Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə46/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   42   43   44   45   46   47   48   49   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Q ərarı təkmilləşdirməyə zam an və imkan olduğu halda, tə­
ləsik qərar çıxarmaq yolverilməzdir.
Başçı  başa  düşməlidir  ki,  ağıllı  hesab  olunan  qərar 
müəyyən müddətdən sonra bir o qədər də uğurlu olmaya bilər. 
Odur  ki,  qəbul  etdiyiniz  qərarlar  üzərində  öyrənməklə  gələcək 
qərarlarınızı yaxşılaşdırmaq üçün hər cür zəhmətə qatlaşın.
Sizin  şəxsi  diqqətinizi  tələb  edən  vəzifələri  heç  bir  halda 
başqasına həvalə etməyin.
Birbaşa  başçımn  qayğısını  tələb  etməyən  fəaliyyətləri  q a ­
zanmaq olmaz.
M üdrik  başçı  xalqa  xidmətini  və  qabiliyyətini  yalnız  səla­
hiyyətlərin verilməsi məharəti ilə genişləndirir.
Bütün  danışıqlarda  mütləq  diplomatik  təşəbbüsü  ələ  alın. 
Bir an belə düşmənlə təm asdan ayrılmadan həmişə hücum edin 
ki, onu pis vəziyyətə slasınız və qalib gələ biləsiniz.
D anışıqlarda  ciddi  ölçülüb-biçilmiş  riskə  getmək  lazımdır. 
Çalışın  ki,  bütün  mümkün  olan  nəticələri  qabaqcadan  görə  və 
arzu olunan nəticəni əldə edə biləsiniz.
Heç vaxt qorxutm ağa əl atmayın.
Vaxtı diqqətlə izləyin.  D anışıqlar  anında rəqibin vəziyyəti­
ni başa düşərək cəlbedici alternativ təkliflər verin,  yoxsa o sizin 
bütün təkliflərinizi rədd edəcək.
D anışıqlar  zamanı  öz  üzərinizə  götürdüyünüz  öhdəlikləri 
yerinə  yetirin,  yoxsa  gələn  dəfə  düşmən  sizin  sözünüzə  inan­
maz.
182
İntellektual ekologiya
***
Özünüzün ruhi dözümlülüyünüzün bir hissəsini düşmənçilik 
vəziyyətlərinin sizdən bütün gücün son dam lalarına qədər tələb 
etdiyi şərait üçün qoruyub saxlayın. Əgər, h ətta olduqca az ge­
ri  çəkilmək  və  yenidən  qruplaşm a  riski  varsa,  heç  vaxt  bütün 
gücünüzü hücuma sərf etməyin.
Doğrudan  da,  hələ  1500  il  əvvəl  deyilmiş  bu ibrətam iz fi­
kirlər, Attilamn, ümumiyyətlə, türkün tarixə həkk olunm uş kə­
lamları  (biz onun  bir hissəsini  təqdim   etmişik)  dərk  edilməyə, 
hər bir fərdin şəxsi həyatından başlamış, dövlət səviyyəsinə qə­
dər  təbliğ  olunmağa  layiqdir.  1500  illik  bəşər  tarixini  araşdır­
saq, Attilamn bu müdrik fikirlərinin hər bir sosial formasiyada 
təsdiq olunduğunu görərik.
Unutmayın!  Türk  xalqı  Tanrının  mərd,  igid,  dosta  və 
inanca  sədaqətli,  m əğrur  övladıdn.  Bir  d aha  tanınmış  fransız 
şairi, siyasi xadim, tarixçi Alfons M ari Lui de Lam artın dedik­
lərini  yada  salm aq  istərdik:  «Türk  xalqının  düşməni  olmaq, 
bütün insanlığın düşməni  olmaq dem əkdir...»
Cəfər Xəndan:
Hər bir türk bilməlidir türk olduğunu,
Bilməsə, bilməz ulu olduğunu.
Fikrət Qoca:
Türkəm , bu yer üzündə 
Neçə yol köçmüşəm,
Şərqdən Qərbə getmişəm.
Səhrada daş içində 
Cücərmişəm, bitmişəm,
Batmaz, yanmaz,  alınmaz,
Ad.ayam mən, bir ada,
H ər bir türkün dünyada
183


Әпуәг M ete Həmidov, Zərnurə Həmidova
Nəfəsi Türkiyədir.
D urduğu yer Vətən,
Qibləsi Türkiyədir.
A N A -  İN SA N İY Y Ə T İN   M Ə Ş Ə L  A P A R A N I, 
O N U N  A Y A Q LA R I A L T IN D A D IR   C Ə N N Ə T
Qadm hüququ  müqəddəsdir.
Məhəmməd peyğəmbər (s.)
Bəşəriyyətin  islamaqədərki  dövrdə  necə  bir  vəziyyətdə  ol­
duğunu  aydınlaşdırmaq üçün  insanlığın  yarısı  olan  qadınların 
vəziyyətinə, qismən də olsa, nəzər salaq.
Tarixi araşdırm alar göstərir ki, qadınların ictimai vəziyyəti 
ərəblərdə  olduqca  acınacaqlı  vəziyyətdə  olub.  İstər  A vropada 
və  istərsə  də  Asiyada  qadına  əşya  kimi  baxıblar.  İslam  dininə 
qədərki  dövrdə,  qadınlar,  dem ək  olar  ki,  tam  hüquqsuz idilər. 
H ətta bəzi ərəb ailələrində qız uşaqlarını doğulan kimi diri-diri 
torpağa  basdırırmışlar.  Allah-Təala  bununla  bağlı  Q uranda 
belə buyurur: «Diri-diri torpağa gömülən körpə qızdan:  «Axı o 
hansı  günaha  görə  öldürüldü?»  -  deyə  soruşulacağı  zam an...» 
(ət-Təkvir surəsi, ayə 8-9)
H əm in dövrdə yaşayan ərəblərin cahil xüsusiyyətləri Q u ra­
nın ən-Nəhl surəsi 57-60-cı ayələrində belə təsvir edilir:  «Onlar 
Allaha qızlar isnad  edirlər.  (Mələklər Allahın  qızlarıdır,  deyir­
lər).  A llah  pakdır,  müqəddəsdir  (O nun  oğula-qıza  ehtiyacı 
yoxdur).  Özlərinə isə istədiklərini (oğlan uşaqlarını) aid edirlər. 
O nlardan birinə qızı olması ilə müjdə  verdikdə qəzəblənib üzü 
qapqara qaralar.  Verilən müjdənin pisliyi üzündən tayfasından 
qaçıb  gizlənər.  (Allah  bilir!)  Görəsən,  onu  (o  körpəni)  zillət 
içində  saxlayacaq,  yoxsa  torp ağ a  göməcək?  (Diri-diri  basdı­
racaq?) Bir görün onlar necə pis mühakimə yürüdürlər! (Oğlan­
ları özlərinə  götürüb,  qızları A llaha isnad edirlər).  Ən pis  sifət 
(evlənmək  üçün  qadınlara  ehtiyac  hiss  etdikləri  halda,  qız 
uşaqlarını diri-diri torpağa basdırm aq) axirətə inanmayanlara,
184
İntellektual ekologiya
ən yüksək sifət  (vəhdaniyyət) isə  A llaha məxsusdur.  A llah ye­
nilməz qüvvət (qüdrət) sahibi, hikm ət sahibidir.»
İslamaqədərki  dövrdə qız uşaqlarının öldürülməsini  Elşad 
M iri  belə  izah  edir:  «Qız  uşaqlarının  ailənin  və  qəbilənin  im­
kanlarını məhdudlaşdırmaması, döyüşlərdə başqa qəbiləyə əsir 
düşməməsi və ya böyüyəndən sonra pis yola müraciət etməmə­
si üçün öldürüldüyü anlar da o lu rd u .. .»
Qadının  ictimai vəziyyəti  heç  də  başqa millətlərdə  ərəblər­
dən yaxşı deyildi.  Məsələn, yəhudi ailələrində qız uşağı xidmət­
çi  kimi idi,  yeri  düşəndə  onları hətta  satırdılar.  İranda məzdə- 
kilik  təriqəti (bu haqda əvvəlki bölmələrdə geniş məlumat veri­
lib)  bacı və hətta  ana ilə evlənməyə icazə verirdi.  Azərbaycan­
da,  İranda  və  bəzi Asiya  ölkələrində  geniş  yayılmış  zərdüştilik 
bacı ilə evlənməyi qəbul edirdi.
Qədim Çində və Hindistanda da vəziyyət ürəkaçan deyildi. 
Bu  ölkələrdə,  xüsusilə  məbədlərdə  rəqs  edən  qadınlara  zövq 
aləti kimi baxırdılar.  Bu barədə hətta F.Engels yazmışdır:  «Er­
məni qul və kənizləri, K orinf, A frodita kənizləri, habelə H indi­
stanın  məbədlərində  xidmət  edən  dini  rəqqasələr  ilk  fahişələr 
idilər».  Ölən  ərinin  cəsədi  üstündə  özünü  yandıraraq  həyatını 
qurban edən sadiq zövcə, ən nəcabətli və ən yaxşı qadın adlan- 
dırılaraq bütün hind məbədlərində təbliğ edilirdi.
Qədim  Bizansda  qadm   bir  şəhvət  əşyası  idi.  Ə n  mədəni 
olan afınalılar arasında belə arvad bazarda satıla, hərraca qoy­
ula bilərdi.  Qədim rom alılarda ata arvadı və uşaqları istəsə qo­
var,  satar və hətta öldürə bilərdi.  Qədim Fransada da vəziyyət 
ürəkaçan deyildi.
Həzrət  İsa  (ə.)  qadınlara  qarşı  çox  xeyirxah  olsa  da, 
xristian Avropasında da qadm  köləlikdən azad olmadı.
Əziz  oxucu.  Dediklərimizdən  görünür  ki,  İslamdan  öncə 
dünyada  qadının  sosial-ictimai  vəziyyəti çox  ağır  və  dözülməz 
idi.  Belə bir vəziyyətdə qadının ana hüququnu tanıyan və bəşə­
riyyətə təbliğ edən islahatçı bir dinə ehtiyac vardı.  O da Allah- 
Təala tərəfindən göndərilən İslam dini idi.
Bəşər tarixində ilk dəfə (1400 il əvvəl) İslam cinslər arasm-
185


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə