Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə26/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   22   23   24   25   26   27   28   29   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Ö N   V Ə   О Ц О Д   Ş Ə R Q D Ə   Q Ə D İM  
Q IN I-Ə X L A Q I, 
ж 
S O S İA L -E T IK  F Ə L S Ə F İ TƏ LİM LƏ R
Fəlsəfə cəmiyyət haqqında təlimin əsasıdır.
İbn Xəldun,
Ön  və  O rta  Şərqdə  din  və  fəlsəfə  qədim  tarixə  malikdir. 
Əvvəlki  bölmədə  qeyd  etdiyimiz  kimi,  İranda  və  Azərbaycan­
da ilk fəlsəfi təlimlər zərdüştiliyin müqəddəs kitabı «Avesta»da 
öz  əksini  tapmışdır.  Sonralar  m anilik  və  məzdəkilik  meydana 
gəlmişdir.
Mani  (216-274).  Q ədim   Şərq  rəssamıdır,  Babilə  Həmə­
dandan  gəlməsi ehtimal edilir.  U şaqlıqdan fitri istedada malik 
olan M an i rəssam lıqdan başqa, dini-fəlsəfi görüşləri, həkimliyi, 
mühəndisliyi  ilə  də  şöhrət  qazanm ışdır.  Hətta  o,  xüsusi  əlifba 
yaratmışdır.  M aninin  rəssamlığı  haqda  Firdovsi,  Hafiz,  Niza­
mi və  b.  klassiklərin əsərlərində də deyilib.  Rəvayətə görə, M a­
ni  24 yaşında  özünü  peyğəmbər  elan  etmiş,  Şərq  ölkələrini  gə­
zərək yaratdığı  dini yaymışdır (C.Rəmzi,  «Mani», Bakı,  1979). 
İrana qayıtdıqdan sonra zərdüştiliyin qatı tərəfdarı olan Sasani 
hökm darı  I  Bəhram   ona  işgəncə  verdirərək  edam etdirmişdir. 
M ani dini-fəlsəfi kitablarını  özünün yaratdığı əlifba ilə yazmış­
dır.  M ənbələrdə  onun  6 kitabı və 76 risaləsinin olduğu göstəri­
lir.  1931-ci  ildə  Misirdə  tapılmış  iki  min  vərəqdən  ibarət  dini- 
əxlaqi məzm unlu 7 kitab M aniyə aid edilir. Maninin dini-fəlsə­
fi və əxlaqi görüşləri sonralar «M anilik» adı ilə formalaşmışdır.
Əvvəlki  bölmədə  qeyd  etdiyimiz  kimi,  Amerika  alimi 
M aykl  H artm   «Sıra  ilə  sadalanan  tarixdə  100  ən  əhəmiyyətli 
şəxsiyyət» kitabında M ani 83-cü yeri tutur. («XXI əsr jurnalı», 
1993, № 1, s. 62; w w w .fisechko.ru/100vel/ludei)
Manilik.  Zərdüştiliyin,  Buddizmin,  Xristianlığın,  qnostiz- 
min  (bax:  Şərhlər)  və  digər  təlimlərin  təsiri  altında yaranmış 
dini- fəlsəfi təlimdir.
M ani III əsrin  30-cu illərinin  sonunadək Hindistanda,  Or­
102
İntellektual ekologiya
ta  Asiyada,  İranda  olmuş,  maniliyi  təbliğ  etmişdi.  243-cü  ildə 
İran şahənşahı Şapur tacqoym a mərasimi zamanı öz sarayında 
Manini  yeni  dinin  peyğəmbəri  kimi  qəbul  etmişdir  M aninin 
dediyinə görə,  bu din  mövcud  təlimləri  birləşdirməli,  onlardan 
yüksəkdə  durmalı,  universal,  vahid  «dünya  dini»  olmalıdır. 
M ani özünü «həqiqət Allahının elçisi» sayırdı.
Maniliyin əsasında  dualizm  prinsipi -  N u r və Zülmət  baş­
lanğıclarının  mübarizəsi  durur.  Bu  dünyada  N u r  və  Zülmət 
ünsürləri  bir-birinə  qarışmışdır.  Dünya  inkişafı  prosesinin 
məqsədi  insan  qəlbində  yer  tapm ış  N ur  ünsürlərini  materiya­
nın  hakimiyyətindən  azad  etməkdir.  M aniyə  görə,  Allah 
dünyada  şəri yaratm am ışdır,  deməli,  dünyanı  da  yaratmamış­
dır,  çünki dünya (materiya)  şərdir.  Deməli, m ateriya Allahdan 
asılı  olm ayaraq  mövcuddur,  insan  isə  «materiya  ilə  yüksəkdə 
duran N urun qarışığıdır.»
N urun  hissəciklərinin  azad  olmasına  yalnız  qatı  asketizm 
(bax: Şərhbr)  vasitəsilə nail olm aq mümkündür.
M aninin dövlətə və zülmə qarşı çevrilən, yüksək əxlaqi ide­
allar  təbliğ  edən  təlimi  hələ  onun  sağlığında  Babilistan,  İran, 
O rta  Asiya  və  Hindistanda  geniş  yayılmağa  başlamışdır.  So­
nralar  manilik  Misirə,  Şərqi  Rom a  imperiyasına,  Mərkəzi 
Asiyaya  və  hətta  Çinə  nüfuz  etmişdir.  Artıq  III əsrin  sonunda 
manilikdə  demokratik,  sol,  radikal  istiqamət  yaranmış,  bu  isə 
zülmə qarşı çıxan xalq  kütlələrinin geniş rəğbətini qazanmışdır. 
Lakin  maniliyin  dövlət  əleyhinə  çevrildiyi  aydın  olduqdan  so­
nra manilər amansızcasına  təqibə  məruz qalmışlar.  M ani həbs 
edilmiş,  manilik  isə  «ən  zərərli  bidət»  elan  edilmişdir.  Manilik 
sonralar Xristianlığın  və  İslamın  da təqibinə məruz qalmışdır. 
M anilik uzun  müddət mövcud olmuş, yalnız X III əsrdə dar tə- 
riqətçiliyə  çevrilmişdir.  M ani  özü  və  manilər  böyük  ədəbi  irs 
qoyub getmişlər.
Məzdək və məzdəkilər hərəkatı.  Məzdək (V əsrin  50-ci illə­
ri)  məzdəkiliyin  banisi,  M əzdəkilər  hərəkatının  başçısı  olmuş­
dur.  Bəzi  mənbələrə  görə,  M əzdəkin  vətəni  müasir  İraqın 
Dəclə çayı sahillərindədir.  O, ilk olaraq  fikirlərini Həm ədanda
103


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
yaymağa  başlamışdır.  M əzdək  maniliyin  radikal  cərəyanı  -  
Bundos  təliminin ictimai ideyalarım ön plana çəkməklə onu in­
kişaf  etdirmişdir. 
M əzdək 
həyat 
nemətlərini 
bərabər 
bölüşdürməyi təbliğ edirdi.  O nun  başçılıq  etdiyi  hərəkat (V əs­
rin sonu -  VI əsrin əvvəlləri) feodal istismarına qarşı çevrilmiş­
di.
M əzdək manilikdə olduğu kimi,  radikal və demokratik is­
tiqamətin  tərəfdan  olmuşdur.  M əzdəkiükdə  manilikdə  mövc­
ud olan dualizm -  İşıq və Q aranhğın mübarizəsi qəbul edilirdi. 
M anilik doktrinalarından fərqli olaraq, məzdəkilərin təlimi he­
sab  edirdi  ki,  İşıq  (Xeyir)  səltənətinin  fəaliyyəti  ədalətli,  ağıllı 
və  məqsədəuyğundur.  Q aranhq  (Şər)  səltənətinin  hərəkəti  isə 
təsadüfi,  ağıldan  kənar  və  xaotikdir.  Məzdəkə  görə,  Xeyirin 
Şər üzərində qələbəsi «hazırkı həyatda» baş verməlidir. Məzdə- 
kilikdə  qarşıhqh  m addi  köməyə,  bərabərliyə,  əmlak  «ümumi­
liyinə» və s. çağıran sosial-etik görüşlər mühüm yer tutur.  Məz­
dək  sosial  qeyri-bərabərliyi  məhv  etmək,  ilkin  mövcud  olan 
(«Allahdan əta edilmiş») üm um i bərabərliyi zorla həyata keçir­
mək üçün fəal mübarizəyə çağırırdı.  Məzdəkin bir sıra tələbləri 
antik dünyanın sosial utopiyalarından götürülmüşdür.
Sasani  hökm darı  I  Q ubadın  hakimiyyəti  dövründə  Məz­
dək  atəşpərəstlik  məbədlərindən  birinin  kahini,  sonra  İranın 
baş kahini olmuş,  onun  tərəfdarları isə mühüm dövlət vəzifələ­
rini  tutm uşlar.  Ə yanların  iqtisadi  və  siyasi  hökmranlığına  son 
qoyduqdan  sonra  I  Q ubad  Məzdəklə  ittifaqdan  imtina etmiş­
dir.  I  Q ubadın  oğlu X osrovun  əmri ilə  Məzdək və onun yaxın 
silahdaşları  edam   edilmiş,  onun  məsləkdaşları  Azərbaycanın 
şimalına, O rta Asiyaya və s.  ölkələrə çəkilmişlər.
Məzdəkilər  hərəkatı,  əsasən,  kortəbii  xarakter  daşıyırdı. 
Bu  hərəkat  əmlakın  cəmiyyət  üzvləri  arasında  bərabər 
bölüşdürülməsi  tələbini  irəli  sürsə  də,  xüsusi  mülkiyyətin  ləğv 
ediməsini  nəzərdə  tutm am ış,  ictimai  ədaləti qəbilə-tayfa  quru­
luşuna qayıtm aq  yolu ilə  bərqərar  etmək kimi  utopik ideyaya 
əsaslanmışdı.  M əzdəkin  ideyaları  M üqənna üsyanına və Azər­
baycanda  yayılmış  xürrəmilər  hərəkatına  təsir  göstərmişdir.
104
İntellektual ekologiya
Müqənnanın əsl adı H aşim  ibn H akim  idi.  O, X orasan hakim ­
lərinin  yamnda  hərbi  və  dövlət  işində  olmuş,  Ə rəb  xilafətinin 
hökmranlığına,  siyasi  və  iqtisadi  bərabərsizliyə  qarşı  fəal 
mübarizəyə  çağırırdı.  Üsyan  yatırıldıqda  əsir  düşməmək  üçün 
özünü həlak etmişdir.  M üqənnanın  təbliğ etdiyi  təlimin əsasın­
da məzdəkilik dururdu.
Xürrəmilik.  Abbasilər  xilafətinə  qarşı  Azərbaycanda  və 
qonşu  ölkələrdə yaranm ış  təriqətdir.  Ərəb  mənbələri xürrəmi- 
liyin  islamaqədərki  dövrdə  mövcud  olduğunu göstərərək  məz- 
dəkiliyi də (bu barədə əvvəllər məlumat verilib) ona aid edirlər. 
Xürəmmilik isə İslam  dövründə meydana çıxmış,  babəkiyyə və 
məzyədiyyə  adlanan  iki  qru p a  bölünmüşdü.  Xürrəmiliyin  ar­
dıcıllarına  «müxəmmirə» deyirdilər  (bax: Şərhlər).  Görünür  ki, 
tarixdə  ilk  dəfə  işğalçılara  qarşı  qırmızı  geyimdə  və  qırmızı 
bayraq  altında  çıxış  edən  məhz  xürrəmilik  tərəfdarları  olmuş­
lar.  Xürrəmi dini  etiqadı  işıq və qaranlığın, yəni Xeyir və Şərin 
simvolu olan iki mənəvi qüvvəyə, inama əsaslanırdı.  «Xürrəm» 
sözünün  mənşəyini  hələ  o rta  əsr  tarixçiləri  müxtəlif  səpkidə 
izah  etmişlər.  Bəzilərinə  görə,  bu  söz  Ərdəbil  yaxınlığındakı 
Xürrəm kəndinin adı ilə,  bəzilərinə görə isə «şad, şən, şəhvətpə­
rəst»  anlayışları ilə  bağlıdır.  Xürrəmilərin  atəşpərəst olduğunu 
söyləyənlər də var.  Son tədqiqatlara əsasən «xürrəm» pəhləvicə 
«xvar»  («xur») -  «od,  günəş» sözü ilə bağlıdır.  Xürrəmilər İsla­
mı  rədd  edir,  «ümumi  bərabərlik»  ideyasını  irəli  sürürdülər. 
Xürrəmilərin bazası, əsasən, kəndlilərdən ibarət idi.
Xürrəmilikdə  xüsusi  mülkiyyətin  əleyhinə  çıxılır,  torpağı 
kəndlilərə 
vermək, 
m addi 
nemətləri 
bərabər 
surətdə 
bölüşdürmək  ideyası  irəli  sürülürdü.  M əhz  buna  görə  xürrəmi- 
ləri vaxtilə həmin ideyalar uğrunda vuruşmuş məzdəkilərin ar­
dıcılı  hesab edirdilər.  Xürrəmilik  Babək  hərəkatının  (816-838) 
ideya əsası olmuşdur.
Azərbaycanda  ərəblərə  qarşı  narazılıq  və  qəti  etiraz  808  ildə 
geniş  vüsət  almış,  bu  da  xürrəmi  hərəkatında  öz  əksini 
tapmışdır.  Cavidanın  (xürrəmi  hərəkatının  başçısı)  ölümündən 
sonra  816-cı ildən Xürrəmi hərəkatına Babək başçılıq etdi.  Ba­
105


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə