Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə19/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
п  sahələri yaranmışdı.  Təbiyyat  elmləri və  təbabət,  din  və  dini 
ayinlərlə sıx bağlı idi.
İslam  Sadiqin  məlumatından:  «Dünyada  ilk  mədəniyyət 
Şərqdə  yaranmışdır.  Hələlik  dünya  mədəniyyətinin  ilk  beşiyi 
Şumer sayılır.  Şumer mədəniyyəti əvvəlcə öz hüdudlarından çı­
xaraq  Şərqə,  sonra isə  Qərbə yayılaraq  genişlənmiş,  inkişaf et­
mişdir.  Qərb  mədəniyyəti  bütövlükdə  Şərq mədəniyyətinin  ba­
zası  əsasında  təşəkkül  tapmışdır.  («Azərbaycan»  qəzeti,  1 
sentyabr, 2009)
M əşhur  A m erika  şumeroloqu  S.N .R ram er  kitablarından 
birinin  adını  «Tarix  Şumerdən  başlanır»  qoymuşdur.  Tarixin 
başlanğıcı,  eyni  zam anda  mədəniyyətin  başlanğıcı  deməkdir. 
Bunu  S.N .K ram erin  kitabındakı  başlıqlar  da  aydm  göstərir: 
tik   məktəblər;  M əktəb  illəri;  A ta  və  oğul;  «İlk  həddi-bülluğa 
çatmış qanunpozan»; Birinci ikipalatalı «parlament»; İlk tarix­
çi;  Birinci  «əkinçi  təqvimi»;  Əməkdə  ilk  nailiyyət;  İlk  kosm o­
qoniya və kosmologiya;  Birinci  mənəvi ideallar;  İlk atalar söz­
ləri və zərbi-məsəllər; Birinci balıq qoruğu; İlk ədəbi mübahisə­
lər;  Birinci  dəfn  nəğmələri;  Bəşəriyyətin  birinci  «qəhrəmanlıq 
dövrü»; İlk məhəbbət nəğməsi;  Birinci kitabxana kataloqu.
S.N.Kramerin  kitabındakı  bütün  bölmələrdə  yalnız 
«ilk»lərdən  söhbət  açılır.  Lakin  bu  kitabda  bütün  «ilklər»dən 
danışılmır,  çünki  burada  hər  şeyi  əhatə  etmək  mümkün  deyil. 
Şumerdəki  «ilk»lərin  isə  sayı-hesabı  yoxdur.  Şumerdə  nədən 
danışılırsa-danışılsın, yanına bir «ilk» sözü qoşm aq zərurəti qa­
çılmaz olur.
İlk  heykəli  şumer  heykəltəraşı  yonmuşdur.  İlk  memarlıq 
işini  şumerli  işləmişdir.  Yazı  ilk  dəfə  Şumerdə  kəşf olunmuş­
dur. İlk kitab Şumerdə yazılmışdır.  İlk say sistemi Şumerdə ta ­
pılmışdır.  İlk  astronom ik  biliklərə  şumerlər  yiyələnmişlər.  İlk 
tibbi  bilikləri  şumerlər  öyrənmişlər.  İlk  zərgərlik  məmulatını 
Şumer zərgəri  hazırlamışdır.  Dəmirçilik  peşəsi  ilk  dəfə  Şumer­
də yaranmışdır.  A rabanı  şumerlər kəşf etmişlər.  Ox,  nizə,  bal­
ta,  bıçaq ilk dəfə  Şumer ustaları  tərəfindən düzəldilmişdir.  T o ­
xuculuq ilk dəfə  Şumerdə  təşəkkül tapmışdır.  Pivə ilk dəfə Şu­
74
İntellektual ekologiya
merdə  istehsal  edilmişdir.  Əkinçilik  və  heyvandarlıq  ilk  dəfə 
Şumerdə  yaranmışdır.  D unyam n  və  insanın  yaranması  haq­
qında ilk mifləri şumerlər düzüb-qoşmuşlar.  İlk gəmini şumer­
lər  düzəltmişlər.  İlk  çarlıq  Şumerdə  olmuşdur.  İlk  qanunlar 
Şumerdə qəbul edilmişdir.
Təbiidir  ki,  bunlar 
Şumerdəki  «ilk»lərin  hamısı  deyil. 
Ancaq deyilənlər  Şumer mədəniyyətinin öz başlanğıcım ordan 
götürdüyü haqqında aydın təsəvvür yaradır.»
Bu  deyilənlərdən  sonra  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 
dünya  sivilizasiyasının  beşiyi  Ön  və  O rta  Şərq,  Şumer  mədə­
niyyətidir.
Saleh  bəy  yazır:  «Şərq-Şərqdir,  Qərb-Qərb»  aforizminin 
əsas  mənası,  mənə  belə  gəlir  ki,  bundan  ibarətdir:  dünya  Şər­
qdən  və  Qərbdən  ibarətdir,  başqa  sözlə  desək,  məlum  tərif 
üzrə,  «Şərqin  müdrikliyi  və  Qərbin  səmərəliliyi»  mədəniyyətin 
və sivilizasiyanın tərkib hissələridir. Özü də mədəniyyətin əsası­
nı  Şərq  qoymuş  və  ondan  xeyli  sonra  Q ərb  sivilizasiyası  bu ­
raya qoşulmuşdur.»
M əlum dur ki, Asiya ölkələrinin, qismən də Afrikanın (əsa­
sən,  Şimali Afrika  ölkələrinin)  tarixi,  iqtisadiyyatı,  dilləri, ədə­
biyyatı, etnoqrafiyası,  incəsənəti, dinləri, fəlsəfi və ictimai fikri, 
maddi  və  mənəvi  mədəniyyətini  kompleks  şəkildə  öyrənən 
şərqşünaslıq  elmi  yaradılmışdır.  Şərqşünaslıq  bir  elm  kimi, 
kompleks  halda  inkişaf etməkdədir.  M üasir  şərqşünaslıq  üçün 
onun  başlıca  sahələri  olan  tarix,  iqtisadiyyat,  ədəbiyyatşünas­
lıq və dilçiliyin ixtisaslaşdırılması, habelə, Şərq ölkələrinin incə­
sənəti,  fəlsəfi  və  dinini  tədqiq  edən  sahələrin  müstəqil  şərqşü­
naslıq  elminə  çevrilməsi  səciyyəvidir.  Şərqşünaslığın  rüşeymlə- 
rinə ilk dəfə qədim yunan müəlliflərinin əsərlərində rast gəlinir. 
İlk  dəfə  onlar  A vropada  özlərini  Qərbin  Şərqdə  nümayəndəsi 
kimi tanıtmış və bundan so m a yunan aləmindən Şərqdə yerlə­
şən bütün nə varsa, hamısı Şərq anlayışı altında getmişdir.  Bu­
günkü Şərq anlayışı d a  öz əsasım buradan götürmüşdür.
Təkcə  bunu  nəzərə  alm aq  kifayətdir  ki,  ərəblər,  türklər, 
farslar  ən  qüdrətli,  ən zəngin və  ən mədəni  millətlər  olmuşlar.
75


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Ərəblər planetimizin ən qədim sakinləridir.  Qədim ərəb dili əs- 
Səfa (106-cı  il), ən-Nəm arə (328-ci il)  və Zəbəd  (512-ci il)  kita­
bələrində  əks  olunub.  Qədim ərəb  dilinin  inkişaf edərək,  qəbi- 
lələrarası  ümumi  dilə  çevrilməsində  qüreyş  dialekti  xüsusi  rol 
oynamışdır.  Ərəb dili  Qurani-Kərim də sabitləşmiş qram m atik 
quruluşa və zəngin lüğət  tərkibinə malik klassik dil  kimi  təsbit 
edilmişdir.  Sonralar  bir-birindən  az-çox  fərqlənən  ədəbi  (klas­
sik) dilə və dialektlərə ayrılmışdn.
Ərəb  yazısı  V I  əsrdə  yaradılmışdır.  Ərəb  yazısı  ərəblərin, 
həmçinin  digər müsəlman xalqlarının  (İran,  Əfqanıstan,  P aki­
stan xalqları, Sintzyan uyğurları və b.) işlətdiyi  yazı sistemi ol­
maqla,  1929-cu ilədək türklər,  1920-ci illərin sonu -   1930-cu il­
lərin  əwəllərinədək  SSRİ-nin  bəzi  xalqları  da  (Orta  Asiya, 
Dağıstan  və  b.)  ərəb yazısından istifadə etmişlər.  Azərbaycan­
da ərəb yazısı  1929-cu ilədək  işlənmişdir.  Ərəb mədəniyyətinin 
formalaşması  İslam  dininin  m eydana  gəlməsi  (VII  əsr)  ilə  sıx 
əlaqədardır.  Abbasilər xilafətinin  yaranm ası  ilə  (750-ci  il)  ərəb 
mədəniyyətinin mərkəzi Suriyadan İraqa,  300 il  ərzində müsəl­
m an  Şərqi  mədəniyyətinin  cəmləşdiyi  Bağdad  şəhərinə  keçdi. 
IX-X  əsrlərdə  çiçəklənmə  dövrünə  çatan  ərəb  mədəniyyəti  bir 
çox xalqın, o cümlədən orta əsrlərdə A vropa xalqlarının mədə­
niyyətini  zənginləşdirmiş  və  dünya  mədəniyyəti  xəzinəsinə  çox 
qiymətli əsərlər vermişdir.  Bu, hər şeydən əvvəl fəlsəfə, təbabət, 
riyaziyyat,  astronom iya və coğrafi biliklərin,  filologiya və tarix 
elmlərinin,  kimyanın  və  mineralogiyanın  inkişafına  aiddir. 
Memarlıq  və  bədii  sənətkarlıq  sahəsində  qiymətli  abidələr  ya­
radılmışdır.  V III-X   əsrlər  ərəb  mədəniyyətinin  dünya  mədə­
niyyəti  tarixindəki  əhəmiyyəti  onun  yaradıcılarının  dünyanın 
və insamn elmi,  dini,  fəlsəfi  və  bədii cəhətlərdən  dərk  olunm a­
sında, yeni vasitələr kəşf etməsində idi.  Son orta əsrlərdə tarix­
çi və sosioloq İbn Xəldunun ictimai inkişaf haqqında yaratdığı 
tarixi-fəlsəfi nəzəriyyə ərəb mədəniyyətinin böyük nailiyyəti ol­
muş,  Abbasilər dövründə Bağdad öz kitabxanaları  və məktəb­
ləri ilə böyük elmi mərkəzə çevrilmişdir.  Sonralar Bağdadla ya­
naşı Dəməşq, Hələb,  Qahirə və b.  şəhərlərdə yeni elmi mərkəz-
76
İntellektual ekologiya
lor yaradılmışdır.
Əziz  oxucu,  məqsədimiz,  ərəb  elmini,  ədəbiyyatım,  tarixi­
ni,  fəlsəfəsini  və  b.  araşdırm aq deyil.  H ansı mövzuya müraciət 
edirsən,  yenə də o  sahədə erməni əxlaqsızlığı,  yalanı, xəyanəti, 
böhtanı yada düşür.  Erm əni  faşisti Zori Balayan ərəb bostanı­
na  da  daş  atmağı  unutm ayıb.  Bu  insan  cildinə  girmiş  şeytan, 
ərəbləri  «vəhşi  varvarlar»  adlandırmışdır.  Bu  nəinki  ərəblərə, 
İslama  qarşı  böyük  təhqirdir.  Saleh  bəy  yazır:  «...  söhbət  ən 
zəngin  dəfinələrdən,  qeyri-adi  gözəllikdən,  görünməmiş  var- 
dövlətdən  gedəndə  deyirlər:  «Min  bir  gecə»dəki  kimi.»  Xeyir­
xahlıq,  namus,  sədaqət,  mərdlik  barədə,  həmçinin  «Min  bir 
gecə»  etalon  olaraq  anılır.  Bu  tükənməz  ilham  mənbəyindən 
Şərqin və Qərbin şair və bəstəkarları yüzillərlə bəhrələnir, yeni- 
yeni sənət əsərləri, gözəllik nümunələri yaradırlar.»
«Şəhrizadm nağılları ən m onum ental abidədir.» (M.Qorki)
«Heç  bir  vaxt  hələ  heç  bir  başqa  kitabda  incəsənətin 
məğrur  qüdrəti  bu  qədər  əsaslı  sübut  edilməmişdir.»  (Gilbert 
Kin Çesterton)
«Bu  deyilənlər  həqiqətdir,  fəqət  həqiqətin  hamısı  deyil. 
«Min bir gecə»yə tam  qiymət vermək qeyri-mümkündür. Bunu 
dərk  etməklə  bahəm   mən  öz  fikrimi  belə  deyərdim:  «Min  bir 
gecə»nin  zaman  və  m əkandan  asılı  olmayan  misilsiz,  əbədi  və 
bəşəri  dəyəri  və  təsir  gücü  ondadır  ki,  Şərqin  təkcə xasiyyət  və 
şəraitini  deyil,  onlardan  ziyadə və özü də  xüsusi  olaraq  Şərqin 
müsəlman  mənəviyyatının  təsviridir,  bütün  bəşəriyyətin  arzu 
və  qibtəsinə  layiq  olan  gözəl  mənəviyyatın  gözəl  təsviridir.» 
(Saleh bəy)
Bu  dediklərimiz  ərəb  nailiyyətlərinin  cüzi  bir  hissəsidir. 
Ərəbin  ən  böyük  nailiyyəti  -   bəşərin  ən  böyük  nailiyyətidir. 
Am erika  alimi  M aykl  H artın   «Sıra  ilə  sadalanan,  tarixdə  100 
ən  əhəmiyyətli  şəxsiyyət»  kitabında  1-ci  yeri  Məhəmməd 
peyğəmbər  (s.)  tutur,  2-ci  N yuton,  sonra  isə  İsa  (ə.),  Budda, 
K onfutsi... 
(«XXI 
əsr» 
jurnalı, 
1993, 
№1, 
s.62;
www.fisechko.ru /1 OOvel/ludei)
Cəvahirləl N ehru (1889-1964) yazır: «İslam özüylə adam
77


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə