Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə49/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   45   46   47   48   49   50   51   52   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Heyran  xanım  (X V III  əsrin  sonu).  Azərbaycan  şairi.
X V III  əsrin  sonlarında  N axçıvanda  Kəngərli  xanlarının  ailə­
sində  doğulm uşdur.  Təhsilini  Naxçıvanda  almış,  ərəb  və  fars 
dillərini,  klassik  Azərbaycan  və  fars  ədəbiyyatım  öyrənmişdir.
X IX   əsrin  əvvəllərində  İran a   köçmüşdür.  Azərbaycan  və  fars 
dillərində  yazdığı  şeirlərində  saf,  fədakar,  nəcib  insani məhəb­
bəti  tərənnüm   etmişdir.  O,  əsərlərində  zülm  və  ədalətsizliyə 
qarşı çıxmış, həyatın qədrini bilməyə çağırmışdır.
Xurşidbamı  Mehdiqulu  xan  qızı  Natəvan  (1832-1897). 
Azərbaycan  şairi.  İbrahimxəlil xanın nəvəsidir.  «Xan  qızı» adı 
ilə tanınm ışdır.  M usiqini,  şeiri, rəsmi sevən N atəvan Şərq dillə­
rini  öyrənmişdir.  N atəvan  Firdovsi,  Nizami,  Sədi,  Hafiz,  Nə- 
vai,  Füzuli  kimi  klassiklərin  əsərlərini  oxumuşdur.  Qəzəlləri 
m əhəbbət  və  təbiətin  gözəlliklərinin  tərənnümü  ilə  seçilir. 
Yüksək  sənətkarlıq nüm unələri olan şeirlərində bədii vasitələr­
dən  m əharətlə  istifadə  etmişdir.  16  yaşlı  oğlunun  ölümündən 
sonra  bədbinliyə  qatılmış,  «Ağlaram»,  «Sənsiz»,  «Ölürəm» ki­
mi şeirlər yazmışdır.
N atəvan  1858-ci  ildə  B akıda  A .D üm a  (ata)  ilə  görüşmüş, 
öz  əl  işlərindən  ona  hədiyyə  vermişdir.  1872-ci  ildə  Şuşada 
«Məclisi-üns»  ədəbi  məclisini  təşkil  etmişdir.  1873-cü  ildə  Şu­
şaya  «X an  qızı  bulağı»  adı  ilə  m əşhur  olan  su  kəməri  çəkdir­
mişdir,
Şəfiqə 
Məhəmməd  qızı  Əfəndizadə  (1882-1959).  Azər­
baycanın  ilk  maarifpərvər  qadın  publisisti,  yazıçısı  və  ana  dili 
müəllimi.  D arülm üəlüm atda  dərs  demişdir.  M ətbuat  səhifələ­
rində xalqın maariflənməsindən, qadın azadlığından bəhs edən 
məqalələri dərc edilmişdir. Hekayələr yazmışdır.
Həmidə xanım Əhməd bəy qızı  Cavanşir-Məmmədquluzadə 
(1873-1955).  Cəlil  M əm m ədquluzadənin  ömür  yoldaşı.  Azər­
baycanın ilk m aarifpərvər qadm larm dandır.  1907-ci ildə Ağca­
bədi  ray o n u n u n   Kəhrizli  kəndində  qadınlar  üçün  ilk  təhsil 
ocağı -  m əktəb açmışdır.  Q afqaz müsəlman qadınları xeyriyyə 
cəmiyyətinin  yaradıcılarından  biri  olan  Həmidə  xanım  Azər­
baycanın ictimai-mədəni həyatında fəal iştirak etmişdir.  «Mol­
194
İntellektual ekologiya
la Nəsrəddin» jurnalının nəşrində xidmətləri olmuşdur.
Səkinə Axundzadə  (1865-1927).  Müəllim  və yazıçı.  Azər­
baycanlı qadınlar içərisində ilk dəfə səhnə əsərləri yazmış,  rus- 
müsəlman qız məktəbində dram  dərnəyi yaratmışdır. Məktəbli 
qızlarla birlikdə  teatr  tam aşaları  hazırlayıb,  qadın  tamaşaçıla­
rına  göstərmişdir.  Pyesləri Azərbaycanın  sovetləşməsindən  əv­
vəlki  dövründə  səhnədə  göstərilmişdir.  Bakıda  H.Z.Tağıyevin 
qız məktəbində dərs demişdir.
Hənifə xanım  Məlikova-Abayeva  (1856-1929).  Azərbayca­
nın ilk maarifçi qadınlarından biri.  Həsən bəy Zərdabinin həy­
al  yoldaşıdır.  «Əkinçi» qəzetinin  nəşrində fəal iştirak etmişdir. 
Bakıdakı «Nicat» cəmiyyəti qadın bölməsinin yaradıcılarından 
olan Hənifə xanım öz mənzilində məktəb açmış (1880),  yaşlıla­
ra  dərs  demişdir  (1904-1908).  O,  Bakıdakı  ilk  müsəlman  qız 
məktəbinin  (1901-1905),  1-ci  rus-tatar  (rus-Azərbaycan)  qız 
məktəbinin (1909-1919) müdiri işləmişdir.
Şövkət Həsən qızı Məmmədova (1897-1981). Azərbaycanın 
ilk  professional  qadın  müğənnisi.  1910-cu  ildə  Tiflis  musiqi 
məktəbini  bitirdikdən  sonra  təhsilini  davam   etdirmək  üçün 
1911-ci  ildə  M ilana  getmiş,  burada  məşhur  müğənni  D.Am- 
broziodan dərs  almışdır.  O,  ikinci dəfə M ilanda  1927-1929-cu 
illərdə  təhsilini  davam   etdirmişdir.  Şövkət  xanımın  təşəbbüsü 
ilə  1923-cü  ildə  Bakı  Teatr  Texnikumu  açılmışdır.  1923-1925- 
ci illərdə həmin təhsil ocağına Şövkət xanım  rəhbərlik etmişdir. 
1 lyni  zamanda  Şövkət  xanımın  təşəbbüsü və  köməkliyi  ilə  Ba­
kıda  not  nəşriyyatı  təsis  edilmişdir.  Şövkət  xanım  Azərbaycan 
opera  səhnəsində  rus  və dünya vokal sənətinin  ən yaxşı  ənənə­
lərini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir. O,  1945—
 
1981-ci  illərdə  Azərbaycan  Dövlət  Konservatoriyasında  peda­
qoji fəaliyyət göstərmişdir.
Sona  İbrahim  qızı  Vəlixan  (1883-1982).  Oftalmoloq,  azə- 
baycanlı qadınlar arasında ilk  tibb elmləri doktoru,  professor. 
Flm  sahəsində N obel m ükafatına namizədliyi irəli sürülmüş ilk 
azərbaycanlı alimdir (1941). Peterburq Qadın Tibb İnstitutunu 
bitirmişdir. X arkov Universitetində,  Azərbaycan Tibb İnstitu­
195


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
tunda,  Azərbaycan Həkimləri  Təkmilləşdirmə  İnstitutunda iş­
ləmişdir.  Oftalmologiyanın  müxtəlif sahələrinə  aid  tədqiqatlar 
aparmışdır.
Xədicə Osman qızı Qayıbova (1893-1938).  İlk azərbaycanlı 
pianoçu  qadınlardan  biridir.  Tiflisdə  «Müqəddəs  Nina»  qız 
məktəbində  oxumuşdur.  A zərbaycan  muğamlarının  fortepia­
noda  ilk ifaçısı və  Azərbaycanda musiqi məktəbi yaradılması­
nın ilk təşəbbüsçülərindən biri olmuşdur.
Ağabacı  İsmayıl  qızı  Rzayeva  (1912-1975).  Azərbaycanın 
ilk  bəstəkar  qadm larm dandır.  Azərbaycan  Dövlət  Konserva­
toriyasını  bitirmişdir.  D ahi  Üzeyir  bəy  Hacıbəylidən  dərs  al­
mışdır.  M ahnı  və  rom ansları  neçə  illərdir  ki,  müğənnilər  tərə­
findən həvəslə ifa olunur.
Şəfiqə  Qulam  qızı  Axundova  (d.  1921).  Azərbaycanın  ilk 
bəstəkar qadm larm dandır.  Azərbaycan Dövlət Konservatoriy­
asını bitirmişdir.  Yaradıcılığında m ahnı janrına üstünlük verən 
Şəfiqə  xanım  yalnız  m ahir  m ahnı  bəstəkarı  olaraq  qalmır.  O, 
ük  azəri  və  Şərq qadınıdır ki,  opera janrına müraciət etmişdir. 
İstedadlı bəstəkar «Ev bizim,  sirr  bizim» operettasımn,  «Gəlin 
qayası»  operasının  musiqisini  bəstələmişdir.  «Şərəf nişanı» or­
deni ilə təltif edilmişdir.
Əziz  oxucu!  Tarix  araşdırılsa,  görərik  ki,  həyatın  hər  bir 
sahəsində Şərq qadını dan ulduzu kimi parlayıb və bəşər nə qə­
dər ki var, bu ziya hər yerə şəfəq salacaqdır.  Unudulmaz alim, 
yazıçı  Əzizə  Cəfərzadə  çox  gözəl  demişdir:  «...qadın  qocal­
dıqca  «ağbirçək»  adlandırılıb,  bir  evin,  bir  nəslin,  obanın  ca­
vanları «ağbirçək nənə» məsləhətindən bəhrələnib, qadın -  ana 
baş  açıb,  yaylıq  atdığı  yerdə  gözüqanlı  dəliqanlılar  belə  qan 
tökməyib,  yarağını  qınına  qaytarıb  qoyub.  Yüzilliklər  boyu 
Azərbaycan poeziyasında  gözəllik,  qadın,  ana kultu olub,  X a­
qanidən,  Nizamidən  bəri  poeziyamızda  müqəddəs  ana  surəti 
tərənnüm  edilib».
D ahi  N izam i  anası  Rəisə  xanımı,  həyat  yoldaşı  Afaqı 
böyük məhəbbətlə təsvir etmiş,  Nüşabənin simasında azəri qa­
dınının  öz  ağlı,  gözəlliyi,  tədbiri  və  mərdliyi  ilə,  hətta dünyam
196
İntellektual ekologiya
lərzəyə gətirən İsgəndərdən yüksəkdə durduğunu göstərmişdir. 
Tarix  boyu  xalqımızın  görkəmli  şəxsiyyətlərinin ömür  yoldaş­
ları, ərlərinin sadiq məsləkdaşlan olmuşlar.
Əziz  oxucu!  Bir  qədər  də  Sizə  şəfqət  haqqında  məlumat 
vermək istərdim.
Şəfqət!  Bu  söz  nə  qədər  müqəddəs  və  şərəflidir.  M əhəm­
məd peyğəmbər (s.) buyurmuşdur:  «Siz yer üzündə olan insan­
lara  qarşı  şəfqətli  olsanız,  göydəki  Allah  da  sizə  qarşı  şəfqətli 
olar».
«Bizim  ziyalımız  özümüzdəki  ülviliyi  görmədən  bağırır  ki, 
Amerika qadını birinci beynəlxalq müharibədə dünyada ilk də­
fə  olaraq  şəfqət  bacısı  olub  və  bu  böyük  işin  banisi  olmuşlar. 
Halbuki  İbn  Yəmini  Fəryumədinin  divanına  baxın.  Səbzəva- 
var  hakimi  Əlaidinin  mədhinə  yazdığı  qəsidədə  deyir:  «Sən 
bağın  ortasında  bir xəstəxana qayırıbsan ki,  məlaikə kimi qız­
lar  orada  çalışır  və  bu  mehriban  bacılar  xəstələri  dərmanla 
müalicə edirlər».  Bəli, bu isə 700 il qabağa qayıdır.» (Ə.M usa- 
zadə,  «Ziyalı  və ictimai məsələlər»,  Əm ir kəbir  nəşriyyatı,  1-ci 
nəşr  1992, s. 30)
Əvvəlki  bölmələrdə 
təqdim  etdiyimiz  araşdırm alardan 
məlumdur ki,  Şərqin müsəlman qadınları hələ Həzrət M əhəm ­
mədin (s.) sağlığında, onun iştirak etdiyi müharibələrdə yaralı­
lara  şəfqət  bacısı  kimi  ilk  yardım  göstərmiş,  Həzrət  Fatim ə 
(r.a.),  Həzrət  Aişə (r.a.) belə bu müqəddəs işi həyata keçirmiş­
lər.  Deməli,  müsəlman  Şərqində  qadınların  şəfqət  bacısı  mis­
siyasım həyata keçirməsi  1400 ildən çox bir tarixə malikdir.
Birinci və xüsusilə İkinci dünya müharibəsində şəfqət bacı­
sı,  həkim  işləyən  və  bu  yolda  şəhid  olan  azərbaycanlı  qızları­
mız  az  olmamışdır.  N igar  Şıxlinskaya,  Dürrə  Məmmədova, 
Cəvahir  Abbasova,  Rəşidə  Qasımzadə,  Pakizə  M anafova, 
Züleyxa  İsmayılova,  Şura  Əlizadə,  Səkinə  Əliyeva,  Suğra  Pa­
şayeva,  Lyudmila  Kərimova,  Səfıyyə  Rüstəmbəyova,  Zərifə 
Camalbəyova,  Səlimə Əlizadə, Furfanda Camalova, Böyükxa- 
nım   Mircavadova,  L ora  Abdullayeva,  Nəcibə  Məmmədova, 
Zəhra  Səlimova,  Qönçə  Qaragözova,  Aliyə  Tağızadə,  Tahirə
197


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə