Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə20/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   16   17   18   19   20   21   22   23   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
lara  qardaşlıq  ideyası  -   bütün  müsəlman  olanların  bəra­
bərliyi  ideyasım  d a  gətirmişdir.  Beləliklə,  xalqa  müəyyən  də­
rəcədə dem okratiya vermişdir. O  dövrün pozğun xristianlığıyla 
müqayisədə  bu  qardaşlıq  ideyası  cəzbedici  bir  qüvvəyə  malik 
olub, təkcə ərəblər üçün deyil, ərəblərin ayağı dəyən bir çox öl­
kələrin sakinləri üçün də cəzbedici idi!»
Əslən  kiyevli,  başqa  dinin,  başqa  millətin,  başqa  dilin 
nümayəndəsi,  Şərq  dühasının  minlərlə  xadimlərindən  birini  -  
Firdovsini  dərk  etmiş  Sesiliya  Bensianovna  Banu-Lahuttinin 
sözlərini  bir  daha  yada  salm aq  istərdim:  «Şahnamə»  mənim 
həyatımdır.  N ə gözəl,  nə ali həyat!  Şərq budur,  onu öyrənmək 
lazımdır, bilmək faydalıdır, dərk etmək səadətdir.»
Mirzə  K a a m   bəy  rus  çarı  II  A leksandrla  görüşündə  de­
mişdir:  «...Şərqlə  dost  olmaq  lazım dır...  müsəlmanlarla m eh­
ribancasına dolanm aq lazımdır.  Böyük Rusiya bu yolla getmə­
lidir. ..  Bəli, əlahəzrət.. .»
Hörmətli  oxucu,  sizə  təqdim   etdiyimiz  araşdırm aların  ye­
kunu  olaraq  belə  qərara  gəlmək  olar  ki,  insan  doğulduğu  an­
dan  təbiətin,  ictimai  mühitin  və  irsi  faktorların  təsiri  altında 
formalaşır.  Xoşbəxtliyin  qazanılması  insanların  davranışın­
dan, onların bir-biri ilə münasibətindən, bir sözlə, istər insanlar 
arasında  və  istərsə  də  cəmiyyətdə  müsbət  intellektual  sferanın 
bərqərar  olm asından  asılıdır.  İnsan  varlığı  məfhum  anlayışın­
dan  daha  çox,  batini  mənaları  əhatə  edir  və  cəmiyyət  form a­
sında  bu  ali  varlığın  yaradış  qayəsi,  sadəcə,  yaşam aq  və  öz 
maddi istək  və  arzularını  həyata  keçirərək  onları  təmin etmək 
olmayıb, yaratm aq, yüksək əxlaqi-mənəvi ideyaların təbliğatçı­
sı  olaraq  içində  yaşadığı  cəmiyyətləri,  mədəniyyətləri,  siviliza­
siyaları və s.  doğru bildiyi fəlsəfi  təfəkkür  tərzlərinə söykənərək 
sağlam  beyinlərin  ənənəvi  təxəyyül  obyektinə  çevrilmiş  ideal 
dövlət, saf ekoloji cəmiyyət ideyasını həyata keçirməkdir.
78
İntellektual ekologiya
Ö N  V Ə   O R T A   Ş Ə R Q İN   B Ə Z İ  M Ü Q Ə D D Ə S  
Ş Ə X S İY Y Ə T L Ə R İ  H A Q D A   Q IS A  M Ə LU M A T
Etibar ediləcək və arxalanacaq bir dövlət varsa, 
o da hər bir halda elm və ədəbdən asılıdır. İnsan mə­
nəviyyatı sayəsində yüksəlir, müdrikliyi, ədaləti, xey­
irxahlığı və elmi üə tanınır.
Abbasqulu ağa Bakıxanov.
Bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün 
olacaq ki,  istər Asiyada və istərsə də Avropada insan 
əqli sənəd və dəlil hesab edilib hakim-mütləq olacaqdır.
Mirzə Fətəli Axundzadə.
Əziz  oxucu,  şübhəsiz,  insan  övladı  yarandığı  gündən  xoş­
bəxtliyi,  əmin-amanlığı,  səadəti sevmiş,  arzulamış və daim bu­
na  nail  olmaq  üçün  çalışmış,  mübarizə  aparmışdır.  Bu  böyük 
səadətə  çatmaq üçün nəfsin  saflaşdırılıb  tərbiyələndirilməsi,  yə­
ni  rəzil  əxlaqi  sifətləri  uzaqlaşdırıb,  bəyənilmiş  keyfiyyətləri 
özündə  yaratm aq  gözəl  bir  xüsusiyyətdir.  Allahın  göndərdiyi 
peyğəmbərlər,  insanları  sevən  müdriklər,  alimlər,  mütəfəkkir­
lər,  filosoflar və b.  bu yolla getmiş,  haqsevənləri  bu yola dəvət 
etmişlər.
K itabda  ərəblərin,  türklərin,  farsların,  ümumiyyətlə,  Şər­
qin  dünyada  tanınmış  bir  sıra  müqəddəs  şəxsiyyətləri,  mütə­
fəkkirləri, filosofları, alimləri və  dövlət xadimlərini xatırlamağı 
özümüzə borc bildik.
Həzrət  Məhəmməd  peyğəmbər  (s.).  (570/571,  Məkkə  -  
8.6.632,  Mədinə).  -   İslamın  banisi,  siyasi  və  dövlət  xadimi 
(«Rəsul-ül-lah»),  sonuncu  peyğəmbər.  Allahın  son  elçisi, 
«dünya dahiləri» siyahısında  1-ci şəxs.  610-cu ildə ilk vəhylərin 
gəlməsi  ilə  ona  peyğəmbərlik  verilmişdir.  O,  rəsmi  təhsil  gör­
məmişdi,  lakin  öz  dühasının  işığı,  təxəyüllünün  gücü,  fikri  və 
toşkilati  istedadımn  sayəsində  müqəddəs  bir  etiqadın,  həyat 
tərzinin  və  müsəlmançılığın  (İslamın)  yaradıcısı  olmuşdur.  Bu
79


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
həyatı yaşayan insan bəşəriyyətə A llahın ən mükəmməl və son 
dini olan islamiyyəti təbliğ etmişdir. O, insanları tək olan Alla­
hın ətrafında  birliyə dəvət etmiş,  bir-birini sevən,  məhəbbət və 
şəfqətini  bir-birindən  əsirgəməyən  fəzilət  sahibi  bir  ümmət  -  
bir islam  camisi yaratmışdır.  O nun dahiliyi  insanları  gözəl kə­
lamlarla,  doğru yollar vasitəsilə yaxşılığa dəvət etməsi idi. 23 il 
ərzində Allah tərəfindən mələk Cəbrayıl vasitəsilə  M əhəmməd 
peyğəmbərə  (s.)  müqəddəs  vəhylərin  (ayələrin)  göndərilməsi 
onu istiqamətləndirmişdir.  H əm in  kəlam lar  İslamın  müqəddəs 
kitabı Q uranda cəmlənmişdir.
Qurani-Kərimdə  buyurulur:  «Ya  Məhəmməd!  İnsanları 
hikmətlə  (Quranla,  tutarlı  dəlillərlə),  gözəl  öyüd-nəsihət  (moi­
zə) ilə  Rəbbinin  yoluna  (İslama)  dəvət  et,  onlarla  ən  gözəl  su­
rətdə  (şirin  dillə,  mehribanlıqla,  əqli  səviyyələrinə  müvafiq  şə­
kildə) mübahisə et...» (ən-Nəhl surəsi,  ayə  125)
Aparılan  tədqiqatlar  göstərir  ki,  Peyğəmbər  (s.)  təkcə  din 
başçısı  kimi  deyil,  həm  də  müsəlman  icmasının  siyasi  rəhbəri 
kimi  də  fəaliyyət  göstərmişdir.  O,  müxtəlif ərəb  qəbilələri  ilə 
danışıqlar aparır, səhabələrini bu  və ya digər tapşırıqla ayn-ay- 
rı yerlərə göndərirdi.  Dini əqidəsinə görə,  Məhəmməd peyğəm­
bər (s.)  təqiblərə məruz qalmış və 622-ci  ildə  M əkkədən Mədi­
nəyə hicrət (köçmə) etmişdir.  Mədinədə ilk vaxtlardan din təməli 
üzərində qurulmuş dövlət başçısı kimi rəftar edirdi. İslam dövləti­
nin  tarixi  öz başlanğıcını  Mədinənin müsəlman  icmasından  alır. 
Müsəlman dövlətinin əsasları bu şəhərdə qoyulmuşdur.
Ərəb tarixçisi, illahiyyatçı, «Peyğəmbərlərin və hökm darla­
rın tarixi» (Tarix ər-rəsul və-l-mülük») əsərinin müəllifi Təbəri­
nin (838-923) məlumatına görə, Peyğəmbər (s.) Mədinədə döv­
lət başçısı kimi ilk addımlarını atmışdır.  O,  Mədinə yaxınlığın­
dakı  Qübaləsinə  gəlib  burada  məscidin  əsasını  qoyur,  burada 
İslam tarixində ilk cümə nam azına başçılıq edir və xütbə oxuy­
ur:  «Nəsibinizi  götürün  və  A llah  barəsində  ifrata  varm ayın... 
Yaxşılıq  edin,  necə  ki,  Allah  sizə  münasibətdə  yaxşılıq  edib, 
düşmənlərinə  düşmən  olun,  Allah  yolunda  layiqincə  cihad 
edin.»  (Şünasi  Əhəd  oğlu,  Təbəri,  2009)  Bu  sözlər  təkcə  din
80
İntellektual ekologiya
başçısının deyil, həm də dövlət rəhbərinin sözləridir.
Bir  müddət  sonra  «M ədinə  Konstitusiyası»  («Səhifət  əl- 
Mədinə») elan edilir.  Bu mühüm  sənəddə diqqəti cəlb edən cə­
hətlər bunlardır:
1.  Müxtəlif qəbilə və  nəsillərdən  olduqlarına baxmayaraq, 
bütün  müsəlmanların  vahid  ümmət  (ümmə  vahidə  min dun  ən- 
nas)  təşkil etdiklərini bildirdi və bununla qəbilə bölgüsünü ara­
dan  götürdü,  qan  qohum luğuna  əsaslanan  qəbilə  əlaqələrinə 
son qoydu.
2.  Mühacir  və  ənsarhğından,  hansı  qəbilədən  çıxdığından 
asılı olmayaraq,  bütün müsəlmanların hüquq bərabərliyini təs­
diq etdi (innə-L-muminin bəzihum məvali bəz dun ən-nas).
3.  Qan intiqamım aradan götürdü,  bildirdi ki,  günahkarlar 
yalnız hakimiyyət tərəfindən cəzalandırılacaqlar.
4.  Bildirdi ki,  etiqadlar  azaddır,  yəhudilər və müsəlmanlar 
dini vacibatlarına  sərbəst əməl  edə bilərlər  (li-l-yəhud dinuhum 
və li-l-müslimin dinuhum,  məvalihim və ənfusihim).
5. Yəhudi icması Yəsribin mümkün hücumlardan müdafiə­
si üçün  çəkilən xərclərdə müsəlmanlarla birlikdə iştirak etməli­
dir.
6.  Mədinə icm alarından biri öz təşəbbüsü ilə şəhər xaricin­
dəki  düşməninə  qarşı  yürüş  keçirərsə,  başqa  icmalar  ona  yar­
dım göstərməyə borclu deyil.
7.  Mədinə  icmaları  arasında  fəsad  doğura  biləcək  ixtilaf 
yarandığı təqdirdə münaqişəni ədalətlə həll etmək üçün Allaha 
(Qurana)  və  Allahın  rəsulu  kimi  M əhəmmədə  (s.)  müraciət 
edilməlidir.
8. Mədinə icmaları qüreyşilər və onların müttəfiqləri ilə heç 
bir ittifaqa girməməlidirlər.
9. Mədinə M əkkə kimi hörməti saxlanılan şəhərdir.
Mədinə Konstitusiyası açıq-aşkar göstərir ki,  artıq hicrətin
birinci  ilində  Mədinədə  M əhəmməd  peyğəmbərin  (s.)  başçılıq 
etdiyi  mərkəzi  müsəlman  dövləti  yaranmışdır.  (Şünasi  Əhəd 
oğlu)
islama  görə,  hakimiyyət  ancaq  Allaha  məxsusdur:  Allah
81


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə