E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə94/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   90   91   92   93   94   95   96   97   ...   121

 
193
XII FƏSİL 
SOSİAL-İQTİSADİ TƏRƏQQİ VƏ TƏSƏRRÜFATIN EKOLOGİZASİYASI 
 
12.1 .Yeni sosial-iqtisadi infrastrukturun formalaşmasi xüsusiyyətləri 
 
XIX  əsrin son onilliklərində  sənayeləşən neft hasilatı Azərbaycanın iqtisadiyyatını geniş 
miqyasda hərəkətə  gətirmiş, paytaxt Bakını bütöv bir makroregionun industrial, ticarət və 
maliyyə mərkəzinə çevirmişdir. Artan neft-qaz hasilatı bu məkanda güclü sənaye strukturları ilə 
yanaşı, həm də müqabil sosial infrastrukturun da formalaşmasını qaynaqlandırmışdır.  İndi 
meqopolisə çevrilmiş şəhərdə əksər kommunikasiya şəbəkəsi, su, qaz kəmərləri, istilik, elektrik 
xətləri, avtomobil yolları, sahəsi milyon kvadrat metrdən çox hesablanan mənzil fondu
mədəniyyət otaqları, ticarət-məişət obyektləri neft-qaz sənaye kompleksinin sosial fəaliyyət 
sferasına daxildir. Analoji sosial effekt Bakı urbanizasiya zonasından kənarda respublika 
ərazisinin digər neftli-qazlı regionlarında təşəkkül tapan şəhər və qəsəbələrə də aiddir. Lakin 130 
illik davamlı intensiv istismar nəticəsində köhnə yataqları  əhatə edən kompleksdə hasilat 
resessiyaya uğramış, istehsalın təchizatı  çətinləşmiş  və  məntiqi olaraq sosial infrastrukturun 
stimullaşması da məhdudlaşmışdır. Yaranmış reallıqdan çıxış edərək 2003-cü ilin yanvarında 
vurğulandığı kimi, respublika prezidenti H.Ə.Əliyev cənabları ARDNŞ-də struktur 
modernizasiyasını nəzərdə tutan müvafiq fərman imzalamışdır. Bu fərmandan irəli gələrək köhnə 
dəniz və quru yataqlarını  əhatə edən neft-qaz sektoru tarixi «Azneft» adı altında vahid 
kompleksdə birləşmişdir. Struktur dəyişiklikləri sosial infrastrukturdan da yan keçməmişdir. Belə 
ki, sosial və xidmət sferasının iri həcmli qurumları «Xəzərdənizneftsosialtikinti» Tresti və 
Avtonəqliyyat Kontoru özəlləşdirməyə açıq elan edilmişdir. Bundan öncə isə «Azərbaycan 
Respublikasında dövlət  əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq 
respublika prezidentinin «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi 
haqqında» 2001-ci il mart sərəncamına əsasən ARDNŞ-in neftin hasilatı və emalı ilə bilavasitə 
məşğul olmayan 68 müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Verilən qərarlar 
milli neft-qaz kompleksini xeyli miqdarda sosial infrastruktur seqmentlərindən və müvafiq 
subsidiyalardan azad etmişdir. Lakin bununla belə kompleks tamılıqla sosial infrastruktur 
problemləri yükündən qurtulmamışdır. Növbəti mərhələlərdə  mənzil fondunun, periferik 
kommunikasiya sisteminin və  təsərrüfat subyektlərinə  məxsus digər sosial infrastruktur 
obyektlərinin özəlləşdirməyə və bələdiyyə mülkiyyətinə verilməsi də qaçılmaz olacaqdır. 
Müasir bazar iqtisadiyyatı  təsərrüfatçılıqda heç də istehsal strukturu ilə müvafiq sosial 
infrastrukturun avtonom fəaliyyətini təşfiq etmir. Əkisinə yüksək renta zonalarında fəaliyyət 
göstərən yetərli istehsal-maliyyə potensiallı kompaniyalar həm kollektiv üzvləri üçün, həm də 
istehsalın yerləşdiyi regionun və onu əhatə edən ijmanın ümumsosial qayğılarını  çəkməyə, 
müvafiq ehtiyaclarını ödəməyə borcludurlar. Praktikada bu gerçəklik tam dolğunluğu ilə əksini 
tapmışdır. Bunun bariz nümunəsi isə qeyd olunduğu kimi,  neftin şəhəryaratma və 
infrastruktursalma amilinə  rəğmən, milli neft-qaz kompleksində  təzahür etməsidir. Sovet plan 
sisteminin tələbləri  əsasında yaradılan müvafiq sosial infrastruktur yeni iqtisadi reallıqlar 
fonunda simasını  dəyişmiş  və onun ənənəvi potensialı  təbəllüdatlara uğramışdır.  İndi bütün 
postsovet məkanında neft-qaz kompleksi ilə bağlı sosial infrastrukturlar mülkiyyət 
dəyişikliklərinə  məruz qalır. Hətta istehsal templərinin artım sürəti ilə Rusiyanın bütün neft 
kompaniyalarını arxada qoyan nəhəng «YUKAS» bütünlüklə uzun illər balansında saxladığı 
Nefteyuqansk şəhərini bələdiyyəyə təslim etmişdir. Tamılıqla şəhərin sosial qayğılarından azad 
olmasalar da şirkətdə bunu «yer və göy fərqi» kimi qiymətləndirirlər.  Şəhərin simasını isə 
bələdiyyə vergiləri hesabına radikal dəyişdirmək mümkün olmuşdur. Bu müqayisənin  şərhi 
onunla izah edilir ki, hazırkı məqamda «ödəməmələr sindromundan» sıxıntılar keçirən neft-qaz 
kompleksinin istehsalı normal inkişaf etdirməyə belə müvafiq maliyyə resursları  və dövriyyə 
vəsaitləri yoxdur. Şəhər təsərrüfatı isə davamlı olaraq problemlərinin həllini kompleksin 
dayanaqlı inkişaf zolağına keçid perspektivi ilə bağlamamalıdır. 


 
194
Aparılan təhlil göstərir ki, milli neft-qaz kompleksində sosial infrastruktur problemlərinin 
həlli senarisi aşağıdakı iki mühüm institusional aspektlə bağlıdır: 
I.
 
Bələdiyyə institutunun tam formalaşması. 
II.
 
Neft-qaz kompleksində bazar münasibətlərinin dərinləşməsi. 
Yeni yaranışlar milli neft-qaz kompleksini sosial qayğılardan tamamilə təjrid etməyəcəkdir. 
Kompleksin bazar orientasiyalı struktur modernizasiyası sosial innovasiyaları stimullaşdıracaq və 
daha çox istehsaldaxili sosial mühitin inkişafında  əks olunacaqdır. Sosial-iqtisadi vəziyyətin 
yaxşılaşdırılması, istehsal mədəniyyətinin, erqonomik şəraitin yüksəldilməsi, məşğulluğun 
optimallaşdırılması,  əmək haqlarının artırılması perspektivi ilə  zənnimizcə kompleksdə strateji 
planda aşağıdakıları ifadə etməlidir: 
1.
 
dolğun sosal infrastuktur inventarizasiyasının və analizinin aparılması; 
2.
 
mənzil-kommunal təsərrüfatının bələdiyyə mülkiyyətinə verilməsi; 
3.
 
sosial təyinatlı təsərrüfat obyektlərinin, lüzumsuz və perspektivsiz iş yerlərinin ixtisarı 
və məşğulluğun istehsal həcminə uyğunlaşdırılması; 
4.
 
potensial gücü tam ifadə edən müvafiq sosial inkişaf proqramının hazırlanması  və 
müvafiq tələbli mümkün sosial infrastrukturun modernizasiyası; 
5.
 
fərdi mükafatlandırma və sosial orientasiyalı stimullaşdırma fondunun təsisi; 
Xidmət strukturlarının tam miqyaslı bazar prinsiplərinə uyğun fəaliyyət zonasına keçid 
perspektivi isə kompleksdə ümumi islahatlar trayektoriyasında  əsaslı dönüşlərdən biri kimi
sahənin dinamik inkişafına yardımçı olacaqdır.  
 
 
12.2. Ekoloji iqtisadiyyatin təşəkkül prinsipləri 
 
Cəmiyyət təbiətə sosio-texnosfera vasitəsi ilə  təsir edir. Lakonik interpretasiyada sosio-
texnosferanı «ikinci təbiət» də adlandırmaq olar. Sosio-texnosferin miqyası haqqında 
təəssüratlara vararkən qeyd olunmalıdır ki, müasir mərhələdə bir il ərzində insan tərəfindən 
istehsal edilən texniki kütlə  təbii istehsal olunan biokütlədən on və  bəzən də yüz dəfələrlə 
yüksəkdir. Bunlar azmış kimi insanın texnogen fəaliyyətinin təbətə  təsiri onun tarazlığının 
bərbasını müddətsiz və çox zaman isə mümkünsüz edir. Bəşəri yaranış tarixi ərzində 20 milyon 
km
2
-dən artıq torpaq resursları məhv olmuşdur. Erroziya prosesi yenə də meyllidir. Hər il yerin 
təkindən 80 milyard ton filiz və qeyri-filiz hasil edilir ki, onun da yalnız 3-4%-i səmərəli istifadə 
olunur, qalan 96-97% isə  təbiətə  zəhərli maddələr qismində tullanılır. Dünya okeanı müasir 
məqamda il ərzində 50 min ton pestisid, 5 min ton civə və 10 milyon ton neft töküntüsü qəbul 
edir. Bütün bu neqativ təzahürlər bəşəriyyətin davamlı sivil yaşayışının təmin edilməsində 
dünyanın iqtisadi inkişaf strategiyasının dəyişkənliyini şərtləndirir. 
İqtisadiyyatın  ətraf mühitə ciddi təsiri danılmaz faktdır. Bununla belə iqtisadi quruculuq 
təbiət təmasları ilə qarşılıqlı münasibətdə  tərəqqi edir. Ətraf mühitə planetar miqyasda ən çox 
neft-qaz, daş kömür və avtomobil nəqliyyatından istifadə təsir göstərir və bütün bu yaranışlar da 
karbohidrogen əsaslı enerjidaşıyıcıları hesabına təzahür edir. Məhz buna görə də bəşəriyyət yaxın 
gələcəkdə iqtisadiyyatın ənənəvi əsasını dəyişmək zorunda qalacaqdır. 
Geoloqlar 200-500 metrə qədər dərinlikləri şelf adlandırırlar. Məhz şelf zonasında da neft 
və qazın intensiv axtarış-kəşfiyyatı və istismarı həyata keçirilir. Buna görə də akvatoriyanın şelf 
zonası daha ekoloji fəsadlı sahə kimi qalır. Hər il dünya okeanına 2-10 milyon tonadək neft 
dağılır. Bu isə özü-özlüyündə tam bir neft yatağı deməkdir. Su üzərinə düşən bir ton neft 12 km

su səthini bağlayır. 1 litr neft 40000 litr suyun oksigen buraxılışını  məhdudlaşdırır və  dəniz 
canlılarını havadan istifadədən məhrum edir. Bununla belə dünya okeanına təbii yolla neft 
sızmaları da müşayiət olunur. Bu proses 100 illərdir davam edir. Ən çirkli sular Atlantik 
okeanına aiddir. 
Müasir dünyada enerji istehlakının 40%-i neftlə təmin edilir. Yalnız neftin saxlanmasında 
və  nəqlində  çıxarılan neftin 5%-i itirilir. Beləliklə, hər il orta hesabla ətraf mühitə 150-170 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə