E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə103/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   99   100   101   102   103   104   105   106   ...   121

 
214
Bazar - ayrı-ayrı  əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə  fəaliyyəti mexanizmi 
olmaqla iqtisadi münasibətlərdə  tələblə-təklifin məcmusu,  hər hansı  əmtəə üzrə bir qrup 
adamların sövdələşməsi ilə baş verən sıx fəaliyyət münasibətləri və  əmtəə  və  əmtəə-pul 
mübadiləsi formasıdır. Bazarın əmtəələr və xidmətlər bazarı, istehsal vasitələri bazarı, iş qüvvəsi 
bazarı, elmi-texniki işləmələr, innovasiya və patent bazarı, valyuta, maliyyə-qiymətli kağızlar 
bazarı, mənzil bazarı; informasiya məhsulları bazarı kimi növlərini fərqləndirirlər. Joğrafi 
vəziyyətinə görə bazarlar - müvazinətli bazar, əmtəə artıqlığı olan bazar, defisitli bazar, azad 
rəqabətli bazar, inhisarçı bazar, qarışıq və oliqapolik bazar, geniş çeşidli əmtəələr bazarı; qarışıq 
əmtəələr bazarı; topdansatış və pərakəndəsatış bazarlarına təsnifləşdirilir. 
 
Bazar qiyməti  - bazarlarda tələb və  təklifin qarşılıqlı  təsiri və  əlaqəsi nəticəsində  əmələ  gəlir. 
Tələb və  təklif arasında tarazlıq səviyyəsinə uyğun qiymət, tarazlıq qiyməti adlanır. Tarazlığın 
səviyyəsi və qiyməti göstərir ki, bazarda bir-birinə qarşı  əks qüvvələr kimi çıxış edən tələb və 
təklifin səviyyələri necə uyğunlaşmışdır. 
 
Bazar iqtisadiyyatı - azad təsərrüfatçılıq mənasını daşıyır. Bazar iqtisadiyyatının üç modelini 
fərqləndirirlər: 1) liberal bazar iqtisadiyyatı modeli - xüsusi mülkiyyətin iqtisadiyyatda payının 
çox olması  və üstün mövqe tutması ilə, təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam 
sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən ola biləcək təsirindən qorunması ilə, dövlət 
tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi ilə, 
əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edilməsindən dövlətin təjrid edilməsi ilə
sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən xərclərin qalıq xarakter daşıması ilə, ümumi 
milli məhsulda dövlət büdcəsinin payının az olması ilə  və sairlə xarakterizə olunur; 2) sosial 
yönümlü bazar iqtisadiyyatı - çox və ya az dərəcədə dövlət sektorunun olduğu qarşılıqlı 
iqtisadiyyatın olması ilə, nəinki makroiqtisadi proseslərin, hətta bazar subyektlərinin 
fəaliyyətinin ayrı-ayrı sahələrinin dövlət tərəfindən tənzimlənməsi ilə, dövlət tərəfindən əhaliyə 
qeyri-istehsal sahəsindəki xidmətlərin pulsuz göstərilməsi, ailə  gəlirlərindən asılı olmayaraq 
cəmiyyətin bütün üzvlərinin bu xidmətdən istifadə etməsi üçün sosial təminat yaradılması, hər 
bir vətəndaşa pulsuz təhsi, səhiyyə xidməti alması hüquqlarının həyata keçirilməsinə  təminat 
verilməsi ilə, işsizlərin sayının minimuma endirilməklə  əhalinin məşğulluğunun tənzimlənməsi 
ilə, ümumi milli məhsulun tərkibində dövlət büdcəsinin xüsusi çəkisinin çox olması və sair ilə 
səciyyələnir; 3) sosial-demokrat yönümlü bazar iqtisadiyyatı - sosial yönümlü bazar iqtisadiyyatı 
modeli ilə demək olar ki, eynidir. Buna baxmayaraq, bu model üçün dövlət mülkiyyətinin həddən 
artıq çox olması xarakterikdir. Bazar iqtisadiyyatının bu modeli ən çox İsveçrədə  tətbiq 
olunduğundan ona bəzən İsveç modeli də deyilir. 
 
Bazar infrastrukturu - dedikdə, iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət edən 
və onun fəaliyyəti üçün zəruri  şərait yaradan tərkib hissəsi nəzərdə tutulur. Bazar 
infrastrukturunun ən mühüm tərkib ünsürləri kimi əmtəə, fond, valyuta və əmək bircaları, lizinq 
kampaniyaları, banklar, auksionlar, yarmarkalar çıxış edirlər. 
 
Bazar fondları - şəxsi istehlak üçün daxili bazarda əhaliyə təklif edilən malların məcmusudur. 
Onlar bir çox istehlak predmetləri üzrə  mal ehtiyatlarının  əsas hissəsini, məsələn, mebellərin 
80%-dən çoxunu, dəri ayaqqabıların və tikiş  məmulatlarının 90%-ni təşkil edir. Bazar fondları 
həcminə və strukturuna görə bir tərəfdən istehsal həcmi, mal təyinatı ilə, digər tərəfdən - əhalinin 
alıcılıq fondlarının həcmi ilə əlaqələndirilir.   
Benisifar - pulu akkreditiv və ya digər bank əməliyyatı üzrə alan. 
 
 
 
 


 
215
Benzin - yüngül karbohidrogenlərin qarşışığı olub 30-250 dərəcə selsidə qaynayan mayedir. Onu 
neftin krenkinq üsulu ilə emalından alırlar. Benzinin keyfiyyəti onun oktanlıq dərəcəsi ilə 
ölçülür. Yüksək keyfiyyətli benzin əldə etmək üçün onu şaxtadan qoruyucu elementlərlə 
zənginləşdirirlər.  Ən keyfiyyətli benzin qeyri-etil tərkibli benzindir. Benzinin iqtisadi həyatda 
oynadığı rol genişdir. Alman mühəndisləri Dayemler və Benz daxili yanma mühərrikini kəşf 
edənə qədər benzin təhlükəli tullantı olaraq heç bir əhəmiyyət daşımırdı. Onu sadəcə lüzumsuz 
çıxdaş kimi xarij edir və ya yandırırdılar. Müasir zamanda isə benzin mühüm xalq təsərrüfatı 
əhəmiyyəti olan enerjidaşıyıcısına çevrilmişdir. 
 
Beynəlxalq kredit - borc kapitalının ölkələr arasında hərəkəti və  fəaliyyəti ilə  əlaqədar olaraq 
verilən kredit növüdür. Kreditor və borc alan rolunda banklar, iri şirkətlər, xüsusi sahibkarlar, 
dövlət idarələri, hökumət, həmçinin beynəlxalq və regional təşkilatlar çıxış edə bilərlər. 
 
Bentonit – qazma qatışığına əlavə edilən təbii gil növü.  
 
Bitum - geoloji baxışda bitum bərk formalı  qətranı xatırladır. Bu səbəbdən də onu qədim 
zamanlardaeləcə dağ  qətranı da adlandırmışlar. O zamanlardan başlayaraq bitumdan inşaat 
materialı kimi istifadə olunmuşdur. Nisbətən yumşaq bitumlar dəyərli karbohidrogeni məmulatı 
hesab olunur. Nefti nemalı prosesində süni bitum da alınır. Ondan yoların çəklişində istifadə 
edilir. 
 
Biznes - /ingiliSCə bisinesse – məşqul, qayğılı/ gəlir götürməyə yönəldilmiş iqtisadi fəaliyyətdir. 
Miqyasına rəğmən nəzəri və praktiki təsnifata görə biznes kiçik, orta və böyük fəaliyyət 
qruplarına ayrılır. Hər bir biznes qrupu öz maraqlarından çıxış edərək müvafiq iqtisadi davranış 
münasibətləri və strategiya əsasında fəaliyyətini tənzimləyir. Böyük biznes dövlətin iqtisadi və 
texniki gücünü nümayiş etdirir. Orta biznes daxili iqtisadi konyukturadan asılı olaraq qrupu 
daxilində rəqabətə istinad edən prinsiplər əsasında təşəkkül tapır. Kiçik biznes isə əsasən daxili 
bazara köklənən  əmtəə  və xidmətləri reallaşdırır. Biznes istehsal, kommersiya və maliyyə 
növlərinə də ayrılır. 
 
Birbaşa istehsal xərcləri - müəssisənin çəkdiyi xərclərin bir hissəsi məhsulun hazırlanması 
prosesi ilə bilavasitə bağlıdır və birbaşa uçot metodu ilə ayrı-ayrı  məmulat növlərinin maya 
dəyərinə daxil ola bilər. Birbaşa xərclərə aiddir: xammal və materialların alınmasına çəkilən 
xərclər, yarımfabrikatların kənardan satın alınmasına çəkilən xərclər, istehsal işçilərinin əsas və 
əlavə əmək haqqı, texnoloji alət və tərtibatların alınmasına və bərpasına çəkilən xərclər, yeni növ 
məhsul istehsalının mənimsənilməsi ilə əlaqədar olan xərclər və digər xüsusi xərclər.  
 
Birbaşa xarici investisiyalar - sahibkar kapitalının uzunmüddətli kapital qoyuluşunu təmsil 
edən investisiya formasıdır ki, bu, xarici əmanətçinin sərhəddən kənar müəssisələrinin fəaliyyəti 
üzərində  nəzarətini təmin edir. Xarici müəssisələrin  əldə etdiyi bütün gəlirlərin investor 
tərəfindən idarə olunmasına imkan yaradır.  
 
Birca - /alman sözü olub pul qabı  və ya pul kisəsi mənasını ifadələndirir/ dedikdə  əmtəələrin 
alqı-satqı prosesi ilə  məşğul olan bazarın təşkilati forması  nəzərdə tutulur. Bununla belə birca, 
bazarın digər növlərindən fərqli olan bəzi xüsusiyyətlərə malikdir. Məsələn, bircada alqı-satqı 
əməliyyatları bilavasitə istehsalçı  və istehlakçı arasında deyil, öz əlində  hər hansı bir əmtəəyə 
olan tələb və  təklifi mərkəzləşdirilmiş vasitəçilər - ticarət agentləri, dəllarlar vasitəsilə  həyata 
keçirilir. Bircalar digər bazar növlərindən, məsələn, yarmarkalardan və auksionlardan fərqli 
olaraq daim fəaliyyət göstərir, konkret iş yeri və  iş saatı vardır. Bircalarda alqı-satqı 
əməliyyatları brokerlər və dilerlər tərəfindən həyata keçirilir. Bircanın  əmtəə, fond, valyuta və 
əmək növlərini fərqləndirirlər. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə