Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə28/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   24   25   26   27   28   29   30   31   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
və Aristotelin  (Ərəstunun)  fəlsəfəsi  zəminində  yaranan,  sonra- 
lar orijinal təlimə çevrilən Şərq peripatetizmi  (bax: Şərhlər) d a ­
ha  geniş  yayılmışdır.  O nun  nümayəndələri  Aristoteli  özlərinin 
«birinci müəllim»i («əl-müəllim əl-əvvəl») adlandırmışlar.  O rta 
əsr  müsəlman  Şərqində  Aristoteldən  sonra  «ikinci  müəllim» 
(əl-müəllim əs-sani») fəxri adım  Fərabi  almışdır.
Fərabi  Əbu  Nəsr  Məhəmməd  ibn  Məhəmməd  (870-950). 
Türk qəbiləsindən olan hərbi qulluqçu ailəsində doğulmuşdur. 
Fərabi «Fəlsəfəni öyrənməkdən qabaq nəyin müqəddimə veril­
məsi  haqqında»,  «Xoşbəxtliyin  əldə  edilməsi»,  «Elmlərin  siya­
hıya  alınması»,  «Fəzilətli  _ şəhər  əhlinin  baxışları»,  «Əql 
sözünün mənalarına dair»,  «İki  filosofun -  ilahi Platon və  Ari­
stotelin  baxışlarında  ümumilik»,  «Metafizika  kitabında  A ri­
stotelin  məqsədi»  və  s.  elmi,  fəlsəfi  əsərlərin  müəllifidir.  Fərabi 
Aristotelin, Ptolemeyin, Portirinin əsərlərini şərh etmişdir.
Fərabi «Elmlərin  siyahıya  alınması»  traktatında dövrünün 
bilik  sahələrini  beş  bölməyə,  onları  da  müxtəlif qisimlərə  ayır­
mışdır:  1) dilçilik;  2) məntiq;  3)  riyaziyyat (hesab, həndəsə, op- 
tika,  ulduzlar  haqqında elm,  m ex an ik a);  4) fizika və  metafizi­
ka;  5)  idarəetmə  haqqında  elm,  hüquqşünaslıq  və  kəlam.  Bu 
əsər elmlərin təsnifatım əks etdirdiyindən  bəzi dillərə «Elmlərin 
təsnifatı»  adı  ilə  tərcümə  olunm uşdur.  Fərabinin  fikrincə, 
məntq əqli kamilləşdirən, idrakda insanı  düzgün yola, həqiqətə 
yönəldən,  onu  yanılm aqdan  qoruyan,  səhvə  yol  verilib-veril­
mədiyini yoxlayan  qaydalar  məcmusunu öyrədir.  Fərabi əxlaq 
məsələlərini insanın zehni keyfiyyəti, onun «ağıllılığı» ilə əlaqə­
ləndirirdi.
İbn  əI-Müqəffa  -   Ədu  Məhəmməd  Abdullah  (720-759). 
Ərəb filosofu, yazıçı və tərcüməçi.  İslam dinini qəbul edənədək 
adı Ruzbeh D aduyye olmuşdur,  «əd-dürrətül- yatimə» («Nadir 
inci»),  «əl-ədəb  əs-sağir»  («Kiçik  işlərə  dair  tövsiyələr»),  «əl- 
ədəb  əl-kəbir»  («Böyük  işlərə  dair  tövsiyələr»)  adlı  əsərlərin 
müəllifidir.  Aristotelin  məntiqə  dair  «Kateqoriyalar»,  «Er- 
minyas»  və  «Analitika»  əsərlərini,  orta  fars  (pəhləvi)  dilindən 
ərəbcəyə  tərcümə  etmişdir.  Ə rəb  xilafətinin  iranda  hökm ran­
110
İntellektual ekologiya
lığı əleyhinə çıxmışdır.  Kafirlikdə təqsirləndirilərək Bəsrə haki­
mi Süfyan ibn Müaviyə tərəfindən vəhşicəsinə öldürülmüşdür.
Nəzzam,  ən-Nəzzam  ibn  Səyyar  (801-837).  Ərəb  filosofu, 
mötəzilə  ilahiyyatçısı.Yunan  fəlsəfəsi  ənənələrini  ərəb-müsəl­
man fikrinə tətbiq edənlərdən biri olmuşdur.
Nəzzam qədim yunan  filosofu A naksaqor  (e.ə.  təqr.  500- 
428) fəlsəfəsinin  təsiri  ilə  öz dövrü  üçün  yeni olan  bir sıra  ma­
raqlı ideyalar söyləmişdir:  cism sonsuz sayda çoxlu hissəciklər­
dən  ibarətdir,  daim   bölünəndir,  dünya  əbədidir,  gerçəkdir, 
cismlər isə dəyişilməkdə,  potensial vəziyyətdə mövcuddur.  Hər 
şey hərəkətdədir,  ruh m addidir və bütün orqanizm  boyu yayıl­
mışdır  və s.  Nəzzam fəlsəfəsindən dahi  Füzuli  də  bəhrələnmiş­
dir.
Əziz oxucu, burada mötəzilə haqda m əlum at vermək qəra­
rına  gəldik.  M ötəzilə  (ərəbcə 
ayrılmış  deməkdir)  -   erkən 
müsəlman  ilahiyyatında  rasionalist  cərəyan  olub,  VIII  əsrdə 
Xilafətdə  yaranmışdır.  Banisi  Vasil  ibn  Ə ta  (699-748)  sayılır. 
Mötəzilə Quranın əzəli olmasım inkar edib, insanın iradə azad­
lığım qəbul edirdi.  İnsan zəkasım əxlaqın yüksək meyarı sayır­
dı.
Həllac  Hüseyn  ibn  Mənsur  (858-922).  Sufi  mütəfəkkir. 
Əsərləri:  «əl-Ədl  və  t-tayhid»  («Ədalət və  tövhid»),  «əs-Siyasə 
və  1-xəlifə  və  1-ümarə»  («Siyasət,  xəlifələr və əmrlər»),  «İlm əl- 
bəqa və 1-fəna» («Bəqa və fəna elmi»),  «N ur ən-nur» («Nurun 
nuru»),  «əs-Sidq  və  1-ixlas»  («Səmimiyyət  və  qurtuluş»)  və  s. 
O, Q urana adi bir əsər kimi baxaraq, «mən də eləsini yaza bilə­
rəm» demişdir.  O,  panteizmə (aləmi Allahla eyniləşdirən fəlsəfi 
təlim) güclü meyil göstərib, hüluliyyə təlimini qəbul etmişdir.
Hülulilik  («daxilolma»  sözündəndir)  -   Allahın  insanda 
həll  olması,  təcəssüm  etməsi  haqqında  dini-fəlsəfi  təlimdir. 
Ilülulilik  xürrəmilik,  şiəlik,  sufilik  və  s.  cərəyanlarda  özünə­
məxsus  şəkildə  təbliğ  edilirdi.  Bu  təlimə  görə  Allah  ardıcıl  su­
rətdə bütün peyğəmbərlərdə həll olaraq,  nəhayət,  bu və ya dig­
ər  bir şəxsdə özünü  büruzə verir.  Hülulilik  bəzən panteist məz­
m unda  şərh  edilirdi:  «Allah-Təala  hər  bir  m əkanda  mövcud­
Ш


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dur, hər bir dildə danışır,  bəşərin hər bir şəxsində zahirdir».  Bu 
cəhət  sufi  mütəfəkkirlər  üçün  səciyyəvi  idi.  Onlar  şiələrdən 
fərqli olaraq,  ilahinin ancaq peyğəmbərlərdə, imamlarda və ya 
hər  hansı konkret  bir  şəxsdə  deyil,  ümumiyyətlə,  kamil  insan­
da,  onların  təbirincə,  «mən»də  təcəssüm  etməsi  ideyasım  irəl 
sürürdülər.  Beləliklə,  hüluliliyin «M ən Allaham»,  Mənsur  Həl­
lacın «M ən haqqam » və s.  kəlam ları  Şərqdə panteist fəlsəfənin 
əsasını təşkil etmişdir.
Tarixi  dəlillər  göstərir  ki,  M ənsur  Həllac  tənasüxiyyə  təli­
minə də meyil etmişdir.
Tənasüxilik  (ərəbcə  «ardıcıl  keçmə»,  «növbələşmə»,  «ru­
hun  keçməsi»  sözündəndir)  -  bədənin  məhvindən  sonra ruhun 
ölməyib,  başqa  bir  bədənə  keçməsini  iddia edən dini-fəlsəfi tə­
limdir.  Tənasüxilik bu və ya  başqa məzmunda  Qədim Şərq di­
ni-fəlsəfi  fikrində,  xürrəmilikdə,  xüsusən  şiəlikdə  geniş  yayıl­
mışdı.  Sokrat,  Platon və  neoplatonçular da tənasüxiliyin tərəf­
darları  olmuşlar.  Şərq  peripatetikləri  İbn  Sina,  Bəhmənyar, 
habelə işraqilik (şəfəq, parıltı -  Ö n və O rta Şərqdə yayılmış fəl­
səfi  cərəyan) fəlsəfəsinin banisi Sihabəddin  Sührəvərdi belə tə- 
nasüxiliyi  inkar  etmişlər.  İşraqiliyin  nümayəndələrindən  biri 
olan Cəlal əd-din D ə w a n i (1426-1502) isə insan cisminin məh­
vindən  sonra  onun  ruh u n u n   başqa  insana,  habelə  heyvana, 
bitkiyə, hətta m inerala keçməsini m ümkün saymışdır.
Hörmətli  oxucu,  əsl  m ətləbdən  bir qədər uzaqlaşdıq,  Həl­
lac  M ənsur  haqqında  araşdırm am ızı  davam  etdirək.  H.Mən- 
surun  fikrincə,  kim   öz  nəfsini  islah  edərək,  həzzin və  şəhvətin 
məhrumiyyətinə  dözüb,  yüksək  m əqam a,  alimlik  mərtəbəsinə 
çatarsa, İlahinin ru h u  onda təcəssüm edər, bu vaxt onun bütün 
işi  A llahın  işi  olar.  Həllac  M ənsur  özünün  belə  bir  dərəcəyə 
çatdığını bildirmiş, «M ən haqqam » («Ən əl-həqq») ifadəsini iş­
lətmişdir.  O, insani təbiət ilə ilahi təbiət arasında yalnız yenilik 
ilə  əzəlilik  sarıdan  fərq  görmüşdür.  Dövrün  alimlərindən, 
xüsusilə sufilərdən bəziləri H əllac M ənsuru kafirlikdə təqsirlən­
dirmiş, bəziləri isə  ona haqq  qazandırmışlar.  Görkəmli sufilər­
dən Əbü-l-Abbas  Əzdi  (?-922),  İbn Xəfif Şirazi (?—
982),  Əbül-
112
İnteUektual ekologiya
qasim  Nəsrabadi  (?—977),  F aris  Dinəvəri  (?—
952)  ona  tərəfdar 
çıxmışlar. Nəimi və Nəsimi o n u n  yolu ilə getmiş, özlərinin pan­
teist təlimlərini yaratmışlar.
Zəkəriyyə  Razi  (865-925).  Yaxın  Şərqin  ensiklopediyaçı 
alimi,  həkim və  filosof.  Razi  Bağdadda  xəstəxanalara  başçılıq 
etmişdi.  O,  qədim  yunan  elmini,  xüsusən  təbabəti  və  fəlsəfəni 
öyrənmiş,  fəlsəfə,  etika,  ilahiyyat,  məntiq,  tibb,  astronomiya, 
fizika  və kimyaya  aid  əsərlər  yazmışdır.  O nun əsərləri X -X III 
əsrlərdə  latın  dilinə  tərcümə  edilmiş  və  61-i  dövrümüzə  gəlib 
çatmışdır.  Razinin  fəlsəfi  görüşlərinə  Platonun  güclü  təsiri  ol­
muşdur.  Razi  bir-birindən  asılı  olmayan  beş  əbədi  başlanğıcı 
(«xaliq», «nəfs», «materiya»,  «zaman» və «məkan») varlıq təli­
minin əsası və real aləmin mövcudluğunun zəruri şərtləri hesab 
etmişdir.  Ona  görə,  m addi  və  mənəvi  başlanğıc  bir-birindən 
asılı  deyil.  Razinin  atom izm  (materiyanın  dənəvər  quruluşu 
haqqında  təlim)  təliminə  əsasən,  atom lar  bölünməz,  əbədi  və 
dəyişməz,  daim hərəkətdə olan,  forma  və ölçüsünə görə fərqlə­
nən  ən  kiçik  maddi  hissəciklər  hesab  edilirdi.  Razinin  təlimi 
Demokritin  atomizm  təliminə  yaxındır.  O,  etik  görüşlərində 
hissləri, arzuları boğmağı, ehtirası öldürməklə mənəvi cəhətdən 
«kamilləşməyi»,  «Allah  adamı»  olmağı  təlqin  edir  və  həm  də 
həyat  nemətlərindən  əl  çəkməyi,  tərki-dünyalığı,  səmərəli 
əməkdən imtina etməyi təbliğ edirdi.
Biruni  Əbu-r-Reyhan  Məhəmməd  ibn  Əhməd  əl-Biruni  əl- 
Xarəzmi (973 -1048).  Ensiklopediyaçı alim Biruni  tarix, fəlsəfə, 
coğrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, fizika, mine­
ralogiya və s.  elm sahələrinə aid  150-dən çox əsərin müəllifidir. 
Biruni  Yerin  kürəşəlcilli  olduğunu  söyləmiş,  hündür  yerdən 
üfüq  xəttinin  enmə  bucağını  ölçərək  Yer  çevrəsinin  uzunluğu­
nu  (41500 km)  ərəb  astronom larına  nisbətən  daha  dəqiq  təyin 
etmişdir.  Biruninin fikrincə, başqa canlılardan dərrakəsinin ol­
masına görə fərqlənin  insan iki  səbəb -  müxtəlif təhlükələri  dəf 
etmək üçün bir-birinə dayaq olm aq və ictimai faydalı əmək bö­
lgüsü  naminə  cəmiyyətdə  birləşmişdir.  Biruni  sübut  edirdi  ki, 
bütün canlılar,  o cümlədən insan və onun psixikası  təbiətin in­
113


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə