Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə27/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   23   24   25   26   27   28   29   30   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
bəkin  başçılığı  ilə  xürrəmilər  20  ildən  çox  ərəblərə  və  xilafətə 
qarşı inadlı azadlıq müharibəsi apardılar. Tarixdə bu müharibə 
Babək hərəkatı adlanmışdır.
Beləliklə,  bundan əvvəlki bölmələrdə cahanşümul dinlərin, 
dini  təlimlərin araşdırılması  bir d ah a  sübut edir  ki,  islam sülh, 
barış, əm in-amanlıq,  mərhəmət,  bərabərlik  və ümumbəşəri bir 
dindir.  İslam təkcə  insanlara  deyil,  bütün canlılara yaxşılıq et­
məyi,  pisliklərdən  çəkinməyi və çəkindirməyi  tövsiyə edir.  Q u­
rani-Kərim də  A llah  belə  buyurur:  «Allah  (bəndələrini)  əmin- 
am anlıq yurduna (Cənnətə) çağırn və istədiyini doğru yola sa­
lır!» (Yunus surəsi, ayə 25)
Yaxşılıqla  pisliyin  eyni  olmadığını  bəyan  edən  Allah,  in­
sanlara  zülm  etməyi  qadağan  edir,  onları  zülm  etməyə  meyil 
etməkdən  belə  çəkindirir.  Q urani-Kərim də  buyurulur:  «Zülm 
edənlərə (rəğbət bəsləməklə,  kömək göstərməklə) meyil etməy­
in, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız)...» (Hud su­
rəsi, ayə  113)
Deyilənlərdən  aydın  olur  ki,  İslam  insan  mənəviyyatının 
inkişafında,  Yer  planetində  ekoloji  tarazlığın  və  müsbət  intel­
lektual  sferamn  bərqərar  olm asında  elmlə  birlikdə  əsas  day­
aqdır.
106
İntellektual ekologiya
O N  VƏ  O R T A   Ş Ə R Q İN   M Ü T Ə F Ə K K İR , 
A L IM ,  F IL Q S O F  V Ə   D O V L Q T  
X A m M L Ə R İN İN   S O S IA L -E T IK , 
D IN I-F Ə L S Ə F I  B A X IŞ L A R I
Fəlsəfə qəlbin təbabətidirsə, filosof qəlbin hakimidir.
Plutarx, 
qədim yunan filosofu.
Müdrikə aydın düşünmək,  səlis danışmaq və 
düzgün qərar qəbul etmək üçün həmişə öyrənmək 
zəruridir.
Demokrit, 
qədim yunan filosofu.
Fəlsəfəni öyrənmək məharəti müdrikliyə can 
atmaq və qovuşmaqdır,  insan özü fəlsəfi həqiqət­
lərə yiyələnməlidir ki, müdrik olsun.
Pifaqor, 
qədim yunan filosofu.
Fəlsəfə ilk əqli əməyin müstəqil fəaliyyət sahəsinə çevrildiyi 
zaman yaranmış və insanın ə tra f aləmə münasibətini müəyyən­
ləşdirməyə  yönəlmişdi.  A ntik  müəlliflərə  görə  «fəlsəfə»  sözünə 
Pifaqorda  (e.ə.  570-500)  rast gəlinmiş,  lakin xüsusi  elm adı ki­
mi  ilk  dəfə  Platon  -  Ə flatun  (e.ə.  428-348)  işlətmişdir.  Fəlsəfə 
yunanca «phileosophia» -  müdrikliyi sevmək mənasım daşıyır. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  Qədim  Şərq  ölkələrində  qul­
darlıq  quruluşunun yaranm ası və inkişafı ilə müxtəlif fəlsəfi tə­
limlər  meydana  gəldi.  Əvvəllər  qeyd  etdiyimiz  kimi,  ilk  fəlsəfi 
təlimlər  zərdüştiliyinn  müqəddəs  kitabı  «Avesta»da  öz  əksini 
tapırdı.  Fəlsəfənin  əsas  funksiyası  antik dövrdən  hazırkı dövrə 
qədər,  mürəkkəb və ziddiyyətli təbiət və cəmiyyət  aləmində  in­
sanın ləyaqətli yaşaması üçün  onun dünyagörüşü orientasiyası- 
dır.
107


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Filosof-alim Qoşqar Əliyevin təbirincə desək, insan həmişə 
özünün mahiyyətini, öz şəxsi m övcudluğunun ilkin mənbələrini 
başa düşməyə,  özünün gələcəyini irəlicədən  görməyə səy  göstə­
rir.  Bu  hər  bir  ayrıca  insana  və  bütün  cəmiyyətə  aiddir.  Tə­
sadüfi deyil ki,  hazırda təbiət  və insan  haqqında biliklərə  tələ­
bat daha da artır. Bu isə o dem əkdir ki, insan bu gün yeni şəxsi 
yönümlərə ehtiyac duyur.
«Bütün  insanlar  təfəkkür  sahibi  olmaq  üçün  yaranmışlar. 
Lakin,  bildiyimiz  kimi,  gündəlik  həyatda  bu  arzu  baş  vermir. 
Soruşulur, niyə? M üasir elm buna hələlik birmənalı cavab ver­
məkdə  acizdir.  Lakin  filosoflar,  antropoloq  alimlər,  həkimlər 
belə yekdil fikirdədirlər ki,  fitri, əqli qabiliyyət hələ zəka  deyil­
dir,  hətta  müstəqil  və  düzgün  düşünmək  bacarığı  da  deyildir. 
Bu,  yalnız  potensial  im kandır,  dünyada  insan  kimi  də  yaşa­
maq  və  yaratm aq  sənətinə  yiyələnmək  təbii  qabiliyyətdir.» 
(Qoşqar Əliyev, Təbabət fəlsəfəsi, Bakı, 2000)
Fəlsəfə  başqa  elmlərdən  nə  ilə  fərqlənir?  Fəlsəfədə  başlıca 
problem həqiqət axtarışlarında real yollan dərk etmək və onla­
rı  müəyyənləşdirməkdir.  Həqiqət  axtarışında  elmi  təlim  yox­
dur, çünki elə bir mülahizə yoxdur ki,  onun əksinə fikir söylən­
məsin.  O na  görə  də  həqiqət  axtarışı  fəlsəfə  üçün  sadə  məsələ 
deyil,  buna  cavab  axtarılmasına,  həm  keçmişin  və  həm  də  bu 
günün filosofları, mütəfəkkirləri səy göstərmiş və bu axtarış hə­
lə də davam  edir.
Bir  sıra  mütəfəkkirlərin  fəlsəfə  haqda  mülahizələrini  sizin 
nəzərinizə çatdırm aq istərdik:
Y unan filosofu Plutarx  (bax: Şərhlər)  : «Fəlsəfə ehtiraslara 
qalib  gəlməkdə  insana  kömək  edir.  Ancaq  xeyirxah  olan 
adam,  həqiqətən, sağlamdır və əgər o, ehtiraslara qapılırsa,  az- 
çox  xəstədir  və  onun  müalicəyə  ehtiyacı  vardır.  Buna  görə  də 
fəlsəfə,  əsasən,  qəlbin təbabətidirsə,  filosof qəlbin  «həkimidir.» 
(Plutarx, Müqayisəli hallar, M .,1961,1-ci c., s.466)
A lm an  klassik  fəlsəfəsinin  banisi  İ.K ant  (1724-1804): 
«Fəlsəfə insan zəkasının son məqsədləri haqqında elmdir». 
N.Berdayev:  «Fəlsəfə  həmişə  mənasız  dünyadan,  bizi  hər
108
İntellektual ekologiya
tərəfdən məcbur edən və zor göstərən dünyadan məna dünyası­
na  çıxışdır.»  (N.Berdaev,  Ф илософия свободного духа,  M., 
1994, s. 222-233)
Alman filosofu K arl Yaspers:  «Əgər mənəvi aləmdə fəlsəfə 
yoxdursa, onda, heç olmasa, vəzifəmiz, fəlsəfənin necə olduğu­
nu  göstərmək,  böyük  filosoflara  nəzəri cəlb etdirmək,  gənclər­
də əsl fəlsəfəyə m araq oyandırm aqdan ibarət olmalıdır.»  («За­
падная  философия:  итоги  тысячелетия»,  Yekaterinburq, 
1997, s.  53)
Beləliklə,  biz  fəlsəfənin  mahiyyətini,  onun  insan  cəmiyyə- 
tindəki  rolunu  bacardığımız  qədər  izah  etməyə  çalışdıq.  De­
diklərinizi Qoşqar Əliyevin fikri ilə yekunlaşdıraq:  «Fəlsəfə in­
sanın potensial im kanlarının inkişafına kömək edən intellektu­
al  bir açardır.»
Əvvəllər  qeyd  etdik  ki,  Qədim  Şərq  ölkələrində  quldarlıq 
quruluşunun,  daha doğrusu,  sinfi cəmiyyətin  yaranması və in­
kişafı  ilə  müxtəlif  fəlsəfi  təlimlər  meydana  gəlmişdi.  Fəlsəfə 
müsəlmanlar  arasında  xüsusi  bir  elm  şəklində  V III  əsrdən  eti­
barən  geniş  yayılmağa  başladı.  İslam  fəlsəfəsi  fikrinin  form a­
laşmasında,  şübhəsiz,  İslam  dininin  banisi,  dünya  miqyasında 
böyük  və  müdrik  şəxsiyyət  M əhəmməd peyğəmbərin  (s.) ciddi 
təsiri  olmuşdur.  M əhəm m əd  peyğəmbərin  (s.) kəlamları xeyir­
xahlıq,  humanizm,  ümumbəşərilik  ideyaları  ilə  yoğrulmuşdur. 
O,  əxlaqi  keyfiyyətlər,  davranış  qaydaları  haqqında  bir  çox 
müdrik  fikirlər  söyləmiş  və  bu  fikirlər  müqəddəs  Qurani-Kə­
rimdə, həmçinin hədislərində öz əksini tapmışdır.
Hələ ilkin mərhələdən başlayaraq İslam  alimləri bütün əqli 
elmləri fəlsəfə kimi tanıyırdılar.  Onlar tarix, ədəbiyyat, dilçilik, 
təfsir,  hədis,  üsul  kimi  əqli  elmləri  çıxmaq  şərtilə  ilahiyyat, 
cəbr,  həndəsə,  astronom iya  və  musiqi  kimi  bütün  əqli  elmləri 
fəlsəfənin tərkib hissəsi hesab edirdilər.
Şərq  və  qədim  yunan  fəlsəfəsini  öyrənməkdə  X -X IV   əsr­
lərdə  ərəbdilli  fəlsəfə  özünün  ən  yüksək  mərhələsinə  çatmışdı. 
Bu  dövrdə  ilahiyyata  bağlı  İslam   fəlsəfəsi,  vəhdəti-vücud  təli­
mi,  xüsusən  sufizm,  yunan  filosoflarının,  ilk  növbədə,  Platon
109


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə