E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə98/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   94   95   96   97   98   99   100   101   ...   121

 
203
Əlavə 5 
 
Azərbaycan Respublikasinda 1994-2003-cü illərdə hasilatin pay bölgüsü təyinatli neft 
müqavilələrinin təsnifat strukturu 
 
Azəri, Çıraq, Günəşli neft yataqları ilə müqavilə 29.09.94-cü ildə bağlanmış, 12.12.1994-cü ildə 
qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 11,5-20 milyard ABŞ dolları, 
proqnozlaşdırılan ehtiyatlar 700 milyon ton neftə bərabərdir. Pay bölgüsü: Lukoyl - 10%, Statoyl 
- 8,5633%, İtochi - 3,9205%, TPAO - 6,75%, BP/AMOKO - 34,14%, Delta-1,68%, YUNOKAL 
- 10,0489%, EKSSON - 8,0006%, PENZOL - 4,8175%, RAMKO - 2,0825%, ARDNŞ - 10%. 
 
Qarabağ neft yatağı ilə müqavilə 10.11.1995-ci ildə bağlanmış, 23.02.1996-cı ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 1,2 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 50-100 milyon ton neftə bərabərdir. Pay bölgüsü: AJİP - 5%, Penzoyl - 30%, ARDNŞ - 
7,5%, Lukoyl - 7,5%, LUKAÇİP - 50%. 
 
Şah-Dəniz yatağı üzrə müqavilə 04.06.1996-cı ildə bağlanmış, 17.10.1996-cı ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 4,0 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 100 milyon ton neft və 1 trilyon m
3
-ə yaxın təbii qaza bərabərdir. Pay bölgüsü: TPAO - 
9%, NİOK - 10%, Elf - 10%, Lukoyl - 10%, Bi-Pi/Statoyl - 51%, ARDNŞ - 10%. 
 
Dan-Ulduzu,  Əşrəfi neft yatağı ilə müqavilə 14.12.1996-cı ildə bağlanmış, 07.03.1997 ildə 
qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 1,5 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 100 milyon ton neftə  bərabərdir. Pay bölgüsü: AMOKO - 30%, UNOKAL - 25,5%, 
Delta - 4,5%, Itochi - 20%, ARDNŞ  -20%. 
 
Lənkəran-Dəniz, Talış-Dəniz neft yatağı ilə müqavilə 13.01.1997-ci ildə bağlanmış, 
30.06.1997-ci ildə qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 1,54 milyard ABŞ 
dolları, proqnozlaşdırılan ehtiyatlar 100 milyon ton neftə  bərabərdir. Pay bölgüsü: Elf - 40%, 
Total - 10%, ARDNŞ - 25%, OÇEK -10%, Demineks - 10%, Petrofina - 5%. 
 
Yalama /D-222/ neft yatağı ilə müqavilə 03.07.1997-ci ildə bağlanmış, 10.12.1997-ci ildə 
qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 1,5 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 100 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ - 40%, LUKARKO - 60%. 
 
Oğuz  neft yatağı ilə müqavilə 01.08.1997-ci ildə bağlanmış, 05.12.1997-ci ildə  qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 800 milyon ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 75 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ - 50%, Mobil - 50%. 
 
Abşeron neft yatağı ilə müqavilə 01.08.1997-ci ildə bağlanmış, 05.12.1997 ildə  qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 3,5 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 150-300 milyon ton neftə  bərabərdir. Pay bölgüsü: ARDNŞ - 50%, Total - 20%, 
Şevron - 30%.  
 
Naxçıvan neft yatağı ilə müqavilə 01.08.1997-ci ildə bağlanmış, 05.12.1997-ci ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 500 milyon ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar 75 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ - 50%, Eksson- 50%. 
 
Kürdaşı yatağı üzrə müqavilə 02.06.1998-ci ildə bağlanmış, 30.07.1998 ildə qüvvəyə minmişdir. 
Proqnozlaşdırılmış investisiyalar 2,0 milyard ABŞ dolları, proqnoz ehtiyatlar 90-120 milyon ton 
neftə  bərabərdir. Pay bölgüsü: ARDNŞ-50%, AJİP-25%, TPAO-5%, PEPSOL-5%, MİTSUİ-
15%. 


 
204
Cənub-Qərbi Qobustan neft yatağı ilə müqavilə 02.06.1998-ci ildə bağlanmış, 27.11.1998-ci 
ildə qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 250 milyon ABŞ dolları, 
proqnozlaşdırılan ehtiyatlar isə 30-60 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ - 20%, 
Yunion Texas - 40%, Komanvels - 40%. 
 
İnam neft yatağı ilə müqavilə 21.07.1998-ci ildə bağlanmış, 28.12.1998-ci ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 3,75 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar isə 150-250 milyon ton neftə  bərabərdir. Pay bölgüsü: ARDNŞ - 20%, AMOKO - 
25%, Monument - 12,5%, SFK - 12,5%. 
 
Muradxanlı neft yatağı ilə müqavilə 21.07.1998-ci ildə bağlanmış, 27.11.1998-ci ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 700 milyon ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar isə 50-80 milyon ton neftə  bərabərdir. Pay bölgüsü: «ARDNŞ» ilə Ramko Enerji 
/Muradxanlı/ limited, Ramko və ARDNŞ-nin Ortaq Neft Şirkəti /ONŞ/ hərəyə 50%-dir. 
 
Alov, Araz, Şərq neft yatağı ilə müqavilə 21.07.1998-ci ildə bağlanmış, 23.03.1999-cu ildə 
qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 9,0 milyard ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar isə 150-300 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ - 40%, BP/AMOKO - 
15%, Eksson - 15%, Statoyl - 15%, TPAO - 10%, Alberta Enerji Kompani - 5%. 
 
Kürsəngi, Qarabağlı neft yatağı ilə müqavilə 15.12.1998-ci ildə bağlanmış, 16.03.1999-cu ildə 
qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 800 milyon ABŞ dolları, proqnozlaşdırılan 
ehtiyatlar isə 30-80 milyon ton neftə  bərabərdir. Pay bölgüsü: ARDNŞ - 50%, Amerada 
Hess/Delta - 20%, Frontera - 30%. 
Yanan-Tava, Atəşgah, Muğan-Dəniz neft yatağı ilə müqavilə 25.12.1998-ci ildə bağlanmış, 
17.06.1999-cu ildə qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 2,3 milyard ABŞ 
dolları, proqnozlaşdırılan ehtiyatlar isə 100 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ - 
50%, İtochi - 7,5%, İNPEX - 12,5%, CAPEX - 22,5%, TUYKOKU - 7,5%. 
 
Savalan, Dalğa, Lerik-Dəniz, Cənub neft yatağı ilə müqavilə 27.04.1999-cu ildə bağlanmış, 
27.04.1999-cu ildə qüvvəyə minmişdir. Proqnozlaşdırılmış investisiyalar 4,5 milyard ABŞ 
dolları, proqnoz ehtiyatlar isə 100-120 milyon ton neftə  bərabərdir. Payçılar ARDNŞ-50%, 
Mobil - 30%, «Bölüşdürülməyən hissə» - 20%. 
 
Zəfər, Məşəl yatağı ilə müqavilə 27.04.1999-cu ildə bağlanmış, 08.05.2000-ci ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar 5$ milyard, proqnozlaşdırılan ehtiyatlar isə 120-150 
milyon ton neftə bərabərdir. Pay bölgüsü: Eksson - 30%, Konoko - 20%, ARDNŞ - 50%. 
 
Padar  neft yatağı ilə müqavilə 27.04.1999-cu ildə bağlanmış, 08.05.2000-ci ildə qüvvəyə 
minmişdir. Proqnozlaşdırılmış investisiyalar dollarla 400 milyon ABŞ dolları, proqnoz ehtiyatlar 
isə 120-150 milyon ton neftə bərabərdir. Pay bölgüsü: ARDNŞ  - 20%, Kura Valleb LTD - 50%. 
 
Mişovdağ-Kəlaməddin neft yatağı ilə müqavilə 12.09.2000-ci ildə bağlanmış, 02.05.2001-ci 
ildə qüvvəyə minmişdir. Pay bölgüsü: Petoyl - 35,7%, ARDNŞ - 15%, Karasu Develolment 
Kompani LTD 49,3%. 
 
Zıx-Hövsan neft yatağı ilə müqavilə 11.03.2001-ci ildə bağlanmışdır. Pay bölgüsü: Lukoyl - 
49%, ARDNŞ -51%.  
 
Pirsaat neft yatağı ilə müqavilə 04.06.2003-cü ildə  ÇİN dövlət neft kompaniyası ilə ARDNŞ 
arasında bağlanmışdır.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə