E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə87/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   83   84   85   86   87   88   89   90   ...   121

 
179
ilk Azad İqtisadi Zona epopeyasını neft və qeyri neft sektorlu ərazilərdə davam etdirmək olar. 
Hesab edirirk ki, Azərbaycan Respublikasında perspektivli AİZ-lər yaratmaq imkanları vardır. 
Məlum faktır ki, müəyyən mülahizələrə görə beynəlxalq maliyyə qurumları bu gerçəkliyin hələ 
yetgin olmadığını diqqətə gətirirlər. Lakin bizim apardığımız araşdırmalar  əsas verir ki, çeşidli 
AİZ-lər növləri içərsində Azərbaycan Respublikasının iqtisadi özəlliklərinə uyğun seqmentlər 
tapmaq imkanlı və gərəklidir. 
AİZ-lər növ müxtəlifliyi fərqi ilə spesifik cəhət və xüsusiyyətlər  şəbəkəsinə malikdirlər. 
Onların spesifik xüsusiyyəti bu bazar strukturunun anlayış və kateqorik tərəfində əksini əsasən 
tapır. Kioto konvensiyasının 1973-cü il qərarına görə AİZ-lər ölkənin elə bir ərazi hissəsidir ki, 
burada  əmtəələrə milli gömrük teritoriyasının sərhədləri kənarındakı obyektləri kimi baxılır. 
Başqa sözlə  AİZ-lər anklav ərazi təcəssümünü ifadə edir. Bu şərtiliyidən irəli gələrək həmin 
əmtəələr adı kömrük nəzarətinə  və vergiqoymaya məruz qalmır. Bu vəziyyət «gömrük 
eksteritoriyalı» prinsipi adlanır. 
AİZ-lərə  məxsus dünya ölkələrinin qanunvericiliyi muvafiq təsərrufat subyektlərinin 
fəaliyyətini aşağıdakı tənzimləmə elementləri əhatə  edir: 
1.
 
idxal-ixras əməliyyatlarının gömrük tənzimlənməsi; 
2.
 
vergiqoyma; 
3.
 
lisenziyalaşdırma; 
4.
 
vizalaşdırma; 
5.
 
bank və sığorta fəaliyyəti; 
6.
 
əmlak və girov munasibətləri; 
7.
 
zonanın idarə edilməsi; 
8.
 
AİZ-lərə məxsus digər sresifik məsələlər. 
1990-ci illərin ortalarında dünyada müxtəlif növlü 1200 Azad İqtisadi Zona  fəaliyyət 
göstərmişdir ki, onların 300-ü ixrac-istehsal zonası, 400-ü isə elmi-sənaye parkı silsiləsinə 
məxsus olmuşdur.  İxraj istehsal zonalarndan həmin illərdə  əmtəə eksportu 25 milyard dollar 
təşkil etmişdir. Buradakı məşğulluq şəbəkəsi isə 3 milyon insanı əhatə etmişdir. 
AİZ-lərə növ silsəsi müasir dünya praktikasında 25-dən çox olmasına baxmayaraq, butun 
kateqoriyalarda ümumi və xüsusi seqmentlər mövcuddur. Lakin bu cəhətləri daha çox ümumi 
funksionallıq ifadə edir və bu funksionallıq leytmotiv səciyyəlidir. AİZ-lərə məxsus spesifik bir 
xüsusiyyət də idxal-ixras üzrə vergi və rüsumlar bir qayda olaraq bu şəbəkədə  nəzərdə 
tutulmamasıdır. Belə  məqam isə investisiyaların rentabelliyini təmin edir. İnvestor firmalara 
formalaşmış praktikaya uyğun olaraq 5 ildən 35 ilə qədər vergi tətillərdə tətbiq olunur. Bir sıra 
hallarda bu mərhələ təyin olunmuş sərhədlər bilmir və əksər halda ixrac əmtəəsinin istehsal tsikli 
ilə üzt-üstə düşür. 
AİZ-lərin ən prinsipal görüntülü xarakterik xüsusiyyətlərinə aşağıdakılar aid edilir: 
I. Müxtəlif imtiyaz və stimulların  tətbiqi 
o cumlədən; 
1.
 
xarici ticari  (idxal-ixrac rüsumlarının azaldılması  və ya ləğvi, xarici ticari 
əməliyyatlarının qaydalarının sadələşdirilməsi)
2.
 
fiskal - vergi stimullaşdırılması ilə bağlı guzəştlər; 
3.
 
maliyyə - subsidiyaların müxtəlif formaları; 
4.
 
administrativ - müəssisələrin qeydiyyat prosedurunun, vətəndaşların viza reciminin 
sadələşdirilməsi. 
AİZ-lərdə  mənfəət normasında güzəşt 30-35%, bəzən orta hesabla 40% nəzərdə tutulur. 
Kapital qoyuluşunun burada özünütəminat muddəti gödəlir. AİZ-lər üçün bu müddət 3-3,5 ildən 
çox olmur. 
II. Geniş iqtisadi spektrdə müstəqil qərarvermə hüququ 
III. Lokal və nisbi sadə idarəetmə sistemi 
IV.Mərkəzi dovlət hakimiyyət strukturları tərəfindən hərtərəfli dəstək 
 


 
180
AİZ-lərin spesifik xüsusiyyətləri sırasında yaranış  şərtləri də vacib səciyyəvidir. Belə Ki, 
burada AİZ-lərin yaranması sferasında bir sıra tələblər formalaşmışdır. Bunlar tələblər arasında 
muhumlərinə aşağıdakıları aid etmək olar: 
1.
 
nəqliyyat və kommunikasiya imkanlarının genişliyi; 
2.
 
bazarlara münasibətdə əlverişli joğrafı mövqe; 
3.
 
inkişaf etmiş istehsal potensialı; 
4.
 
münbit istehsal və sosial infrastrukturu; 
5.
 
mineral xammal resursları potensialına maliklik. 
Dünya təsərrüfatıda AİZ-lərin funksional cəhətlərinə aşağıdakılar şamil olunur: 
1
 
iqtisadi artımın sürətlənməsi; 
2
 
beynəlxaq əmtəə dövriyyəsinin aktivləşməsi; 
3
 
investisiyaların mobilləşməsi; 
4
 
iqtisadi inteqrasiyon proseslərin dərinləşməsi. 
Öz fəaliyyətlərində imtiyazlı şəraiti qenişləndirmək məqsədilə beynəlxalq korporasiyalar
neft kompaniyaları  AİZ-lər  şəbəkəsindən istifadə edərək yüksək mənfəət  əldə etməyə nail 
olurlar. Bu nailolma cəhəti və cəhtini də AİZ-lərin tipik xüsusiyyəti kimi qiymətləndirirlər. 
AİZ-lər qeyd olunduğu kimi, yaranış strategiyasında məxsusi konseptual yanaşma 
sisteminə də malikdirlər. Praktiki və nəzəri prinsiplər çərçivəsində AİZ-lərin yaradılmasında əsas 
iki öaşlıca konseptual yanaşma mövcuddur: 
I. Ərazi; 
II. Funksional. 
Ərazi sistemində müəssisə - rezidend təsərrüfat fəaliyyətində imtiyazlı recim əldə edir. 
İkincili yanaşmada isə imtiyazlı recim sahibkar fəaliyyətinin müəyyən növünə  şamil olunur. 
Birinci yanaşma sistemində  AİZ-lər bir sıra inkişaf etməkdə olan ölkələrə, xüsusən də Çin və 
Braziliya aiddir. «Dəqiqlər» adlanan ikinsilərə isə ayrı-ayrı offoşor firmalar aid edilir. 
İnkişaf etmiş ölkələrdə AİZ-lərın fəaliyyətində mühüm aspekt kimi onların dünya və daxili 
bazara işləməsi önəm daşıyır. Bu ölkələrdə  AİZ-lərin inkişaf strategiyası bir sıra spesifik 
cəhətləri ilə fərqlənir və bu cəhətlər aşağıdakı şəbəkəni əşatə edir: 
1.
 
İstehsal eksport zonaları 
2.
 
Burada ölkəyə  cəlb edilmiş xarici kapital elmi-texnoloji, infarmasiyon və 
industrial inkişafa yönəlir. 
3.
 
Təsərrüfatcılığın xüsusi recimi.  
4.
 
Burada xarici sahibkarlar üçün daha guzəştli və geniş liberial mühit 
formalaşdırılır. 
5.
 
Funksionallıq və diversifikasiya
Funksionallıq prosesində fəaliyyət kompeksliyi inkişaf edir, ticarət sənaye diversifikasiyası 
genişlənir. 
AİZ-lərin spesivik cəhətləri və neft biznesində oynadığı rolu təhlil edərkən vurğulanmalıdır 
ki, onların yaranışı bazar iqtisadiyyatının dərinləşməsi tələbindən doğmuşdur. Bu mənada AİZ-
ləri bazar iqtisadiyyatının prinsipial atributu kimi də  dəyərləndirmək olar. AİZ-lər dünya 
təsərrüfatıda iqtisadi artımın sürətlənməsini təmin edir və beynəlxaq  əmtəə dövriyyəsinin 
aktivləşməsinə yardımçı olur. Bu spesifik cəhət AİZ-lərin inkişaf etmiş ölkələr sistemindən 
inkişaf etməkdə olan ölkələr sisteminə transfert etməsini  əsaslandırmışdır.  İndi AİZ-lərə 
dünyanın  əksər ölkələrində rast gəlinir. Avtarkiyalı iqtisadi sistememə malik qonşu  İran  İslam 
Respublikasında, kommunist recimli Çin Xalq Respublikasında Latın Amerikasının  əksər 
ölkələrində  AİZ-lər təşəkkül tapır və inkişaf edir. AİZ-lər investisiyaların mobilləşməsi və 
iqtisadi inteqrasiyon proseslərin dərinləşməsi kontekstində də faydasını nümayiş etdirir. Bir çox 
ölkələr məhz AİZ-lərin inteqrasiya yaratmaq effektinə istinadən onun formalaşmasını  təmin 
edirlər. Bu ölkələrdə yaxşı dərk olunur ki, məhz dərinləşən inteqrasiya xarici kapitalın gəlişinə 
zəmin olur və ölkə iqtisadiyyatının inkişafını təmin edir. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə