Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə18/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dünya və  axirət həyatlarıyla bağlı işlərini  doğru şəkildə nizam ­
lamaları  üçün  A llah  insanlara  peyğəmbərlər  göndərmişdir. 
Peyğəmbərlər,  ümumiyyətlə,  hər  hansı  bir  cəmiyyətdə  bəşəri 
münasibətlərin  pozulduğu  zam anlarda  göndərilmişdir.  O nlar 
cəmiyyətdəki əxlaqi pozulm aları düzəldərək, insanları birlik və 
bərabərlir,  sülh  və  əmin-amanlıq  içərisində  yaşamağa  yönəl­
diblər.  Dr.  M ehm an İsmayılovun dediyi kimi:  «Bəşəri münasi­
bətlərin  necə  olacağını,  ya da necə  olması lazım  olduğunu b ir­
başa  öz  şəxsiyyətlərində  göstərən  peyğəmbərlər  insanlara  ən 
gözəl  örnəyin  necə  olacağını  göstərən  üstün  insanlardır.  B una 
görə də peyğəmbərlik çalışmaqla əldə edilmir, başqa cür desək, 
kəsbi  deyil,  vəhbidir.  Bu,  A llahın  istədiyinə  əta  etdiyi  mərhə­
mətdir (kərəmdir).  Allah çox böyük mərhəmət  (kərəm) sahibi­
dir.»
Q urani-K ərim  də bütün ümmətlərə bir peyğəmbər göndər­
diyini  bəyan  edir:  «D oğrudan  da,  Biz  səni  haqla  (Quranla) 
müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik.  Elə 
bir ümmət yoxdur ki,  onun içindən (kafirləri Allahın əzabı ilə) 
qorxudan  (xəbərdar  edən)  bir  peyğəmbər  (yaxud  alim)  gəlib- 
getməsin!» (Fatir surəsi, ayə 24)
«(Ya  Rəsulum!)  Allaha  and  olsun  ki,  səndəiı  əvvəl  də 
ümmətlərə peyğəmbərlər göndərm işdik.. .» (ən-Nəhl surəsi, ayə 
63)
Bütün peyğəmbərlər Allahın varlığı və birliyini, axirətin ol­
duğunu açıq şəkildə bildirmişlər.  Q uran d a peyğəmbərlərin h a­
mısına  ortaq   xüsusiyyətlərin  vəhy  edildiyini  bildirir:  «(Ya 
Peyğəmbər!)  Allah:  «Dini  doğru-dürüst  tutun  (qoruyub  sax­
layın),  ondan ayrılığa düşməyin!» -  deyə,  N uha (ə.)  tövsiyə et­
diyini,  sənə  vəhy  buyurduğunu,  İbrahim ə  (ə.),  M usaya  (ə.)  və 
İsaya  (ə.)  tövsiyə  etdiyini  dində  sizin  üçün  də  qanuni  etdi...» 
(əş-Şura surəsi, ayə  13)
Allah-Təala  hər  bir  müsəlmana,  aralarında  hər  hansı  bir 
fərq qoym adan bütün peyğəmbərlərə inanmağı fərz buyurmuş­
dur.  Q uranda  buyurulur:  «Peyğəmbər  Rəbbi  tərəfindən  ona 
nazil edilənə (Q urana)  inanmış və möminlər də iman gətirmiş-
70
İntellektual ekologiya
lor.  (Onlarm)  hamısı Allaha,  O nun mələklərinə,  kitablarına və 
(bütün)  peyğəmbərlərinə  im an  gətirərək  dedilər:  «Biz  O nun 
peyğəmbərləri  arasında  fərq  qoym uruq...»  (əl-Bəqərə  surəsi, 
ayə 285)
Bölmənin əvvəlində qeyd etmişdik ki,  Ön və O rta Şərq ək­
sər  dinlərin,  elmin,  o  cümlədən  sivilizasiya  və  fəlsəfənin  beşiyi 
olmuşdur. Fəlsəfi fikir ilk dəfə burada -  Misirdə, Suriyada, əs­
ki  Şumer-Akkad  dövlətində,  Babil  torpağında  inkişaf  tapıb. 
H ətta  bu  gün  bəşəriyyətin  səcdəsində  durduğu  məşhur  yunan 
və R om a filosoflarının ustadları qeyd etdiyimiz bu ərazilərdəki 
məbədlərin, ocaqların  sahibləri idilər.  Babil torpağının alim və 
filosoflarından  bəhrələnən  əski  yunan  filosofları  öz  dövlətləri­
nin və sonrakı minilliklərin qüdrətli fikir sahiblərinə çevrildilər.
Şərq  ölkələri  haqqında  Suriya,  Bizans  və  bir  sıra  başqa 
mənbələrin  verdikləri  m əlum atlar  göstərir  ki,  bir  növ,  Şərqlə 
Qərb mədəniyyət arasında körpü olmuşdur.  Şərq ölkələrinin və 
onlarm   tarixinin  Q ərb  ölkələrinin  alimləri  tərəfindən  öyrənil­
məsi  də  çox  qədim  vaxtlardan  başlanmışdır.  Bir  qədər  qədim 
tarixə nəzər salaq.
Babilistan-Assuriya mədəniyyəti nəinki Ön və O rta Şərqin, 
demək  olar ki,  dünya  elm  və  mədəniyyətinin  başlanğıcı  hesab 
edilə  bilər.  Babil  şumercə  -   Kadingirra,  akkad,  Babilu;  hərfi 
m ənada  Allahın  qapısı  deməkdir.  Babilistan-Assuriya  mədə­
niyyəti  e.ə.  IV -I  minilliklərdə  Fərat  və  Dəclə  çayları  arasında 
(Mesopotamiya;  müasir  İraqın  ərazisi)  yaşamış xalqların -  şu­
m er  və  akkadların,  babillilər  və  assuriyalıların mədəniyyətidir. 
Babilistan-Assuriya  mədəniyyəti,  bir  tərəfdən,  məhsuldar 
qüvvələr,  elm,  texnika,  ədəbiyyat və incəsənətin  yüksək inkişaf 
səviyyəsi,  digər  tərəfdən  dini  ideologiyanın  geniş  yayılması  ilə 
xarakterizə  edilir.  D ünyada  elm  və  mədəniyyətin,  o  cümlədən 
m addi  mədəniyyətin  başlanğıcının  Ön  və  O rta  Şərqdən  bəhrə­
ləndiyi  fikrimizi  təsdiqləmək  üçün  bəzi  məqam ları  oxuculara 
təqdim  etmək qərarına gəldim.  (ASE,  1-ci c., Bakı,  1976)
E.ə.  IV -III  minillikdə  M esopotam iyada  miss,  qismən  də 
d aş  alətlər işlədilirdi.  E.ə.  III minillikdə  misi tunc,  e.ə.  I minil­
71


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
liyin əvvəlində isə  tuncu dəmir əvəz etdi.  M esopotamiyanın cə­
nubundakı  torpaqlar  sadə  daş,  ağac  və  mis  alətlərlə  süvarma 
işləri görməyə və əkinçiliyə im kan verirdi.  Mis və tunc kətm ən­
dən,  III  minilliyin  ortalarında  isə  kotandan  istifadə  edilirdi. 
Çaxmaq daşından hazırlanan taxm a dişli gil oraqdan, sonralar 
isə  metal  oraqdan,  suvarma  təsərrüfatında  suvarma  m anca­
nağından  istifadə  edilirdi.  Dulusçuluq,  toxuculuq,  dəmirçilik 
və  ağac  emalı  inkişaf etmişdi.  İç  həyətləri  olan  yaşayış  evləri, 
saray  və  məbədlər,  əsasən,  çiy  kərpicdən  dördbucaq  şəklində 
tikilirdi.  Şəhərlərin  ətrafına  kərpic  divar  çəkilirdi.  Şəhərin 
böyük hissəsi mərkəzi məbəd və saraydan ibarət idi. E.ə. II m i­
nilliyin  əvvəli  Assuriya  dövlətində  hərbi  texnikanın  inkişaf et­
diyi dövrdür.  Hərbi düşərgələr yaradılır, körpülər salınır, yollar 
çəkilir, mühasirə və  atm a silahlan, yandırıcı alətlər,  döyüş  a ra ­
baları, dəmir geyim və digər müdafiə silahları düzəldilir,  süvari 
dəstələri təşkil edilirdi.
M esopotam iyada  qədim  yazı  sistemini  şumerlər  yaratmış, 
sonra bu  sistemi  akkadlar (babillilər və assuriyalılar) onlardan 
götürmüşlər.  E.ə.  IV  minilliyin  ortalarından  başlayaraq  pikto- 
qrafık  yazıların  (rəsmli  yazı)  yayıldığı  məlumdur.  E.ə.  III  mi­
nilliyin  ortalarına  doğru  yazı  üçün  gil  lövhəciklərdən  istifadə 
olunurdu.  İşarələr  lövhəciklərə  düzbucaq  taxta  parçasının  tini 
ilə yazılırdı.
E.ə. III minilliyin  1 -ci yarısında A kkad və Şumer dillərində 
şifahi  ədəbiyyat  inkişaf etmişdi.  Babilistan,  Şumer  və  A kkad 
ədəbiyyatının  əsas  janrı  olan  epik  poeziyanın  bir  neçə  növü 
vardı: əsatiri dastanlar (allahlar, dünya,  şəhərlər və mədəniyyət 
abidələrinin yaranm ası haqqında poemalar); qəhrəmanlıq das­
tanları;  tarixi-qəhrəmanlıq dastanları (tarixi şəxsiyyətlər, xüsu­
sən hökmdarların rəşadətindən  bəhs edən  poemalar);  tarixi-di- 
daktik kahin dastanları və s.  dini  fəlsəfi  və lirik poeziya  da in­
kişaf  etmişdi.  Şifahi  xalq  ədəbiyyatı  nümunələri  e.ə.  X IX - 
XVIII əsrlərdən yazıya alınmışdı.
Qədim Assuriya  incəsənəti  e.ə.  III  minillikdən,  e.ə.  VII  əs­
rədək  mövcud  olmuşdur.  Assuriyada  heykəltəraşlıq,  saray  in­
72
İntellektual ekologiya
şaatı  və  şəhərsalma  inkişaf etmiş,  ağac,  tunc,  fil  sümüyü  və s,- 
dən düzəldilən məmulatlar geniş yayılmışdı.
Babilistan incəsənəti e.ə.  IV minilliyin əvvəlində yaranmış­
dır.  Şumer  incəsənətində  memarlıq  mühüm  rol  oynamışdır 
(e.ə.  X X V II-X X V  əsrlər).  A kkad incəsənəti  (e.ə.  X X IV -X X II 
əsrlər)  dağ sakinlərinə qarşı yürüş səhnəsini əks  etdirən mürək­
kəb kompozisiya ilə təmsil olunur.
Babilistan-Assuriya  elmi,  əsasən,  hələ  ilkin  faktlar  topla­
maq  mərhələsində  idi.  Ən  çox  riyaziyyat  elmi  inkişaf etmişdi. 
Şumerlərin yaratdığı altmışlıq  say sistemi əsasında müxtəlif he­
sablama cədvəlləri tərtib olunmuşdu. Ədədlərin bölünməsi, vu­
rulması,  ədədlərin  kvadratları,  kubları  və  onların  kökləri və  s. 
istifadə  edilirdi.  Pifaqordan  min  il  əvvəl  «Pifaqor  teoremi»ni 
bilir,  bəzi  planimetriya və stereometriya məsələləri,  kvadratlar, 
tənliklər həll edirdilər.
E.ə.  I  minillikdə müşahidə astronomiyası (Ay və Günəş tu­
tulmasının  əvvəlcədən  hesablanması,  ulduzların  heliaktik 
doğması)  xeyli  inkişaf etmişdi.  Babilistanda  riyaziyyat  və  as­
tronomiyanın inkişafı  bu elmlərin Y unanıstanda və onun vasi­
təsilə  Qərb ölkələrində yayılmasına böyük  təsir göstərdi (məsə­
lən,  çevrənin  360°,  saatın  60  dəqiqəyə bölünməsi və s.).  Şumer 
yazısının  və  e.ə.  II  minilliyin  ortalarına  doğru  artıq  ölü  dilə 
çevrilən, lakin din və elm dili kimi işlədilən Şumer dilinin öyrə­
nilməsi ehtiyacı işarələr siyahısının tərtibinə səbəb oldu.  Sonra­
lar  bu  siyahılar  Şum er-A kkad  lüğətinə  çevrildi.  Tarix elminin 
yaranması  padşahların  və  ən  məşhur  hadisələrin  siyahılarının 
tərtibi,  habelə padşahların fəaliyyəti  təsvir olunan  yazıların  bi­
na  özüllərinə  qoyulması  ilə  başlayır.  E.ə.  V III  əsrin  ortaların­
dan  başlayaraq  Babilistanda  müntəzəm  surətdə  salnamə yazı­
lır,  coğrafi  soraq  mənbələri  tərtib  edilirdi.  H ətta  mərkəzində 
Babil  şəhəri  olmaqla,  dünyanın  coğrafi  xəritəsini  çəkməyə  də 
təşəbbüs  edilmişdi.  Kim ya,  əczaçılıq,  botanika,  mineralogiya 
və b.  elmlərə dair  termin, resept siyahıları, bu elmlər sahəsində 
də bilik və məlumatın olduğunu göstərir.  Tibb elminin ayrı-ay-
73


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə