E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə90/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   86   87   88   89   90   91   92   93   ...   121

 
185
XI FƏSİL 
FİSKAL SİYASƏT VƏ RENTABELLİ FƏALİYYƏT 
 
11.1. Fiskal mexanizmlər və vergi sisteminin təkmilləşdirilməsi meylləri 
 
Ölkə iqtisadiyyatında neft-qaz sektorunun aparıcı mövqedə durması onu həm də büdcə 
daxilolmalarının  ən real və ümüdlü partnyoruna çevirmişdir. Lakin belə gerçəklik intəhasız 
olaraq davamlılıq  əldə edə bilməz. Effektli qayğı  məhdudluğu  şəraitində fasiləsizliklə daim 
iqtisadiyyatı bir mənbə hesabına qaynaqlandırmaq, həmən mənbənin də ön sıradan çıxmasına 
gətirə bilər. Bunun üçün isə neft-qaz sektorunda dayanaqlı  uğurlu və stabil iqtisadi inkişaf 
təminatı funksionallığa yeni aspektdə yanaşma zərurəti formalaşdırır. Yeni yanaşma sferasında 
isə vergi sisteminin təkmilləşməsi mühüm dövləti məsələ kimi qarşıda durur. Təxirəsalınmaz 
vergi konsensusunun tətbiq zonası olaraq isə bu sektorda köhnə istismar sahələri daha aktiv çıxış 
edirlər. Bu istehsal kompleksində hasilat templərinin məhdudlaşması sahəyə  əlahiddə vergi 
sisteminin tətbiqini şərtli edir. 
Energetik strukturun fiskal təkmillik problemi həm də neft sektorunun bütün guşələrində, 
başlıca olaraq hasilatda, emalda istehsal güclərinin yerləşməsinin optimallaşdırılmasına, xam neft 
və neft məhsullarının səmərəli nəqlini və itgilərin daha da məhdudlaşmasına yönələn tələbləri 
artırır. Bu baxımdan neft-qaz sektorunda yeni fiksal siyasət çətinləşən dağ geoloji mədən şəraiti 
sferasında keçici sahəvi vergi sisteminin formalaşmasına və burada əsas yükün pərakəndə ticarət 
şəbəkəsinə keçirilməsi strategiyası üzərində qurulma qərarına istinad etməlidir. 
Bol və ucuz resurslar amili sənaye büdcə  təşkilatlarının və  əhalini subsidiyalaşması ilə 
müşayiət olunur. Bu subsidiyaların önündə ödəmələr gedir. Belə situasiya isə müəssisələrin 
texniki geriliyini mühafizə edir, qeyri-istehsal təyinatlı xərcləri, enerji resurslarının istehlakının 
təsərrüfatcasına istifadəsini stimullaşdırır və dempinq qiymətlərinə şərait yaradır. Subsidiyaların 
energetik sektorda əsas forması kimi üç prinsipial əlamət çıxış edir: 
1.
 
tariflər; 
2.
 
proporsionallığı dolğun ifadə etməyən diferensiallaşan qiymətlər; 
3.
 
güzəştlərlər
Hər üç forma üzrə optimallaşma çevik fiskal siyasət, konsensuslu vergi reciminin tətbiqi ilə 
gerçəkləşmə imkanlıdır. Qeyd olunmalıdır ki, vergi güzəştlərinin neft-qaz kompleksində tətbiqi 
spektri geniş diapazonludur. Mövcud empirik naliyyətlərdən, aparıcı neft kompaniyalarının 
təcrübəsindən bəhrələnərək milli neft-qaz sektorunda, xüsusən də hasilat kompleksində 
müvəqqəti hal kimi güzəştli vergi vahəsi tətbiq etmək olar. Prossedurun daha effektli nəticəliyi 
isə  əmlakın təbii istehsal potensialına uyğunlaşdırılması ilə    həllinə qovuşacaqdır. Bunun üçün 
sahədə geniş  və  dəqiq inventarizasiyanın aparılması  zəruridir. Belə inventarizasiya səmərəsiz 
ərazi, izafi və  səmərəsiz  əmlak mövcudluğu aşkarlayacaq və  nəticədə xeyli vergitutma obyekti 
sıradan çıxacaqdır. Aşkarlanıb təhlil edilərək istismara yararsız qeyri-məhsuldar maşın və 
avadanlıqların, qurğuların, tikililərin hesabdan silinməsi, icarəsi, satışı və ya mənfəətli, səmərəli  
istifadəyə  səbəb olan istiqamətdə  işlədilməsi xeyli izafi əmlakın azalmasına, bununla da vergi 
yükünün məhdudlaşmasına  şərait yaradar

Hasilat zonasında vergi recimində digər qeyri-
münasib konyuktur oxşar vergitutma obyektlərinin hədəfə götürülməsi ilə bağlıdır. Belə ki, quru 
ərazilərdə yerləşən mədən sahələrindən həm torpaq və həm də mədən vergisinin tutulması tətbiq 
olunur. Kəşfiyyat və istismar altında olan bu nəhəng istismar zonası demək olar ki, respublikanın 
quru  ərazisinin tən yarısına bərabərdir. Bununla yanaşı quru ərazilərdə ehtiyatların tükənməsi, 
son on ildə orta hesabla hasilatın iki dəfə  aşağı enməsinə, quyu fondunun üç dəfə azalmasına 
baxmayaraq tətbiq edilən müvafiq vergi tutumu məhdudlaşmamışdır. 
Respublika neft sənayesinin köhnə yataqları  əhatə edən istismar zonası  çətin çıxarılan 
ehtiyatlar silsiləsinə daxildir. Burada səmərəli istismar mütərəqqi texnologiyalar və yeni iqtisadi 
mexanizmlər vasitəsi ilə davam etdirilə bilər. Belə strateji istiqamət isə əlavə kapital qoyuluşları 


 
186
tələb edir və investisiyon cəlbediciliyi məhdudlaşdırır.  İnvestisiyon cəlbliyinin artırılması üçün 
isə vergi stimullaşdırıcısı  və vergi diferensasiyası mühüm amil kimi çıxış edir. İstənilən vergi 
sisteminin məqsədi fiskal və stimullaşdırıcı optimal düzümdə əksini tapır. Burada bazalı istehsal 
faktorları olan torpaq, əmək və kapitala vergiqoyma qadağaları mühüm əhəmiyyətə malikdirlər. 
Bu qadağa iqtisadi xarakter daşıyır və qanunvericiliklə təsbit olunmamışdır. Faktiki olaraq bütün 
inkişaf etmiş ölkələrdə vergi qanunvericiliyi bu qadağa üzərində formalaşır. 
İstehsal prosesində istifadə olunan kapital amortizasiyon güzəştlərlə ifadə edən vergiqoyma 
ilə müdafiə olunmuşdur. Mənfəət istehsalın reinvestisiyasında istifadə olunduğu təqdirdə 
vergidən azad edilir. Neft sənayesində  tətbiq edilən vergi sistemi, istisna olaraq fiskal 
istiqamətlidir və vergiqoyma prinsiplərinə cavab vermir. Karbohidrogen xammalının torpaq 
istifadəçisi xammalın keyfiyyəti və istismar şərtlərinə görə renta ödəməyə borcludur. Müasir 
zamanda yatağın keyfiyyət parametrlərinə uyğun olaraq renta gəlirlərin ödənişi üzrə xüsusi 
vergiqoymanın tətbiqi zəruriləşmişdir. Burada vergiqoyma mexanizmi kimi yatağın illik 
rentabellik göstəriciləri  əsas götürülməlidir. Vergi reciminin mülayimləşməsində vurğulandığı 
kimi, konsensusun əldə edilməsidir. Konsensus obyekti olaraq isə dövlət və vergi ödəyiciləri 
çıxış edirlər. Müvafiq istiqamətdə reallaşmalar da öncədən dəqiq hesablanmış kompramis 
proqram və planlara uyğun olaraq gerçəkləşdirilməlidir. Bu istiqamətdə  əsas kimi, qeyri-
rentabelli obyektlərə  tətbiq edilən faizlərin azaldılması, proporsional vergiqoyma-deqressiya, 
vergi prospektinin məhdudlaşdırılması, ümumi və ya əlavə vergi növlərinin tətbiqi və digər 
iqtisadi əhəmiyyətli mexanizm və tədbirlər sistemi nəzərdə tutula bilər. 
Vergilər bağlı problematik məsələlərin həllində beynəlxalq praktikada nəzəri və empirik 
müstəvidə  sınanmış dövlət vergi yükü ilə iqtisadi səmərəliliyin qarşılıqlı  təmas və asılılığının 
optimal variantının tapılması və tənzim edilməsi mühüm rol oynayır. Bu baxımdan Laffer effekti 
və ya əyrisi kimi iqtisadi-elmi dairdə geniş tədqiq olunan və öyrənilən vergi dərəcələri ilə büdcə 
gəlirlərinin iqtisadi inkişafı təmin edən vəhdətdə bağlılığı prinsipi də diqqətdən yayınmamalıdır. 
Məlum həqiqətdir ki, istənilən vergi iqtisadi sistemdən resurs götürülməsini ifadə edərək istehsal 
tsiklində faydalı  işə  məhdudluq gətirir. Məhz buna görə  də vergi yükünün kritik səviyyədən 
yüksək təyinatı büdcə gəlirlərinin azalması ilə müşayiət olunacaqdır. Tədqiq və şərh edilən bütün 
bu analitik və təcrübü gerçəkliklər fikrimizcə milli neft-qaz sənayesinin strateji planlaşdırılması, 
davamlı inkişaf senarisinin hazırlanmasında iqtisadi-texnoloji vasitələrdən biri kimi təyinatlı 
istifadəsini tapacaqdır. Bazar prinsipli istehsalın genişlənən sferası neft-qaz sektorunun 
rentabelik problemli sahələrində liberal vergi reciminin tətbiqini qaçılmaz edir. Aparılan təhlil və 
müşahidələr göstərir ki, resessiya uğrayan təsərrüfatlarda aparılan islahat işlərinin tərkib hissəsi 
kimi, sahəvi vergi sisteminin də  təkimilləşdirilməsi zəruri və labüdür. Bu strateji iş isə  təkcə 
daxili istehsalat problemi deyildir. Problemin həllində milli iqtisadi maraqlara uyğun gələn və 
eyni zamanda sahədə hasilatın rentabelliyi ilə uzlaşan strateji tənzimləmədə  dövlətin qayğı  və 
səyləri irəlidir. Məhz buna görə də əsas yükü dövlət iradəli olaraq öz üzərinə götürməlidir. 
Məlumdur ki, respublika neft-qaz sənayesinə keçmiş ittifaqdan irsi olaraq müxtəlif 
disproporsiyalar keçmişdir. Burada təbii ehtiyatlar potensialının  əsas və dövriyyə  vəsaitlərinin 
dəyər qiymətinə qeyri-müvafiqliyi daha səciyyəvidir. Təhlil və araşdırmalar göstərir ki, mövcud  
disbalansın aradan qaldırılmasında sahədə istehsalın artımına yardım edən bütün iqtisadi 
imkanların sınağa çəkilməsi, daxili resursların səfərbərliyi və eyni zamanda dövlətin kompromis 
təyinatlı, mülayim vergi reciminə keçidi effektli olacaqdır. 
Vergi sferasında aparılan islahatların səmərəliliyi ilk növbədə neft-qaz sektorunda əksini 
tapacaqdır. Bu islahatlar sferası isə fikrimizcə aşağıdakı sistem formasında yüksəliş tapacaqdır: 
1.
 
dövlət tənzimləyici institutlarda islahatların genişləndirilməsi; 
2.
 
siyasət və hüquq sferasında normativ baza möhkəmliyinin təminatı; 
3.
 
subsidiyaların təjridinə nailolma; 
4.
 
sağlam rəqabət mühitinin formalaşması. 
Hesab olunur ki, genişlənən yeni vergi islahatları neft-qaz kompleksinin bazar relsləri ilə 
irəlləyişinin ən vacib qaynaq elementinə çevriləcəkdir 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə