Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə29/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   25   26   27   28   29   30   31   32   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
kişafının  nəticəsidir.  O,  təbiətin hiss  orqanları və məntiqi vasi­
tələrlə  dərk  olunm asının  mümkünlüyü  fikrinə  tərəfdar  çıxmış­
dır.  Biruni  işğalçılıq  müharibələrini  pisləmiş,  bütün  xalqların 
bərabərhyi ideyasını irəli sürmüşdür. Biruninin ideya və kəşfləri 
orta əsr  Şərq fəlsəfəsinin və təbiətşünaslığının inkişafına böyük 
təsir  göstərmişdir.  Biruni  K opernikdən  500  il  əvvəl  Yerin  Gü­
nəş  ətrafında  hərəkət  etməsi  fikrini  söyləmişdir.  Onun 
«Mineralogiya»  (rus  dilində)  əsərində  müxtəlif mineral  və  qiy­
mətli  daşlar,  onlann  mənşəyi,  xarakteri,  mədənləri  haqqında 
geniş  m əlum at vardır.  «Farm akalogiya»  (rus  dilində)  əsərində 
isə  1116  dərm am n  elmi  izahı  və  müxtəlif dillərdə  adları  veril­
mişdir.
İbn  Sina,  Əbu  Əli Hüseyn ibn Abdullah  (980-1037).  Alim, 
filosof,  həkim,  Şərq  aristotelizminin  nümayəndəsi.  Fəlsəfədə 
Fərabinin davamçısı olan ib n  Sina Aristotel təliminə əsaslana­
raq antik fəlsəfi fikrin inkişafında m ühüm rol oynamışdır. «Ki­
tab  ül-işarət  və  t-tənbihat»  («Göstərişlər  və  qeydlər  kitabı»), 
«Danişnamə»  («Bilik  kitabı»),  «K itab  əl-insaf»  («Ədalət kita­
bı»)  İb n   Sinamn  əsas  fəlsəfi  əsərləridir.  Onun  fikrincə,  aləm 
m addidir və A llah kimi əbədidir. O, «Danişnamə» əsərində gö­
stərir ki,  varlığın hüdudu yoxdur.  Aləmdə təbii qanunauyğun­
luq hökm  sürür,  təbiət  hadisələri qarşılıqlı səbəbiyyət əlaqəsin- 
dədir.  İb n   Sina  zəkanı  m addilikdən  ayırmış,  «zəkalı  cam»  öl­
məz hesab etmişdir.  O,  elmlərin  orijinal  təsnifatım vermiş,  on­
ları əməli  və  nəzəri  elmlərə  ayırmışdır.  Əməli  elmlərə şəhərləri 
idarə etmək, öz evinə, ailəsinə və əmlakına münasibət məsələlə­
ri və  insanın özü haqqında elm aiddir.  Nəzəri elmlərə abstrakt 
varlıq  haqqında  təlim  («ali»  elm),  riyaziyyat,  astronomiya, 
musiqi  («orta»  elmlər)  və  dövrün  bütün  təbii  elmi  biliklərini 
(«fizika»)  daxil  etmişdir.  İbn  Sina  fəlsəfə  ilə  dinin  müstəqil 
mövcud  olduğunu  göstərmiş,  fəlsəfəni  insan  zəkasına  əsasla­
nan  elm  adlandırmışdır.  O,  ədalətli  olmağı  ən  yüksək  insani 
keyfiyyət  hesab  etmişdir.  «M əntiq»  əsərində  məntiqi  tə­
fəkkürün  form aları  haqqında  elm  adlandırmışdır.  Onun  beş 
hissədən  ibarət  tibb  ensiklopediyası,  «Tibb  elminin  qanunu»
114
İntellektual ekologiya
əsəri geniş şöhrət qazanmışdır.  Həmin əsər latın dilinə tərcümə 
edildikdən  sonra  əsrlər  boyu  Şərqdə  və  A vropada  tibb  üzrə 
əsas dərslik olmuşdur.
Bəhmənyar ibn Mərzban, Əbülhəsən (7-1066).  Azərbaycan 
filosofu,  İbn  Sinamn  tələbəsi  və  davamçısı  olmuşdur.  Bəh- 
mənyara  görə hər  şeyin  əsasını  varlıq  təşkil  edir.  Varlığı  vacib 
vo  mümkün  olmaqla  iki  qismə  ayıran  Bəhmənyarm  fikrincə, 
vacib  varlıq  zəruridir,  mütləq  mövcuddur,  səbəbsizdir. 
Mümkün varlıq  qeyri-mövcud  və  mövcud fərz ediləndir,  onun 
varlığı və yoxluğu birsəbəblidir,  daha doğrusu,  o  nəticədir.  Bir 
sıra  fəlsəfi  kateqoriyalar  haqqında  Bəhmənyarm  mülahizələri 
bu gün də öz elmi əhəmiyyətini saxlayır.
Bəhmənyar,  hərəkət,  m əkan  və  zam an  kateqoriyalarının 
şərhini  vermiş,  onların  vəhdətini,  bir-birindən  ayrılmazlığını 
göstərmişdir.  O,  mexaniki  hərəkətdən  əlavə,  kəmiyyət  və  key­
fiyyət  dəyişmələrinə  də  hərəkətin  növləri  kimi  baxmış,  hətta 
fikri «insan zehninin hərəkəti» adlandırmışdır.  Bəhmənyar,  id­
rakda  hissi  və  rasional  momentlərin  əlaqəsinin  düzgün  şərhini 
vermiş,  mövcud olan  şeyin, h ətta ilk səbəb və nəticənin varlığı­
nı  məntiqi  mühakimələr  yolu  ilə  yəqinləşdirməyə  çalışmışdır. 
Onun  fikrincə, nəticənin  dərk  olunması  ilk səbəbin  dərk olun­
masına aparıb çıxarır.  Bəhmənyar məntiqdə anlayış,  hökm, is­
tiqlal və onlarla bağlı  bəhsləri geniş işıqlandırmışdır. Onun O r­
ta  əsrlərdə  müsəlman  Şərqində fəlsəfi  fikrin  inkişafında  böyük 
rol  oynamış  «Təhsil  kitabı»  («ət-Təhsil)  həcminin  genişliyinə 
və məzm ununun dərinliyinə görə xüsusi yer tutur.
Firdovsi,  Firdovsi  Əbülqasim  (934-1020).  Farsdilli  ədə­
biyyatın  m onumental  (təqribən  53  min  beyt)  eposu,  dünya 
ədəbiyyatının  möhtəşəm  abidələrindən  olan  «Şahnamə»nin 
(976-1010)  müəllifidir.  O,  Dəqiqinin  (bax:  Şərhlər)  yarımçıq 
qalmış  (988  beytlik)  «Şahnamə»sini,  müəllifini  göstərməklə öz 
əsərinə daxil etmişdir.
«Şahnamə»  bütün  dünyada  şöhrət  qazanmışdır.  Alimlər 
«Şahnamə»də  bəhs  olunan  hadisələri  xarakterinə  görə  üç  his­
səyə  (əsatiri,  qəhrəmanlıq  və  tarixi)  ayırmışlar.  Birinci  hissəyə
115


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
«Avesta»dakı  qədim  əsatirlər  daxildir.  Bu  hissədə  İran  əsatiri 
ilə yanaşı,  D ədə və Fərat vadisində yaşamış xalqların,  eləcə də 
türkdilli  xalqların  mifoloji  yaradıcılığı  öz  əksini  tapmışdır. 
Epopeyanın qəhrəmanlıq bölməsi  şərti olaraq,  Sistan epik das­
tanları  (Rüstəmlə  bağlı  dastan  və  hekayələr)  da  adlandırılır. 
Üçüncü  hissədə  M akedoniyalı  İsgəndərin  hakimiyyət  başına 
gəlməsi və İranı fəth etməsindən bəhs olunur.  Burada yazılı ta­
rixi  qaynaqların  təsiri  açıq  duyulur.  Xeyir  ilə  Şər,  İşıq  ilə 
Zülmət arasında fəlsəfi və  sosial m əna kəsb edən əzəli və əbədi 
mübarizə  ideyası  «Şahnamə»nin  başlıca  qayəsidir.  H um anist 
şair qədim İran dini əsatirindən gələn bu ideyanı tarixi və bədii 
konfliktlərlə əlaqələndirmiş, Xeyir və İşıqla bağlı qüvvələrin tə­
rəfində  durm uşdur.  İnsanpərvərlik,  əmək  adamlarına  məhəb­
bət  Firdovsi  yaradıcılığında  mühüm  yer  tutur.  Firdovsi  hök­
m darları  ədalətli  olmağa,  xalqın  qayğısına  qalmağa  çağırırdı. 
Vətənpərvərlik  «Şahnamə»nin  ən  səciyyəvi  cəhətlərindəndir. 
«Şahnamə» 
əsrlər 
boyu 
Azərbaycanda 
sevilə-sevilə 
oxunmuşdur.  Azərbaycan  folklorunda «Şahnamə» qəhrəman­
ları,  xüsusilə  Rüstəm   Zal  ilə  bağlı  bir  sıra  əfsanə,  rəvayət  və 
nağıllar  yaranmışdır.  Nizami  Gəncəvi  «Xosrov  və  Şirin», 
«Yeddi  gözəl»  və  «İsgəndərnamə»  poemalarında  «Şahna- 
mə»dən bəhrələnmişdir.  H.Cavid «Şahnamə» süjetləri əsasında 
«Səyavuş»  faciəsini  yazmışdır.  Ü.Hacıbəyli  «Rüstəm  və  Söh- 
rab» dastam  əsasında eyniadlı opera bəstələmişdir.
Ənsari  Əbu  İsmayıl Abdullah İbn  Əbu Mənsur Məhəmməd 
Hərəvi  (1006-1088).  Şair,  sufi  mütəfəkkir.  O,  «şeyx  ül-islam» 
titulu  ilə  də  tanınmışdır.  «Zəmm əl-kəlam və əhlihi»  («Kəlamı 
və  onun  tərəfdarlarını  məzəmmət  etmə»),  «Münacat»  («Gizli 
söhbətlər»),  «Təbəqat  əs-sufiyyə»  («Sufilərin  təbəqələri»), 
«Mənazil  əs-sairin»  («Seyr  edənlərin  mənzilləri»)  və  s.  fəlsəfi 
əsərlərin müəllifidir.  Ənsari  əşəriləri  (bax: Şərhlər)  kəskin  tən­
qid etmişdir.
Qəzali  Əbu  Hamid  Məhəmməd  ibn  Məhəmməd  (1059—
 
1111).  M üsəlman  ilahiyyatçısı,  sufizmin  nümayəndəsi.  Qəzali 
maddi aləmin əbədiliyi və qanunauyğun inkişafı ideyasına qar­
116
İntellektual ekologiya
şı  çıxmışdır.  Qəzaliyə  görə,  dünya  Allahın  iradəsi  sayəsində 
mövcud  olub,  zaman  və  m əkanda  m əhduddur.  O,  sufizmi  ilk 
dəfə ortodoksal (dönmədən riayət edən) İslam təlimi sisteminə 
daxil etmişdir.  Qəzali sufizmi teologiya  (bax: Şərhlər) ilə birləş­
dirərək  intuisiyanı  mütləq  həqiqətin  dərkində  yeganə  vasitə 
saymış,  şəxsi emosional etiqada üstünlük vermiş, Allahın intui- 
siya ilə dərkini mümkün hesab etmişdir.  Qəzali «Məqasid əl-fə- 
lasifə» («Filosofların məqsədləri»), «Təhafüt əl-fəlasifə» («Filo­
sofların təkzibi») və s. əsərlərində Aristotel məntiqini, fizikasını 
və  metafizikasını  şərh  etmiş,  Fərabi  və  İbn  Sinanın zəka  kon­
sepsiyasına qarşı  çıxmışdır.  O,  «İhya ülum əd-din» («Din  elm­
lərinin  dirçəlməsi»)  traktatında müsəlman  əxlaqının  geniş  şər­
hini  vermişdir.  Qəzalinin  fikrincə, cəmiyyət ilə insanın harm o­
niyası  mümkün  deyildir.  «H ökm darlara  nəsihət»  (ət-Tibr  əl- 
məsbuk  fi nəsihət əl-muluk) kitabında şahlara,  məliklərə,  hök­
m darlara ədalət və təmizliyin əsaslan tövsiyə edilir.
Ömər  Xəyyam,  Qiyas  əl-din  Əbülfəth  ibn  İbrahim  (1048- 
1122).  Fars və tacik şairi, riyaziyyatçı, filosof. O, riyaziyyata və 
fəlsəfəyə  dair  çoxlu  əsərlərin,  dünya  şöhrəti  qazanmış  rübailə­
rin  müəllifidir.  Şəxsiyyət  azadlığı  və  ədalətsizliyə  qarşı 
mübarizəyə,  dünyadan  kam   almağa,  həqiqətə,  insanı  zülm  və 
əsarətdən  qurtarm ağa  çağırış Xəyyam rübailərinin  ideya  məz­
munudur.  Fəlsəfi  görüşlərinə  görə  İbn  Sinamn  ardıcılı  olan 
Xəyyam rübailərində  müsəlman  ruhanilərini  və  dini  mərasim­
ləri  ifşa  etmişdi.  «Varlıq  və  labüdlük  haqqında  risalə»də 
Allahın  mövcud  olub-olmaması  və  Peyğəmbərə  (s.)  sitayişin 
vacibliyi  barədə suallara müsbət cavab  verərkən,  Xəyyam İbn 
Sinanın fəlsəfəsinə əsaslanırdı.
Ömər Xəyyamın fikrincə, mövcudluq nisbidir və iki məna­
d a  başa  düşülür:  şeylərdə  varlıq  və  «ruh  d a  mövcuddur».  Bu 
baxış  Avropada  konseptualizm  (latınca  konseptus  -  fikir,  an­
layış,  sxolastik fəlsəfədə cərəyan) adı ilə m əşhur olmuş və orta 
əsr  fəlsəfəsinin  inkişafına  təsir  göstərmişdir.  Fəlsəfi risalələrin­
də  Şərq  aristotelizminin  tərəfdarı  kimi  çıxış  edən  Xəyyamın
117


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə