Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə32/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
peripatetİ
2
m inin tərəfdarı idi.
Məymun,  əs)  adı Moşeben  Maymen  Əbu  İmran Musa  bin 
Məymun  ibn  Abdullah  əl-Qürtubi  (1135-1204).  Yəhudi  filoso­
fu, məntiqçi. Əsərlərini ərəb dilində yazmışdır.  Fəlsəfi görüşlə­
rinin  əsasında  ərəb  mütəfəkkirlərinin  təfsir  etdikləri  aristote- 
lizm durur.  O,  din  ilə fəlsəfənin  sintezinə cəhd  göstərmiş,  təbii 
qanunauyğunluğu  dərk etməyə,  fəlsəfəni və elmləri öyrənməyə 
çağırmışdır.  İb n  M əym unun  «M əntiq»  əsərində  məntiqi  sübu- 
tolunmaz  həqiqətlər  haqqında  təlim  mühüm  yer  tutur.  Y a ra ­
dıcı  həyatının əsas  hissəsini  Azərbaycanda  -   M arağa  və  T ə b ­
rizdə yaşamışdır.
Nəsirəddin Tusi Məhəmməd ibn Həsən (1201-1274).  A zər­
baycanın ensiklopediyaçı alimi, filosof və dövlət xadimi. M üəl­
limləri  Bəhmənyar  və  İbn  Sina  məktəbinə  mənsub  alimlər  o l­
muşlar. N.Tusinin dahiliyi aşağıdakı məlumatlardan bəlli olur:
1. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvü­
rə  uyğun  gəlir  və  o  bu  sahədə  A vropa  riyaziyyatçılarını  400  il 
qabaqlamışdır.
2. Nəsirəddin Tusi planetlərin geosentrik orbitinin əsas ele­
mentlərini təsvir etmiş, onların sutkalıq orta hərəkəti öz dövrü­
nə və hətta XVII əsr astronom iya müşahidələrinə nisbətən  d a ­
ha dəqiq təyin edilmişdir.
3.  Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun 
illik  presessiyasının  qiyməti  51 "4  tapılmışdır  (müasir  qiyməti 
51
 "
2
).
4.  Nəsirəddin Tusi fizikaya  dair  əsərlərində  təbiətdə  m ad ­
dənin saxlanması və çevrilməsi haqqında ilk fikir söyləmişdir.
5.  Nəsirəddin  Tusinin  «Əxlaqi-Nasiri»  əsəri  Ön  və  O rta  
Şərq məktəblərində  əsrlər  boyu  əxlaq  dərsliyi  kimi  şöhrət  ta p ­
mışdır.  İndi  də  bəzi  orta  m əktəb  proqram larında  bu  məqsəd 
üçün ona müəyyən yer verilir və s.
6.  Nəsirəddin  Tusi  Bağdada  səfəri  zamam  vəfat  etmiş, 
«Cəlil  Məscid»də  dəfn  edilmiş,  qəbrinin  üstündə  «Elmin  kö­
məkçisi,  elm ölkələsinin şahı,  dövr anası belə oğul hələ doğm a­
mışdır»  yazılmışdır.  Nəsirəddin  Tusi  Şərqdə  filosof  kimi  də
126
İntellektual ekologiya
şöhrət  tapmışdır.  O nun  fəlsəfi  görüşləri  Bəhmənyarın  təsiri  ilə 
formalaşmışdır. Nəsirəddin Tusi «İbn Sinanm fəlsəfəsi və mən­
tiqinə  şərhlər»,  «Səhifələrində  ər-Razinin  qeydləri»  («Şərh  ul- 
İşarət»),  «Teologiya  və  metafizikaya  dair  risalə»  («Təcrid  əl- 
kəlan»),  «Əxlaqi-Nasiri»,  «Alicənab  insanların  xarakterləri və, 
keyfiyyətləri» («Ausaf-ul-Əşrəf») və  b.  əsərlərində İbn Sinanm 
fəlsəfi  görüşlərini  şərh  etmişdir.  O,  materiyanın  məhvedilməz- 
liyi,  dünyanın  dərkinin  mümkünlüyü  barədə  fikirlər  söyləmiş, 
elmlərin  təsnifatına  və  K ainatın  dərk  edilməsinə  dair  bir  sıra 
dialektik  tərifi izah  etmişdir.  Nəsirəddin Tusinin  ictimai-siyasi 
və hüquqi görüşlərində «dövlət» anlayışı mühüm yer tutur.
Həmin  anlayışların  Nəsirəddin Tusi yaradıcılığındakı  təsi­
ri,  mütəfəkkirin  A zərbaycanın  siyasi  fikir  tarixində  ilk  dövlət 
nəzəriyyəçisi olduğunu söyləməyə əsas verir.  «Maliyyə haqqın­
da»  risaləsində  irəli  sürülən  ən  mühüm  müddəlar  sonralar  bir 
sıra orta əsr dövlətlərinin qanunlarının əsasını təşkil etmişdir.
Səfiəddin  Urməvi,  Səfiəddin Əbdülmömin ibn  Yusif ibn  Fa- 
xir  əl-Urməvi  (1230-1294).  Azərbaycan  musiqişünası,  musiqi 
ifaçısı,  bəstəkar,  xəttat,  filosof.  S.Urməvinin yaradıcılığı Ön və 
O rta  Şərq  xalqları  musiqisinin  inkişafmda  yeni  dövrün  baş­
lanğıcıdır.  Bütün  Şərq,  eləcə  də  şifahi  ənənəyə  malik  Azər­
baycan  professional  musiqisinin  əsasım  təşkil  edən  səs 
kompleksinin sistemləşdirməsi S.Urməvinin musiqi  nəzəriyyəsi 
sahəsində mühüm nailiyyətidir.  Şərqdə, eləcə də Qərbi Avropa­
da  ilk  mükəmməl  no t  yazısının  yaradıcısı  məhz  Səfiəddin  U r­
məvi olmuşdur.  S.Urməvinin risalələrində onun sələflərini (Fə- 
rabi,  İbn  Sina)  m araqlandıran  bir çox üm um i nəzəri məsələlər 
araşdırılmışdır.
Sədi  Şirazi,  Müslihəddin  Əbu  Məhəmməd  Əbdüllah  ibn 
Müşrifəddin  (1203-1292).  F ars  şairi,  mütəfəkkir.  Gənc  yaşla­
rında Məkkəyə həcc ziyarətinə getmiş,  bundan sonra dərviş li­
basında Ön və O rta Şərq ölkələrini diyar-diyar gəzib-dolaşmış, 
Azərbaycan,  Kiçik  Asiya,  Həbəşistan,  M isir,  Suriya,  Fələstin, 
Hindistan,  İran,  H ind  okeanı,  A ralıq  dənizini  ticarət  gəmilə­
rində  keçmişdir.  Buna  görə  də  bəzi  mənbələr  Sədini,  eyni  za-
127


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
m anda orta əsrin böyük səyyahlarından biri hesab etmişlər.
Vətənini sonsuz məhəbbətlə sevən və onun həsrətində olan 
şair yazırdı:  «M ən istərdim ki,  Bəsrədə və ya Bağdadda qalım, 
lakin R uknabad suyu və Şiraz torpağı məni özünə tərəf çəkir».
Sədinin  səyahət  illərində  qazandığı  böyük  həyat  təcrübəsi 
yaradıcılığının  zirvəsi  olan  m əşhur  «Bustan»  (ilk  adı  «Sədina- 
mə»,  1257)  və  «Gülüstan»  (1258)  əsərlərində  yüksək  bədii  ini­
kasım  tapmışdır.  Sədi  «Gülüstan»ı  həm   şeir,  həm  də  nəsrlə 
yazmışdır.  Kiçik  hikmətamiz,  ibrətli  hekayə,  rəvayət və  lətifə­
lərdən ibarət olan  bu nəsr parçaları ilə Sədi, klassik fars ədəbi- 
bədii nəsrinin əsasını qoymuşdur.  Sədinin bu əsərləri yeddi əsrə 
yaxın br  müddətdə dünyanın  bütün  mədəni xalqları tərəfindən 
sevilir  və  oxunur.  Onun  «Gülüstan»  əsəri  dünyada  fars  dilini 
öyrənənlərin ilk dərs kitabı olmuşdur.  M əşhur hind şairi Həsən 
Dəhləvi «Gülüstan» əsəri haqqında yazmışdır:  «Həsən Sədinin 
«Gülüstan»mdan  bir  gül  dərib  gətirmişdir.  Çünki  məna  əhli 
ancaq bu «Gülüstan»dan gül dərər.»
Şahlardan birisi Sədidən ona dua etməsini xahiş etdikdə,  o 
demişdir:  «Öz xalqına qarşı ədalətli ol ki, düşməndən xilas  ola­
san».  Sədi  deyir:  «Bir  məsələni  ki,  sülh  ilə  həll  etmək 
mümkündür,  onu  müharibə  yolu  ilə  həll  etmək  ağılsızlıqdır». 
Bu fikir müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir. Sədi öz 
əsərlərində insanpərvərliyi, xəlqiliyi,  birliyi, qardaşlığı və s.  təb­
liğ  etmişdir.  Sədi  bilik  və  ləyaqətə,  elmə,  sənətə  qiymət  verən 
dahi sair idi. Sədi deyir:
Biliyin olsa d a bir üm m an qədər,
N adansan əməlin olmasa əgər.
Eşşəyə yükləsən bir neçə kitab,
N ə alim olar o, nə də süxənvər.
Başı boş o yazıq heyvan nə bilsin,
D alında odundur, ya kitab-dəftər.
Sədi deyirdi ki,  düz sözdən,  şirin  dildən daha  təsirli  bir  va­
sitə ola bilməz.
128
İntellektual ekologiya
Kim in olsa əgər bir şirin dili,
Tük ilə çəkər o, dalınca fili.
Əziz  oxucu,  gələcək  araşdırmalarım ızda  dahi  Sədi  kəlam­
larına mütəmadi müraciət edəcəyik.
Yunus  Əmrə  (1240-1320).  «İnsan  qəlbinin  çırpıntılarını 
bütün  etirazı  ilə  sazının  tellərində  dilləndirən,  misralarında 
ünləşdirən  ilk  türkiyə  şairi  Yunus  Əmrədir.  T ürk  dilinin  ilk 
böyük  zəfəri  bu  ulu  ozanın  adıyla  bağlıdır.  Yunus  Əmrə 
Anadoluda  yaşamış  bir  türkmən  dərvişidir.»  (Yunus  Əmrə, 
Aşiq  Veysəl,  «İki  zirvə»,  tərtib  edəni  və  çevirəni  Məmməd 
Aslan, Bakı,  1982, s.  11)
Elm aləmi onun harada doğulduğu,  təhsil  aldığı və dünya­
dan  köçdüyü  yer  haqqında,  hələ  ki,  inandırıcı  bir  nəticə  əldə 
edə bilməyib.
Türkiyədə bir çox kənddə, şəhərdə müqəddəs sayılan 9 mə­
zarı  vardır.  Yazıçı  M əmm əd  Aslanın  təbirincə  desək:  «Bir 
cism,  doqquz  məzar!  Ululuğun  doğurduğu  heyrət!  Hər  şəhər, 
hətta  hər  kənd  əhli  Y unusun  öz  torpaqlarında  gömülmüş  ol­
masını  istəmiş,  onu  özündən  saymış və  bağrında  ona  layiq  bir 
məzar  hazırlamışdır,  hər  məchul  məzarı Yunusun  torpağa  ba­
sılmış əbədiyyət möhürüdür.»
Hörmətli  oxucu!  Yunus  Əmrə  yaradıcılığı  ilə  tanışlıqdan, 
imkanımız daxilində araşdırm adan sonra belə qərara gəldik ki, 
onu unudulmaz şairimiz Bəxtiyar Vahabzadə qədər sevən, onu 
duyan  və  qiymətləndirən  az  olar.  Bəxtiyar  Vahabzadənin  Y u­
nus  Əmrə sevgisinin bəzi məqamlarını sizə təqdim etmək qəra­
rına gəldik:
M ən dünyadan gedər oldum,
Q alanlara salam  olsun.
Bu  öz  «mən»indən  yuxarı  qalxan,  özünü  gələcək  nəsillərin 
varlığında  tapan,  özünə  deyil,  bütün  bəşəriyyətə  güvənən 
böyük  bir  insanın,  həm də mərifətin sözüdür.  Bütün  bəşəriyyət
129


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə