E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə93/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   89   90   91   92   93   94   95   96   ...   121

 
191
macor situasiyasından mühafizə  tədbirlərinin görülməsi deyil, həm də vurğulandığı kimi 
diskontlaşmanı  sığortalayan iqtisadi texnologiyalardan istifadə edilməli, konkret olaraq 
heyjerləşmə aparılmalıdır. Sınanmış bu analiz metodikası  və texnologiyalarından milli neft 
industriyasının indiki və növbəti inkişaf mərhələsində layihələrin qiymətləndirilməsinin 
təhlilində istifadə edilməsi tələbli və  zərurudir. Belə metodika,  iqtisadi mexanizm və 
texnologiyaları müvafiq layihələrin netto nəticəliyini artıran təminat sistemi kimi də 
dəyərləndirmək olar. 
İnvestisiyon layihələrin iqtisadi və maliyyə  təhlilinin aparılması yalnız nəhəng yataqların 
işlənməsi sferasını  əhatə etməməlidir.  İqtisadi inkişafın növbəti fazasında  şübhəsiz ki, köhnə 
yataqlarda, marginal strukturlarda hasilat artımlı və reabilitasiya xarakterli layihələrin işlənməsi 
gündəmə  gələcəkdir. Bu gerçəklik və nikbinlik ondan irəli gəlir ki, respublikanın neft 
sənayesinin inkişaf perspektivi daxili bazarın təminatında neft biznesinin kiçik və orta çevrədə 
inkişaf etdirilməsini  əsaslandırır. Müasir dünya sivilizasiyası  məhz  əsas iqtisadi qaynağını 
mürəkkəb və çox funksiyalı fenomen olan kiçik və orta biznesin təşəkkülü və inkişaf yetkinliyinə 
bağlayır. Bu əhəmiyyət və keyfiyyətə nail olmada isə daha çox lokal bazarın inkişafına önəm 
verilməlidir. Azərbaycanın neft-qaz resursları potensialı çox sayda müvafiq investisiyon 
layihələrin işlənməsinə perspektiv görüntü yaradır. Rusurslardan rasional istifadənin təminatı isə 
bütün proseslərə elmi-analitik istiqamət verən vahid Neft İnstitutunun təsisatını  zəruri edir. 
Respublikamızın neft institutları baxımından kasadlığı yoxdur. Analoji situasiya Rusiya 
Federasiyasına da şamildir. Buna baxmayaraq böyük ölkədə vahid neft institutunun yaradılması 
ideyası gerçəkləşdirilir. Eyni profilli və təyinatlı vahid kordinasiyalı institutlar ABŞ və Fransada 
çoxdan fəaliyyət göstərirlər.  İnvestisiyon layihələrin işlənməsi və iqtisadi təhlili yalnız 
mərkəzləşmiş institutun yaradılması ilə bitmir. Daha səmərəli fəaliyyət institusional 
dəyişikliklərin dərinləşməsi və  təkmilləşməsini  şərtli edir. Bu baxımdan neft-qaz industriyasını 
bütün silsilədə  fəaliyyət nizamını  təmin edən normativ-hüquqi aktlar işlənməli və 
təkmilləşməlidir. Bu neft-qaz ehtiyatlı ölkədə neft iqtisadiyyatını optimal nizamlayan sahəvi 
qanunlar toplusu, daha dəqiq isə neft kodeksi işlənib hazırlanmalıdır 
 
 
11.5 Milli sektorda neftin keyfiyyət bankinin yaradilmasi zərurətləri 
 
Bazar sferasındakı fəaliyyət firma və kompaniyaları müvafiq qiymət siyasəti və strategiyası 
aparmağa kökləyir. Belə ki, kortəbii  şəkildə bazarı  fəth etmək mümkün olmur. Qiymət 
taktikasında bazarla işləmək, bazarı öyrənmək, marketoloci tədqiqatlar aparmaq və ən əsası isə 
rəqabətədavamlı, alıcı  tələbinə uyğun keyfiyyət və standartlı  məhsul buraxlışını  təmin etmək 
mühüm  əhəmiyyət daşıyır. Müvafiq tələblər xam neft məhsulu istehsalçıları üçün də eyni 
mahiyyətli əhəmiyyət kəsb edir. 
Fiziki-kimyəvi parametrlərdə xüsusi çəki, istikiliktörətmə, sıxlıq komponentlərində 
təsnifləşdirilən neft vizual təmasda rənginə, qoxusuna və hətta dadına görə də fərqli keyfiyyətə 
malikdir. ABŞ-da parafinli, naftenli, naften-parafinli və digər keçici kateqoriyalı neft təsnifatları 
da mövcuddur. Daha geniş sferada neft tərkibindəki kükürdə görə çeşidləmə bölgüsünə  məruz 
qalır. Bununla belə qeyd olunmalıdır ki, kükürdlü neft aşağı qiymətləndirilir və onun emal 
prosesi müəyyən mürəkkəbliklərlə müşayiət olunur. Qaynama temperaturu +28 s
0
-dən yuxarı, 
donma temperaturu –30-60ms
0
-dən hesablanan neft sıxlığana görə yüngül, orta və  ağır neft 
olmaqla üç qrupa ayrılır. Dünya neft hasilatında bu konfiqurasiya müvafiq olaraq 60:30:10 faiz 
nisbətdədir. Nümunəvi standartlı neftin sertifikat göstəriciləri sıxlığı, tərkibindəki kükürdün 
miqdarı ilə yanaşı  həm də parafin, su və digər mexaniki qatışıqlar spektrində keyfiyyət donu 
alaraq xüsusi marker növündə istehlakçı seçiminə məruz qalır. 
Neft marker indikatorunda bazar konyukturasına müvafiq olaraq hər gün mühüm birjaların 
ticarət zallarında, treyderlərlə alıcıların birbaşa qarşılıqlı  təmasında qiymət təyinatını tapır. 
Avropada London /IPE/ - «Brent», Asiyada Sinqapur /SIMEX/ - «Dubay», Amerikada isə Nyu-


 
192
York /NYMEX/ birjası «Qərbi Texas» qarşılıqlı marker növünün satışını reallaşdırır. Dünya 
bazarında ümunən «Brent» markalı neft dominant mövqedə dayanır.  Əsas marker çeşidləri ilə 
eaiaou dünya ticarət arenasında neftin digər əlahiddə növlər də mövcuddur. İrili-xırdalı olmasına 
baxmayaraq fərqli çeşidlər qlobal bazarda neftin qiymətləndirilməsində  iştirak etmirlər. 
Supernəhəng neft strukturlarının lideri kimi Səudiyyə  Ərəbistanın unikal «Qafar» yatağından 
dünya neftinin 7%-nin hasil olunur. Lakin «yüngül ərəb nefti» adlanan bu çeşid qiymətyaratmada 
marker nümunəsi titulu qazanmamışdır. «Layt» markasından olan Azərbaycan vətən nefti isə 
dünya bazarlarına Rusiyanın «Yurols» /Uralcl/ neft qarşığı toplumunda xüsusi «Azərilayt» adı 
ilə  çıxarılır. Aparıcı neft kompaniyaları bazar tələblərindən çıxış edərək istismar zonasının 
genişliyinə  və yataqlar kateqoriyası amilinə  rəğmən hasil etdikləri xam nefti çeşidləməyə 
məhkumdurlar. Bu məqsədələ isə neftin keyfiyyəti üzrə müvafiq bankın yaradılması ideyası və 
problemi ortaya çıxır. Gecikmiş olsa da Rusiyada da neftin keyfiyyət bankı yaradılmaqdadır. 
Ökədə neftin keyfiyyət bankının yaradılmasında  əsas məntiqi  şərt də neft kompaniyalarının 
müxtəlif çeşidli məhsul hasil etmələri ilə  əlaqədardır. Digər tərəfdən isə ölkədə  nəql sistemi 
vahid strukturludur və mütləq  əksəriyyətlə «Transneft» şirkətinin inhisarındadır. Məhz 
«Transneft»in kommunikasiya sistemi vasitəsi ilə Rusiya nefti dünya bazarlarına çıxış tapır. 
Çıxışda isə orta keyfiyyətli məlum «Yurols» nefti alınır.  İnhisarlaşmanı mülayimləşdirmək 
məqsədi ilə federasiyada «Magistral kəmərlərdə  nəql» haqqında qanun da qəbul edilmişdir. 
Burada hesab olunur ki, bank ideyasının reallaşması perspektivi aşağı keyfiyyətli neft 
hasilatçılarının yüksək keyfiyyətli istehsalçıların zərərləri kompensasiyasını  təmin edəcəkdir. 
Belə strateji istiqamət Azərbaycan nefti üçün də  əsaslıdır. Milli neft sektorunun perspektivli 
Xəzər  şelfində  və köhnə istismar zonasında çoxsaylı yataqlarda hasil olunan neft məhsulu 
müxtəlif keyfiyyət çalarlarına malikdir. Digər tərəfdən köhnə yataqlarda hasil edilən  ənənəvi 
texnoloji sistem neftin mərkəzi nəql şəbəkəsindən keçərək çeşidlənməsini şərtləndirir. Belə hal 
isə müxtəlif çeşidli məhsulun keyfiyyət kateqoriyasına uyğun olaraq onun dəqiq 
dəyərləndirilməsində  çətinliklər yaradır. Nəticədə renta disproporsiyası  dərinləşir və istehsalçı 
əməyi tam layiqli qiymətini ala bilir. Bu aspekt xarici bazarlara çıxışda da təsir gücünü nümayiş 
etdirir. Məhz buna görə  də neftin müvafiq keyfiyyət bankının respublikamızda da yaradılması 
obyektiv zərurətə çevrilir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə