E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə83/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   79   80   81   82   83   84   85   86   ...   121

 
171
davranış münasibətləri və strategiya əsasında fəaliyyətini tənzimləyir. Böyük biznes dövlətin 
iqtisadi və texniki gücünü nümayiş etdirir. Orta biznes daxili iqtisadi konyukturadan asılı olaraq 
qrupu daxilində rəqabətə istinad edən prinsiplər əsasında təşəkkül tapır. Kiçik biznes isə əsasən 
daxili bazara köklənən  əmtəə  və xidmətləri reallaşdırır. Bu təsnifatda istənilən inkişaf etmiş 
təsərrüfat sisteminin ayrılmaz hissəsini təşkil edərək sahibkarlıq üçün münasib çevikliyi ilə kiçik 
biznes daha üstün mövqe tutur. Əgər böyük biznes ümumtəsərrüfat səmərəliliyinin artırılmasına 
xidmət edirsə, kiçik biznes təsərrüfata elastiklik, mobillik və tezdəyişən struktura texniki 
imkanlar yaradır. 
Kiçik biznesin inkişafını şərtləndirən mühüm cəhətlərdən biri də onunla bağlıdır ki, heç bir 
dövlətdə iri istehsalçılar kiçik biznesə  rəqib kəsilmirlər.  İnkişaf etmiş ölkələrdə iri və kiçik 
müəssisələrin kooperasiyalaşması prinsipi kiçik biznesin sıxışdırılması ilə müşayiət olunsa da 
aydın dərk edilir ki, kiçik biznessiz cəmiyyət normal fəaliyyət göstərə  və inkişaf edə bilməz. 
Kiçik biznes iqtisadiyyatın ən çevik və mobil hissəsidir. O çox asanlıqla yeni şəraitə adaptasiya 
olunur, müasir texnologiyaları mənimsəyir və risk etməkdən çəkinməyərək yeni istehsal sahələri 
yaradaraq innovasiya işlənmələrinin fövqündə dayanır.  İqtisadi  Əməkdaşlıq və  İnkişaf 
Təşkilatının məlumatlarına görə ABŞ-da hər üç iş yerindən ikisi kiçik biznesi təmsil edən 
müəssisələrin payına düşür. Ölkədə hər on yeni texnoloji ideyalardan doqquzu kiçik firmalarda 
yaranır. 
Azərbaycan Respublikasında da biznes fəaliyyətin tərəqqisi sahəsində mütərəqqi addımlar 
atılır və onun inkişaf strategiyası dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bununla belə 
sahibkarlıq və biznes sahəsində innavasiyon biliklərin nisbi məhdudluğu və müvafiq biznes 
infrastrukturunun müasirlik baxımından yetərli olmayan təkmilliyi bu sferada irəliləyişləri bir 
qədər ləngidir. Bu baxımdan respublikamızda da kiçik biznesin normal inkişafı üçün müvafiq 
infrastrukturun və sahibkar biliyinin təkmilləşməsi zərurətləri artır. 
İşgüzar münasibətləri ümumi məxrəcə gətirən təşkilati hüquqi formalar məcmu kimi biznes 
infrastrukturu çıxış edir. Biznes infrastrukturu kredit, gömrük sistemi, kommersiya bankları, 
fond, valyuta, əmtəə, xammal, əmək bircalarında vasitəçilik təşkilatlandırılması, qeyri-birca 
vasitəçiliyi, auksionlar, vergi sistemi, sığorta, reklam, auditor, konsaltinq kompaniyaları, 
informasiya, agentlikləri və kütləvi informasiya vasitələri, ticarət palataları, fondlar və digər 
müvafiq təsisatlarla əhatə olunur. 
Biznesin məqsəd və məramı onun xarakteri və inkişaf dərəcəsindən asılı olaraq müxtəlifdir. 
Lakin burada mənfəətin alınması, biznesin inkişafı üçün zəruri vəsaitin yığımı, cəmiyyətə lazımı 
əmtəə və xidmətlərin təqdimatı, sahədə və bazarda qabaqcıl mövqelərə nail olmaq, istehlakçıların 
tələblərini optimal təmin etmək, öz işçilərinə fəallıq və səriştə yaratmaq imkanlarını vermək kimi 
ümumi prinsipial istiqamətlər mövcuddur. Biznes məqsədli ifadəsini həm də konkret fəaliyyət 
istiqamətini müəyyən edən məsələlərdə, təyin olunmuş zaman çərçivəsində keyfiyyət və 
kəmiyyətlə bağlı tapşırıqlarda tapır. 
Sahibkarlıq fəaliyyətinin əsas növlərini əhatə edən biznes istehsal, kommersiya və maliyyə 
növlərinə ayrılır.  
Cədvəl 41 
Biznes növlərinin əsas əlamətləri 
 
Biznesin növləri 
Əsas funksiyalar 
Fəaliyyətin mühüm meydanları 
İstehsal 
Məhsul, əmtəə, iş, xidmət, 
informasiya istehsalı, 
İstehsal müəssisə və təşkilatları 
Kommersiya 
Əmtəə və xidmətlərin alqı satqısı Ticarət təşkilatları, əmtəə bircaları 
Maliyyə 
Pul, valyuta, qiymətli kağızlar 
Banklar, fond bircaları, sığorta və trast 
kompaniyaları 
 
 
 


 
172
Siyasi və iqtisadi stabillik şəraitində, real bazar iqtisadiyyatı sferasında istehsal biznes 
layiqli mövqe tutur və müasir keçid şəraitində  çətin fəaliyyət növü olaraq qalır. Missiyasını 
əmtəə, pul, ticarət mübadilə əməliyyatlarını təşkil edən kommersiya biznesi ölkə iqtisadiyyatının 
inkişafının mühüm təminatçısı rolunda çıxış edir. İstehsal biznesindən fərqli olaraq kommersiya 
biznesində  məhsul buraxılışı ilə  əlaqədar istehsal resurslarının təminatı ilə  təhcizetmə lüzumu 
yoxdur. Daha dəqiq isə burada mühüm aspekt kimi nəyi almaq, harada yenidən satmaq 
önəmlidir. Maliyyə biznesi isə kommersiya fəaliyyətinin xüsusi növü olaraq mənfəət əldə etmək 
üçün alqı-satqı obyekti kimi spesifik əmtəələr, pul, valyuta, qiymətli kağızlar ticarətini əhatə edir. 
Mürəkkəb və  zərif olduğu kimi maliyyə biznesi mühüm informasiya nağdlılığı, hesablayıcı 
texnika və  səmərəli təşkilatçılıq tələb edərək valyuta və qiymətli kağızlar bazarında marketinq 
tədqiqatlarını şərtləndirir. 
Biznes və ya işgüzar münasibətlər bütün biznesmenləri və onların fəaliyyətini ümumi cəm 
edən bir sistem təşkil edir. Biznes sistemi işgüzar münasibətlərin subyekti, biznes infrastrukturu 
idərəetmə sistemi /menejment/, konturagentlərin öyrənilməsi /marketinq/, fəaliyyətin 
qiymətləndirilməsi /pullar/ və inkişafın daxili şəxsi impulslarına malikliyini /rəqabət/ əhatə edir. 
Sahibkarlar, istehlakçılar, muzdla işləyənlər və dövlət strukturları biznesin subyektlərini təşkil 
edir və aşağıdakı təsnifatla xarakterizə olunur. 
Cədvəl 42 
Biznes  subyektlərinin əsas  xarakteristikasi 
 
Biznesin subyektləri 
İşgüzar maraqlar 
Biznesin əsaslari 
Sahibkarlar 
Gəlirlərin əldə edilməsi 
İstehsal vasitələri üzərində şəxsi 
mülkiyyət 
İstehlakçılar 
İstehlak tələblərin ödənilməsi 
İstehlak predmetləri üzərində şəxsi 
mülkiyyət 
Muzdla işləyənlər 
Şəxsi gəlirlər 
İşçi qüvvəsi üzərində şəxsi 
mülkiyyət 
Dövlət strukturları 
Ümumi dövlət proqramlarının 
reallaşması 
İstehsal vasitələri üzərində dövlət 
mülkiyyəti 
 
Biznesdə  də vacib strateji xətt kimi partnyorluq əhəmiyyət daşayır. Partnyorluq istehsal 
sferasında əmtəə mübadiləsində, ticarətdə, maliyyə münasibətlərində əksini tapır. Fövqəladə bir 
məsələ olaraq partnyorluq seçiminin köməyi ilə biznesdə uğur əldə edilir. 
Biznes işində daim artmaqda davam edən işgüzar reputasiyanın  əldə edilməsi olduqca 
vacib məsələdir.  İstehsalçının kompleks hərəkətlər və ya işgüzar reputasiya mexanizmini 
yaratmaq repyutinq adlanır. Repyutinq stil, imij, işgüzar reputasiya və qudvil /reputasiyanın 
qiyməti/ kimi komponentləri  əks etdirir. Məqsədi müştərini anlamaq, onun arzu və  tələblərini 
öyrənmək məramları təşkil edən repyutinqə, həm də «menejment-marketinq-repyutinq» formalı 
bazar mexanizminin zəncirini yaradan tərkib hissə kimi də  təyin vermək olar. Təşkilatın 
reputasiyasının qiyməti çox yüksək ola bilər. Belə ki, «Koko- Kola» kompaniyasının ticarət 
nişanı 3 milyard, «Kemel» firmasını 2,5 milyard, Kristal zavodunun «Staliçnaya» arağını isə 100 
milyon dollar qiymətləndirir. Elə sahibkarlar vardır ki, onların faksimilinin qiyməti milyon 
dollarlar məbləğində  dəyərləndirilir və  bəzən bu məbləq məxsusi material aktivlərini belə bir 
neçə dəfə üstələyir. 
İnsan, ailə, firma, dövlət yalnız bu günlə yaşaya bilməzlər. Onlar gələcəyi, sabahkı həyatı 
və konkret olaraq növbəti günü düşünməyə məhkumdurlar. Yalnız düşünməklə iş aşmır. Gələcək 
üçün hərəkətlər və onların nəticələri planlaşdırılmalıdır. Planlaşdırmaya isə daha çox biznes 
ehtiyaclıdır. Hər hansı bir biznes planının həyata keçirilməsində biznesmen əvvəlcədən 
düşünülmüş  hərəkət planı hazırlamalıdır. Biznesmenin hazırladığı  əməliyyat proqramı biznes-
planda ehtiva olunur. Yalnız real və ümüdlü, bütün mümkün xərcləri və  nəticələri vaxt 
resursunda əhatə edərək yaradılan biznes-plan həmən işin başlanmasına zəmindir. Biznes-plansız 
heç bir kompanyon, sponsor tapmaq və  həmçinin müvəffəqiyyət  əldə etmək mümkün deyil. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə