Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə230/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   226   227   228   229   230   231   232   233   ...   245

611

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

və  Hz. Süleymanın heyvanların dilini anladığı  və onlar  dan or dular 

qurduğu, Kitabdan bir elmə sahib olan alim bir şəxsin bir göz qırpımı 

qədər zaman belə keçmədən Bəlgiysin taxtını çox uzaq mə safələrdən 

gətirdiyi

753


... bildirilir.

Allah, peyğəmbərləri hər xüsusda insanlara rəhbər və ön dər 

tə yin etmişdir. Hər birinə fərqli möcüzələr verib, onları sadəcə axi-

rət işlərində deyil, dünyəvi kəşflərdə də bir ustad etmişdir. Bu gün-

ki maddi və  mənəvi tərəqqinin, texnika və incəsənət sahəsində ki 

elm lərin dahiləri peyğəmbərlərdir. Necə ki, düzəltdiyi gəmi ilə uzun 

müd dət su üstündə qalan və gəmi sənayesini quran Hz. Nuh əley hi-

s-salam, oda atıldığı zaman oranı gülüstana çevirən və yanma yan 

pal tarların istehsal ediləbiləcəyini göstərən Hz. İbrahim əleyhi-s-sa-

lam, Hz. Yusufin qoxusunu çox uzaqlardan hiss edərək qo xu nun 

transfer/nəql edilə biləcəyinə işarə edən Yaqub əleyhis-sa  lam, əsa-

sı ilə vurduğu daşlardan su çıxaran və buruqlar ilə eyni şeyin edi lə 

bi lə cəyini göstərən Hz. Musa əleyhi-s-salam, küləyə minərək hava-

da iki aylıq məsafəni bir gündə qət edən Hz. Süleyman əleyhi-s-sa-

lam, müalicə etdiyi xəstələri müvəqqəti olaraq ölümdən xilas edən 

Hz. İsa əleyhi-s-salam, bir gecədə yeddi qat səmanı aşaraq me ra ca 

yüksələn Hz. Muhamməd (s.ə.s) haqqında Quranda möminlə rə də-

fə lərlə  bəhs edilir.

Rəsulullah (s.ə.s), oxumaq və yazmağın yayğın olmadığı bir cə-

miyyət içində zühur etmiş ümmi (oxuma yazma bilməyən) bir pey-

ğəmbər idi. Qurani-Kərimin ifadəsi ilə daha əvvəl nə bir ki tab oxu-

muş, nə də hər hansı bir yazı yazmışdı.

754


 Bunun hik mə ti, Quranın 

özündən deyil, məhz Allah tərəfindən nazil edildiyi 

ni in 

 sanlara 



göstərməkdir. Ancaq nübüvvət vəzifəsi verilib oxuma ğı, araş dır-

mağı, yazmağı  təşviq edən, elm və alimləri mədh edən ayeyi-kə-

ri mələr nazil olduqda, İslam ümməti içində son dərəcə sürətli bir 

oxu ma-yazma (maariflənmə) səfərbərliyi başladı. Rəsulullah (s.ə.s) 

üm mətini elmə təşviq edərək belə buyurdu:

“Elm öyrənmək hər müsəlman üzərinə  fərzdir”. 

(İbn Macə, 

Mukaddimə, 17)

“Bir kimsə, elm əldə etmək arzusu ilə  səfərə  çıxarsa, Allah o 

in sa nı  cənnətin yollarından birinə sövq edər. Mələklər etdiyindən 

ra zı qal dıqları üçün elm öyrənmək istəyən kimsənin üzərinə qanad-

753 


ən-Nəml, 16-18, 22-26, 40.

754 


əl-Ənkəbut, 48.

İslam və Elm




612

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

la rı nı açarlar. Göylərdə  və yerdə olan hər  şey, hətta suyun al tın-

da kı balıqlar belə alim üçün Allaha istiğfar edərlər. Alimin abid-

dən üs tün lüyü, bütov ayın digər ulduzlara olan üstünlüyü kimidir. 

Alimlər, pey ğəmbərlərin varisləridirlər. Peyğəmbərlər, miras olaraq 

qı zıl və gümüş (mal-dövlət) qoyub getməzlər, onlar elmi miras qo-

yub gedərlər. Kim bu mirası alarsa böyük bir nəsib almış olar”. 

(Əbu 


Davud, Elm, 1/3641; Tirmizi, Elm, 19/2682)

“Mömin, nəhəyat gedəcəyi yer cənnət olana qədər, eşitdiyi heç 

bir xeyir işdən (elmədən) əsla doymaz”. 

(Tirmizi, İlim, 19/2686)

Rəsulullah (s.ə.s) oxumağı və yazmağı bilən səhabələri Mə di-

nə də müsəlmanlara yazı yazmağı öyrətmələri üçün vəzifələndir di. 

(İslama Giriş −Gəncliyin İslam Birliyi−, səh., 109)

Müsəlmanların anlayışına görə oxunmalı olan üç növ kitab var-

dır:

Qurani


a. -Kərim. Bu kitabdan meydana çıxan elmlər:  Əqaid, 

Fiqh, Təf sir, Hədis, Qiraət, Təcvid və s.

Kainat

b. 


. Bu kitabdan meydana gələn elmlər: Fizika, Kimya, 

Bi o l o  giya, Riyaziyyat, Astronomiya, Botanika, Coğrafiya, Həndəsə 

elmləri və s.

İnsan


c. 

. Bu kitabdan meydana gələn elmlər: Tibb, Psixologiya, 

So siologiya, Tarix, Antropologiya və s.

Bu mənada İslamda dini elm, qeyri-dini elm deyə bir təsnifat qo-

yul mamışdır. Yəni bəzi elmlər müqəddəs, bəziləri, ikinci, üçün cü... 

si nif elmlərdir, şəklində bir təsnifat yoxdur. Qurani-Kərim insanı və 

bü tün kainatı incələməyi əmr edir. Bütün elmlər, ayələri anlama ğa 

ça lışmaq məqsədilə Allaha yönəlməyi ifadə edir. Bu səbəblə bü tün 

elm lər qiymətli və bütün elmlər hörmətə layiqdir. İnsanı, kainat və 

Qur anı anlamağa dair elmər bir kompleks olaraq qəbul edilməli dir-

lər. Bunlardan birinə çox meyl edib digərləri ehmal edilərsə, in san 

tə biətinin tarazlığı pozular.

Bunu da ifadə edək ki, din və elm insanın xaricində və insan dan 

ay rı deyildir. İnsan bunları icad edə bilməz, sadəcə kəşf və ya id rak 

edə bilər.



613

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

2. Müsəlmanların Elmə Düşkünlüyü

Peyğəmbər (s.ə.s) Bədr qəzvəsində əsir görürlən müşriklər dən 

fid yə olaraq on uşağa oxuyub yazmağı öyrətmələrini istəmişdir.

755


 

Özü əshabına ən gözəl metodlar ilə hər şeyi öyrətdiyi kimi

756

, onla-


ra da elm öyrətməyə gələn tələbələrə yaxşı davranmalarını və siy-

yət etmişdir. Əbu Harun əl-Abidi belə rəvayət edir: Biz gənc  lər Əbu 



Səiddən bəzi şeylər öyrənə bilmək üçün yanına gedərdik. Bi zi gö-

rən də belə deyərdi:

“Ey Peyğəmbərin bizə vəsiyyət və əmanət etdiyi insanlar, mər-

ha ba, xoş gəldiniz! Rəsulullah (s.ə.s) bizə belə buyurmuşdu:



“İnsanlar sizə tabe olacaqlar. Dünyanın dörd bir yanından si zin 

ya nınıza gəlib dini yaxşı öyrənmək və din elmlərində  dərin ləş mək 

istəyəcəklər. Onlar sizin yanınıza gələndə, onlara qarşı həs sas dav ra-

nın və yaxşılıqla rəftar edin!”” 

(Tirmizi, Elm, 4/İbn Macə, Müqaddimə, 17, 22)

Həzrət Peyğəmbərin nəvəsi Hz. Həsən öz uşaqları ilə qarda şı-

nın uşaq larını toplayıb belə deyərdi:

“Övladlarım! Qardaşımın övladları! Siz bu günkü insanların ki-

çik lə risiniz, ancaq çox yaxında digər insanların böyükləri olacaq-

sı nız. Elə isə mütləq elm öyrənin! Öyrəndiyi elmi əzbərləyib rə va-

yət etməyə gücü çatmayan da onu yazıb evinə qoysun!”

 (Darimi, 

Muqəddimə, 43/517)

Allah Rəsulu (s.ə.s) vəfat etdikdə əmisinin oğlu İbn-Abbas on 

üç yaş larında idi. Elmə olan marağı sayəsində daha sonra çox bö-

yük bir alim olmuşdur. Onun elm yolundakı səyləri öz ifadəsinə gö rə 

be lə idi:

“Rəsulullah (s.ə.s) vəfat edəndə, Ənsardan bir nəfərə:

“Ey filankəs! Gəl fürsət əlimizdə ikən Həzrət Peyğəmbərin əs-

ha bına gedək, bilmədiyimiz şeyləri soruşub öyrənək. Onlar bu gün 

çox durlar, ancaq sabah azalıb gedəcəklər”, dedim. O:

“Sənə təəccüb edirəm ey İbn Abbas. İnsanlarn arasında Pey-

ğəm bərimizin əshabından bu qədər adam var ikən xalqın sə nə eh ti-

yac duyacağını zənn edirsən?” dedi və təklifimi qəbul etmədi.

Mən isə əshabi-kiramdan elm öyrənmək üçün arxalarınca qaç-

ma ğa və onlara suallar verməyə başladım. Kimdəsə bir hə di sin 

755 


Əhməd, 1,247; Vaqtdi, I,129;  İbni  Sa’d, II, 22.

756 


Bu mövzudakı zəngin misallar üçün bax.: Osman Nuri Topbaş, Pey-

gam bər Mesleyi: İn sanın Tərbiyəsi (Təlim Rəhbəri 2), İstanbul 2009.

İslam və Elm




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə