Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə43/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   39   40   41   42   43   44   45   46   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
edir və zam an keçdikcə bu siyasi  tələbləri «insanlara hürriyyət, 
millətlərə istiqlal»  çağırışı  kimi  formalaşırdı.  O,  məqalələrində 
Rusiyanın A zərbaycanda yeritdiyi milli qırğın siyasətini kəskin 
tənqid  edirdi.  «Türkləşmək,  islamlaşmaq  və  müasirləşmək» 
(«Türk  qanlı,  İslam   imanlı,  A vropa  qiyafəli»)  məfkurəsi 
M .Ə.Rəsulzadənin  milli-siyasi  görüşlərinin  formalaşmasına 
güclü təsir göstərmişdir.
1917-ci ilin oktyabrında «Türk ədəmi -  mərkəziyyət firqəsi 
M üsavat»m I-ci qurultayında M .Ə.Rəsulzadə partiyanın M ər­
kəzi  Komitəsinin  sədri  seçilmişdi.  O,  qurultaydakı  çıxışında 
partiyam n  mübarizə  istiqamətini  müəyyən  edərək  bildirmişdi: 
«Milli  istiqlala  m alik  olm ayan  bir  millət,  hürriyyət  və  m ədə­
niyyətini  də  hifz  edə  bilməz.  İnsanlara  hürriyyət,  millətlərə  is­
tiqlal.»
Zaqafqaziya  seymi  dağıldıqda,  M .Ə.Rəsulzadə  B atum  
konfransında  iştirak  etdiyinə  görə  gizli  səsvermə  nəticəsində 
qiyabi  olaraq  Azərbaycan  Milli  Şurasının  və  Parlam entinin 
sədri seçilir  (27 may  1918-ci il).  Milli Şura Azərbaycanı müstə­
qil dövlət elan edir.
M .Ə.Rəsulzadə A zərbaycanda sovet hakimiyyəti quruldu­
qdan  sonra  Türkiyə,  A lm aniya  və  başqa  xarici  ölkələrdə 
mühacirətdə  yaşamışdır.  1947-ci  ildə  Almaniyadan  Türkiyəyə 
qayıdan  M .Ə.Rəzulzadə M üsavat  mühacirətinə  başçılıq  etmiş, 
milli-siyasi fəaliyyət göstərmişdir.
M .Ə.Rəsulzadə Azərbaycan m ətbuatı tarixində siyasi pu b ­
lisistikanın  ən  görkəmli  nümayəndələrindən  biridir.  O,  ədəbi- 
publisistik  fəaliyyətini,  Azərbaycanın  müstəqilliyinin  bərpa 
olunması uğrunda istiqlal mübarizəsini siyasi mühacirət illərin­
də də dönmədən davam  etdirmişdir.
Fətəli xan İsgəndər xan oğlu Xoyski (1875-1920).  Görkəmli 
siyasi və dövlət xadimi, Azərbaycan Xalq  Cümhuriyyəti höku­
mətinin ilk baş naziri.
1917-ci il oktyabrın 26-dan  31-dək  Bakıda keçirilən «Türk 
ədəmi  -   mərkəziyyət  partiyası  «M üsavat»ın  I-ci  qurultayının 
iştirakçısı olan F.Xoyski  çıxış edərək irəli sürülən «Azərbayca­
170
İntellektual ekologiya
na  muxtariyyət»  şüarını  qızğın  müdafiə  etmişdir.  O,  1917-ci 
ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstə­
qil  Zaqafqaziya  Federativ  Respublikası  hökumətinin  Ədliyyə 
naziri olmuşdur.
1918-ci il  mayın  28-də  Azərbaycan  Dem okratik  Respubli­
kası  elan  olundu.  Təkcə  türkdilli  xalqlar  arasında  deyil,  bütün 
İslam  aləmində  ilk  dəfə  olaraq  respublika  üsul-idarəsinə  qə­
dəm  qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil 
elmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı.
F.Xoyski  1919-cu  il m art ayımn sonuna kimi Nazirlər  Şu­
rasının sədri,  həmçinin  daxili işlər,  ədliyyə və xarici işlər naziri 
idi.  F.Xoyski  1919-cu ilin dekabrından  1920-ci ilin m art ayına- 
dək  xarici  işlər  naziri  işləmiş,  Azərbaycan  Parlam entinin  üzvü 
olmuşdur.
1918-ci  il  sentyabrın  15-də  Bakı  türk və  Azərbaycan  hərbi 
qüvvələrindən  ibarət  Qafqaz  İslam  O rdusu  tərəfindən  azad 
olundu,  sentyabrın  17-də  isə  Azərbaycan  X alq  Cümhuriyyəti 
Hökuməti  Bakıya  köçdü.  Bakının  daşnaklardan,  eser-menşe­
vik  qüvvələrindən  ibarət  olan  və  ingilislərə  arxalanan mürtəce 
«Sentrokaspi  diktaturası»m n ağalığından qurtulm ası ilə əlaqə­
dar  olaraq  alovlu  nitq  söyləyən  Fətəli  xan  Xoyski  baş  vermiş 
hadisələri  qiymətləndirərək  deyirdi:  «Bizim  də  yaşamaq,  azad 
yaşamaq  hüququm uz  var.  N ə  zirehli  maşın,  hidroplan,  karo- 
ncrka,  tikanlı məftil, m ina və digər texniki qurğular, nə ingilis­
lər və onların əlaltıları, nə də ümumiyyətlə, hər hansı bir qüvvə 
tarixin təbii gedişini dayandıra bildi, onlarm  əlli minlik orduya 
və  texnikaya  malik  olmasına  baxm ayaraq,  kiçik  qüvvənin 
həmləsinə  tab  gətirməyib  Bakını  tərk etmələri öz rifahı  və səa­
dətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurm ağa çalı­
şanlar  üçün  ibrət  dərsi  olmalıdır.»  (Azərbaycan  Xalq  Cümhu­
riyyəti Ensiklopediyası, Bakı, 2005, s. 23-29)
Heydər  Əlirza  oğlu  Əliyev  (1923-2003).  Azərbaycanın 
böyük  siyasi  və  dövlət  xadimi,  A zərbaycan  Respublikasının 
Prenzidenti,  Ümummilli  Lider  (1993-2003).  Heydər  Əliyevin 
Azərbaycana  rəhbərliyinin  birinci  dövründə  (1969-1982-ci  il­
171


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
lər, Azərbaycan K P  M K -nin I-ci katibi) ictimai-iqtisadi inkişa­
fın  və  milli-mədəm  oyamşın  bütün  sahələrində  müstəqilliyə 
doğru  böyük  dönüş  başlanmışdır.  O,  1982-ci  ilin  noyabrında 
Sov.  İK P   M K   Siyasi  Bürosunun  üzvü  seçilmiş,  eyni  zam anda 
SSRİ N azirlər Soveti Sədrinin  birinci müavini təyin edilmişdir. 
Türk-müsəlman  xalqlarına  qarşı  ayrı-seçkilik  siyasətinin  yeri­
dildiyi  şəraitdə SSRİ  kimi nəhəng bir  dövlətin  ah  rəhbərliyinə 
ucalm aqla  H eydər Əliyev misilsiz dövlət idarəçiliyi  istedadı və 
bacarığı nümayiş etdirmişdir.
H eydər Əliyev sovet qoşunlarının  1990-cı ilin 20 yanvarın­
da  B alada  törətdiyi  qanlı  qırğınla  əlaqədar,  ertəsi  gün,  Krem l 
rejiminin təqiblərinə və səhhətinin  ağır  olmasma  baxm ayaraq, 
Azərbaycanın M oskvadakı  nümayəndəliyində  verdiyi cəsarətli 
bəyanatında Azərbaycan xalqına qarşı silahın işlədilməsini qə­
tiyyətlə  pisləmiş,  Azərbaycan  xalqının  qurtuluş  mübarizəsinin 
önünə  keçmişdir.  3  oktyabr  1993-cü  ildə  Heydər  Əliyev 
müstəqil  Azərbaycan  Respublikasının  Prezidenti  seçilmişdir. 
Prezident  Heydər  Əliyevin  xarici  siyasətinin  əsasını  sülh,  bey­
nəlxalq  hüquq  norm alarına,  sərhədlərin  bütövlüyünə  və 
toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və q a r­
şılıqlı faydalı əməkdaşlıq prinsipləri  təşkil edirdi.  Heydər Əliy­
ev türk dövlətləri arasında iqtisadi,  siyasi,  ədəbi,  mədəni əlaqə­
lərin  möhkəmləndirilməsi  sahəsində  gərgin,  səmərəli  fəaliyyət 
göstərmişdir.
Heydər Əliyevin müdrik kəlamlarından:
Xalq  həmişə  öz  ziyalıları,  öz  mədəniyyəti,  öz  elmi ilə  tanı-
H ər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inki­
şaf etdirən o nun dilidir.
Vətənpərvərlik  insanın  daxilindəki  duyğularıdır.  Əgər 
bunlar yoxdursa, o insan mənəviyyatsızdır.
172
İntellektual ekologiya
Tarix həmişə hər şeyi öz yerinə qoyur.
* * *
Tarix  heç  nəyi  silm ir...  Tarixi  olduğu  kimi  qəbul  etmək, 
dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.
Əziz oxucu!  Beləliklə, qədimdən müasir dövrə qədər Ö n və 
Yaxın  Şərq  tarixinə,  onun  dövlətçiliyinə,  siyasi  və  dövlət  xa­
dimlərinin,  sərkərdələrin fəaliyyətinə qısa bir səyahət etdik.  Bu 
coğrafi  ərazi,  ərəblərin,  farsların və  türklərin  dövlətçiliyi  bəşər 
tarixində xüsusi  bir yer  tutur.  O nu  da qeyd etmək lazımdır  ki, 
dünyada  ilk  islam  dövlətinin  başçısı  sevimli  Peyğəmbərimiz 
Məhəmməd (s.) olmuşdur.  D anılm az bir həqiqətdir ki,  türklər 
onlarla  qüdrətli dövlət yaradıb onu idarə etmişlər.  Bu  qüdrətli 
dövlətlərin sərhədləri Avrasiya, M esopotam iyadan Şimal Buz­
lu okeana, D unaydan Çin imperiyasına, əzəmətli Çin divarları­
na  qədər  uzanmışdır.  Tarixdən  m əlumdur  ki,  Çin  imperiyası 
əzəmətli Çin divarlarını türk qəbilələrindən qorunm aq üçün in­
şa  etmişdir.  Türklər  İran,  Hinsdistan,  Misir,  İraq,  Suriya  kimi 
qcyri-türk  ölkələrini  yüzillərlə  idarə  etmişlər.  Axırıncı  m in  ildə 
İran  -   Azərbaycan  dövlətini  türklər 
idarə 
etmişlər.  O rta 
Asiya,  Əfqanıstan,  Pakistan və  b.  ölkələr  əsrlərlə  bu imperiya­
nın tərkibində olmuşlar.
Bütün  tarixi  faktlar  göstərir  ki,  türk  oğlü  türk  gündoğan­
dan  günbatanadək  bütün  qarlı-qarsız  zirvələrə,  düzlərə,  çayla­
ra,  göllərə,  şəhərlərə,  ölkələrə  ad  vermiş,  dünyada  xanlıq,  xa­
qanlıq,  sultanlıq  etmiş,  şahlar  şahı  kimi,  dahilər  kimi  tarixlər 
yaratmışlar.
Tanınmış  fransız  şairi,  siyasi  xadim,  tarixçi  Alfons  M ari 
Lui  de  Lam arin  yazır:  «Türk  xalqının  düşməni  olmaq  bütün 
insanlığın düşməni olm aq deməkdir. A llah məni belə bir günah 
işlətməkdən qorusun.»
Əsas mövzudan bir qədər kənara çıxaraq, türk xalqının qə­
dim tarixinə səyahət etmək qərarına gəldik.
Tarixdən  məlum dur  ki,  türk  millətinin  qədim  əcdadların-
173


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə