 
çatışmama deməkdir. 
 
Deflyasiya - /latınca  deflatio - genişlənmə, şişirtmə/ artıq kağız pulların tədavüldən çıxarılması 
ilə pul kütləsinin azaldılmasıdır. Bu, əksər hallarda pul islahatlarından öncə baş verir. 
 
Depressiya - /latınca  depressio - kiçilmə, dərinləşmə/ iqtisadi eniş prosesi  İqtisadi tsikl dörd 
fazanı: eniş, depressiya, canlanma və yüksəlişi  əhatə edir. Yüksəliş iqtisadi inkişaf  əyrisinin 
yüksək nöqtəsi depressiya isə onun aşağı həddidir. Bununla belə qeyd olunmalıdır ki, ən müdrik 
depressiya iqtisadiyyat üçün gərəkli ola bilər. Belə  vəziyyət iqtisadi sistemi daha səmərəli və 
canlı işləməyə vadar edir. Vurğulanmalıdır ki, depressiya yeni iqtisadi tsiklik başlanğıcıdır. 
 
Deklarasiya /bəyannamə/ - latınca  ərizə, bəyannamə deməkdir. Deklarasiyanın gömrük 
/sərhəddi keçmək üçün qiymətli  əşyaların adları, sayı, qiyməti, qablaşdırma növü və sairi 
göstərilməklə gömrükxanaya təqdim edilən  ərizə/, poçt /sərhəddən kənara göndərilən pul və 
qiymətli paketlərə  əlavə edilmiş poçt sənədi/ vergi /gəlirinin,  əmlakının və sairin miqdarı 
haqqında verginin ödənilməsinə cəlb olunan şəxsin ərizəsi/ kimi növləri vardır. 
 
Dekompozisiya metodu - idarəetmə  nəzəriyyəsində sistemin sadələşdirilməsi geniş  təhlil 
obyekti kimi şərh olunur. Onun köməyi ilə sistem tərkib və sistemaltı hissələrə, məqsəd və 
məqsədaltı tapşırıqlara və digər törəmə qruplara bölünərək bir-birindən asılı olmadan həll edilir. 
Sonradan onlar arasında rabitə, uzlaşma aparılır. Bu sistemli təhlilin ikinci fazasında daha 
mühümdür. Burada sistemin elementlərinin qarşılıqlı əlaqəliliyi müəyyən edilir. 
 
Dekort - vaxtından  əvvəl ödənilmiş  məbləq üçün və ya malın kəmiyyəti və keyfiyyəti sazişin 
şərtlərinə uyğun gəlmədi hallarda həmin malın qiymətinə edilən güzəştlərdir. 
 
Demerc - gəminin limanda şərtləndirilmiş müqavilədən əlavə boş dayanması üçün yük sahibinin 
gəmi sahibinə ödədiyi cərimədir. 
 
Demonopolizasiya - tədarükçülərə öz şərtlərini diqtə edən bir məhsul istehsalçısının dövlət və ya 
başqa inhisarı ləğv etməsidir.  
 
Dempinq - /ingiliSCə dompen, dumpen – atmaq, düşmək, əldən salmaq/ qəsdən ucuzlaşdırılmış 
eksport-malların xarici bazarda daxili bazara nisbətən öz dəyərindən ucuz qiymətə satılmasıdır. 
 
Denonasiya – bir dövlətin o birisinə aralarında bağlanan müqavilənin ləğv edilməsi barədə 
xəbərdarlıq mənasını daşıyır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə