Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə130/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   126   127   128   129   130   131   132   133   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
ayrı-ayn  şeylərdən  asılı  olm ayaraq  real  mövcudluğunu  inkar 
edirdilər. 
O nlar 
ümumi 
anlayışların, 
konsepsiyaların 
mövcudluğunu qəbul edirdilər.
K reasionizm  
(latınca  «yaradılma»  deməkdir)  -   biologiyada 
üzvi aləmin A llah tərəfindən yaradılm asını  iddia edən  konsep­
siya,  dünyanın,  caxılı və  cansız təbiətin vahid yaradıcılıq əməli ilə 
yaradılması haqqında idealist təlimdir.
Lut 
-   Q urani-K ərim də  buyurulur:  «(Ya  Rəsulum!)  Lutu 
da  (yad  et)!  Bir  zam an  o  öz  qövmünə  demişdi:  «Doğrudanmı, 
siz özünüzdən əvvəl aləmlərdən (bəşər əhlindən, ins və cinsdən) 
heç  kəsin  etmədiyi  iyrənc  bir  işi  görürsünüz.  Həqiqətənmi  siz 
(şəhvətlə)  kişilərə  yaxınlaşır  (müsafirlərin  nam usuna  toxun­
m aq,  mallarını  əllərindən  alm aq  üçün)  yol  kəsir  və  məclisləri­
nizdə (bir-birinizlə)  çirkin iş görürsünüz?..»  (əl-Ənkəbut surəsi, 
ayə 28-29).
Q nostisizm  
(yunanca 
«qnosis» 
sözündəndir, 
idrak 
deməkdir) -  quldarhq quruluşunun dağıldığı dövrdə meydana 
gəlmiş dini-fəlsəfi təlimdir. Qnostisizmə görə insan öz ehtirasla­
rım  m əhdudlaşdıra  və  mistik  idrak  (qnozis) yolu  ilə dünyanın 
ilahi  mahiyyətini  dərk  edə  bilər.  Qnostisizmin  nümayəndələri 
olan  qnostiklər  dini-fəlsəfi  cərəyanın  xristian  ideologiyasını 
Qədim Şərq dinləri, eləcə də neoplatonizm  və pifaqorizmlə (pi- 
faqorçuluqla)  birləşdirirdilər.  Başlıca  nümayəndələri  suriyah 
Vasilid və misirli Valentin idi (ASE, 3-cü c., s.  187).  Qnostisiz­
m in  son form ası m anilik olm uşdur.
İkinci  dünya  m üharibəsindən  sonra  Misirdə  qnostisizmə 
dair mətnlərin saxlandığı böyük arxiv tapılmışdır.
M aarifçilik  
-   ictimai-siyasi  cərəyan.  Maarifçilik  nü­
mayəndələri 
mövcud 
cəmiyyətin 
nöqsanlarını 
aradan 
qaldırm ağa,  əxlaq,  siyasət  və  məişətini  xeyirxahlıq  və  ədalət 
ideyalarının,  elmi  biliklərin  yayılması  yolu  ilə  dəyişdirməyə 
çalışmışlar.  M aarifçilik  X V III  əsrdə  sosioloji  baxışların  for­
malaşm asına  təsir  göctərmişdir.  Y axm  və Orta  Şərq  ölkələrin­
də maarifçilik ideyaları X IX  əsrin 2-ci yarısı -  XX əsrin əvvəl­
lərində həm  Qərbi A vropa, həm  də rus maarifçiliyinin təsiri ilə
556
İntellektual ekologiya
inkişaf etmişdir.  Çox zaman bu ideyaları yayanlar Rusiya imperi­
yasının  tərkibinə  daxil  olan  Şərq  xalqlarının  nümayəndələri,  o 
cümlədən azərbaycanlılar idi.
M ani 
(216-274,  yaxud  276)-  Qədim  Şərq  rəssamı  M ani 
rəssam lıqdan 
başqa, 
dini-fəlsəfi 
görüşləri, 
həkimliyi, 
mühəndisliyi ilə də tanınmışdı.  H ətta o,  xüsusi əlifba yaratmış­
dır.  Rəvayətə görə,  M ani 24 yaşında özünü peyğəmbər elan et­
miş,  Şərq  ölkələrini  gəzərək  yaratdığı  dini  yaymışdır.  Maninin 
dini-fəlsəfi və əxlaqi görüşləri manilik adı ilı formalaşmışdır.
M ehr  -   şəriətə  əsaslanan  kəbini  (nikahı)  rəsmiləşdirən  bir 
sənəddir.  Evlənən  şəxs  kəbin  kəsdirdikdə  müəyyən  məbləğdə 
(bu,  əsasən,  qızıl,  yaxud  m al-qara  olur)  qadın üçün  mehr  ver­
diyini qeyd  edirlər.  Əgər o, arvadı boşasa, həmin  vəd olunmuş 
məbləği, yaxud m al-qaram qadına verməlidir.
M etafizik a 
(yunanca fizikadan sonra gələn sözündəndir) -  
dünyamn,  varlığın  fövqəlhissi  prinsiplərindən bəhs  edən fəlsəfi 
elmdir.  Metafizika termini e.ə.  I əsrdə Aristotelin fəlsəfi irsinin 
bir  hissəsini  göstərmək  üçün  meydana  gəlmişdir.  Müasir  fəlsə­
fədə metafizika termini çox vaxt fəlsəfə sözünün sinonimi kimi 
işlənir.  Aristotel  birinci  qrupa  daxil  olan  əsərlərində  varlığın 
hisslə  qavranıla  bilməyən  «ali»  əsaslarından  bəhs  edir.  O,  ki­
tablarında  şərh  edilən  elmi  bəzən  «birinci  fəlsəfə»,  bəzən  «Al­
lah haqqında elm», bəzən isə «müdriklik» adlandırırdı.
M əşşaiiik  
-  o rta  əsrlərdə müsəlman  Şərqi  ölkələrində A ri­
stotelin  və davamçılarının,  qismən də Platonun əsərləri əsasın­
da yaradılmış elmi-fəlsəfi təlim.
M usa 
-  miladdan  əvvəl  1571-ci  ildə  doğulub,  1451-ci  ildə 
vəfat etdiyi qeyd  olunur.  «M usa» sözünün lüğəti mənası ibrani 
dilində «Sudan xilas olmuş oğlan» deməkdir.  M usa peyğəmbə­
rə  insanlara  təbliğ  etm ək  məqsədilə  A llah  tərəfindən  Tövrat 
nazil  edilmişdir.  M usa  aleyhissəlama  göndərilmiş  olan  Tövra­
tın əsl nüsxəsi mövcud deyildir.
Qurani-Kərim də  buyurulur:  «Biz  M usaya  kitab  (Tövrat) 
verdik  və:  «M əndən  başqa  heç  bir vəkil  tutm ayın  (və ya tam ı 
qəbul etməyin)» -  deyə, onu İsrail oğullarına (haqq yolu göstə­
557


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
rən) bir rəhbər təyin etdik» (əl-İsra surəsi, ayə 2).
M üxəm m irə 
-   ərəbcə  «qırmızı  geyinmişlər»  və  ya  farsca 
«surxəl»  «qırmızı  bayraqlılar»  mənasım  verir.  Xürrəmilərin 
ardıcıllarına deyirdilər. Tarixdə ilk  dəfə işğalçılara qarşı qırmızı 
geyimdə və qırm ızı bayraq  altında  çıxış  edən məhz xürrəmilik 
tərəfdarları olmuşlar.
M ürşid və M ürid 
-  keçmiş vaxtlarda ədəbi-dini təriqətlərin 
başçısı m ürşid (böyük), tabeləri isə m ürid adlandırılırdı.
M ütm əinnə, 
Nəfs-Mütməinnə  -  A llahın  əmrlərini  diqqətlə 
yerinə yetirib,  qadağan etdiklərindən qorunm aqla mənəvi xəs­
təliklərdən qurtarm ış,  həqiqi və qüvvətli  bir  iman ilə  hüzur və 
rahatlığa qovuşan bir nəfsdir. N əfsin dördüncü mərtəbəsidir.
N əbi 
-   peyğəmbər,  Allahın  xəbərçisi.  K itab,  şəriət  sahibi 
olm ayan peyğəmbər.
N eoplatonizm  
-   I1I-VI  əsrlərdə  Roma  imperiyasının 
tənəzzülü  dövründə  antik fəlsəfədə meydana gəlmiş yeni cərəy­
an. M əqsəd Platon fəlsəfəsinin ziddiyyətli ünsürlərini sistemləş­
dirib  Aristotelin  bir  sıra  ideyaları  ilə  birləşdirmək  idi.  Banisi 
Platon  (III  əsr)  olmuşdur.  Sonralar  onun  təlimini  şagirdləri 
Ameli və P ortiri davam  etdirmişdir.  Neoplatonizm ə görə, idey­
alar  dünyası  əlçatm az  və  dərkedilməzdir,  fəlsəfənin  ən  yüksək 
pilləsinə  təcrübə və  zəka vasitəsilə  deyil,  mistik  ekstaz yolu ilə 
çatm aq  olar.  N eoplatonizm  qədim  Şərq  fəlsəfəsinin inkişafına 
(Fərabi, İb n  Sina və s.) çox böyük təsir göstərmişdir.
Nifaq  -   münafıqlilc,  ikiüzlülük,  müsəlman  kimi  görünüb 
kafir olmaq.
N ihilizm  
(latınca  «heç  nə»,  «heç  şey»  sözlərindəndir) -  heç 
bir  müsbət idealla bağlı  olmayan  mütləq nöqteyi-nəzər.  Nihili- 
stlər hakim  ideologiyam, hakim  əxlaq və davranış normalarını 
qəti inkar edirdilər. Nihilizm dini m övhum atı, idealist fəlsəfəni
ictimai  və  ailə  həyatında  istibdadı,  «sənət  sənət  üçün»,  «elm 
elm üçün» prinsiplərini rədd edir,  şəxsiyyət azadlığını və qadın­
ların bərabərliyini təbliğ edir və təbiətşünaslığı öyrənməyə çağı­
rırdılar.
N uh 
(ə.)  -   rəvayətlərdə  N u h   peyğəmbərin  (ə.)  əsl  adının
558
intellektual ekologiya
Əbdül-Qəffar,  Əbdül-Məlik,  bəzilərində isə  Əbdül-Əla  olduğu 
qeyd  olunmuşdur.  H əddindən  artıq  ağladığına  görə  onu  N uh 
(o.) deyə çağırırdılar.  Naziksifətli,  hündürboylu,  irigözlü,  nazik 
baldırlı  və  dərisi  buğdayı  rəngli  bir  kişi  olan  N u h   (ə.)  güclü 
məntiqə malik idi.  N u h  peyğəmbər (ə.) indiki nəslin ikinci atası 
sayılır. Tarixi mənbələrdə onun ömrünü 950 il qeyd edirlər.
N u hun (ə.) tufam ndan xilas  olanların sayı haqqında dəqiq 
m əlum at yoxdur.  Bəzi məlumatlara görə, onların sayı 72-80 ol­
muşdur.  N uhun  (ə.)  üç  oğlu  -  Sam,  H am ,  Yafəs  və  arvadları 
da xilas  olmuşlar  ki,  Yer üzərində olan indiki irqlər  onlardan­
dır.
Q uran  ayələrindən  və  s.  mənbələrdən  görünür  ki,  N uhun 
(ə.) tufanı ümumi olub və bütün yer üzünü tutm uşdur. Necə ki, 
onun çağırışı ümumi olub və Yer kürəsinə göndərilən ən böyük 
peyğəmbərlərdən  biridir.  İslam  terminologiyasında  onlara 
«Ulul-əzm»  peyğəmbərlər deyilir.  Qurani-Kərimin əl-Ənkəbut 
surəsinin  15-ci ayəsində buyurulur: «Biz onu (Nuhu) və onunla 
birlikdə  gəmidə olanları  (tufan  bəlasından)  qurtardıq  və  bunu 
(bu hadisəni) aləmlərə (insanlara, sonrakı nəsillərə) bir ibrət et­
dik.»
H ətta  qədim yunan,  İran  və  Hindistan dini-tarixi  kitabla­
rında  da  tufanın  bütün  yer  üzünü tutması  haqqında  dastanlar 
yazılmışdır.
N uhun  obrazı  Şumer və  Babil  mifologiyası  qəhrəmanları­
nın  bir  çox  cizgilərini  belə  özündə  birləşdirir.  (ASE,  7-ci  c., 
s.306)  Azərbaycan  mifologiyasında  da  N uhun  gəmisi  barədə 
rəvayətlər vardır.
Son  m əlum atlara  görə,  bir  qrup  türkiyəli  və  çinli  N uh 
peyğəmbərin  (ə.)  gəmisinin  qalıqlarını  tapıb.  Türkiyə mətbua­
tının m əlumatına görə,  bu iddia ilə H onq-K onqda sənədli film 
çəkilişləri  ilə  məşğul  olan  və  Beynəlxalq  N uhun  Gəmisi Araş­
dırm aları  (N oah's  A rk  Ministries  International)  qrupunun 
üzvləri çıxış  ediblər.  Qrupun üzvü Yanq  Vinq  Çinqin  sözlərinə 
görə,  Ağrı  dağının  təqribən  4  min  metr  hündürlüyündə  olan 
zirvədə 4 min 800 il əvvələ aid olan gəminin taxta hissələri tapı­
559


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə