E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə95/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   91   92   93   94   95   96   97   98   ...   121

 
195
milyon ton neft dağılır. Dəniz sularına neft axını daha çox tankerlərin yuyulması zamanı baş 
verir.  Ən faciəvi tanker qəzası 1967-ci il də «Torri Kanon» super tankeri qəzasıdır. Bu zaman 
dənizə 120 000 ton neft düşmüşdür. Qəzalardan 3 dəfə çox olaraq dənizə tankerlərin 
yuyulmasından çirklənmə düşür. Dünyada baş vermiş  məlum dəniz tanker qəzalarından 4 dəfə 
çox neft-kimya zavodları və qazma qurğuları çirkləndirir. 
Dəniz və okean sularında çirklənmə prosesi təbii yolla bərpa olunur, lakin təbii bərpa 
prosesi çirklənmə proporsiyasından asılı olaraq müddət amilində  əksini tapır. Böyük sularda 
çirklənməni təbii axarına aparan bir sıra faktorlar çıxış edirlər. Bu qamma canlı mikroaləmdən 
tutmuş bütün təzahürlü təbiət hadisələrini  əhatə edir. Xəzər dənizinin çirkabının 
məhdudlaşmasında da eynən faktorların «dəstəyi» vardır. Belə ki, bilgilərə görə Xəzərdə yaşayan 
«Kardiom» malyuskası  dənizi neftdən çirklənmədən qoruyur. Bu hadisənin eksklyüziv və ya 
intişarlı olması açıq qalır. Lakin önəmli odur ki, dəniz çirkabdan canlılar vasitəsi ilə  də 
təmizlənir. Bununla belə insan idrakının indiki mərhələsində ekoloji qayğı  məhz onun özünün 
üzərinə düşür. Bunun üçündə insanlar kardiom molyuskası ilə yanaşı dənizdən neftin yığılmasını 
hər gün təmin etməlidirlər. 
Neftin dənizdən yığılmasında üsullar müxtəlifdir. Burada ən geniş yayılmış formalardan 
biri kimi, qəzet və kağız tullantılarından istifadə ilə yığımdır. Elmi-texniki tərəqqinin sürətli axını 
ekoloji təmizləmədə daha məhsuldar innovasiyalara zəmin olacaqdır. 
Ekoloji təbəllüdatlar irəli gələrək bəşər cəmiyyəti iqtisadiyyatının xammal bazasının köklü 
dəyişkənliyini təmin etməlidir. Burada ilk mərhələdə bərpaolunan enerji mənbələrinə, xüsusən də 
günəş və külək enerjisindən istifadəyə keçid daha effektli olacaq və energetik kompleks bu təbii 
proseslər zəminində qurulan texnologiyalardan geniş istifadə ilə inkişaf tapacaqdır. 
Bütün elm sahələrinin ekologizasiyası formalaşdığı kimi, iqtisadiyyatın da ekologizasiyası 
təşəkkül tapmadadır. Ekoloji iqtisadiyyat isə öz növbəsində yoxsulluq problemlərini daha effektli 
həll etmək iqtidarına malikdir. Ekoloji iqtisadiyyat sənayenin attraktoruna çevrilməsi ilə yanaşı 
həm də yeni peşələrin yaranacağını da əsaslı edir. Çox uzaq olmayan gələcəkdə neftqazçıxarma 
mədənlərinin kənd təsərrüfatı fermaları ilə əvəzlənməsi, hidrogen yanacaqlı nəqliyyat növlərinin 
yaranışı, perspektivdə meqopolislərin tədricən itəcəyi də ehtimal olunur. İnsanın fəaliyyəti 
nəticəsində  təbii maddələr və enerji yaranışlarının idarəolunması  məhz, təbii proseslər və 
mexanizmlərlə vasitəsi ilə reallaşmalı, yeni elmi və mühəndis-konstruksiyalı, resursqoruyucu 
texnika və texnologiya əsaslı  təkrar istehsala üstünlük verilməlidir. Bu strategiyada əsas 
məsələlərdən biri də istehsalda təbiət proseslərindən istifadəni təmin edən prinsipcə yeni 
texnologiyalar yaradılmalı, mənimsənilməlidir ki, cəmiyyətlə  təbiətin harmonikliyi daha kamil 
formatda təmin edilsin. Bütün bu gerçəkliklər isə kosmik və geoloji güc ahəngdə biosferin şüur 
sferası olan noosfera keçidin və bu kontekstdə ekoloji iqtisadiyyatın labüdlüyünü şərtləndirir. 
Ekoloji iqtisadiyyatın  ən prioritet sahələrindən biri kimi, şübhəsiz olaraq neft-qaz 
industriyası fərqlənəcəkdir. Ehtimallar belədir ki, mütərəqqi ekoloji innovasiyaların geniş tətbiq 
məkanı məhz neft-qaz sektorunu əhatə edəcəkdir. 
 
 
12.3. İnnavasiyon tərəqqi və inkişaf perspektivləri 
 
Texnologiya istehsalı sferasında və idarəetmədə yeni yaranışları ifadə edən latın mənşəli 
isim kimi innovasiya /innovation/ yeniləşmə mənasında interpretasiya olunur. İlk dəfə innovasiya 
termini Amerika iqtisadçısı Yozef Şumpeterin /1883–1950/ 1912-ci ildə yazdığı «İqtisadi inkişaf 
nəzəriyyəsi»  əsəri ilə dövriyyəyə  çıxarılmışdır.  İnnavasiya anlayışını ixtira və  kəşf 
terminlərindən fərqlənir. Burada ümumiliklər qədər də yetərli müxtəlifliklər vardır. Kəşf və ixtira 
əvvəllər mövcud və ijtimayiət üçün aşkar olmayan, kordinal və inqilabi mexanizmləri ifadə 
edərək yeni fundamental həqiqətlərin təsdiqinə  əsaslanır. Məqsədyönlü, dəqiqləşdirilmiş, 
kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki tətbiq səciyyəlidir. 
İqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anlayışı daha məzmunlu  əhəmiyyət kəsb edir. 


 
196
İnnavasya  əvvəllər yalnız texnologiya sferası ilə  məhdudlaşırdısa, müasir zamanda o, istehsal 
idarəeməsinin təşkilatı metodlarını da əhatə dairəsinə qatmışdır. 
Bazar iqtisadiyyatında rəqabət mübarizəsinin üsullarından birinə çevrilən innovasiyanın 
başlıca nəticəsi  əmək məhsuldarlığını artırmaq və  mənfəəti yüksəltməkdən ibarətdir. Bazar 
rəqabətindən o qalib çıxır ki, lazımi zaman kəsiyində mütərəqqi texnologiyaları  tətbiq etməklə 
irəliləyişlərə nail olsun. İnnavasiya zamanı yeni tələb formalaşır və bunun müqabilində alıcılar 
mənəvi köhnəlmiş malları almaq istəmirlər. Məhsulun əmtəə növünün yaxşılaşdırılması üzərində 
aparılan işlər dinamik keyfiyyət yaradır,  əmtəə imicini daimi dəyişən və inkişaf edən məjraya 
yönəldir.  İnnavasiyalar çağdaş zamanda reputasiyalı  təşkilatın fəaliyyət missiyasının 
leytmotivinə çevrilmişdir. Bununla belə innavsiyon tərəqqi təkcə firma reytinqi hədəfi deyil, o 
başlıca olaraq dayanaqlı inkişafın mühafizəsində, bazar konyukturunun fəth edilməsində daim 
təkmilləşmən, sadiq və çevik təşkilati bir alətidir. 
Təşkilatı innavasiyon fəaliyyət elmi-texniki və intellektual potensialı səfərbər edərək daha 
optimal və davamlı  səmərəliliyə müvəffəqolmanı  şərtləndirən tədbirlər sistemidir. Neft-qaz 
industriyası da innavasiyon fəaliyyətin məhsuldar, sınanmış  və geniş  tətbiqolmanı  tələb edən 
sahələrindədir. Burada innavasiyon fəaliyyətin inkişaf etdirilməsi sahəvi elmi-texniki potensialın 
durumu, keyfiyyət və  kəmiyyət parametrləri ilə  səciyyələndirilir. Prosesli və dinamik olmaqla 
innovasiya milli neft sektorunda bütün qammada həm texnoloji və  həm də idarəetmə 
kontekstində  əhəmiyyətini nümayiş etdirmək imkanlıdır. Məlum faktdır ki, Xəzərin yeni neftli 
strukturlarının mənimsənilməsinin texnoloji və iqtisadi stratejiyası innavasiyon nailiyyətlər 
sferasında cərəyan edir. Lakin bunula belə  qətiyyətlə demək olmaz ki, yeni yataqlarının 
işlənməsində konsersium tərəfdaşları tamılıqla  ən müasir və qabaqcıl texnologiyaları  tətbiq 
edirlər. Digər tərəfdən isə onların tətbiq etdiyi innovasiyalar respublikanın hududları kənarında 
yaranır və istehsal edilir. Bizim tədqiqatın məqsədini isə bu uzlaşma deyil, ölkə daxilində 
innovasiyaların yaranışı  və böyük dövriyyəyə  çıxışı  təşkil edir. Belə ki, milli neft sektorunda 
innavatika sahəsində elmi axtarışların genişləndirməsi, elmi-tərəqqinin sürətləndirilməsi 
innovasiyaların kommersiyalanması, bazarda əmtəə kimi çıxış etməsi effektində yeni maliyyə 
mənbələrinin təşəkkülünə təkan vermiş olar. 
İnnavasiyon tərəqqinin  əldə edilməsində elmin inkişafına yönələn qayğının artırılması 
mühüm amil kimi çıxış edir. İri təşkilatlar xüsusən ARDNŞ maliyyə imkanlarından səmərəli 
istifadə edərək innavasiyon situasiyanın dəyişikliyində əsas hərəkətverici qüvvəyə çevrilə bilər. 
Burada tərəqqi prosesi çevik və möhkəm maliyyə sisteminin yaradılması ilə daha sıx bağlıdır. 
Neft-qaz sənayesi müəssisələrdə innovasiyaların geniş tətbiqi müvafiq təsərrüfat subyektlərinin 
rəqabət qabiliyyətliliyinin artmasına gətirər. Məlum həqiqətdir ki, respublikanın milli neft-qaz 
resursları  əbədi deyildir. Yazın 20-25 ildə burada hasilatın  əsaslı enmə prosesi baş verəcəkdir. 
Belə olan təqdirdə ölkənin neft-qaz resurslarından məhz bu mərhələdə innavasiyon tərəqqi 
sferasında istifadəsi gerçəkləşməlidir. 
Bütün resurslardan üstün insan resursudur. Lakin. o çılpaq  əllərlə tez və ani zamanda 
sivilizasiya qurmur. Bunun üçün isə ona kapital və empirik nailiyyətlər də  gərəklidir. Bu 
baxımdan bizim arealda da tükənməsi gözlənilən neft resurslarını yalnız və yalnız insan resursları 
əvəz edə bilər. Ona görə də müasir sivilizasiyanın mühüm indikatoru insan kapitalının inkişafına 
qayğı və diqqət artırılmalıdır. 
Dünya təcrübəsində neft gəlirlərindən istifadənin uğurlu və daha çox uğursuz təcrübi 
nümunələri mövcuddur. Bu nümunələr buketi Nigeriya-Norveçin şımasında təcəssüm olunur. 
Uğurlu fəaliyyət Norveç, uğursuz təsərrüfat isə Nigeriya ilə ehtiva olunur. Nəhəng miqyaslı 
neftin tapıntısından effektli istifadə edərək aqrar bir ölkə olan Norveç çox qısa zamanda 
industrial inkişafa qovuşaraq «neft ulduzuna» çevrilmişdir. Ötən  əsrin 70-ci illərində ölkədə 
qurulan neft-qaz sənayesi nəticəsində UDM-in həcmi son 25-30 ilə nisbətdə 6-7 dəfə 
yüksəlmişdir. Bir sıra müvafiq spesifik təsərrüfat göstəriciləri eyni olan Nigeriyada isə neqativ 
təzahürlər baş vermişdir. Neft dollarlarının qeyri-səmərəli istifadəsi nəticəsində dünya neft 
nəhəngləri sırasında qərar tutan ölkənin xarici borcları kritik səviyyəni aşmışdır. Yoxsulluq 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə