E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə89/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   85   86   87   88   89   90   91   92   ...   121

 
183
10.7. Konsessiyon fəaliyyət 
 
Azərbaycanın izafi neft-qaz sərvətləri ölkənin iqtisadi inkişafının fundamental əsasında 
dayanır. Yeni geopolitik vəziyyət, Azərbaycan istiqlalının bərpası, Xəzərdə yeni zəngin 
karbohidrogen yataqlarının aşkarlanması ölkəmizdə neft biznesi inkişaf və  tərəqqisi üçün real 
şərait yaranmışdır. Vurğulanmalıdır ki, neft dünyada ən möhtəşəm və geniş yayılmış biznes 
növlərindən biridir. XIX əsrin ortalarında neftin sənaye erası start götürəndə bir çox 
Azərbaycanlılar yeni biznes növünü mükəmməl  əxz etmiş, bu sahədə  ən yüksək zirvələrə 
qalxmışlar. Tarixdən məlumdur ki, Bakı  mədənlərində neft fontanlarını ilk təzahür etdirənlər 
məhz Azərbaycanlı sahibkarlar, Tağıyevlər, Nağıyevlər, Muxtarovlar, Əsədullayevlər və digər 
milli neft fatehləri olmuşlar.  İndustriya biznesinin erkən formalaşma çağlarında çətin risk və 
uğura  əsaslanan iqtisadi fəaliyyət növünü Azərbaycanlı sahibkarlar yetərli mənimsəmiş
Avroatlantik məkanın biznes qartalları Rokfellerlərə, Rotşildlərə, Nobellərə rəqabət meydanında 
qənim kəsilmişlər. Lakin çağdaş  mərhələdə neft sektorunda münasib şəraitli imkanın 
məhdudluğu özünü nişan verir, milli sahibkarların potensialından yetərli və  səmərəli istifadə 
olunmur. Belə ki, «Əsrin müqaviləsi» və növbəti mərhələdə bağlanan neft kontraktları 
çərçivəsində qismən olaraq təkcə  təchizat kommersiyası xidmətlərini reallaşdıran milli 
sahibkarların istehsal sferasında və digər infrastruktur obyektlərində istifadə olunması üçün geniş 
imkanlar mövcuddur. 
Neft-qaz sektorunda bu gün milli sahibkarların sərəncamına veriləsi xeyli istehsal-xidmət 
obyektləri vardır. Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyev cənablarının müəllifi 
olduğu və reallaşdırdığı neft strategiyasının mühüm elementlərindən biri kimi, müasir məqamda 
neft-qaz sektorunda səhmdar  əməkdaşlığın inkişaf etdirilməsi, geniş özəlləşdirmə prosesinin 
gerçəkləşdirilməsi və yerli sahibkarların servis işinə cəlb edilməsi dayanır. Real olaraq 2001-ci 
ildə köhnə quru və  dəniz yataqlarında və habelə qaz sənayesi və  təchizatı sistemində  fəaliyyət 
göstərən istehsalat komplekslərinə məxsus bir sıra xidmət-servis təşkilatlarının, yardımçı istehsal 
qurumlarının özəlləşdirməyə açıq elan edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. 
Bununla belə özəlləşdirmə prosesində müvafiq tələblərə cavab verən çevik investorun tapılması, 
səhmləşmədə yerli sahibkarların hərtərəfli iştirakının təminatı problemləri də mövcuddur. Digər 
tərəfdən növbəti inkişaf mərhələlərdə milli neft-qaz sektorunda daha geniş özəl sektorun 
formalaşdırılması, köhnə istismar obyektlərində konsessiya və lisenziya sisteminin tətbiqi, böyük 
neft biznesində  səhmdar formalı  şaquli inteqrasiya olunan qurumların yaradılması da strateji 
istiqamətli məsələlərdəndir. 
Yaxın keçmişdə yaşadığımız məkanda sahibkarlıq və biznes məfhumları çox kiçik həlqədə 
təmsil olunan qruplara və ya ayrı-ayrı  fərdlərə  məlum anlam idi. İndi bu istilah kiçik yaşlılara 
belə  bəllidir. «Biznes» və «sahibkarlıq» anlayışları  sıx  əlaqədardır. Sahibkarlıq milli dilin 
məhsulu kimi bütün məmləkətlərdə  sətri tərcümədə az dəyişkənliyə  uğrayan və demək olar ki, 
eyni məntiqi mənanı daşıyır.  İqtisadi müstəvidə  təsərrüfat fəaliyyəti anlamını ifadələndirən 
biznes ingiliSCə  iş deməkdir. Hər iki termin iqtisadi düşüncədə parafraz kimi qəbul olunur.  
Kommersiya fəaliyyəti kimi biznes sahibkarlığa nisbətdə daha geniş mahiyyət daşıyır. Məxsusi 
struktura malik sahibkarlıqdan əhatəli olaraq biznesin subyektini qeyri-sahibkarlıq təşkilatları və 
təsisatları da ehtiva edir. 
Yaranmış yeni geosiyasi vəziyyət fonunda Xəzərdə  aşkarlanan nəhəng neft ehtiyatları 
obyektiv olaraq ölkəni dünya neft bazarının iştirakçısına çevirmişdir. Böyük biznesdə səriştə və 
vərdişləri mükəmməl olmayan respublikaya dünya neft arenasına çıxışda, ilk partiyalarda iri neft 
kontraktlarındakı  əsas tərəfdaşları yardımçı olmuşlar. Lakin yetişən mərhələdə inteqrasiyanın 
dərinləşməsi, bu geniş bazarda eksklyuziv iştirak məqamını daha yaxın etmişdir. Böyük neft 
biznesinə daxil olmaqda mühüm bir cəhəti nəzərə almağı unutmamalıyıq ki, bizim 
iqtisadiyyatımızın yüksəlişi formalaşmış müvafiq qaydalarından asılı olacaqdır. Buna görə  də
qoşulduğumuz dövriyyəni dəyərləndirərək milli rifah naminə ümumi reallıqdan fərdi 
faydalanmağa səfərbər olunmalıyıq. 


 
184
Davamlı intensiv və ekstensiv istehsal prosesi nəticəsində köhnə yataqları  əhatə edən 
istismar zonasında neft-qaz hasilatı enmə fazasına daxil olmuşdur. Marginal vəziyyətdə olan bu 
yataqlarda kəskinləşən dağ-mədən geoloji çətinliklərlə  əlaqədar hasilat artımına nailolma yeni 
texnoloji yanaşma və aktiv maliyyələşmə tələb edir. Çətin təsərrüfat vəziyyəti və «ödəməmələr 
sindiromu» ilə qarşı-qarşıya dayanan istehsalat kompleksinin isə bu tələbləri dolğun təmin 
etməyə maliyyə  və texnoloji potensialı xeyli məhdudlaşmışdır. Müasir mərhələdə kompleksdə 
daxili ehtiyatlar hesabına hasilatın sabitləşməsi və artırılması strategiyasına üstünlük verilsə  də 
perspektivdə reabilitasiyon prosesə kompleks xaricindən investisiyaların cəlb edilməsi qaçılmaz 
olacaqdır. Lakin dünyanın aparıcı neft şirkətləri ehtiyatlar diapazonu və renabelliyi daralmış belə 
yataqlarda sərmayə qoyuluşlarına maraqlı deyillər. Yaranmış situasiya investisiyon 
konfiqurasiyada dövlət transfertləri istisna olmaqla kiçik və orta biznes şəbəkəsində xarici və 
daxili investorların cəlb edilməsini şərtləndirir. 
Dünya neft biznesində yataqların işlənilməsində idarəetmənin forma və mexanizmləri geniş 
spektrlidir. Bu müxtəliflik çeşidində  ənənəvi və modernləşdirilmiş konsessiya kontrakt üsulları 
sınaqdan çıxmış və daha səmərəli hesab edilən metodlar sırasındadır. Lüğəti interpretasiyada və 
iqtisadi anlamda konsessiya dövlət və ya bələdiyyəyə mənsub təbii sərvətlərin, müəssisələrin və 
digər təsərrüfat obyektlərinin təsbit olunmuş müddətdə müqavilə  əsasında istismara verilməsi 
formasıdır. Azərbaycanın mövcud qanunvericilik şəbəkəsi bu və ya digər dərəcədə milli neft 
sektorunda dünya praktikasında təsdiqini tapmış adekvat kontrakt formalarının tətbiqinə, onların 
legitimləşməsinə imkan verir. Konkret olaraq icarə, dövlət müəssisələrinin müqavilə  əsasında 
idarəetməyə verilməsi, lisenziyalaşdırma və digər müvafiq normativ-hüquqi aktlar yeni kontrakt 
formalarının tətbiqində ilkin qanuni baza kimi çıxışetmə imkanı yaradır. Neft sektorunu əhatə 
edən qanunvericilik şəbəkəsinin unifikasiyası  və vahid məcəllə sistemində  təşəkkülü isə  hədəf 
seçilən perspektivi daha məzmunlu gerçəkləşdirə bilər. Bu strateji xəttin reallaşması mineral-
xammal resurslarının rasional mənimsənilməsində iqtisadi-hüquqi münasibətlərin dərinləşməsi 
və təkmilləşməsi istiqamətində daha üstün səmərəliliyi təmin edəcəkdir. Konsessiya formasının 
tətbiqi mədən və ya onun fraqmenti çərçivəsində pilot formada sınana bilər. Fikrimizcə qurudakı 
yataqları  əhatə edən istismar zonasının azdebetli mədən zolaqları konsessiya təyinatlı iqtisadi 
əməkdaşlığın  ən dar çərçivədə eksperimental seçim meydanı olaraq daha cəlbedici və praktiki 
əhəmiyyətlidir. 
Formalaşmaqda olan milli neft biznesi bu təsirlərdən uzaq olsa da, müvafiq neqativ halların 
kəskinləşməsinə yol verilməməlidir. Məhz milli mənafeləri, dövlətli maraqları, iqtisadi 
təhlükəsizlik mülahizələrini rəhbər tutaraq proqramlaşdırılmış, ardıcıl islahatlar yalnız belə 
təsirləri neytrallaşdırmağa qabildir. Böyük pulların asan və tez əldə edilməsi zamanı tarixə 
qovuşmuş, istehsalın mesanantlar hesabına riskdən qorxmadan səxavətli investisiyası zamanları 
yüz il  arxada qalmışdır. İndi daha ciddi və ləyaqətli biznes məqamı yetişmiş, riskləri mülayim 
bölüşən konsolidasiya, səhmdar  əməkdaşlıq  əvəz etmişdir. Neft iqtisadiyyatının yeni dirçəliş 
məqamında ötən təcrübənin təhlili, buraxılmış  səhvlərin təkrarlanmaması, sahədə toplanmış 
empirik elmi nailiyyətlər nəzərə alınmaqla sahəvi biznes işi hərəkətə gətirilməlidir.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə