Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə39/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   35   36   37   38   39   40   41   42   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
bir  qismi  dağlara  çəkildi  və  Xilafətə  qarşı  mübarizəni  davam  
etdirdi.  Cavidan  öləndən  sonra  Azərbaycan  xalqının  Xilafətə 
qarşı azadlıq mübarizəsinə Babək başçılıq etdi.
Babək,  Babək  əl-Xürrəmi  (795-838).  Görkəmli  A zər­
baycan  sərkərdəsi  və  siyasi  xadimi.  Babəkin  rəhbərliyi  ilə 
xürrəmilər 20 ildən çox ərəblərə qarşı mübarizə apararaq, X ila­
fətin 6 ordusunu darm adağın etmişlər.  830-cu ildə Babəkin q o ­
şunlarının  Həmədanı  alması  ilə  Şərq  torpaqlarının  Xilafətdən 
ayrılması  təhlükəsi  yaranmışdı.  Babək  hərəkatının  getdikdə 
güclənməsindən  qorxuya  düşən  xəlifə  Mütəsim  Bizans  dövləti 
ilə sülh bağlayıb  Xilafətin  bütün  hərbi qüvvələrini xürrəmilərə 
qarşı  göndərdi.  Üsyançıların  şiddətli  müqavimətinə  baxmaya­
raq,  ərəb  qoşunları  837-ci  ildə  Bəzz  qalasını  alırlar.  Babək  ki­
çik  bir  dəstə ilə mühasirədən  çıxıb A raz çayını  keçərək  A rrana 
gəlir. O, Bizansa gedib im perator Teofil ilə əlaqə yaradaraq ye­
ni  ordu  toplam aq  istəyirdi.  Lakin  Şəki  (indiki  Ermənistanın 
Sisyan  rayonunda)  hakimi,  erməni  əsilli  Cəhl  ibn  Sumbatın 
xəyanəti nəticəsində ərəblər  Babəki ələ keçirirlər.  4 yanvar  838- 
ci ildə Babək və qardaşı Abdulla Samirə şəhərinə aparılır,  Xəli­
fə Mütəsim Babəki işgəncə ilə edam etdirir.
Yenə  də  erməni  xəyanəti...  Bu  xəyanət  tarix  boyu  davam  
etmiş  və  edir.  H aylar  heç  vaxt  türkə  dost  olmayıb  və  olmay­
acaqlar.
Mahmud  Qəznəvi  (970-1030).  Qəznəvilər  dövlətinin  hök­
mdarı  [998-1030],  istedadlı  sərkərdə,  mahir  siyasətçi.  O nun 
dövründə Qəznəvilər dövlətinin siyasi  qüdrəti xeyli  artmış,  elm 
və mədəniyyət inkişaf etmişdir.
Şəmsəddin  Eldəgəz,  Şəms  əd-din  İldəniz,  Şəms  əd-din  Eldə- 
niz  (7-1174/75).  Eldəgəz  hökm darı  [1136-1174],  Azərbaycan 
atabəyləri  -  Eldəgəzlər  sülaləsinin  və  Eldəgəzlər  dövlətinin  b a­
nisi.  Görkəmli  dövlət  xadimi,  sərkərdə.  Mənşəcə  qıpçaqdır. 
Şəmsəddin  Eldəgəz kiçik  yaşlarında  Dərbəndin  qul  bazarında 
satm  alınmış,  əvvəlcə  Səlcuq  sultanı  M ahm udun  [1118-1131] 
vəziri Sümeyrəminin yanında,  1122-ci  ildən  isə  sultan  sarayın­
da xidmət  etmişdir.  Sultan  II Toğrulun  dövründə  [1132-1134]
154
İntellektual ekologiya
Şəmsəddin  Eldəgəz  əmir  titulu  (132-ci  ildə)  almışdır.  Eyni  za­
m anda  sultanın  oğlu  Arslan  şaha  atabəyi  təyin  olunmuşdur.
1136-cı  ildə  ona  atabəylik  simvolu  olan  üzük,  «Şəms  əd-din» 
(«Dinin günəşi») ləqəbi, həmçinin öz adından sikkə zərb etmək 
hüququ verildi və o,  A rran  hakimi təyin edildi.  Şəmsəddin  El- 
dəgəzin  dövründə  Azərbaycanın  şimal  və  cənub  torpaqları 
(Şirvandan  başqa)  vahid  dölət  tərkibində  yenidən  birləşdirildi 
və Eldəgəzlər Yaxın Şərqin ən qüdrətli dövlətinə çevrildi.
Şəmsəddin  Eldəgəzin  və  oğulları  Məhəmməd  Cahan  Pəh­
ləvanın,  Qızıl  Arslanın  hakimiyyətləri  dövründə  İraq  Səlcuq 
sultanlığı Azərbaycan Atabəylər dövləti ilə əvəz olundu və yeni 
bir  qüdrətli  dövlət  -  Eldəgəzlər  sülaləsi  tərəfindən  idarə edilən 
və  paytaxtı  Həmədan  olan  Azərbaycan  sultanlığı  yarandı. 
Şəmsəddin  Eldəgəzin  dövründə Eldəgəzlər dövlətinin hüdudla­
rı  Dərbənddən  Fars  körfəzinədək  əraziləri  əhatə  edirdi.  Şəm­
səddin  Eldəgəz  dövründə  Azərbaycan  torpaqlarının  vahid  bir 
dövlət  çərçivəsində  birləşməsi,  iqtisadiyyatın,  elm  və  mədə­
niyyətin  inkişafına  əlverişli  şərait  yaratdı.  (ASE,  10-cu  c.,  s. 
505-506)
Məhəmməd  Cahan  Pəhləvan  Əbu  Cəfər  Nüsrətəddin  (?-
1186).  Eldəgəzlər  sülaləsinin  2-ci  hökmdarı  [1174—1186],  Şəm­
səddin  Eldəgəzin  oğlu.  Məhəmməd  Cahan  Pəhləvanın 
dövründə Eldəgəzlər dövləti  Yaxın  Şərqin ən qüdrətli dövlətlə­
rindən  birinə  çevrilmişdir.  Mənbələrdə  ağıllı  və  tədbirli  hök­
m dar kimi adı çəkilən M əhəmməd C ahan Pəhləvan elm və inc­
əsənətin  inkişafına  himayədarlıq  etmiş,  ölkədə  xeyli  tikinti  və 
abadlıq  işi aparmışdır.  Mömünə xatın türbəsinin və yaxınlığın­
dakı  minarəli  baştağm  tikintisi  onun  dövründə  başa  çatdırıl­
mışdı.  Ölkə  iqtisadi  cəhətdən inkişaf etmiş,  Azərbaycan  şəhər­
ləri Yaxın Şərqin iri ticarət mərkəzinə çevrilmişdir.
Qızıl  Arslan  Osman  Mäzəffərəddin  (7-1191).  Eldəgəzlər 
sülaləsinin  3-cü  hökm darı.  Qardaşı  C ahan  Pəhləvanın 
ölümündən  sonra  hakimiyyətə  keçmişdir.  Qızıl  Arslan  onun 
oğlanlarının -  Əbu  Bəkr,  Özbək və sonuncu Səlcuq  sultanı III 
T oğrulun [1177-1194] atabəyi idi.
155


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Qızıl Arslan ədəbiyyatı sevir, şairlərə qayğı göstərirdi.  Q ral 
Arslan  Gəncədə  olarkən  Nizami  ilə  görüşmüşdür.  Nizam i 
«Xosrov  və  Şirin»  poemasını  ona  təqdim  etmiş,  hökm dar  isə 
Həmdünyan kəndini şairə bağışlamışdır.
Qızıl A rslan dövründə Şimali və Cənubi Azərbaycan vahid 
bir dövlət daxilində birləşdi.  Azərbaycanın vahid bir dövlət ol­
ması iqtisadiyyatın, elm və mədəniyyətin inkişafına geniş şərait 
yaratdı.  Təbriz,  Gəncə,  Naxçıvan  və  s.  Azərbaycan  şəhərləri 
Yaxın Şərqin iri ticarət mərkəzlərinə çevrildi.
M əlik şah  Əbu-l-Fəth,  Cəlal əd-diıı  (1055-1092).  Yaxın  və 
O rta Şərq ölkələrində hökmranlıq etmiş Böyük Səlcuqilər süla- 
ləsindəndir.  O nun dövründə Səlcuqilər dövləti daha da güclən­
miş, ərazisi xeyli genişlənmişdi.  Elm və incəsənəti sevən və  ona 
himayədarlıq edən Məlik şah Ömər Xəyyamın  hazırladığı  təq­
vim  islahatını  («Tarixi-Maliki»,  yaxıd  «Cəlali  dövrü»  adlanır) 
həyata keçirmişdir.
Qazan xan,  Qazan Mahmud (1271-1304).  Elxani hökm da­
rı  [1295-1304].  Qazan  xan  gəncliyində  Xorasan,  M azandaran 
və  Rey  hakimi  olmuşdur.  1295-ci ildə  keçirilən  monqol  əyan­
larının  qurultayında  elxan  elan  edilmişdir.  Buddizm  ruhunda 
tərbiyələnmiş  Q azan  xan  hakimiyyətə  keçəndən  bir  qədər  so­
nra yerli müsəlman zadəganlarının və ruhanilərinin, habelə kö­
çəri m onqol əyanlarının  müsəlman  hissəsinin  yardımına  arxa­
lanmaq  üçün  İslam   dinini  qəbul  etmiş  və  özünü  M ahm ud 
adlandırmışdır.  Q azan xam n dövründə İslam dini yenidən  rəs­
mi dövlət dininə çevrildi.
Dövrünün görkəmli şəxsiyyəti olan Qazan xan elm və sənə­
ti  yüksək  qiymətləndirirdi.  O,  təbabət,  astronomiya,  kimya, 
həmçinin  xalq  sənəti  ilə  m araqlanırdı.  Fars,  türk  və  s.  dilləri 
yaxşı  bilən  Qazan  xan  alimlərə  himayədarlıq  edirdi.  Rəşidəd- 
din «Cami ət-təvarix» əsərini yazarkən Qazan xanın məlumat­
larından faydalanmış, onun köməyindən istifadə etmişdir.  Q a­
zan  xan  Elxanilər  dövlətini  möhkəmləndirmək  məqsədilə  to r­
paq mülkiyyəti, vergi, pul, ölçü, çəki və s.  islahatlar həyata ke­
çirmişdir.  O, əhalinin vəziyyətinin nisbətən yaxşılaşmasına,  iq-
156
İntellektual ekologiya
tisadiyyatm dirçəlməsinə şərait yaratmışdır.
Rəşidəddin,  Rəşid  əd-Din  Fəzlullah  Əbu-l-Xeyr  Həmədani
(1247-1318). Tarixçi və dövlət xadimi, həkim. Qazan xamn və­
ziri  olmuşdur.  Ölkənin  iqtisadi  həyatını  dirçəltmək  məqsədilə 
keçirilmiş  Qazan  xan  islahatlarının  təşəbbüsçüsü  idi.  Rəşidəd­
din  Elxani  hökmdarı  (1304-1316)  Ölcaytunun  ölümündə  gü­
nahlandırılaraq edam edilmişdir.
Görkəmli  tarixçi  olan  Rəşidəddinin  «Cami  ət-təvarix» 
(1310-1311),  «M əkatibat»  («M əktublar»)  əsərləri  Elxanilər 
dövlətinə daxil olan ölkələrin,  o cümlədən Azərbaycanın X III- 
XIV  əsrlər  siyasi  və  sosial-iqtisadi  tarixinin  öyrənilməsində 
mühüm  mənbələrdəndir.  O,  tibb,  təbiyyat,  fəlsəfə,  fiqh  və  s. 
elm sahələrinə aid əsərlər yazmışdır.
Osman  I Qazi (1258 -1324).  Türk  sultanları  sülaləsinin  ba­
nisidir.  Bu sülalə  1299-cu ildən  1922-ci ilədək  (əslində  1924 ilə­
dək)  davam  etmişdir.  Təqribən  1281-ci  ildə  K onya  sultanlığı­
nın  şimal-qərbində  sərhəd  ərazisində  yerləşən,  atası  Ərtoğrul­
dan  irs qalmış mülkləri sonralar müstəqil əmirliyə çevirmiş və I 
Osm anın  adı  ilə  adlanan  Osmanlı  imperiyasının  özəyini  təşkil 
etmişdir.  XV əsrin 2-ci yarısından Osmanlı dövləti  imperiyaya 
çevrilməyə başladı.  X I-X V I əsrlərdə Asiya, A vropa və Afrika­
dakı türk  istilaları nəticəsində Osmanlı imperiyası dünyanın ən 
böyük dövlətlərindən birinə çevrildi.
Osman oğullarının -  türk sultanlarının görkəmli nümayən­
dələri:  I  Qazi,  I  M urad  [1362-1389]  İldırım  Bayazid  [1389- 
1402];  II  Məhəmməd  Fateh  [1444  və  1451-1481];  I  Səlim Ya- 
vuz  [1512-1520];  I  Süleyman  Qanuni  [1520-1566];  III  Səlim 
[1789-1807];  II  M ahm ud  [1808-1839];  II  Əbdülhəmid  [1876- 
1909]  və  axırıncı  Osmanlı  sultanı  VI  M əhəmməd  Bahidəddin 
[1918-1922].
Məhəmməd  П  Fateh,  M ehm et  II  F ateh  (1429-1481).  Os­
m anlı Sultanı [1444—1446;  1451-1481].
Fateh Sultan M ehm et ilk dəfə  13 yaşında hakimiyyətə keç­
miş  və bir müddət sonra  hakimiyyəti əlindən  alınmışdır.  1451- 
ci  ildə  yenidən  taxta  çıxan  Sultan  Mehmetin  dövründə  Os-
157


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə