E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə91/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   87   88   89   90   91   92   93   94   ...   121

 
187
11.2. Uçot sisteminin təkmilləşdirilməsi və konsaltinq sferasının 
genişləndirilməsi problemləri 
 
İqtisadiyyatın bütün sferalarında olduğu kimi, neft-qaz industriyasının  təsərrüfat 
fəaliyyətində müxtəlif maliyyə-kredit institutları, banklar, investisiya qurumları, bircalar, sığorta 
kompaniyalarının və müvafiq konsaltinq təşkilatlarının xidmətindən istifadə edilir. Həmin 
qurumların fəaliyyət diapazonunun, xidmət çeşidinin genişliyi, mühüm bazar seqmentləri ilə 
təhcizi neft-qaz kompleksinin təşkilatlarının iqtisadi maraqlarının təmin edilməsində
səmərəliliyinin artırılmasında  əhəmiyyətli rol oynayır. Burada ilk növbədə mühüm partnyorlar 
kimi, banklar daha çevik iştirakda bulunurlar. Banklar kreditləşmə, vəsaitlərin akkumlyasiyası 
funksiyalarını yerinə yetirməklə yanaşı maliyyə riskini minimumlaşdırma istiqamətində müvafiq 
sığorta şəbəkəsini də təşkil edirlər. Bazar prinsipləri əsasında qurulan mütərəqqi bank sistemində 
xidmət çoxçeşidli və olduqca geniş imkanlıdır. Müasir mərhələdə banklar kredit məzmunlu 
mahiyyətini aşmış, sürətli elektron hesablaşmaları həyata keçirən, iqtisadiyyatı yüksək səviyyədə 
stimullaşdıran və  həmçinin konsaltinq funksiyaların yerinə yetirən, mükəmməl nəzarət 
mexanizmlərinə malik çoxşaxəli institusional komplekslərə çevrilmişlər. Lakin Azərbaycanda 
bank xidmətinin universal standartlara tam yetişməmə aspekti neft-qaz kompleksinin müvafiq 
bazar seqmentlərindən dolğun istifadə edilməsini məhdudlaşdırır. 
Milli iqtisadiyyatda, xüsusən də neft-qaz baş verən təbəllüdatlar vergi məcəlləsinin, 
mühasibat uçotunun və bütövlükdə maliyyə  şəbəkəsinin beynəlxalq standartlara müvafiq 
modernizasiyasını əsaslı edir. Belə reallıq isə mühüm institusional dəyişikliklər fonunda maliyyə 
xidmətinin bazar təsisatlı sisteminə adaptasiyasında təhsil sferasında müvafiq korrektələrin 
aparılmasını şərtləndirir. Auditor, konsaltinq firmalarının, mühasiblik profilli qrupların və digər 
maliyyə xidmətli kommersiya təşkilatlarının məlumatlarına  əsasən  əmək bazarında müstəqil 
auditor yoxlamalarını aparacaq mütəxəssislər praktiki olaraq çox məhdud miqdardadır. 
Azərbaycan Auditorlar Palatasının auditorların təkmilləşdirilməsi və attestassiyası ilə bağlı son 
zamanlar atdığı addımlar da problemin real və aktual olduğuna yəqinlik gətirir. Analoji situasiya 
mühasibatlıq və maliyyə xidməti sferasında da eyni forma və  məzmunda cərəyan edir. 
Dərinləşən bazar tələbləri ixtisaslaşma diapazonunu vektorial obrazda daha spesifik olan peşəkar 
kadrların hazırlanmasına istiqamətləndirir. Maliyyə-vergi sistemində mütəmmadi təkmilləşən 
islahatlar maliyyə mühəndislərinə  və digər yeni maliyyə xidmətinin professional kadrlarına 
ehtiyac yaradır. Hazırda respublikada maliyyə xidməti sferasını təcəssüm etdirən əmək bazarında 
daha yeni bir meyl - vergi konsultantlarına olan tələb formalaşır və artır. Belə ixtisas sahibləri 
real bazar ölkələrində çoxdan fəaliyyət göstərirlər. Rusiyada və eləcə də MDB məkanının digər 
ölkələrində də müvafiq istiqamətdə kadr hazırlığı prosesi təşəkkül tapır və gücləndirilir. 
Vergi konsultantları  və ekspertlərinin missiyasına vergi bazasının formalaşması 
konsaltinqi, mühasibat uçotunun aparılması və mühasibat hesabatlarının hazırlanmasına metodik 
yardım, vergi ödəyicilərinin hüquq və  səlahiyyətlərini nizamlayan normativ-aktların 
interpretasiyası, fiziki və hüquqi şəxslərə aid qanunvericilikdə dəyişikliklərin monitorinqinə aid 
məsələlər dayanır. Hazırda respublikada müvafiq istiqamətli işləri auditorlar gerçəkləşdirir. 
Lakin göründüyü kimi, çağdaş maliyyə xidməti orbitində mövcud əmək bölgüsünə görə bu peşə 
növləri ayrı-ayrı ixtisaslarda təyinatını tapır. 
Müasir məqamda istehsal və kommersiya strukturlarında maliyyə sferası mütəxəssislərinə 
olan tələbin fövqündə müvafiq profilli təhsillə təminat problemi durur. Vergi konsultantlarının, 
ekspertlərinin hazırlanması  və treninqi iki blokda: iqtisadi  və  hüquqi çevrədə  fənlərin tədrisini 
şərtli edir. Azərbaycan Respublikasında müvafiq kadrların hazırlanması yönümündə elmi-
metodik və tədris bazası mükəmməliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti fərli keyfiyyət 
və  əhəmiyyət kəsb edir. Hazırda vergi konsultantlarının, ekspertlərinin və digər konsaltinq 
bilicilərinin hazırlanmasında ehtiyaclı  və  əsas maraqlı  tərəf kimi istehsal və kommersiya 
strukturları dayandığından müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanması  və treninqi də 
onların maliyyə  dəsdəyi və müəyyən qisim də beynəlxalq donor təşkilatlarının qrantlarına 


 
188
əsaslanmalıdır. Bununla belə, ADİU-da öz növbəsində nəzərdə tutulan tədris layihələrinin həyata 
keçirilməsində hazırlığını nümayiş etdirməli və müvafiq təşviqat kompaniyasını 
gerçəkləşdirməlidir. 
Vergi konsultantlığı funksionallığının təminatı konyuktur məqamlardan aslı olmayaraq 
daimi tələbli və dinamik xarakter daşıyır. Bu reallıqdan çıxış edərək növbəti mərhələlərdə 
üçüncü sektor çərçivəsində vergi konsultantlarının palatasını yaratmaqla kadr hazırlığının həyata 
keçirilməsini də həmən orqanın kordinasiyası  ilə gerçəkləşdirilməsi daha məqsədə müvafiqdir. 
Neft-qaz kompleksində  səmərəli, təkmil korporativliyin bərqərar olmasında uçot 
prosseduralarının qeyri-mükəmməlliyi problemi də  əsaslı bazar sferasında hərəkət genişliyin 
ləngidir. Prosesdə dövlət orqanları ilə yanaşı vurğulandığı kimi, ictimai qurumların da fəaliyyət 
missiyası mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan uçot işinin səmərəli təşkilində ayrı-ayrı 
təsərrüfatlar, maliyyə orqanları və dövlətin digər tənzimləyici iqtisadi qurumları ilə əməkdaşlığın 
inkişafına diqqət yetirməlidir. Partnyorluq prinsiplərini rəhbər tutaraq bank, vergi orqanları ilə 
müntəzəm təmaslar, təlimatların açıqlanması  və yeni normativ aktların  şərhi üzrə keçirilən 
izahetmələr bu baxımdan səmərəsini verəcəkdir.  İqtisadiyyatın bütün sferalarında bazarın 
prinsipial tələblərinə uyğun kadr hazırlığının təşkili, müvafiq treninqlərin keçirilməsi, mühasib-
maliyyəçi, vergi konsultantıları, ekautant, daxili auditor, mühasib-iqtisadçı mütəxəssislərinin 
hazırlanmasına diqqətin artırılması tələb olunur. 
 
 
11.3. Sessiya və faktorinq təyinatlı iqtisadi texnologiyaların tətbiq effekti 
 
Müasir mütərəqqi iqtisadi sistemin dayanaqlılığı stabil partnyorluq münasibətlərində ifadə 
tapan maliyyə  və hüquqi öhdəliklərin müəyyən olunmuş zaman kəsiyində  təmin edilməsinə 
əsaslanır. Keçid dövrünün özəllikləri, iqtisadi tərəfdaşların bazar transformasiyasının müxtəlif 
mərhələlərində olması reallığı isə maliyyə öhdəliklərinin nizamlanmasında əngəllər yaradır və bu 
neqativ proses öz növbəsində «ödəməmələr problemini» stimullaşdırır. Transformasiya 
mərhələsini yaşayan gənj müstəqil dövlətlərdə bazar iqtisadiyyatının tam bərqərar olması  şərti 
kimi, müasir məqamda məhz «ödəməmələr» şəbəkəsinin ləğvi problemi çıxış edir. Enerjitutumlu 
iqtisadiyyatlı respublikamızda, xüsusəndə onun aparıcı sahəsi olan energetik sektorda da 
«ödəməmələr problemi» kəskinliyi ilə  fərqlənir. Təsərrüfat fəaliyyətində iqtisadi dissonanslarla 
müşayiət olunan problemin həlli isə mülkü normativ-hüquqi bazanın təkmilləşdirilməsini və 
mütərəqqi maliyyə alətlərindən dolğun istifadə etməni tələb edir. 
Ödəməmələr  şəbəkəsinin təjridi istiqamətində sessiya və faktorinq təyinatlı iqtisadi 
texnologiyaların tətbiqi artıq sınanmış  və effektivliyi ilə  fərqlənən reallığa çevrilmişdir. 
Öhdəliklərin digər şəxslərə ötürülməsi institutunun əsaslı təşəkkülü və tərəqqisi iqtisadi sferada, 
o cümlədən energetik sektorda da sessiya və faktorinq əməliyyatlarının formalaşması  və 
təkmilləşməsi ilə müşayiət olunacaqdır. 
Mülkü qanunvericiliyin inkişafı, praktikada onun tətbiqi, cəmiyyətin yeni tələbləri əsasında 
formalaşır və  vətəndaş  cəmiyyəti quruculuğunda  əksini tapır.  İqtisadi həyatın gerçəklikləri 
belədir ki, müxtəlif səbəblərdən öhdəliklər sferasında şəxslərin dəyişməsi prosesi baş verir. Bu 
prosesdə  sessiya – hüququn digərinə verilməsi prosseduru əhəmiyyətini artırır. Sessiya hüquqi 
mahiyyətdə xüsusiləşmiş bir qanuni mexanizm olaraq kreditor və yeni kreditor arasında 
kommersiya sazişini rəhbər tutur. Bu zaman sövdələşmədə borclunun razılığı  tələb olunmadan 
yeni kreditora borc ödəniş hüququ verilir. Müvafiq proses nəticəsində isə borcun yeni sahibi 
yaranır. Beləliklə, sessiya prosesi sövdələşmənin elementinə çevrilir. Sxematik baxımdan isə 
sessiya prosesi aşağıdakı kimi təzahür edir: 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə