Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə31/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Sasani  şahlarının  xaraba  qalmış  «Taği-Kəsra»  adlı  sarayının 
timsalında zülm ilə şöhrətlənmiş sarayların viran olacağı fikrini 
irəli sürmüş, müasirlərim bu xaraba qalmış saraydan ibrət dərsi 
almağa çağırmışdır. «Qəsideyi-şiniyyə» adlı qəsidəsində şair in­
san  ləyaqətini,  mərdliyi,  yaradıcı  əməyi  yüksək  qiymətləndir­
mişdir.  X aqani  Şirvaninin  lirik  əsərləri,  xüsusilə  insan  m ənə­
viyyatım  yüksəldən  saf  eşqi,  məhəbbəti,  vəfa  və  sədaqəti  tə­
rənnüm  edən  qəzəlləri diqqətə  layiqdir.  Onun  qitə  və  rübailəri 
şairin  daxili  həyəcanlarını,  ictimai  mühitə  münasibətini  dərk 
etmək baxım ından müstəsna əhəmiyyətə malikdir.
Əbd  ül-Üla  Gəncəvi,  əsl  adı  Mahmud  Nizaməddin  (XII 
əsr).  Azərbaycan  şairi.  44  yaşında  Şirvanşahlar  sarayına  gəl­
miş,  sarayda  böyük  nüfuz  qazanaraq  «Məlik  üş  şüara»  adı  al­
mışdır.  Ə bd  ül-Üla  Gəncəvi  Azərbaycan  ədəbiyyatında  icti­
mai-fəlsəfi  şeirin  ilk  nümunələrini  yaratmışdır.  Xaqanini  Şir­
vanşah  Əbülhica  M anuçöhrə  təqdim  edən,  ona  «Xaqani»  tə­
xəllüsü  verən  Ə bd  ül-Üla  Gəncəvi  olmuşdur.  O,  Xaqaninin 
qayınatası idi.
Təbrizi  Əbu  Səid  (XI  əsrin  sonu  -  XII  əsrin  əvvəli).  Azər­
baycan filosofu.  Əqli yetkinlik,  səxavət və təvazökarlığı yüksək 
qiymətləndirmiş,  bunların  əksini  pisləmişdir:  «Varlı  o  kəsdir 
ki, acgözlük buxovunda əsir deyildir»;  «Dostlarla lovğa davra­
nan  adam   onların  səmimi  məhəbbətinin  qazana  bilməz»;  «Bi­
risi tərəfindən tərifləndikdə vəcdə gəlib sevinən şəxs, özü-özünü 
tərifləmiş  kimidir»;  «Malik  olmadığın  keyfiyyətə  görə  səni  tə­
rifləsələr, ələ salmış olarlar» və s.
Nizami Gəncəvi, əsl adı İlyas Yusif oğlu (1141-1209).  Dahi 
Azərbaycan şairi və mütəfəkkiri.
O rta  əsrlərin qaynaqlarında belə  bir  əhvalat qorunub sax­
lanmışdır.  «Bir  gün  farsdilli  Şərq  şeirinin  son  böyük  klassiki 
Əbdürrəhm an  Camiyə,  sonralar  istedadlı  şair  kimi  tanınacaq, 
hələliksə sənətdə yolunu yenicə başlayan bacısı oğlu Hatifi, N i­
zamiyə  nəzirə-bənzətmə  yazm aq  istədiyini  bildirir.  Cami  ona 
məsləhət  görür  ki,  əvvəlcə  Firdovsiyə,  Sədiyə,  Ənvəriyə  nəzirə 
yazsm, əgər bir şey çıxsa, sonra Nizamiyə müraciət etsin.  Həti-
122
İntellektual ekologiya
fınin  «niyə»  sualına  Cami  bədahətən  dediyi  bir  beytlə  cavab 
verir:
Şeir aləminin olubdur üç peyğəmbəri:
Firdovsi, Sədi, biri də Ənvəri.
-  Axı burada heç Nizaminin adı çəkilməmişdir?
Cami gülümsünür:  «Onlar  şeirin  peyğəmbəridirlər, Nizami 
isə  şeirin  Allahıdır.»  (Dünya  ədəbiyyatı  kitabxanası,  Bakı, 
1987, s.  5-6)
Nizaminin  yazdığı  poemaları  «Xəmsə»  («Beşlik»)  adı  al­
tında  birləşdirməyi  şairin  özü  yox,  onun  ardıcılları  ediblər. 
Həm də haqlı ediblər.  M üxtəlif illərdə qələmə alınmış, müxtəlif 
mövzulu, müxtəlif məzmunlu bu əsərlər bir-biri ilə qırılmaz tel­
lərlə bağlıdır. «Sirlər xəzinəsi» də, «Xosrov və Şirin» də, «Leyü 
və  Məcnun» da,  «Yeddi  gözəl» də,  «İsgəndərnamə»  də əslində 
dünya  və  yaradılış,  insan  və  onun  daxili  aləminin  sirləri, 
müəmmaları,  bilməcələri  haqqında  saysız-hesabsız  kəşflər  ilə 
həqiqətlərin qovuşduğu zəngin xəzinədir.
Nizami  Gəncəvi  sufizmə  rəğbətlə  yanaşmış,  sufiləri  ürək­
dən  xəbərdar  olan  adam lar  kimi  təqdim  etmişdir.  O,  «Sirlər 
xəzinəsi» əsərində  müxtəlif xarakterlərə malik  sufi surətləri  ya­
ratmışdır.
Məhəbbət  mövzusunun  Şərq  ədəbiyyatında  geniş  yayıla­
raq  ictimai-bəşəri  ideallarla,  humanist məzmunla  zənginləşmə­
sində  Nizami  Gəncəvi  poemalarının  mühüm  rolu  olmuşdur. 
Nizami  Gəncəvi  Şərq  ədəbiyyatında  ilk  dəfə  məhəbbəti  fəlsəfi 
m ənada  şərh edərək,  nəcib  məhəbbət  konsepsiyasını yaratmış, 
onu  insan  azadlığı,  vicdan  azadlığı  və  mənəvi  təkamül  pro­
blemləri  ilə  bağlamışdır.  O,  Yaxın Şərq ədəbiyyatında ilk dəfə 
müsbət qadın surəti yaratmışdır.
Yaradıcılığının  zirvəsi  olan  «İsgəndərnamə»də  şair əvvəlki 
əsərlərində  qoyduğu  mühüm  ictimai-siyasi  və  fəlsəfi  fikirlərini 
yüksək sənət dili ilə ifadə etmişdir. Nizami Gəncəvi ideallaşdır­
dığı  İsgəndəri xalq  hakimiyyətinin  bərqərar  olduğu cəmiyyətlə 
qarşılaşdırır və onun öz dili ilə belə bir cəmiyyətin üstünlüyünü 
təsdiq edir.
123


Qədim İran  mənbələrində amansız fateh, Əhəmənilər süla­
ləsinin  qatı  düşməni  kimi  təcəssüm  edilən  İsgəndər,  Nizami 
dövründə  bir  çox  yazılı  abidələrdə  ədalətli  hakim,  elmə,  biliyə 
yüksək  qiymət  verən müsbət qəhrəm an kimi  təsvir  olunubdur, 
isgəndər  surətinin  belə  müsbət  dəyişməsinin  səbəbi,  «Qurani- 
Kərim»də onun  peyğəmbər dərəcəsinə qaldırılması  ola  bilərdi. 
G üm an etmək  olar ki,  məhz buna  görə  dahi Nizami öz hum a­
nist  və  elmi  fikirlərini  yekunlaşdırm aq  üçün  bu  tarixi  faktlara 
müraciət  etmişdir.  Belə  ki,  əl-Kəhf surəsinin,  84-98  ayələri  (14 
ayə) məhz Zülqərneyn barəsindədir.
«Biz  onu yer üzərində möhkəmləndirib qüvvətləndirdik və 
hər  şey  verdik  (hər  şeyin  yolunu  ona  öyrətdik).  O,  (məğribə 
çatm aq üçün) yola  çıxdı.  (Tövbə qapısı məğribdə olduğuna görə 
səfərini  oradan başladı).»  (ayə  84-85)  «Sonra o,  başqa  bir yola 
(məşriqə)  tərəf üz  tutub  getdi.»  (ayə  89)  «Nəhayət,  Günəşin 
çıxdığı yerə çatdıqda onu bir qövm üzərinə doğan gördü ki, on­
lardan  ötrü  ona  (Günəşə)  qarşı  heç  bir  sipər  yaratmamışdıq. 
(Yalnız  Günəşin  özü  onlar  üçün  sipər  idi).  (Zülqərneynin 
qüdrət  və  səltənəti,  səyahəti)  belə  idi.  Biz  hələ  onun  yanında 
daha nələr olduğunu da bilirik.  (Zülqərneynin qüdrətini,  nə qə­
dər  əsgərlə  səfərə  çıxdığını  A llahdan  başqa  heç  kəs  dəqiq  bil­
məz).  D aha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan  şi­
mala) üz tutub getdi.» (ayə 90-92)
Beləliklə,  dahi  sənətkar,  İsgəndərin timsalında  adil padşah 
obrazı yaradır, xəyalında  bəslədiyi gələcək azad cəmiyyət haq­
qında  öz  utopik  təsəvvürlərini  verir.  Məhz  bu  səbəbdən 
Nizami  Gəncəvini  «utopik  sosializm»in  banilərindən  biri kimi 
qəbul etm ək olar.
Nizam i  Gəncəvi  üçün  şəxsiyyətin ən yüksək  meyarı insan­
lıq idi.  O,  irqi,  milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edirdi. 
Onun qəhrəm anları milli və dini təəssübdən uzaq olub, ədalət, 
xalq  xoşbəxtliyi,  yüksək  məqsədlər  uğrunda  mübarizə  edirdi­
lər.
N izam i Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə olaraq, əməyi 
insanı bütün başqa canlılardan fərqləndirən həyati tələbat kimi
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
124
İntellektual ekologiya
tərənnüm  etmişdir.  O,  insan  zəkasının  qüdrətinə  dərin  inam 
bəsləmiş,  əsərlərində  elmin  fəzilətindən  dönə-dönə  bəhs  etmiş­
dir.  Şair insanın əxlaqi  gözəlliyinə xüsusi  qiymət vermiş,  kamil 
insanın  ancaq zahiri  əlamətləri  ilə  deyil,  mənəvi  gözəllikləri  ilə 
də seçildiyini qeyd etmişdir.
Hörmətli  oxucu,  gələcək  bölmələrdə  mütəmadi  olaraq  N i­
zami dühasına müraciət edəcəyik.
Razi Fəxrəddin Əbu Abdulla Məhəmməd ibn Ömər ibn Xə-
tib  (1148-1209).  İran  mütəfəkkiri.  Qəzalinin  davamçısı  olmuş, 
ortodoksal  İslamı  müdafiə etmişdir.  O, Platonun  nəfs  konsep­
siyasına  əsasən  iddia  edirdi  ki,  insan  öldükdən  sonra  nəfsi 
ölmür, başqa şəxsə keçir.  Razi, Qəzalidən fərqli olaraq, həqiqə­
tin dərk edilməsində ağlın qüvvəsinə böyük əhəmiyyət verir, la­
kin əqli idrakı hissi qavrayışdan təcrid edirdi.
İbn əl-Əsir, İzəddin Əbu-l-Həsən ƏH ibn Məhəmməd ibn əl- 
Əsir  (1160-1233).  Ə rəb  tarixçisi.  12  cildlik  «əl-Kamil,  fı-t-ta- 
rix»  («Mükəmməl  tarix») əsərinin müəllifidir.  Təbəri,  İbn  Mis- 
qəveyh,  Səllami  və  b.  ərəb  müəlliflərinin  əsərlərindən  istifadə 
edərək  və  şəxsi  müşahidələri  əsasında yazdığı  bu  əsərdə ən  qə­
dim   dövrlərdən  1231-ci  ilədək  baş  vermiş  hadisələrdən  bəhs 
olunur.  Əsərdə Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni 
həyatına  dair  (ərəblərin  Azərbaycanı  işğal etmələri,  Babək  hə­
rəkatı,  Sacilər  sülaləsi,  rusların  Bərdəyə  hücumu,  Səlcuqilərin 
Azərbaycanı  tutması,  Eldəgəzlər dövləti,  Xarəzmşah  Cəlal  əd- 
dinin və monqolların Azərbaycanı işğal etmələri,  azərbaycanlı­
ların  işğalçılara  qarşı  müqaviməti,  gürcü  feodallarının  Azər­
baycana  basqınları,  Şirvanşahlar  dövləti  və  s.)  zəngin  məlu­
m atlar verilir.
İbn əl-Ərəbi,  Mühyəddin Məhəmməd ibn ƏH  (1165-1240). 
Ə rəb  şairi,  sufi  filosof.  İbn  əl-Ərəbinin  dünyagörüşü  panteist 
məzmun daşıyıb. O na görə, «məxluqatın varlığı Allahdır, məx­
luqatın varlığı xaliqin varlığının eynidir».
İbn  Yunis,  Kəmaləddin  Musa  (1156-1242).  Şərq  filosofu, 
riyaziyyatçı.  O,  Əbhəri  Əsirəddin,  Siracəddin  Urməvi,  Nəsi- 
rəddin Tusi və b.  alimlərin müəllimi  olmuşdur.  Fəlsəfədə  Şərq
125


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə