Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə24/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   20   21   22   23   24   25   26   27   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Sözlərində  bitib-tükənməz  hikm ət,  fəsahət  və  bəlağət  varmış. 
O nu  dinlədikdə  m əftun  olm am aq  mümkün  deyilmiş.  Natiq, 
alim, adil, ən böyük pəhləvan, qəhrəm an və cəsur bir şəxs, sözü 
qılınc qədər  kəskin,  yaxşılıq etməyi sevən,  yetim  və kimsəsizlə­
rin  hamisi,  insanların ən doğru  danışanı  olmuşdur.  Həzrət Əli 
(ə.)  yalnız  tslam   aləminin  deyil,  bütün  insanlığın  yetişdirdiyi 
nadir  simalardan  biridir.»  (Əlhac  M ehm et  Kam al  Pilavoğlu. 
Böyük insan Həzrət Əli, Bakı, 2008)
Qeyd  etmək  lazımdır ki,  Həzrət  Ə linin  (ə.)  hikmətli  sözlə­
rindən  ibarət «Nəch əl-bəlağə»  əsəri və  lirik  şeirlər  divanı var. 
Divanm  iki  əlyazma  nüsxəsi  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  Əlyazmalar  F on d u n d a  saxlanılır.  (ASE,  4-cü 
c., s.  165)
Həzrət Əli (ə.)  deyir ki,  hansı  adam m  oğlu  olursan-ol,  tər­
biyə, ədəb öyrən. Bu gözəllik səni əsil-nəcabətə möhtac etməz.
Sui-qəsd nəticəsində öldürülmüş H əzrət Əli (ə.) «la ilahə il- 
lallah» kəlməsini zikr edərək  1  yanvar 661-ci ildə  bu aləmdən 
ayrıldı. M əzarı Nəcəfdədir.
Əziz oxucu,  Həzrət Əlinin (ə.) kəlamları,  el  arasında zərbi- 
məsələ  çevrilmiş  sözləri,  fəlsəfi  fikirləri  haqqında  çox  deyilib, 
əsərlər  nəşr  olunub və yenə də  müasir  elm tərəfindən  onun ya­
radıcılığı  araşdırılır.  Bu  qısa  m əlum atdan  aydın  oldu  ki,  Həz­
rət  Əli  (ə.)  bəşər  tarixində  nadir  şəxsiyyətdir,  1400  ildən  artıq 
bir dövrdə və  gələcəkdə də onun qoyduğu fəlsəfi,  ictimai-siyasi 
irs müsbət intellektual ekoloji sferanın inkişafına,  onun qorun­
masına  xidmət  edib  və  edəcəkdir.  Həzrət  Əlidən  (ə.)  bizə  580 
mübarək  hədis  gəlib  çatmışdır.  İnsanlar daim a onun elmindən 
yararlanmışlar.  Həzrət Ömər (ə.) kimi hər kəsin müraciət etdiyi 
bir  şəxs  belə ən  çətin  zam anlarda  Həzrət  Əliyə  (ə.) yaxınlaşıb, 
ondan soruşarmış. H əzrət Ömər (ə.) daim a «Ən böyük qazimiz 
Əlidir» cümləsini işlədərək onun yüksək, nəhayətsiz elmini bil­
dirərdi.  O,  Q uranın  yanlış  oxunm am ası  üçün  qrammatikanın 
bütün  qaydalarım   bildirmişdir.  Beləliklə  də,  İslam  dininə 
böyük bir  töhfə verm işdir...  O nun  qavramadığı,  bilmədiyi  bir 
elm yox idi» (Əlhac M ehm et K am al Pilavoğlu, Göstərilən əsə­
94
İntellektual ekologiya
ri,  s.  63-64). Gələcək bölmələrimizdə Həzrət Əlinin (ə.) kəlam­
larından geniş istifadə ediləcəkdir.
Zərdüşt.  Peyğəmbər,  islahatçı,  zərdüştiliyin  banisidir.  Y u­
nan  və  Roma  müəlliflərinin  çoxu  hesab  edir  ki,  Zərdüşt  era­
mızdan 6 min il, bəlkə də daha əvvəl yaşamışdır.  Zərdüştün və­
təni  haqqında  tam   dəqiq  məlumat  olmasa  da,  son  dövrlər he­
sab  edirlər  ki,  o,  Azərbaycandandır.  Peyğəmbərin  vətəninin 
Azərbaycan olduğunu bir çox orta əsr müsəlman müəllifləri də 
qeyd  edirlər.  Zərdüştilik  Azərbaycan,  İran,  O rta  Asiya,  Ə fqa­
nıstan,  Ön  Asiya  və  digər  yerlərdə  yayılmış  qədim   dövrün  ən 
mühüm dinlərindən biridir.  Bu din müasir dövrdə İranda gəbr- 
lər,  Hindistanda  isə  parslar  arasında  qalm aqdadır.  Onların 
sayı  100  min  nəfərdən  çoxdur.  Zərdüştiliyin  müqəddəs  kitabı 
«Avesta»dır.
Filosof  Rəfail  Əhmədlinin  internet  saytından  götürülmüş 
«Zərdüşt,  «Avesta»,  Azərbaycan»  məqaləsindən  bir  sıra  çox 
dəyərli  məqamları  oxucuların  diqqətinə  çatdırm aq  qərarına 
gəldİK: «Azərbaycan türklərinin fəlsəfi və ictimai-siyasi fikrində 
dövlət  və  dövlətçilik  ideyasının  ilkin  qaynaqlarından  sayılan 
«Avesta» ən dəyərli abidədir,  Son dövr tədqiqatçılarının böyük 
əksəriyyəti «Avesta»nm qədim Azərbaycan türklərinin müqəd­
dəs  kitabı,  onun yaradıcısı Zərdüştü isə Azərbaycan türklərinin 
peyğəmbəri  hesab  edirlər.  Digər  mənbələr  də  «Avesta»nın və­
tənini Midiya, özünü isə qədim Azərbaycan ədəbiyyatının əsəri 
hesab edirlər. Zərdüştün urmiyalı azəri türkü olması və Q atala­
rın Azərbaycanın Nəhavənd,  Rey, Həm ədan və İsfahan bölgə­
sində  qələmə  alınması,  demək  olar  ki,  nüfuzlu  mətəxəssislərin 
əksəriyyəti  tərəfindən  qəbul  və  etiraf  olunur.  Beynəlxalq 
zordüştşünaslıq təsdiq edir ki, «Avesta» e.ə. II minillikdə Elam- 
Şumer mənşəli dildə yazılıb.  Elam  dilinin isə qədim türk dili ilə 
bağlılığını  bir  çox  mütəxəssislər,  xüsusilə,  Y usif Yusifov  elmi 
dəlillərlə sübut etmişlər.
«Avesta» haqqındakı tədqiqatları ümumiləşdirərək öz mo­
noqrafiyasında  Baloğlan  Şəfiyev  göstərir  ki,  müəyyənləşdirdik 
ki, bu abidənin («Avesta»mn -  R .Ə .)  yazıldığı dil  Şərq xalqla-
95


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
гшш əcdadlarının danışdıqları «prototürkcə»dir (qədim türkcə 
-  R. Ə.).  Belə bir hipotez irəli sürdük ki, Yer üzündə ilk siviliza­
siyanın başlanğıcı:  dil, din, kitab, əlifba, məktəb,  fəlsəfə və icti­
mai  fikir  məhz  bu  kitabın  («Avesta»nm  -   R.Ə.)  mətni  ilə 
bağlanır.  Zərdüştün  midiyalı  və  peyğəmbər  olmasını  M.Məli- 
kova və E.Bayram ov da qəbul edirlər.
Zərdüştilik  dininə  aid kitablar  külliyyatı  -  toplusu sayılan 
«Avesta»nın  dörddə  biri  gəlib  zəmanəmizə  çatmışdır.  Onların 
da  ən  əskisi  bizim  егашп  X II  əsrinə  aiddir.  Bunu  nəzərə  alan 
bəzi  tədqiqatçılar  göstərirlər  ki,  b u   gün  əldə  olan  «Avesta» 
2300  ilə  yazılmışdır.  «Avesta»  yüz  illərlə  o  qədər  dəyişikliyə 
uğramışdır  ki,  Zərdüştün  əsl  gerçək  «Avesta»sından  olduqca 
az bir nəsnə qalmıışdır».  Zərdüştdən sonra «Avesta»ya edilmiş 
əlavələr «Kiçik Avesta» adı almışdır.
Hələ  qəbilə  quruluşu  dövründə  m eydana  gəlmiş  «Avesta» 
quldarlıq  və  hətta  feodalizm  quruluşları  dövründə  də  bir  çox 
əsrlərə  və  bir  çox  xalqlara  xidmət  etmişdir.  Zərdüştilik  Aralıq 
dənizindən Çinədək yayılmış, Y unanıstan və bir çox Şərq ölkə­
lərini  böyük  fəlsəfə  yoluna  yönəltmiş  bütün yunan  fəlsəfəsinin 
ilkin  qaynağı  və  əsası  olmuş,  Anaksim andr,  Aniksimen,  He- 
raklit,  Pifaqor,  D em okrit,  Platon,  Aristotel,  yeni  platonçular 
və  s.  kimi  filosofların  hamısı  zərdüştilikdən  ideya  almış,  qida­
lanmış  dünyanın  metafizik  və  fizik  dərki  zərdüştilikdən yaran­
mışdır.  «Avesta»  Hegel tərəfindən də öyrənilmiş və ona (Heg- 
elə -  R. Ə.) da müəyyən təsir göstərmişdir.
Tədqiqatçılar göstərir ki:  «İsa peyğəmbər (ə.) Xristianlığın 
əsas  prinsiplərini  Zərdüşt  təlimindən  götürmüşdür...  Zərdüşt 
peyğəmbərin təktannlı dinini inkişaf etdirərək böyük bir dünya 
dini  (xristianlığı -  R. Ə.)  yaratm ışdır.  Zərdüştiliyin  Musəviliyə 
(iudaizmə -  R. Ə.) də təsiri inkaredilməzdir.»
Zərdüşt  fəlsəfəsi  sonrakı  Qərb  bədii  və  fəlsəfi  fikrinə  də 
güclü təsir göstərmişdir. Ümumiyyətlə, «Avesta»  müqəddəs ki­
tablardan -  Tövrat,  Zəbur, İncil və Q urandan  ən qədimi və il­
kini  olsa  da,  o,  tamamilə  səmavi  deyil,  burada  daha  çox 
dünyəvi məsələlərə önəm verilmişdir.
96
İntellektual ekologiya
Qeyd  edildiyi  kimi,  «Avesta» 
zaman-zaman  təhriflərə 
uğradılmışdır.  Bu  təhriflər  daha  çox  quldarlıq  dövründə  fars 
Əhəmənilərin, erkən feodalizm dövründə isə yenə də fars Sasa­
ni dövlətlərinin rəsmi hakim  dini  olduğu zam an baş vermişdir. 
Bu fars təhrifləri «ən çox abidədə türklüyü ifadə edən əlamətlə­
rin  ziyamna  olm uşdur...  «Avesta»nın  «Qatalar»  bölümünün 
yalnız dili yox, həm də ideyası,  tapındığı təlim prototürk inanc 
və  görüşlərlə  bu  və  ya  digər  dərəcədə  səsləşir.  İlk  tək,  böyük 
Tanrım  Zərdüşt elan  edir və təkallahhhğm türk «Tenqri» idey­
asından daha əvvəlki müəllifinə çevrilir.»
Deməli,  ilk  Azərbaycan  peyğəmbəri  Zərdüşt  dünyada  ilk 
təkallahlılıq  din  sistemini  yaradan  bəşər  dühalarından  olmuş­
dur.  Zərdüşt  özünəqədərki  etik-fəlsəfi  və  dini  təzadları 
müəyyən  edərək  «dinlərin  tarixinə  ilk  böyük islahatçı,  novator 
peyğəmbər kimi» daxil  olmuşdur.  Onun  təlimində təkallahlılıq 
əsasdır.  Zərdüşt A hura M azdanı (Hörmüzü -  R .Ə .) yeganə  ali 
Allah  kim i  qələmə verir.  O nu  kainatın və  canlıların yaradıcısı 
hesab edir.  Zərdüşt təlimində A hura M azda Xeyir və Həqiqəti 
təmsil edir.
«Avesta»ya  görə,  Zərdüşt  bu  dini  «Tanrının  dini»  adlan­
dırmış  və  bu  dini  yönəltmək  üçün  Tanrı  -   A hura  M azda 
Zərdüştü peyğəmbər seçmişdir.
Beləliklə,  Zərdüştün  təlimində  dualizm  də  vardır:  iki  əzəli 
başlanğıcın- Xeyir və Şərin, Həqiqət və Yalanm bir-birinə qar­
şı  qoyulması.  Bütün dünya prosesinin məzm ununu  təşkil edən 
həmin  mübarizədə  insanın  rolu  fəaldır.  Bu,  zərdüştiliyin 
səciyyəvi  cəhətidir.  Xeyir  qüvvələrinin  başında  A hura  M azda 
(sonralar  Ahuram azda),  O rm azd  (Hörmüz),  Şər  qüvvələrinin 
başında  isə  A nhra  M anyu  (A nhra  M anyu,  Əhriman)  durur. 
Zərdüştün  təlimində  dünya  ikiləşmiş,  iki  sferaya  bölünmüşdür 
(real, dünyəvi, cismani və ruhi, xəyali).  Əsas  diqqət real aləmə 
verilir,  həyat haqqında təsəvvürlər  bütün  K ainata  şamil edilir. 
Zərdüştün dualizmi  onun sosial və təsərrüfat idealının əsaslan­
dırılmasına xidmət  edir.  Göylərdəki dualizm,  əslində,  yerdəki 
dualizmin  və antoqonizm in  proyeksiyasıdır.  Zərdüştün  təlimi­
97


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə