Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə34/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   30   31   32   33   34   35   36   37   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
lənmişdir.  Nəsimi lirik şair olsa da, sonralar dövrün siyasi, icti­
mai,  əxlaqi  mövzularında  əsərlər  yazmış,  Azərbaycan  ədə­
biyyatı  tarxində  ana  dilində  yaranan  fəlsəfi  qəzəlin  banisi  ol­
muşdur.
Nəsiminin lirikasında insana məhəbbət, insan şəxsiyyətinin 
azadlığı mövzusu əsas yer tutur. Nəsimi insanı yaradıcı bir var­
lıq kimi ucaldır, hətta:
M əndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri lam əkan mənəm, kövnü məkana sığmazam.
Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
B undan uludur ayətim, ayətu şanə sığmazam,
-  deyir. Nəsimi, hətta, «Həqqi-Təala Adəm oğlu özüdür, «ənəl- 
həqq» («mənəm Allah») deyə insanı Allahla eyniləşdirirdi,  N ə­
simi  məhz hürufilik təlimi  əsasında irəli sürdüyü  panteist  (bax: 
Şərhlər)  ideyalar üstündə  Hələb  şəhərində  edam  olundu.  Nəsi­
minin  panteizmi  sufilərdən  fərqləndirən  başlıca  xüsusiyyəti 
onun hürufi rəmzlərindən  istifadə etməsidir,  28,  yaxud  32  hərf 
onun mühüm ifadə vasitələrindəndir.
İbn  əl-İmad  Hənbəli  yazır:  «O,  (Nəsimi  -   Ə.M.,  Z .H .) 
hürufilərin  şeyxidir.  Hələbdə  sakin  idi,  tərəfdarları  çoxaldı,  bi- 
dəfi artdı,  iş o  yerə  çatdı  ki,  sultan  onun  öldürülməsini əmr et­
di, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi».
Nəsimi  insanı  nə  qədər  ümumiləşdirib,  mücərrədləşdirib 
kosmoloji həddə çatdırsa da,  onun həyatda real  etik vəziyyəti­
ni, cəmiyyətdə yerini unutmayıb.
Həmzəoğlu  Ağşəmsəddin  (1383-?).  Azərbaycan  alimi,  hə­
kim.  Adı  dünya  tibb  ensiklopediyasına  düşən,  şərəfinə  şeirlər, 
dastanlar yazılan Həmzəoğlu Ağşəmsəddin haqqında dünyada 
şöhrət  qazanmış  məşhur  «Türklərin  altun  kitabı»mn  müəllifi, 
görkəmli  türk  tarixçisi  Rafiq  Özbək  yazır:  «Ağşəmsəddinin 
atası  Həmzə  azərbaycanlı  filosof Şihabəddin  Sührəvərdi  soy- 
undandır.» («Türklərin altun kitabı»,  3-cü c., s.  472, Tərcüman
134
İntellektual ekologiya
təsisiləri,  İstanbul,  1990)1  Filosof Şihabəddin  Sührəvərdi  haq­
qında əvvəllər məlumat verilmişdir.  Ağşəmsəddin Həmzəoğlu- 
nun ixtiraları və kəşfləri saysız-hesabsızdır. Təkcə bunu demək 
kifayətdir ki, dahi tibb alimimiz Ağşəmsəddin mikrobiologiya­
nın banisi sayılan fransız alimi Lui Pasterdən (1822-1895) neçə 
yüz il  öncə,  m ikroskopun  belə  kəşf edilmədiyi  bir  dövrdə,  gö­
zəgörünməz canlılar,  yəni  m ikroblar  haqqında  geniş  məlumat 
vermişdir.  Alimin «M addətül həyat» («Həyatın maddəsi») adlı 
elmi kitabında bu sözləri oxuyuruq:  «Xəstəliklər insan vücudu­
na  girən  gözəgörünməz  bir  qisim  canlı  toxum alar  üzündən 
meydana  gəlir və  yenə  o canlı  toxumalar  insandan  insana ke­
çir...»
Ağşəmsəddin  ulu  M ehm et  Fatehin  müəllimi  olmuşdur. 
Fatehə  «İstanbulu  sən  fəth  edəcəksən!..»  sözlərini  deyən  də 
odur.  Ağşəmsəddinin  dediyi  kimi  oldu,  M ehm et  Fateh  İstan­
bulu fəth etdi.
İstanbulun  mərkəzində  salınmış  M ehmet  Fateh  parkında 
əzəmətli  bir  abidə  var.  U lu  Fateh  bəyaz  atın  üstündə  sanki 
göylərə  qanad  açmaqdadır.  Y anındakı  silahdaşlarının  sırasın­
da  özünün  və  oğlu  Sultan  II  Bəyazidin  böyük  müəllimi  H əm ­
zəoğlu  Ağşəmsəddin  də  vardır.  Azərbaycanın  dahi  oğlunun 
adı  dünyaya  bəllidir.  Ağşəmsəddin  Həmzəoğlu  haqda  «İblis 
xislətli  erməni» (Bakı,  2009,  s.  60-62)  kitabında  geniş  məlumat 
verilmişdir.
Seyid  Yəhya  Cəlaləddin  Bakuvi  (1410-1462).  Azərbaycan 
mütəfəkkiri,  ilahiyyatçı,  filosof.  Bakıda  Şirvanşah  I  Xəlilulla- 
hm  sarayında  yaşamışdır.  O nun  başçılıq  etdiyi  təriqət  şiəliyin 
Sofəvilər  tərəfindən  dövlət  dini  kimi  qəbul  edilməsinə  qarşı 
mübarizə  aparırdı.  Azərbaycan,  fars  və  ərəb  dillərində  yazan 
Bakuvinin  əsərləri,  əsasən,  ontologiya, etika məsələlərinə,  bati- 
nilik  təliminə  həsr  edilmişdir.  Bu  təlimlər  haqda  oxuculara 
«Şərhlər» bölməsində m əlum at verilmişdir.
Füzuli  Məhəmməd  Süleyman  oğlu  (1494-1556).  Azər­
1  R afiq  Zəka X əndan,  «Ə dalət»  q əzeti,  13  aprel,  1997-ci  il.
135


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
baycan  şairi,  mütəfəkkir.  O,  şəxsi  mütaliəsi  sayəsində  o rta  əsr 
elmləri  (məntiq,  tibb,  nücum,  riyazi  və  humanitar  elmlər), 
xüsusən  dini-fəlsəfi  cərəyanları,  ərəb  tərcümələri  əsasında  yu­
nan fəlsəfəsi ilə yaxından tamş olmuş, klassik ərəb, fars, özbək, 
türk  və  farsdilli  hind  ədəbiyyatını  öyrənmişdir.  Füzuli  özünün 
saraydan uzaq olduğunu iftixar hissi ilə qeyd etmişdir.  Şair ha­
kimiyyət uğrunda  gedən  mübarizə  və  müharibələrin  şahidi  ol­
muş,  «odlara  yansın  büsati-səltənət»  deyə  saraya  qarşı  kəskin 
nifrətini  qələmə  aldığı  əsərlərində  ifadə  etmişdir.  Füzuli  Azər­
baycan  dilində  lirik  şeirin  ən  gözəl  nümunələrini  yaratmışdır. 
Füzuli lirikası dərin ictimai-fəlsəfi məzmuna malikdir. Füzuliyə 
görə  məhəbbət  insana,  onun  gözəlliyinə  və  kamalına  pərəstiş, 
həyat eşqi, dostluq və sədaqət deməkdir.  Füzuli yaradıcılığının 
zirvəsi  olan «Leyli və M əcnun» poeması Azərbaycan, eləcə  də 
Şərq və dünya poeziyasının nadir incilərindəndir.  Füzuli qədim 
yunan və  Şərq fəlsəfəsi ilə tanış idi.  O nun fəlsəfi görüşləri,  əsa­
sən, ərəb dilində nəsrlə yazdığı «Mətlə ül-etiqad» əsərində əksi­
ni  tapmışdır.  Füzuli  burada  Aristotel,  Platon,  Demokrit  və  b. 
yunan  filosoflarının  fikirlərindən,  ən-Nəzamin  fəlsəfi  irsindən 
təsirlənmişdir.
Füzulinin  yaradıcılığı  Azərbaycan  incəsənətinin  inkişafına 
güclü  təsir  göstərmişdir.  Füzuli  poeziyası,  onun  «Leyli  və 
Məcnun»  poeması  Azərbaycan  operasının  və  o  cümlədən 
Azərbaycan muğamının inkişafına təkan vermişdir.
Dəwani  Cəlal  əd-diıı  Məhəmməd  bin  Səd  əd-din  Əsəd  əs- 
Siddiqi  (1426/27—1502/03).  Filosof,  hüquqşünas.  Onun  fəlsəfə, 
məntiq, ilahiyyat, tarix, riyaziyyat və s.  sahələrə aid elmi əsərlə­
ri  vardır.  Ağılı  və  əqli  nəticəni  yeganə  fəlsəfi  prinsip  sayan 
D əw ani,  ənənəvi  görüşlərə  kor-koranə  tabe  olmağın  əleyhinə 
çıxmışdır.  Bununla  o,  istər-istəməz  dini  ehkamçılığı  da  qəbul 
etməmiş, dünyam n dərk edilməsində həyat təcrübəsinin rolunu 
yüksək  qiymətləndirmişdir.  O,  insanın  «iki  müəllimi»nin  ol­
duğunu söyləmişdir.  Birinin  «təbiət»  müəllimi,  o  birinin  «din» 
müəllimi olan «bu dünyada», real həyatın dərk edilməsində bi­
rinci  müəllimin  roluna  üstünlük  vermişdir.  «Nur  ul-hidayə»
136
İntellektual ekologiya
(«Doğru yolun işığı») əsərində H ippokrat, Platon, Aristotel və 
b.-ш  «müsəlman  alimləri»  adlandırmış  və  göstərmişdir  ki,  on­
lar  «öz  ağılları  ilə»  islam  monoteizminə  qədər  yüksəlmişlər. 
D əw ani ictimai-siyasi məsələlərdə Fərabinin cəmiyyət təlimini 
inkişaf etdirmişdir.
Коса  Əbdülmənnan  oğlu  Sinan  (1489-1588).  Türk  mema­
rı,  mühəndis.  I  Sultan  Süleymanın  inşaat  işlərinə  rəhbərlik  et­
mişdir.  1539-cu  ildə  Osmanlı  imperiyasının  baş  memarı  təyin 
edilmişdir.  Sinan  memarlıq  tarixində  ən  m əhsuldar  sənətkar­
lardandır.  O, imperiyanın ayrı-ayrı yerlərində 360-dan artıq bi­
na  və  tikili  yaratmışdır.  Müasirləri  Sinanı  «dünya  memarları­
nın  və  dövran  mühəndislərinin  başçısı»  adlandırmışlar.  Şah 
əsəri Ədirnədəki Səlimiyyə camesidir.
Saib  Təbrizi,  Mirzə  Məhəmmədəli  Mirzə  Ədürəhhim  oğlu 
(1601-1676).  Azərbciycan  şairi,  mütəfəkkir  və  filosofu.  O,  X a­
qani,  Nizami,  Nəsimi,  xüsusilə  Füzuli  ədəbi  məktəbinin  da­
vamçısıdır.  Təqribən  300 min  misra şeiri olduğu ehtimal edilir. 
1975-ci  ildə  özbək  alimi  H.Süleymanov  Hindistanın  Lakxnau 
şəhərində  xüsusi  bir  kitabxanada  şairin  əsərlərinin  özü  tərəfin­
dən  əlifba  sırası  ilə  köçürülmüş  230  min  m isradan  çox  olan 
dünyada  yeganə  tam   külliyyatını  (2308  s.)  aşkara  çıxarmışdır. 
H um anist  və  mütəfəkkir  şair  Saib  Təbrizinin  lirikasında  mə­
həbbətin  tərənnümü  əsas  yer  tutur.  Eyni  zam anda  o,  ictimai, 
fəlsəfi,  əxlaqi  görüşlərini  məhəbbət  mövzusundakı  əsərlərində 
əks  etdirmişdir.  İctimai  ədalətsizliyə,  zülm  və  haqsızlığa  qarşı 
etiraz  ruhlu  əsərlərində  düzlüyü,  xalqa  xidməti,  dostluğu,  səa­
dəti, elm və biliyi tərənnüm  etmiş, cəhaləti, riyakarlığı pisləmiş­
dir.
Şirazi Sədrəddin Məhəmməd bin İbrahim (7-1640).  Filosof, 
«M olla Sədra» adı ilə məşhurdur.  Fəlsəfəyə dair ərəb və farsca 
«Əsfari-ərəb»ə  («Dörd  səfər»),  «Şəfahid  ür-robubiyyət»  («İla­
hiliyin  şahidləri»),  «M əbdə  və  məad»  («Başlanğıc  və  axirət 
dünyası»),  «Şəhri-Kafı»  («Kifayətin  şəhri»),  «Təliqe  bər  H ik­
mət ül-işraq» («İşraqiyyə fəlsəfəsi») əsərlərinin müəllifidir.
Şirazi  müsəlman  Şərqində  Platon  fəlsəfəsi  təliminin
137


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə