Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə35/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   31   32   33   34   35   36   37   38   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
nümayəndələrindən  hesab  olunsa  da,  peripatetiklərin  (bax: 
Şərhlər) də nəzəriyyəsi ilə razılaşdı. Peripatetiklərdən fərqli ola­
raq,  o  hər  şeyin  əsli  hesab  etdiyi  varlığı  vahid  tərkib  kimi 
götürürdü.  Zəiflik,  güclülük,  çatışmazlıq  və  kamillik  baxımın­
dan  bir-birindən  seçilən  çoxlu  halları  mahiyyətdə  qəbul  edən 
Yəhya  Sührəvərdidən  (əvvəllər  bu   haqda  məlumat  verilib) 
fərqli olaraq Şirazi onları varlıqda görmüşdür.
Şirazi mahiyyətin hərəkəti adı ilə məşhur olan nəzəriyyənin 
yaradıcısı hesab olunur.  O,  «mahiyyətin hərəkəti» fərziyyəsi ilə 
axirət dünyasının varlığım sübut etmək istəmişdir.  Şiraziy görə 
qiyamət günündə insanın ruhu öz əsl özəyinə və sabit mahiyyə­
tinə  qayıdacaq  və  insan  bu  qayda  ilə  yenidən  diriləcəkdir. 
Onun fikrincə, fəlsəfə və şəriət elmləri bir-birinə zidd deyildir.
Təbrizi  Rəcəbəli  (7-1669).  Azərbaycan  filosofu.  R.Təbrizi 
Şərq  peripatetizminin  (əl-Məşşaiyyə)  son  böyük  nümayəndəsi­
dir.  O,  «İsbat  əl-vacibə»  («Vacib  varlığın  isbatı»),  «əl-Əsl-əl- 
əsil» («Əsl əsas»)  və b.  əsərlərin  müəllifidir.  R.Təbrizi «Vahid» 
təxəllüsü ilə fəlsəfi  şeirlər  də yazmışdır.  R.Təbrizi Azərbaycan­
da  Aristotel  ənənələrinin  davamçısıdır.  Onun  yaradıcılığında 
işraqilik və sufiliyin də müəyyən təsiri duyulur.  Peripatetik filo­
sof kimi R.Təbrizinin varlıq  təlimi  ortodoksal islam ideoloqla­
rının  əqidələri  ilə  uzlaşmır.  Varlığı  ən  geniş  həcmdə  anlayış 
saymış,  mahiyyətin  varlıqla nisbətdə ikinci  olması  haqqındakı 
peripatetik  müddəaya  tərəfdar  çıxmışdır.  O,  Şərq  peripatetiz­
minin  emanasiya  (axıram,  yayılıram)  nəzəriyyəsini,  hər  cəhət­
dən xalis  bəsit vahiddən yalnız vahid çıxdığını,  mövcudat silsi­
ləsində səbəbiyyət əlaqəsinin olduğunu qədul etmişdir.  R.Təb- 
riziyə  görə,  səbəb  ilə  nəticə  arasında  özünəməxsus  münasibət, 
substansional bağlılıq vardır.  O, «Əsl əsas» traktatında maddə 
və form a, hərəkət və b.  kateqoriyaları peripatetizm mövqeyin­
dən araşdırmışdır.
Vazeh Mirzə Şəfi Sadıq oğlu (1794-1852).  Azərbaycan şai­
ri, mütəfəkkir, maarifçi.  Gəncədə təsis etdiyi «Divani- hikmət» 
ədəbi-fəlsəfi  məclisində  poeziya,  fəlsəfə  və  etikaya,  dövrün 
mühüm  ictimai  məsələlərinə  dair  fikir  mübadiləsi  aparmışdır.
138
İntellektual ekologiya
Bu məclisdə A.Bakıxanov,  M .F.A xundzadə,  F.Bodenştedt  və 
b.  iştirak edirdi.  Vazehin  m aarif sahəsində də mühüm xidməti 
olmuşdur.  1852-ci ildə Tiflis gimnaziyasının Şərq dilləri müəlli­
mi  İ.Qriqoryevlə  birlikdə  Azərbaycan  dilində  «Kitabi  türki» 
adlı ilk dərs vəsaiti tərtib etmişdir.  Həmin vəsaitdən gimnaziya 
və qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün uzun 
zaman istifadə olunmuşdur.
Vazehin fəlsəfi dünyagörüşünün əsasında sufiliyin və çarva- 
ka  hind  fəlsəfi  məktəbinin  m aterialist  təliminin  çarvaka  (bax: 
Şərhlər) ünsürlərini birləşdirən panteizm (aləmi Allahla eyniləş­
dirən fəlsəfi təlim) dururdu.  Vazeh çox vaxt Allahı  təbiətlə ey­
niləşdirir və göstərirdi ki, insan kainatın qanunauyğunluqlarını 
poza bilməz, o yalnız varlığı dərk edər,  təbiətin sirlərini öyrənə 
bilər.  Fatalizmə  (bax:  Şərhlər)  qarşı  çıxan  Vazeh,  zahidliyi, 
tərki-dünyalığı, cənnət  və  cəhənnəmi  inkar edir,  insanları  ger­
çəkliyin  gözəlliklərini  qiymətləndirməyə,  xoşbəxt  həyata,  şəx­
siyyətin azadlığı uğrunda mübarizəyə səsləyirdi.
Abbasqulu  ağa  Bakıxanov,  Qüdsi  (1794-1847).  Azər­
baycan  alimi  və  şairi.  1820-1830-cu illərdə  çar  Rusiyası  ordu­
sunda qulluq edib,  polkovnik  rütbəsinə  qədər (1842) yüksəlib, 
Türkm ənçay  müqaviləsinin  (1828)  imzalanmasında  tərcüməçi 
kim i  iştirak  edib.  Azərbaycan  tarixşünaslığının  inkişafında 
böyük  rol  oynamış  «Gülüstani  İrəm»  (1841)  əsərinin  müəllifi­
dir.  A.Bakıxanovun fəlsəfi və əxlaqi baxışları «Riyaz ül-qüds», 
«Təhzib  ül-əxlaq»,  «Kitabi-nəsayeh»,  «Eyn  ül-mizan»  əsərlə­
rində, habelə «M işkat ül-ənvar» poemasında şərh olunmuşdur. 
Şərq  ilahiyyatçılarına  əsaslanan  A.Bakıxanov  islam  dininin 
əsas  ehkamlarını  müdafiə  etmişdir.  A.Bakıxanova  görə  Allah 
əvvəlcə üç əbədi  başlanğıc -  ağıl,  qələm və  nur yaratmışdır ki, 
bunların birincisi genişlik və əhatəhliyin, ikincisi nizam və ahə­
ngin, üçüncüsü «yaranm a və qayıtmamn» rəmzidir.
A.Bakıxanovun  bütün  elmi  və  ədəbi  yaradıcılığının  əsas 
qayəsi xalqın maariflənməsi olmuşdur.
Mirzə Fətəli Axundzadə (1812-1878).  Azərbaycan yazıçısı, 
m aterialist filosof, ictimai xadim, Azərbaycan dramaturgiyası­
139


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
nın  banisi.  M .F.A xundzadə  «Əkinçi» qəzetinin  nəşrinə  böyük 
əhəmiyyət vermiş, onun səhifələrində «Vəkili milləti-naməlum» 
imzası ilə məqalələr dərc etdirmişdir.  Onun bədii yaradıcılığın­
da  komediya  janrı  əsas  yer  tutur.  1850-1855-ci  illərdə, 
M .F.A xundzadə yazdığı б komediya ilə Azərbaycanda və eləcə 
də  Yaxın  Şərq  ədəbiyyatında  realist  dramaturgiyanın  təməlini 
qoymuşdur.  M .F.A xundzadənin  1852-ci  ildə  yazdığı  «Sərgü­
zəşti  mərdi-xəsis»  («Hacı  Qara»)  komediyası  məzmun  və  sə­
nətkarlıq cəhətdən dünya dram aturgiyasının ölməz əsəridir.
M .F.A xundzadə  1857-ci  ildə  realist  Azərbaycan  nəsrinin 
ilk  nümunəsi  olan  və  Azərbaycan  nəsrinin  sonrakı  inkişafına 
qüvvətli  təsir  göstərən  «Aldanmış  kəvakib»  («Hekayəti  Y usif 
şah») povestini yazmışdır.  M .F.A xundzadə yalnız realist A zər­
baycan  dramaturgiyasının  və  nəsrinin deyil,  materialist estetik 
fikirlərin  də  banisidir.  O,  «Kamalüddövlə  məktubları»  (1865) 
adlı  m əşhur  fəlsəfi  əsərində,  habelə  bir  sıra  məktubunda  rea­
lizm,  xəlqilik,  müasirlik,  ideallıq,  sənətkarlıq  və  bədii yaradıcı­
lığın  başqa mühüm məsələlərinə dair qiymətli fikirlər söyləmiş­
dir.  O nun  fəlsəfi  görüşləri  Ön  və  O rta  Şərq  xalqlarının  zəngin 
fəlsəfi  irsi  zəminində  formalaşmışdır.  M.F.Axundzadəyə  görə, 
təbiət  əbədi  və  sonsuzdur.  Təbiətdə  keyfiyyətcə  müxtəlif cism 
və  hadisə  m addi  substansiyanın,  «vahid»,  «qadir» və  «kamil» 
varlığın  müxtəlif  təzahürüdür.  M ateriya  daim  təzahür  edir, 
dəyişir,  bir  haldan  digərinə  çevrilir.  Onun  fikrincə,  dünya  işlə­
rində  dini  etiqad  deyil,  insan  əqli  əsas  götürülməlidir.  «Bəşə­
riyyətin  xoşbəxtlik və  səadəti  o  vaxt  mümkün  olacaqdır  ki,  is­
tər  Asiyada  və  istərsə  də  A vropada  insan  əqli  əbədi  həbsdən 
tam am  qurtulacaq,  işlər və fikirlərdə yalnız insan əqli sənəd  və 
dəlil  hesab  edilib  hakimi-mütləq  olacaqdır.»  (Əsərləri,  2-ci  c., 
Bakı,  1961,  s.  45)  O,  ictimai,  cismani  zülmə etiraz edərək  belə 
nəticəyə  gəlmişdir  ki,  xalq  özü-özünü  qaranlıqdan  çıxartmalı, 
öz  hakimiyyətini  qurmalıdır.  «Zülmü  aradan  qaldırmaq  üçün 
əsla zalıma müraciət etmək lazım deyildir,  bəlkə əksinə, məzlu­
ma demək lazımdır ki,  ey nadan, sən ki, qüdrət, səy və bacarıq 
cəhətdən  zalım dan  qat-qat  artıqsan,  bəs  nə  üçün  zülmə  q atla­
140
İntellektual ekologiya
şırsan? Qəflət yuxusundan oyan və zalımın atasının goruna od 
vur!» (yenə orada, 3-cü c., s. 47)
M .F.Axundzadə xalqın gücünə inanır,  istibdad zülmündən 
xilas olmaq üçün onu birliyə, mövcud quruluşu inqilabla məhv 
etməyə  çağırırdı.  O,  m addi  nemətlərin  yaranmasında  xalq 
kütlələrinin  həlledici  rolunu  göstərir,  cəmyyətdə elə dəyişiklik­
lər  haqqında  düşünürdü  ki,  bu  dəyişikliklər  insanların  hüquq 
bərabərliyini,  maddi  və  əmlak  bərabərliyi  ilə  tamamlamış  ol­
sun,  bütünlükdə  millətin  vəziyyətini,  insanların  xarakter və  tə­
biətini  dəyişsin.  İdeal  cəmiyyət  haqqındakı  bu  fikirlər 
M .F.Axundzadəni  utopik  sosialistlərə  yaxınlaşdırır.  Bu  ideya 
dahi  Nizami  Gəncəvidən  başlamış,  bir  çox  Şərq  mütəfəkkirlə­
rinin əsərlərində öz əksini tapmışdır.
M .F.Axundzadənin yaradıcılığı yalnız Azərbaycanın deyil, 
Yaxın  Şərq  xalqları  ədəbiyyatı  və  ictimai-fəlsəfi  fikrinin  də  in­
kişafına böyük təsir göstərmişdir.
Seyid  Əzim  Şirvani  (1835-1888).  Azərbaycan  şairi,  m aarif 
xadimi.  S.Ə.Şirvani klassik Azərbaycan poeziyası və XIX əsrin 
əvvəllərindən  formalaşan  tənqidi realizm ənənələrindən  bəhrə­
lənərək,  lirik  və  satirik  Azərbaycan  şeirini  zənginləşdirmişdir. 
O nun yaradıcılığında ruhaniliyin tənqidi xüsusi yer  tutmuşdur. 
Xalqı  din  xadimlərinin  hiylələrinə  uymamağa,  ayıq  olmağa 
çağıran şair şeirlərində m aarif və mədəniyyəti təbliğ edir, tərəq­
qiyə  mane  olan  «ziyalılara»,  mövhumat  və  cəhalətə  gülürdü. 
S.Ə.Şirvani  Azərbaycan  şairlərinin  əsərlərini  toplamış,  tərtib 
etdiyi  «Təzkirə»də  (1885)  270-dən  çox  şairin  tərcümeyi-halım 
və  əsərlərindən  nümunələr  vermişdir.  Əzizə  xanım  Cəfərzadə­
nin  «Aləmdə  səsim  var  mənim»  romanı  Seyid  Əzim  Şirvaniyə 
həsr olunmuşdur.
Mirzə Ələkbər Sabir,  Mirzə Ələkbər Zeynalabdin oğlu Ta- 
hirzadə  (1862-1911).  Azərbaycanın  satirik  şairi,  mütəfəkkir, 
ictimai  xadim,  müəllim.  Sabir  Azərbaycan  ədəbiyyatı,  ictimai 
və  bədii  fikrinin  ən  böyük  simalarındandır.  1906-1911  illərdə 
«M olla  Nəsrəddin»  jurnalında  əməkdaşlıq  etmişdir.  Bu  illər 
Sabir yaradıcılığının ən yetkin,  m əhsuldar dövrü olmuşdur.  O,
141


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə