Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə30/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   26   27   28   29   30   31   32   33   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dünyagörüşü  materialistlərlə  idealistlər  arasında  m übarizə 
obyekti olmuşdur.
Mahmud  Kaşqari,  Mahmud  ibn  əl-Huseyn  ibn  Məhəmməd 
əl-Kasqari  (XI  əsr).  Alim,  filoloq  və  folklorçu.  Türk  dillərinin 
zənginliyini  əks  etdirən  m əşhur  «Divani  luğat  it-türk»  (1072- 
1074)  əsərinin  müəllifidir.  8000-ə  yaxın  leksik  vahidi  əhatə 
edən əsərdə 26 türk dilində  nüm unə verilmişdir.  «Divamun so­
nuna  əlavə  edilən  xəritə  M ahm ud  Kaşqarinin  dövründə 
türkdilli  xalqların  yaşadığı  ərazilərin  təsvirini  verən  ilk  xəritə­
dir.  1971-ci ildə «Divan»m 900 illik yubileyi dünya miqyasında 
qeyd edilmişdir.
Yusif ibn Tahir (7-1154).  Azərbaycan alimi, filoloq, filosof, 
təbib  və  astronom .  O nun  yalnız  ərəbcə  yazılmış  «Tənvir» 
(1146) adlı əsəri zəmanəmizə gəlib çatmışdır.  Bu əsərdə fəlsəfə, 
ilahiyyat,  tibb,  psixologiya,  astronom iya  və  s.  dair  fikirlər  öz 
əksini tapmışdır. Yusif ibn Tahir m addi aləmin dərk olunması­
nı  həm  hisslər,  həm  də  təfəkkürlə  bağlayırdı.  Astronomiyaya 
dair  fikirləri  onun  Aristotel  və  Ptolemeyin  bu  sahədəki  tədqi­
qatları ilə tanışlığını söyləməyə əsas verir.
Sührəvərdi  Əbunnəcib  Əbdülqahir  ibn  Abdulla  (1097- 
(1168).  Azərbaycan  mütəfəkkiri,  sufiliyin  görkəmli  nümayən­
dəsi Sührəvərddə (bax: Şərhlər)  anadan olmuşdur. O, Bağdad­
da  Nizamiyyə  mədrəsəsində  təhsil  almış,  həmin  mədrəsədə 
dərs  demiş,  bir  müddət  (1150-1162)  ona  başçılıq  etmişdir. 
Sührəvərdi  sufiliyin  mötədil  qoluna  mənsub  olmuşdur.  Onun 
'fikrincə,  təsəw ü f  şəriətdən  başlayıb  təriqətdən  keçərək  həqi­
qətdə  sona  yetir.  Birinci  mərhələ  elm,  ikinci  mərhələ  əməl, 
üçüncü mərhələ isə ilahi vergi ilə səciyyələnir.
Sührəvərdi Əbülfütuh Yəhya ibn Həbəş (1154-1191).  Azər­
baycan filosofu, işraqiliyin banisi, şair.
İşraqiliyin  əsasım  Şihabəddin  Sührəvəndi  (bax:  Şərhlər) 
qoymuşdur.  D ünya miqyaslı alim Ağşəmsəddinin atası Həmzə 
filosof Şihabəddin Sührəvərdinin  soyundandır  Bu haqda «İb­
lis  xislətli  erməni»  kitabında  (Bakı,  2009,  s.  60-62)  hərtərəfli 
məlumat verilmişdir.
118
İntellektual ekologiya
İşraqilik ontologiyasına görə  «işıq»  («ən-nur»)  anlayışı ge­
niş  məzmuna  malikdir  və  öz-özlüyündə  aşkar  sayıldığı  üçün 
heç bir təriflə ifadə edilə bilməz.  Qaranlıq («əz-zülmə») anlayışı 
işığın  yoxluğunu  göstərir.  İşraqilik  fəlsəfəsinin  kosmologiya­
sında mövcudat silsiləsinin  ən  ali  zirvəsində «işıqlar işığı»  (nur 
əl-ənvar) durur.  «İşıqlar işığı»nın vücuda gətirdiyi ilk varlıq isə 
vahid  mücərrəd  işıqdır.  Bu  işıq  «Avesta»dan  götürülmüş 
«xürrə»  termini  ilə  ifadə  olunur,  işraqilik  fəlsəfəsində  maddi 
aləm  qaranlıqlar,  kölgələr  dünyası  hesab  edilir.  İşıqlar  silsilə­
sində  ən  yaxın  işıqdan  başlamış  son  mücərrəd  işığa  qədər  hər 
bir  işığın  kölgəsi  vardır.  Yalnız  işığın  varlığını  əsas  götürüb, 
maddi  aləm  təşkil  edən  kölgələri  mahiyyətcə  yoxluq  adlandı­
ran işraqilər platonizmə yaxınlaşmışlar.
İşraqiliyə  görə,  kölgələr  işıqlarla yanaşı  daimi  mövcuddur. 
İnsan  nəfsi  işıqlar  silsiləsinə  keçərək  mücərrəd  işıqlar  aləminə 
yetişir.  İşraqilər  idrakla  hissi,  əqli  və  intuitiv  mərhələləri  fərq­
ləndirir,  sufilər  kimi  mütləq  həqiqəti  dərk  etmək  üçün  bu 
dünyadan  təcrid  olunmağı  təbliğ  edir,  sufilərdən  fərqli  olaraq 
açıq idealizm cəbhəsində dururdular. Əbülfütuh Yəhya Aristo­
telin  təliminə  yaradıcı  yanaşaraq,  fəlsəfi  kateqoriyaların  yeni 
təsnifatını  vermişdir.  O,  substansiya,  kəmiyyət,  keyfiyyət,  nis­
bət  və  hərəkətə  müstəqil  kateqoriyalar  kimi  baxmış,  zaman, 
məkan,  mülkiyyət,  vəziyyət,  təsir və  təsirlənmə kateqoriyaları­
nı  isə  nisbət  kateqoriyası  tərkibinə  daxil  etmişdir.  Əbülfütuh 
Yəhya  kitablarında  orijinal  bir  təlim  olan  işraqiliyin  əsaslarını 
işləyib  hazırlamışdır.  İşraqiliyə  görə  bütün  mövcudat  mütləq 
vahid  işıqdan  emanasiya  (axma) yolu ilə m eydana çıxmış  işıq­
lardan və onların kölgələrindən ibarətdir.
Əbülfütuh  Yəhya  ictimai  bərabərlik  ideyasını  təbliğ  edir, 
lakin  feodal  zülmünün  hökm   sürdüyü  dövrdə bunun  mümkün 
olmadığını  anlayır,  həqiqi  xoşbəxtliyə  işıqlar  aləmində  yetişi- 
ləcəyinə  ümid  bəsləyirdi.  O,  İslam  ideoloqlarının  təqibinə  mə­
ruz qalmış,  dinsizlik və etiqad pozğunluğu üstündə  təqsirləndi­
rilib,  37  yaşında  edam   edilmişdir.  Tarixdə  «Öldürülmüş  filo­
sof» adı ilə məşhurdur.
119


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Sührəvərdi  Şihabəddin  Əbuhəfs  Ömər  ibn  Məhəmməd
(1145-1234). 
Azərbaycan 
mütəfəkkiri, 
görkəmli 
sufi 
filosofudur.  Bağdadda  baş  şeyx  olan  Şihabəddin  Sührəvərdi 
Xilafətin  ictimai-siyasi  həyatında  fəal  iştirak  etmişdir.  Onun 
əsərlərində  sufilərin  əxlaq  norm alarının,  mənəvi  keyfiyyətləri­
nin,  davranış  qaydalarının  müfəssəl  şərhi verilmişdir.  Şihabəd­
din  Sührəvərdiyə  görə,  insan  mənəviyyatım  kamilləşdirdikdə 
H aqqa  yaxınlaşır.  O,  insan  ilə  Allahın  vəhdətini,  eyniyyətini 
qəbul  edən  panteist  (aləmi  Allahla  eyniləşdirən  fəlsəfi  təlim) 
baxışları  rədd  etmişdir.  O,  sufiliyin  monoteist  sistemini  yarat­
mış,  sufilərin  psixologiyasım,  ru h a  dair  baxışlarını  ümumiləş­
dirmişdir.
İbn  Bəcca,  Əbu  Bəkr  Məhəmməd  ibn  Yəhya  (1070-1139). 
Ərəb filosofu,  Şərq aristotelizminin ilk böyük nümayəndəsidir. 
O, Aristotelin fizika və meteorologiyaya dair əsərlərini şərh et­
miş,  özü  isə  fəlsəfə,  fizika,  riyaziyyat,  astronomiya,  musiqi  və 
tibbə  dair  risalələr  yazmışdır.  «Tənha  adamın  tədbiri»,  yaxud 
«Zahidin  həyat  tərzi»  əsərində  elm  və  fəlsəfəni  müdafiə  etmiş­
dir.
İbn  Rüşd,  İbn  Rəşd  Əbu-1-Valid  Məhəmməd  ibn  Əhməd
(1126-1198).  Ə rəb  filosofu  və  həkimi.  Şərq  aristotelizminin 
son  görkəmli  nümayəndələrindən  biri.  O nun  əsərlərinin  əksə­
riyyəti  Aristotelin  əsərlərinə  yazdığı  şərhlərdir.  İbn  Rüşd şərh­
lərində  Aristotel  fəlsəfəsinin  materialist  ünsürlərini  inkişaf et­
dirmiş,  materiya  və  hərəkətin  əbədiliyi  fikrini  söyləmiş,  axirət 
dünyasını inkar  etmişdir.  O nun rasional  din  (bir qrup savadlı­
lara  müyəssər  olan) və  obrazlı  alleqorik  din  (hamıya müyəssər 
olan)  haqqında  fikirləri  ikili  həqiqət  nəzəriyyəsinin  mənbələ­
rindən  olmuşdur.  İbn  Rüsdün  fikrincə,  Allah materiya ilə eyni 
zam anda yaranmışdır,  hərəkət  də  ilkin materiya kimi əbədi və 
məhvedilməzdir; m addi aləm zam anda sonsuz, məkanda məh­
duddur;  zam anın  ölçüsü  hərəkət  sayəsində  mümkündür.  İbn 
Rüşd  əxlaq  sahəsində  asketizmi  rədd  etmiş,  insanın  kamilləş­
məsində elmi-fəlsəfı idraka üstünlük vermişdir.
İbn Rüşd ədalətli  cəmiyyət arzu etmiş,  qadınların qul edil­
120
İntellektual ekologiya
məsinə qarşı çıxmış, onların dövlət işlərində tamhüquqlu iştira­
kı  fikrini  irəli  sürmüşdür.  İctimai  idealları  Platonun  «Dövlət 
əsəri» ruhunda olmuşdur. İb n  Rüşd «Mümkün olan zəka» əsə­
rində göstərir ki, məntiqin vəzifəsi duyğular vasitəsilə əldə edil­
miş  m əlumatlardan  bilavasitə  hissi  m əlum atlarla  əlaqəsi  ol­
mayan həqiqətin dərkinə keçmək yollarını öyrənməkdir. Onun 
Aristotelin  əsərlərinə  yazdığı  şərhlər  avropah  filosoflara  antik 
fəlsəfənin tanıtdırılmasmda böyük rol oynamışdır.
İbn Tüfeyl-Əbu Bəkr Məhəmməd ibn Əbd üI-Malik (1110- 
1185).  Ərəb  filosofu.  Ərəb  fəlsəfəsində  rasionalizmin  nümay­
əndəsi  İbn  Tüfeylə  görə,  zəka  yalnız  mənsəb  sahiblərinə  məx­
susdur,  xalqı  isə ortodoksal  din  ruhunda  tərbiyə  etmək  lazım­
dır.
Əcəmi  Əbubəkr oğlu Naxçıvani (XII əsrin 20-ci  illəri -  XII 
əsrin  sonu).  O rta  əsr  Azərbaycan  memarlığının  görkəmli 
nümayəndəsi, 
Naxçıvan 
memarlıq 
məktəbinin 
banisi. 
Yaradıcılığının  Yaxın  Şərq  ölkələri  memarlığına  böyük  təsiri 
olmuşdur.  Əcəminin  yaradıcılığı  XII  əsr  Azərbaycan  mədə­
niyyəti  və  ictimai  fikrindəki  intibahın  parlaq  təzahürlərindən- 
dir.  O nun  ornam ent  kompozisiyaları  bədiiliklə  riyazi  tə­
fəkkürün  üzvi  birləşməsinə əsaslanır.  Əcəmi yüksək mühəndis­
lik  qabiliyyətinə  malik  olmuşdur.  O nun  bu  qabiliyyəti  Qərbi 
A vropa m em arlarından bir əsr əvvəl Mömünə xatun türbəsinin 
sərdabəsində  qurduğu  tağlar  sistemində  və  onun  oturacağm- 
dakı  mürəkkəb  ornam entlərin  əvvəlcədən  hazırlanmış  tavalar 
şəklində  tərtibində,  Cümə  məscidinin  nəhəng  günbəzində  və 
qoşa minarələrdə özünü göstərir.  1976-cı ildə Əcəminin anadan 
olmasının 850 illiyi geniş qeyd edilmişdir.
Xaqani  Şirvanı,  Əfzələddin  İbrahim  ibn  Əli  Nəccar Şirvani 
(1126-1199).  Azərbaycan  şairi  və  mütəfəkkiri.  X aqani  klassik 
Şərq  poeziyasının  bütün janrlarında yüksək  sənətkarlıq nüm u­
nələri yaratmışdır.  O, Yaxın Şərq ədəbiyyatı tarixində epik po ­
eziyanın ilk görkəmli nümunələrindən hesab edilən «Töhfət ül- 
İraqeyn» (1157) adlı məsnəvisini yazmışdır. «M ədain xərabələ- 
ri»  adlı  məşhur  fəlsəfi  qəsidəsində  tarixdə  adil  qələmə  verilən
121


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə