Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə38/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   34   35   36   37   38   39   40   41   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dən  uzaqlaşdırılmış,  ancaq  2  il  sonra  təkrar  işinə  bərpa  edil­
mişdir.  K itablarında,  sovet rejimində  milli varlığı ayaqlar  altı­
na  alman,  hər  cür  məhrumiyyətlərə  məruz  qalan  millətinin 
dərdlərini müxtəlif simvol və ədəbi üsullarla dilə gətirmiş,  əsər­
lərində təkan olaraq həmişə başqa ölkələri göstərərək  öz millə­
tinin  çətinliklərini  izah  etməyə  çalışmışdır.  Birbaşa  sovet  reji­
mini  tənqid  edən  əsərlərini  isə  İttifaqın  dağılmasından  sonra 
«Sandıqdan səslər» adı ilə nəşr etdirmişdir.  Şairin tabutu qarşı­
sından  keçərkən  diqqəti  çəkən  bir  xüsusiyyət  onun  Türk 
dünyasımn  ortaq  dəyəri  olduğunu  bir  daha  göstərdi.  «Bir  mil­
lət, iki dövlət» düşüncəsinin bariz nümunəsini şairin həm Azər­
baycan,  həm  də  türk  bayrağına  sarılmış  tabutunda  gördüm. 
Bəli,  şairin tabutu ay-ulduzlu bayraqlara sarılmışdı.  Çünki  şair 
«Bayraq»  adlı  şeirində  bayrağın  müqəddəsliyini  çox  gözəl  bir 
şəkildə dilə gətirmişdi.
Üçrəngli bayrağın kölgəsində mən,
Q araca torpağı Vətən görmüşəm.
Zəfər güllərini döVri-qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurdum a öz hakimliyim.
Türk  olduğunu  və  türk  olm aqdan  qürur  duyduğunu  bir 
çox şeirlərində özü dilə gətirirdi.
Əslimi, nəslimi tanıyıram  mən,
Qarışıq deyiləm özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilirsən,
M ən ilk qaynağım dan türk oğlu türkəm!
Şair  ən  çətin  şəraitlərdə  belə,  türk  olduğunu ifadə  etməklə 
yanaşı,  müsəlmanlığını  da  ifadə  etməkdən  çəkinməmişdir.  O, 
«Allah» adlı şeirində Uca Rəbbimizin böyüklüyünü  gözəl ifadə 
etməyə çalışmışdı:
150
İntellektual ekologiya
İdrakda yol açmış gecədən gündüzə Allah, 
Güldürməsən öz könlünü, gülməz üzə Allah. 
Dünyaya şəfəqlər kimi tanrım  səpələnmiş,
Qəlbin gözü yanmazsa görünməz gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah. 
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah.
İdeyalarını  şeirləri  ilə  yazdığı  onlarla  kitabı  ilə  ölümsüzləş- 
dirdi  və  arxada  qalanlara  misilsiz  bir  mədəniyyəti  miras  qoy­
du».
Bəxtiyar kəlamlarından:
Ömrüm  boyu  müstəqillik  uğrunda  mübarizə  aparmışam 
qələmimlə.  Həmişə  istəmişəm  ki,  rus  imperiyasından  xilas 
olaq.
Ən  çox  qorxduğum  şey  təklikdir.  Ruhən,  fikrən  tək  qal­
maq.
* * *
Vicdan olan yerdə insan ikiləşir. Vicdan olm ayan yerdə isə 
ikiləşmir.  Amma  vicdan  kimdə  olur?  Əxlaqlı  adam da.  Əxlaq­
sız  adamın  vicdanı  olmaz.  A m m a  əxlaqlı  adam da  ikinci  səs 
var.  O,  bir hərəkət edir və eyni zam anda qəlbinin dərinliyindən 
bir səs deyir ki, düz eləmisən!
Əziz  oxucu!  Biz  Ön  və  O rta  Şərqin  bütün  dahilərinin,  kə­
lam  sahiblərinin,  alim  və  mütəfəkkirlərinin,  filosoflarının  h a­
mısının  adlarını çəkib,  qısa  m əlumat vermək  fikrində  deyilik. 
Buna imkan da yoxdur.  O nların haqqında dünyada nəşr olun­
muş  ensiklopediyalarda, 
ayrı-ayrı  elmi 
araşdırm alarda, 
m onoqrafıyarda  yetərincə  m əlum at  verilmişdir.  Lakin  biz  Ön
151


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
və O rta  Şərqin, xüsusilə  müsəlman  Şərqinin bir sıra bəşəri  ta ­
nınmış  şəxsiyyətlərinin  adını  bir  d aha  yada  salmağı  özümüzə 
borc  bildik.  H ansı  ki,  onlar  dünya  əhəmiyyətli  nailiyyətlərə 
malik  olmaqla,  insan cəmiyyətinin  intellektual  təkamülünə  ye­
tərincə təsir etmişlər. Bu şəxsiyyətlər millətindən, dini etiqadın­
dan,  ictimai-siyasi durum undan asılı olmayaraq,  insanlar tərə­
findən  həmişə yad edilmiş və  onların  humanist ideyaları bəşə­
rin müsbət intellektual amillərinin inkişafına təkan vermişdir.
Ö N   V Ə   O R T A   Ş Ə R Q D Ə   D Ö V LƏ T Ç İL İY İN  
T Ə K A M Ü L Ü N Ə  T Ə K A N  V E R Ə N  
Ş Ə X S İY Y Ə T L Ə R
Ön və O rta Şərqin, daha doğrusu,  müsəlman Şərqinin tari­
xində  adları  dünyanın  hər  bir  yerində  dahi,  müdrik  şəxsiyyət 
kimi  hörmətlə yad edilən  böyük  şəxsiyyətlər olmuşlar.  Dahilik, 
müdriklik  böyük  tarixi  şəxsiyyətlərə  məxsus  ortaq  xüsusiyyət­
dir. «Müdriklik elə böyük məfhum dur ki, o, özündə şəxsiyyətin 
ideallarını,  əməllərini,  mübarizəsini,  təmaslarını,  söhbətlərini, 
ağıllı  cavablarını  və  s.  birləşdirir»  (Səfalı  Nəzərli).  Müsəlman 
Şərqinin bir çox dövlət başçıları və milli qəhrəmanlarının həyat 
və  fəaliyyətini,  tarixi xidmətlərini  araşdıranda,  məlum olur  ki, 
onların  hər  bir  hərəkət  və  əməlləri  dövlətçiliyin  təkamülünə 
böyük  təkan  vermişdir.  D ünyada  ilk  islam  dövlətinin  başçısı 
Həzrət M əhəmməd  peyğəmbər (s.),  1-ci xəlifə  Həzrət Əbu  Bə­
kir (ə.),  2-ci xəlifə Həzrət Ömər  (ə.),  3-cü xəlifə  Həzrət  Osman 
(ə.), 4-cü xəlifə Həzrət Əli  (ə.) haqda əvvəlki bölmələrdə ətraflı 
məlumat  vermişik.  Həzrət  Əlinin  (ə.)  Misir  valisinə  yazdığı 
m əktubdan  bir  məqamı  oxucuların  nəzərinə  çatdırmaq  istər­
dik:  « ...  vergini  toplamağı,  düşmənlərlə  savaşmağı,  əhalini 
sülhə  və  sağlamlığa  qovuşdurm ağı  və  ölkəni  abadlaşdırmağı 
sənə  əmr  edirəm.»  (M .K am al  Pilavoğlu,  Böyük  insan  Həzrəti 
Əli,  Bakı,  2008,  s.  71)  Burada  H əzrət  Əli  (ə.)  Misir  valisinə
152
İntellektual ekologiya
bütün dövlət başçılarını cəlb edəcək dörd şeyi xatırladır:
-   verginin  ədalətlə  toplanmasını,  yəni  hər  kəsin  verə  bi­
ləcəyi vergini yığmağı;
-  ölkəni düşmənlərdən qoruya biləcək bir döyüş hazırlığını;
-  əhali arasmda  ədaləti və sülhü təmin edəcək hər növ təd­
birlərin görülməsini;
-  ölkənin abadlaşdırılmasım.
Bu əsasdan uzaq düşən  başçı ölkəni viran edər,  əhali zülmə 
düçar olar.
Bütün dünya dövlətlərinin konstitusiyalarına şamil edilmə­
si  vacib olan,  bəşər övladını sülhə, əmin-amanlığa,  normal  ya­
şamağa sövq edən,  aktuallığını  bu gün  də  itirmyən  bu 4 vacib 
tövsiyə, hələ  1400 il əvvəl İslam dövlət başçısı H əzrət Əli (ə.) tə­
rəfindən irəli sürülmüşdür.
Ön  və  Orta  Şərqin  bir  sıra  dövlət  başçıları  və  sərkərdələri­
nin  həyat  və  fəaliyyətinə  nəzər  salmağı  məqsədəuyğun  hesab 
etdik.
Cavanşir  (616-680/81).  Alban  (Qafqaz)  hökmdarı  [637- 
680/81].  Cavanşir  Sasani  ordusunun  tərkibində  ərəblərə  qarşı 
vuruşan  alban  hərbi  hissələrinin  kom andam   kimi  döyüşlərdə 
fərqlənmişdir.  Cavanşirin  hakimiyyəti  dövründə  Albaniyada 
iqtisadi həyat dirçəlmiş, elm və mədəniyyət inkişaf etmişdi. Al­
ban  tarixinin  tərtibinə  də  Cavanşirin  dövründə  başlanmışdı. 
Cavanşir Azərbaycan tarixinə  dahi  dövlət  xadimi,  siyasətçi  və 
sərkərdə kimi daxil olmuşdur.
Harun ər-Rəşid  (766-809).  Abbasi xəlifəsi [786-809].  Döv­
ləti  təkbaşına  idarə etmişdir.  O nun dövründə Abbasilər xilafə­
tində  kənd  təsərrüfatı,  sənətkarlıq,  ticarət,  elm  və  mədəniyyət 
(əsasən, ədəbiyyat) geniş inkişaf etmişdir. H aru n  ər-Rəşid surə­
ti  «Min  bir  gecə»  nağıllarında  müsbət  şəxsiyyət  kimi  təsvir 
olunmuşdur.
Cavidan  ibn  Səhl  (7-816).  Azərbaycanda  xürrəmilər  hərə­
katının  başçısı,  sərkərdə,  Bəzz qalasının  sahibi.  807/808-ci  ildə 
xəlifə  H arun  ər-Rəşidin  göndərdiyi  ərəb  qoşunu  Cavidanın 
başçılıq  etdiyi  xürrəmiləri  məğlubiyyətə  uğratdı.  Üsyançıların
153


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə