Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə40/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   36   37   38   39   40   41   42   43   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
manlı  imperiyasının  ilk  qanunvericilik  məcəlləsi  tərtib 
edilmişdir.  A na dilindən başqa yunan, italyan,  fransız,  ərəb  və 
fars dillərini bilən Sultan M ehm et elmi sevmiş və elm ad am la­
rma arxa olmuşdur.  «Sahni Səman» adında tikdirdiyi ilk m əd­
rəsə ilə b u  günün universitetinin əsasım qoymuşdur.
2 imperatorluğu, 4 krallığı, 6 knyazlığı, 4 əyaləti tutaraq  17 
dövləti  dünya  xəritəsindən  silmiş  və  torpaqlarını,  həmçinin 
bütün  Balkan yarımadasını öz im peratorluğuna -  türk  dövləti­
nə  qatmışdı.  Q ara dənizi  bir  türk  dənizi  etmiş,  boğazlarda  h a ­
kimiyyətini möhkəmlətmiş,  Ç anaqqala və İstanbul  boğazlarını 
tutmuşdur.
Osmanlı im peratorluğunu möhkəmlədən Mehmet II  F ateh 
bir  dövrü  qapayıb,  yeni  bir  dövr  açmış,  İntibah  dövrünə  atalıq 
etmişdir.
M ehmet  II  Fatehin  xocası  -   müəllimi  Ağşəmsəddinin 
islam  peyğəmbərlərinin  «Konstantinopolu,  əlbəttə,  fəth  edən 
sərkərdə  nə  yaxşı  sərkərdədir,  onun  əsgərləri  nə  yaxşı 
əsgərlərdir» müjdəsinin məhz  ona,  M ehm et xana aid  olacağını 
söylədi.  Bu  inancla  29  may  1453-cü  il  sər şənbə  axşamı  günü 
İstanbul  fəth edildi.  İstanbulun fəth  olunması  həm türk  tarixi, 
həm  də  dünya  tarixi  üçün  mühüm  hadisədir.  İstanbulun  fəth 
olunması ilə II M ehm et xan «Fateh» titulu aldı. İstanbul 467 il 
(1453-1920) Osmanlı dövlətinin paytaxtı oldu.
I Süleyman Qanuni (1495-1566). Türk sultanı [1520-1566]. 
Onun  siyasəti  nəticəsində  Osm anlı  imperiyası  dövrünün  ən 
qüdrətli  dövlətinə  çevrilmiş  və  ərazisi  xeyli  genişlənmişdir. 
Süleyman  Qununinin dövründə ölkənin daxili vəziyyətini  niza­
m a  salm aq  məqsədilə  qanunlar  məcəlləsi  (qanunnamə)  tərtib 
edilmişdir.
Əmir  Teymur,  Teymurləng  (1336-1405).  Dövlət  xadimi, 
sərkərdə, Teymurilər imperiyasının banisi.
Qaşqadərya  vilayətinin  hakim i  olmuşdur.  Sağ dizindən  və 
çiynindən  yaralandığına  görə  ayağı  qatlanmırdı.  Ona  görə  də 
ona  «Teymurləng»  (Topal  Teym ur)  ləqəbi  verilmişdi.  1361-ci 
ildə Toğluq Teym urun yanında xidmətə girən Teymur, sonra-
158
İntellektual ekologiya
lar  Səmərqənd  və  Bəlx  hakimi  Hüseynlə  ittifaq  bağlayıb, 
Toğluq  Teymura və  oğlu  İlyas  Xocaya  qarşı  mübarizə  apar­
mışdır.  O,  Hüseynlə  birlikdə  Səməpqənddə  başlanmış  üsyanı 
yatırdır.  Hakimiyyət uğrunda  mübarizə aparan  Teymur  1370- 
ci ildə Hüseynə qalib gəlir və əmir titulu alır.
İşğalçılıq  yürüşlərinə  başlayan  Teymurləng  1386-cı  ildə 
Təbrizə,  Naxçıvana,  Qarsa,  Tiflisə,  Şəkiyə,  Qəbələyə,  Q ara­
bağa  hücum etmişdi.  «Beşillik»  (1392-ci  ildən) və  «  yeddiillik» 
(1399-cu ildən) yürüşlər  zamanı Azərbaycana da  hücum etmiş­
di...  1404-cü  ildə  Səmərqəndə  qayıdan  Teymur  orada  xəstələ­
nib ölmüşdür.
«Erməniləri  bir  millət  kimi  Yer  üzündən  silmədiyim  üçün 
gələcək  xalqlar  ya  məni  alqışlayacaq,  ya  da  ki,  lənətləyəcək» 
(Əmir Teymur).
Əmir Teymurun vəsiyyətlərindən:
«Birincisi, öz səltənətimi  İslam dini əsasında qurdum , xeyi­
ri  və ehsanı əskik  olmayan  şəriətə  bağladım,  hörmət-izzət  bəs- 
tənilməsi zəruri olan peyğəmbərlərin övladlarına və əshabələri­
nə məhəbbət əsasında qaydaya saldım. Səltənətimin mərtəbələ­
rini qanun-qayda əsasında o cürə saxladım ki, bir kimsənin səl­
tənətin  işlərinə qarışmağa,  o na ziyan yetirməyə ixtiyarı çatm a­
dı.
İkincisi, hərbiçiləri və rəiyyəti ümid  ilə qorxu əsasında sax­
ladım,  dost-düşməni  güzəştlə  barışıq  mərtəbəsində  tutdum. 
Tutduqları  əməlləri,  dedikləri  sözləri  bəzən  səbirlə,  hövsələ  ilə, 
bəzən  də  bildiyimi  bilməməzliyə  vurmaqla  yola  verdim.  M ə­
nim   boynumda  bir  kimsənin  haqqı  vardırsa,  o  haqqı  heç vaxt 
unutm adım .  Bir  kimsə  ilə  tanış  oldumsa,  o  kimsəni  heç  vaxt 
diqqətimdən kənara qoymadım.
Üçüncüsü,  heç kəsdən  intiqam  almaq  niyyətində  olmadım. 
Çörəyimi  yeyib,  əvəzində  pislik  edənləri  pərvərdigari-aləmə 
tapşırdım.  İş  bacaran,  şücaətli ər igidləri öz yanım da saxladım. 
S af  ürəkli  adamların,  seyidlərin,  alimlərin  və  fazillərin  üzünə 
qapım   həmişə  açıq  oldu.  Bədnəfəsli xəsisləri,  könlüpozuq  qor­
xaqları məclisimdən çıxarıb qovdum.
159


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Dördüncüsü,  xalqı  özümə  xas  üzlə,  rəhm   və  şəfqətlə  ram 
elədim.  İşimi  ədalət  ilə  yetirdim,  cabirdən,  zülmdən  uzaq  ol­
mağa  can  atdım..!»  («Əmir  Teym urun  vəsiyyətləri»,  özbəkcə- 
dən çevirəni M əti Osmanoğlu, Bakı,  1991)
Şah İsmayıl Xəta!  (1487-1524).  Azərbaycan  Səfəvilər  döv­
lətinin  banisi,  dövlət  xadimi,  sərkərdə,  şair.  İlk  dəfə  Azər­
baycan  türkcəsini dövlət dili səviyyəsinə yüksəltmişdir.  1501-ci 
ilin payızında Ş.İ.Xətai paytaxtı Təbriz olan Azərbaycan Səfə­
vilər dövlətinin əsasım qoydu.  Sonrakı illərdə  Şah İsmayıl Xə­
tai  bütün  İranı,  Xorasanı,  İraqı  Səfəvilər  dövlətinə  qatır.  Şah 
İsmayılın Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən 
birinə çevrilir.  Şah  İsmayıl Xətai  şiəliyi rəsmi dövlət  dini  möv­
qeyinə  qaldırdı.  O,  şiəliyi  həm  də  sünni  olan  Ağqoyunlulara, 
Şirvanşahlara,  Şeybanilərə və osmanlılara qarşı mübarizə bay­
rağına çevirmək məqsədi güdürdü və buna nail olmuşdu.  Qon­
şuluqda Səfəvilər kimi qüdrətli bir dövlətin yaranması Osmanlı 
dövlətini  çox  narahat  edirdi.  1514-cü  ildə  Sultan  I  Səlimin 
[1512-1520]  başçılıq  etdiyi  Osmanlı  ordusu  ilə  Çaldıran 
düzündə  baş  vermiş  döyüşdə  qızılbaşlar  məğlubiyyətə  uğradı­
lar.
Şah  İsmayıl  Xətai  37  yaşında,  həyatının,  yaradıcılığının, 
arzularının  ən  qaynar  bir  çağında  dünyadan  köçdü.  Lakin  o, 
tarixə  istedadlı  bir  sərkərdə,  şair  kimi  həkk  olundu.  Şah  İs­
mayılın  yüksək  hərbi  istedadı  haqqında  K .M arks  yazmışdır: 
«Səfəvilər  xanədanının  banisi  Şah ismayıl fateh idi.  O,  14 illik 
hakimiyyəti  dövründə  14  əyalət  fəth  etmişdi.»  O,  elmə,  mədə­
niyyətə,  hətta  idm ana  həvəs  göstərən  bir  şəxs  idi.  Şah  İsmayıl 
Uzun  Həsənin  Təbrizdə  yaratdığı  məşhur  kitabxanamn  nəz- 
dində yeni tipli geniş bir kitabxana açmışdı ki,  buradan nəinki 
öz  ölkəsinin  əhalisi  və  alimləri,  h ətta  qonşu  ölkələrin  alimləri 
də istifadə edirdilər. Şah İsmayıl m əğrur, azad fikirli, öz qüdrə­
tinə inanan bir sərkərdə,  həqiqət yolundan zərrə qədər kənara 
çıxmayan,  nəcib  insan  idi.  Rəvayətə  görə,  Şah  İsmayıl  dərviş 
paltarı  geyərək məmləkəti  gəzib  dolaşar  və  xalqın dərd-səri ilə 
maraqlanarmış.
160
İntellektual ekologiya
Ş.İ.Xətai  az  yaşamasına,  vaxtının  çoxunu  dövlət  işlərinə 
sərf etməsinə baxmayaraq çoxcəhətli bir irs yaratmışdır.  Onun 
poeziyası  çox  vaxt  ictimai-siyasi  fəaliyyəti  ilə  birləşmişdir.  Bu 
poeziya  qəhrəmanlığa,  gözəlliyə,  mənəvi  saflığa  məhəbbətlə, 
şərə, eybəcərliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə do­
ludur.  Dünyagörüşü etibarilə panteist (aləmi Allahla eyniləşdi­
rən  fəlsəfi təlim)  olan şair,  M ənsur Həllac və İmadəddin Nəsi­
mi  kimi,  «ənəlhəq»  («mənəm  Allah»)  şüarına,  ideyasına  tərəf­
dar çıxıb, özünü «vəhdət gülüzarının bülbülü» adlandırır.
Çün Xətaidir bu gün gülzari-vəhdət bülbülü,
Dəxi ol, zaği-siyəh gülzarə gəlməsin.
Şairin  sufi  olması  onun  poeziyasına  da  güclü  təsir  göstər­
miş,  onu  daha cəsarətli  etmiş,  humanist  ruh vermişdir.  Lakin 
bu cəsarət Xətainin yaradıcılığını sırf təriqət poeziyasına çevir­
məmişdir.  O,  bütün  m əqam larda real  həyat və  real  insan haq­
qında  düşünmüş,  real  insana  müraciətlə  yazıb-yaratmış,  onun 
hisslərindən, qayğılarından söhbət açmışdır.
Xətainin şeirlərində xeyir və şər anlayışları ilə bağlı fikirlər 
do vardır. O da dahi Nizami kimi belə hesab edir ki, insan yax­
şı-yaman nə iş tutsa, onun bəhrəsini görəcək, pis əməl sahibi öz 
əməlləri  üçün xəcalət çəkəcəkdir.  Xətainin  şeirlərində insan,  li­
rik  qəhrəman,  məğrur,  azad  fikirli,  öz  qüdrətinə  inanan  bir 
varlıq kimi  tərənnüm olunur.  Onun ölməzliyi, əbədiliyi,  ağıllı, 
düşmənlərin  canına  vəlvələ  salmağa  qadir  bir  şəxs  olması  dö­
nə-dönə nəzərə çatdırılır.
Dahi  Nizami yolunu davam  etdirən Xətai də sufiləri halal 
və  haram  yola gedənlər  adı ilə iki yerə ayırır.  O,  ən yüksək in­
sanı keyfiyyətləri əsl sufilər  arasm da axtarır, öz müridlərini əsl 
sufi  kimi  hərəkət  etməyə,  sufi  -  insan  adını  uca  tutm ağa çağı­
rır.
Sufi isən, alıb-satma, 
H alalına h aram  qatm a,
161


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə