E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə102/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   98   99   100   101   102   103   104   105   ...   121

 
212
üsullarından istifadə edilir. Birinci üsul məhsulların qiymətlərinin artmasına müvafiq olaraq əhali 
gəlirlərinin artırılmasını, ikinci üsul isə güzəştli kreditlərdən istifadə olunmasını, dövriyyəyə 
əlavə pul buraxılmasının məhdudlaşdırılmasını və sairi nəzərdə tutur.  
 
Antiklinal – neft-qaz yataqları yerləşən süxurların yığım formalarından biri olub, neftin 
toplanması üçün ən  əlverişli forma hesab edilir. Antiklinal qarışıqlarala  əlaqədar olan neft-qaz 
yataqları tektonik qırılmalarla pozulmamış  və tektonik qırılmalarla pozulmuş inki növü vardır. 
Geoloji tapıntıda neft məhz antiklinal düzümda toplanır. 
 
Aralıq məhsul - gələcəkdə emal olunacaq və ya bir neçə dəfə təkrar satılacaq məhsul /iş, xidmət/ 
nəzərdə tutulur. Aralıq məhsul il ərzində maddi məsrəflərə yönəldilən ümumi ictimai məhsulun 
bir hissəsidir. İjtimai məhsulun qalan hissəsi isə son ictimai məhsulu əmələ gətirir. 
 
Arbitraj - qiymət fərqinə  rəğmən mənfəətin alınması prosesi. Məsələn eyni səhmlər müxtəlif 
bircalarda eyni vaxtda fərqli dəyərdə satılır. Alış və satış fərqi isi digər bircaya nisbətdə mənfəət 
imkanlıdır. 
 
Arbitraj prosedurası - arbitraj araşdırmaları qaydası deməkdir. Ümumiyyətlə, arbitraj tərəflərin 
razılığı ilə, yaxud səlahiyyətli orqan tərəfindən yaradılmaqla əmlak mübahisələrinə və müqavilə 
qabağı mübahisələrə baxan orqandır. 
 
Artma - uçot dövrü qurtarmazdan əvvəl olmuş hadisələr və əməliyyatlar nəticəsində uçot dövrü 
qurtardıqdan sonra ödəniləcək və ya alınacağ gözlənilən məbləğlər deməkdir. 
 
Asfalt - dağ qətranı kimi bəlli olan asfalt, qədim yunan dilində sadəcə asfalt, romalıların dilində 
isə bitulin adlanır.  Təbii asfaltın aşkarlıq tarixi neftin tapıntısı qədər qədimdir. Qeyd olunmalıdır 
ki, ilk asfalt yollar XIX əsrin ortalarında Paris və Londonda salınmışdır.  
 
Aromorfaz  - təkamül prosesində orqanizmin struktur və funksiyalarının mürəkkəbləşməsi 
mənasını verir. Aro-yüksəlmək,  morfoz – forma. Aromorfoz məncə yüksək forma deməkdir. 
İqtisadi terminologiyada işlədilir.  
 
Audit - /latınca  auditus - qulaq asmaq/ Bütün yoxlanış tipi və məqsədlərini ifadə edən auditin 
təyinatı son dərəcə genişdir. Predmetini maliyyə-mühasibat hesabatlarının faktları,  əsas aparıcı 
qayəsini müstəqillik prinsipi təşkil edən audit, material-texniki, intellektual və mənəvi əlamətləri 
özündə  cəmləşdirərək optimal dayanaqlı  nəzarəti həyata keçirir. Korrupsiya ilə beynəlxal 
mübarizədə biznes şərtləri və qaydalarının dəyişməsinin siyasətdə  də  təzahür etməsi auditin 
praktiki reytinqini daha da yüksəltmişdir. Konkret şəxs - auditor adlanır. Audit ümumi təyinatda 
xarici, təşkilatdaxili, dövlət və digər formalaşmaqda olan subaudit təsinifata malikdir. Xarici 
audit müqavilə  və könüllülük prinsipli, daxili audit mərkəzi orqanın təftişi, dövlət auditi isə 
müvafiq dövlət orqanlarının keçirdikləri auditdir. Parlamentlər yanında fəaliyyət göstərən 
Hesblama Palatası ən ali audit funksionallığına malikdir. 
 
Auksioan - /hərrac, latınca auctbo - onis – artırma, qiymətin artırılması yolu ilə satış/ əvvəlcədən 
müəyyən edilmiş yerdə  və dövrdə bir sıra  əşyaların ayrı-ayrı hissələrlə,  şifahi ticarət yolu ilə 
ümumi aşkarlıq  şəraitində satılması  nəzərdə tutulur. Auksionun könüllü və  məcburi növləri 
vardır. Könüllü auksion öz əmtəəsini daha sərfəli satmaq istəyən şəxslər tərəfindən təşkil edilir. 
Məcburi auksionlar isə  məhkəmə  və dövlət orqanları  tərəfindən borclarını verə bilməyənlərin, 
yaxud vermək istəməyənlərin  əmlakını, müsadirə edilmiş  əmtəələri və yükləri, girov qoyulub 
vaxtında geri götürülməyən mülkiyyəti, haqqı vaxtında ödənilməyən  əmtəələri və digər mal-
matiral qiymətlilərini satmaq məqsədi ilə təşkil olunur. 


 
213
Autsayderlər - bir qayda olaraq, heç bir inhisarçı birliklərə daxil olmayan kiçik və orta 
müəssisələrdir. 
 
Avizo - bank, kommersiya, mühasibat təcrübəsində əsasən bir kontragentdən digərinə göndərilən 
hesablama əməliyyatlarının yerinə yetirilməsi haqqında rəsmi məlumatdır. 
 
Avtarkiya - öz gücünə istinadən iqtisadiyyat qurma. İqtisadiyyat model spektrində avtarkiya, 
açıq iqtisadiyyat və dünya bazarı kimi konfiquratik sistemə malikdir. 
 
Banklar - /italyanca banko – masa, oturacaq mənasını ifadə edir. İlk olaraq İtaliyada pulları 
skamiyalarda mübadilə edərdilər./ pul vəsaitlərinin toplanılması, kreditlərin verilməsi, pulla 
hesablaşmaların həyata keçirilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif 
qiymətli kağızların buraxılması kimi funksiyaları yerinə yetirən xüsusi iqtisadi institutlardır. 
Adətən, banklar pul-kredit münasibətlərinin tənzimlənməsi yolu ilə kommersiya fəaliyyəti ilə 
məşğul olurlar. Həyata keçirdikləri  əməliyyatların xarakterinə görə onlar emissiya və 
kommersiya, vəsaitlərin xarakterinə və verilən kreditlərin müddətinə görə uzunmüddətli və qısa 
müddətli kreditlər verən banklara, mülkiyyətin xarakterinə görə - dövlət, səhmdar, kooperativ, 
bələdiyyə və qarışıq banklara, təsərrüfat əməliyyatlarına görə - sənaye, ticarət, aqrar, beynəlxalq, 
əhaliyə xidmət edən /əmanət/ banklarına bölünür. Azərbaycanda bank sistemi üç əsas qrupdan: 
mərkəzi bankdan, kommersiya bankından və ixtisaslaşdırılmış maliyyə-kredit institutlarından 
ibarətdir. Hazırda banklar bəşəri sivliizasiyanın dəyərli iqtisadi texnoloji nailiyyəti olaraq, böyük 
tarixi tapıntılar sırasında dayanır. Dünyada saysız, hesabsız banklar içərisində orta hesabda 
yalnız iki mini etibarlılıq reytinqdə yüksəkdə dayanır. Siyahının önündə isə çoxmilyardlı 
kapitalla Almaniyanın Doyçe bankı on məşhur digər bankla birlikdə gedir. Pul qabı mənasında 
şərh edilən alman mənşəli birca isə banklara nisbətdə miqdar cəhətdən daha az saylıdır. 
 
Banknotlar - bazar iqtisadiyyatında emissiya bankları  tərəfindən buraxılan faizsiz istiqraz 
kağızları olub, kredit pulların əsas növüdür. Banknotlar malların, veksellərin girov qoyulması ilə 
bankların ssuda əməliyyatları qaydasında buraxılır və ssuda müddəti qurtardıqdan sonra banka 
qaytarılır. Dövlət xərclərinin ödəmək üçün buraxılan banknotlar kağız pullara çevrilir. 
 
Bank-müxbir - başqa banklarla işgüzar əlaqələrdə olan və onların tapşırığı ilə müəyyən maliyyə 
əməliyyatlarını yerinə yetirən bankdır. 
 
Bank təminatı - pul öhdəliklərinin yerinə yetirilməsi üçün bank zəmanətidir. Bu o deməkdir ki, 
əgər müştəri göstərilən müddətdə borcunu ödəmirsə bank öhdəliyi öz üzərinə götürərək ödəməni 
öz hesabına icra edir. 
 
Barrel - neft və neft məhsullarının qeyri=metrik sistemdə ölçü vahididir. Barrel normal 
temperatur və təzyiq şəraitində 42 ABŞ qallonu - 158987 litr deməkdir. 1 barrel = 0,136 t. Neft,  
7,3 barrel = 1 ton neft, 6,29 barrel = 1 m
3  
təbii qaza bərabərdir. Azərbaycan nefti «Azərilayt»ın 1 
barreli 0,1365 tona bərabər tutulur. 
 
Barter sazişi - /fransızca  barater  - dəyişmək/  əmtəəyə pulla ödənilməyən natural mübadilədə 
sahibkarlıq hüququ verməklə  dəyərin və qiymətin balanslaşdırılması  əsasında aparılan idxal-
ixrac əmtəə mübadiləsi əməliyyatıdır.  
Barca - sualtı  təmir üçün qazma avadanlığı  və nefti qısa məsafəyə daşımaq üçün özü hərəkət 
etməyən gəmi.   
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə