149
edilmiş qaydada
ödədikdən sonra, fəaliyyətindən əldə etdiyi gəlirə müstəqil sərəncam verir.
Nizamnamənin dördüncü bölməsində şirkətin idarə edilməsi strukturu ilə bağlı məsələlər
şərh edilir. Burada göstərilir ki, Şirkətin strukturu, yəni şirkətin tərkibinə daxil olan müəssisələrin
siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Şirkətin məqsəd və
vəzifələrini yerinə yetirmək üçün onun fəaliyyətinin predmetinə daxil olan fəaliyyət növlərinin
səmərəli təşkilini və həyata keçirilməsini, Şirkətin tərkibinə daxil olan müəssisələr, hüquqi
şəxslər və hüquqi şəxs statusuna malik olmayan qurumlar vasitəsi ilə neft və qaz yataqlarının
kəşfiyyatı,
tikintisi, işlənməsi, neftin, qazın, kondensatın və onlardan alınan məhsulların nəql
edilməsi, emalı, satışı, servis xidmətlərinin göstərilməsi və Şirkətin digər vəzifələrinin və
fəaliyyət növlərinin həyata keçirilməsini təmin edir. Bundan başqa, bu bölmədə qeyd edilir ki,
şirkətin tərkibinə daxil olan hüquqi şəxslər və hüquqi şəxs statusuna malik olmayan qurumlar
şirkətin prezidenti tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılır, yenidən
təşkil və ləğv edilir. Nizamnaməyə əsasən, şirkət onun fəaliyyətinin tərkibinə daxil olan bəzi
fəaliyyət növlərinin həyata keçirilməsini tam və ya qismən onun strukturuna daxil olan
müəssisələrə həvalə edə bilər /əgər belə bir zərurət yaranarsa/. Şirkətin prezidenti onun
strukturuna daxil olan müəssisələrin Nizamnaməsini
və Əsasnaməsini təsdiq edir, onların
rəhbərlərini və müavinlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində
qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər həyata keçirir və sair.
Nizamnamənin beşinci bölməsində şirkətin idarə edilməsi ilə əlaqədar məsələlərdən
danışılır. Burada göstərilir ki, şirkətin idarəetmə strukturuna şirkətin
prezidenti, onun birinci
vitse-prezidenti, iki vitse-prezidenti və idarəetmə aparatı daxildir. Şirkətin prezidenti onun işini
təşkil edir, qarşısında duran vəzifələri yerinə yetirilməsini təmin edir və fəaliyyətinə ümumi
rəhbərliyi həyata keçirir. Şirkətin prezidenti, birinci vitsə-prezidenti və vitsa-prezidentləri
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və azad edilir. Şirkətin
prezidenti onun struktur bölmələrinin səmərəli fəaliyyət göstərməsini təmin edir, şirkət
tərəfindən və şirkətin fəaliyyəti ilə bağlı yuxarı orqanların qərarlarının yerinə yetirilməsinə
nəzarəti təşkil edir, Şirkətin idarəetmə aparatının strukturunu və ştat cədvəlini təsdiq edir,
qanunvericiliklə müəyyən edilmiş qaydada aparatın işçilərini vəzifə təyin edir və vəzifədən azad
edir, onlar barəsində həvəsləndirici və tənbeh tədbirləri tətbiq edir, Şirkətin Şurasının işini təşkil
edir və ona rəhbərlik edir, Şirkətin adından vəkalətnaməsiz
fəaliyyət göstərir, dövlət hakimiyyəti
orqanları ilə, yerli və xarici hüquqi şəxslərlə, idarə və təşkilatlarla, beynəlxalq təşkilatlarla
münasibətdə şirkəti təmsil edir, müəyyən edilmiş qaydada müqavilələr bağlayır və bunların
yerinə yetirilməsini təmin edir, vəkalətnamələr verir, hesabları və tədiyyə tapşırıqlarını imzalayır
və sair.
Nizamnamənin altıncı bölməsində şirkətin fəaliyyəti ilə bağlı uçot, hesabat və nəzarət
işlərinin təşkili məsələləri şərh edilir. Burada göstərilir ki, şirkət
qanunvericiliklə müəyyən
edilmiş qaydada mühasibat uçotunu aparır, statistika hesabatını tərtib edir və müvafiq dövlət
orqanlarına təqdim edir,
Nəhayət, Nizamnamənin axırıncı, yeddinci bölməsində Şirkətin yenidən təşkili və ləğv
edilməsi ilə bağlı məsələlərdən danışılır və göstərilir ki, Şşrkət Azərbaycan Respublikasının
Prezidenti tərəfindən yenidən təşkil oluna və ya ləğv edilə bilər.
8.6. Bazar iqtisadiyyatina keçid dövründə neftqazçixarma idarələrinin maliyyə
durumunun pisləşməsi səbəbləri və sanasiyasi
Bazar iqtisadiyyatı şəraitində hər bir müəssisənin maliyyə vəziyyəti bilavasitə onun
istehsal-təsərrüfat fəaliyyətinin nəticələrindən asılıdır. Odur ki, verilmiş tapşırıqların və
sifarişlərin vaxtında yerinə yetirilməsi, əmək məhsuldarlığının artması və məhsulun maya
dəyərinin aşağı salınması müəssisənin maliyyə vəziyyətinin yaxşı olmasının həlledici şərtləridir.
Əgər müəssisədə maliyyə işləri
düzgün təşkil edilmişdirsə, pul vəsaiti vaxtında müəssisənin
150
hesablaşma hesabına daxil olursa və öz təyinatına görə istifadə edilirsə, onda müəssisə tapşırıq və
sifarişləri vaxtında yerinə yetirmək imkanına tam malik olur.
Bazar iqtisadiyyatı şəraitində müəssisələrdə maliyyə resursları varidatının əsas mənbəyi,
onların özlərinin pul gəlirlərindən ibarət olur. Müəssisənin pul gəlirlərinin həcmi isə bazarda
satılan məhsulun miqdarından, onların keyfiyyətindən və qiymətlərindən bilavasitə asılıdır. Nə
qədər çox məhsul istehsal edilib satılarsa, onların keyfiyyəti nə qədər yüksək olarsa, müəssisənin
pul gəliri də bir o qədər çox olacaqdır. Fəqət son illərdə əksər müəssisələr tam gücləri ilə
işləmədiyinə görə istehsal olunan və satılan məhsulların həcmi xeyli azalmış və beləliklə də
onların maliyyə vəziyyətləri pisləşmişdir. Belə bir hal onların maliyyə vəziyyətinin
yaxşılaşdırılmasını zəruri edir. Müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasında onların
yenidən qurulması və sanasiyası mühüm rol oynayır.
Maliyyə vəziyyəti pis olan müəssisələrin yenidən qurulması kreditorların tələbini ödəmək
məqsədilə müəssisənin mülkiyyətçisi və ya rəhbərliyi tərəfindən onun malik olduğu əmlakın
bölmək, hamısını və ya müəyyən hissəsini digər təsərrüfat subyektlərinə verməklə müəssisənin
quruluşunun və fəaliyyət istiqamətinin dəyişdirilməsini nəzərdə tutur. Sanasiya isə borcun ləğv
edilməsinin qarşısını almaq məqsədilə onun mülkiyyətçisi,
kreditorlar, əmək kollektivləri və ya
digər şəxslər tərəfindən maliyyə yardımı göstərməklə borclunun yenidən təşkil edilməsidir.
Bəzən müəssisələrin elə maliyyə vəziyyəti yaranır ki, bu zaman onlar öz mövcud əmlaklarını
satdıqda belə öz borclarını ödəmək qabiliyyətinə malik olmurlar. Bu da borcların həcminin ildən-
ilə artmasına gətirib çıxarır. Aşağıdakı cədvəldə müəssisə və təşkilatların bank ssudaları və
qarşılıqlı hesablaşmalar üzrə vaxtı keçmiş borclarının məbləğləri əksini tapmışdır.
Cədvəl 38
Müəssisə və təşkilatlarin bank ssudalari və qarşiliqli hesablaşmalar
üzrə vaxti keçmiş borclari
/
milyard manat/
İllər
Cəmi
Bank hesablaşmalari
Qarşılıqlı hesablaşmalar
1995
9481 588
8893
1996
14667 760
13908
1997
12084 760
11325
1998
14496 340
14156
1999
14312 364
13948
2000
17394 500
16894
2001
17728,3 672
17056
Azərbaycanda maliyyə vəziyyəti pisləşmiş müəssisələrin maliyyə vəziyyətlərini
yaxşılaşdırmaq üçün, əsasən, sanasiyadan istifadə edilir. Bu zaman borclu müəssisənin tədiyyə
qabiliyyətini bərpa etmək üçün sanasiya prosesi üzrə keçirilmiş tenderdə
/müsabiqədə/ qalib
gəlmiş hüquqi və ya fiziki şəxs tərəfindən maliyyə yardımı göstərilir. Mövcud qanunvericiliyinə
görə sanasiya
tenderində borclu müəssisə, hər hansı bir səhmdar və ya kreditor, habelə hüquqi və
fiziki şəxslər iştirak edə bilər. Hansı hüquqi və ya fiziki şəxsin borclu müəssisənin sanasiyası
üzrə tədbirləri özündə birləşdirən sanasiya layihəsi /biznes planı/ məhkəmə tərəfindən qənaətbəxş
hesab olunarsa, o da sanasiya prosesini həyata keçirir Bunun üçün o, öz şəxsi nümayəndəsini
təyin edir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının Qanununa görə
sanasiyanın müddəti 18 ay müəyyən edilmişdir. Əgər sanasiya dövründə obyektiv səbəblər
üzündən zərurət yaranarsa, onda sanasiyanın müddəti daha 6 ay uzadıla bilər.
Hər bir müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmaq
üçün konkret şəraiti nəzərə
almaqla ayrıca sanasiya proqramı /layihəsi/ işlənib hazırlanır. Bu zaman iki növ taktikadan:
müdafiə və hücum taktikasından istifadə edilir. Müdafiə taktikası müdafiə xarakterli tədbirlərə
əsaslanır. Belə tədbirlərə maya dəyərinin tərkibinə daxil edilən xərclərin azaldılması, lüzumsuz
idarəetmə şöbələrinin ixtisar edilməsi və ya sayının azaldılması, idarəetmə heyəti işçilərinin
ixtisar edilməsi və sair aiddir. Belə taktikadan müəssisə əlverişsiz xarici mühitə malik olduqda