ƏBÜLFƏZ ƏZİMLİ



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə43/50
tarix31.10.2018
ölçüsü1,24 Mb.
#77037
1   ...   39   40   41   42   43   44   45   46   ...   50

Əbülfəz Əzimli
 _____________________________________  
 
 
130 
áèééàòøöíàñëûüûí ñîí íàèëèééÿòëÿðèíäÿí òÿæðèä îëóíìóø øÿêèëäÿ 
èðÿëè  ñöðìöð,  éåðè  ýÿëäèêæÿ  þçöíäÿí  ÿââÿë  éàçûëàíëàðà  ìöíà-
ñèáÿòèíè áèëäèðèð. 
Åëìè  êîíêðåòëèê,  ÿäÿáè  ôàêòëàðûí  ýåíèø  íÿçÿðè  ìèãéàñû, 
ôèêðèí  éûüæàì  øÿêèëäÿ  ÷àòäûðûëìàñû  ìîíîãðàôèéàíûí  åëìè  òÿù-
ëèliíè, äèë âÿ öñëóáóíó õàðàêòåðèçÿ åäÿí æÿùÿòëÿðäèð. Ê.ßëèéåâèí 
"ÕÕ ÿñð Àçÿðáàéæàí ðîìàíòèêëÿðèíèí ÿäÿáè- íÿçÿðè ýþðöøëÿðè" 
ìîíîãðàôèéàñûíû  ÿäÿáèééàòøöíàñëûüûí  ÿñàñ  óüóðëàðûíäàí  ñàé-
ìàã îëàð. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
131 
NƏTİCƏ 
 
Filologiya  elmləri  doktoru,  professor  Kamran  İmran  oğlu 
Əliyevin  özünəməxsus  ədəbi-elmi  maraq  dairəsi,  yaradıcılıq 
axtarışları  vardır.  Onun  “XX  əsr  Azərbaycan  romantiklərinin 
ədəbi-nəzəri  görüşləri”(1985),”Hüseyn  Cavidin  şəxsiyyəti  və 
poetikası”(1997),  “Mirzə  Fətəlidən  Hüseyn  Cavidə  qədər” 
(1998),  “Cavid  möcüzəsi”  (2002),  “Azərbaycan  romantizminin 
poetikası”  (2002),  “Azərbaycan  romantizminin  nəzəriyyəsi” 
(2006), “Romantizm  və  folklor” (2006), “Hüseyn Cavid:  həyatı 
və  yaradıcılığı”  (2008),  “Abbas  Zamanov  olmasaydı”  (2011), 
“Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” (2011), “Tən-
qidin poetikası” (2012) kitabları çağdaş ədəbiyyatşünaslığımızın 
yeni elmi nailiyyətlərindəndir. Kamran Əliyevin  müraciət etdiyi 
hər  bir  mövzu  öz  məzmun  və  forma  strukturu,  ideya-estetik 
məzmunu,  bədii  ifadə  tərzi  ilə  diqqəti  cəlb  edir.  Ənənəvi  möv-
zulara müraciəti ilə o, indiyədək söylənmiş fikirləri təkrar etmə-
miş,  əksinə  hər  məsələyə  özünəməxsus  səciyyələrdən  yanaşmış 
və  hər  zaman  yeni  fikirlər  söyləməyə  çalışmış,  konkret  elmi 
nəticələrə  gəlmişdir.  Onun  tədqiqlərinin  əsas  sahələrindən  biri 
romantizmdir. Romantizm estetikası üzrə təhlil və təsnifləri ötən 
əsrin  səksəninci  illərindən  indiyədək  romantizmə  münasibətdən 
fərqli cəhətlərilə diqqəti cəlb etdi: romantik sənətkarların estetik 
baxışlarını onların elmi-nəzəri  fikirləri və bədii  nümunələri  əsa-
sında şərh etdi. Digər bir elmi yeniliklər: 
-  Kamran  Əliyevin  ədəbiyyatşünaslıq  tarixində  ilk  dəfə 
olaraq romantizmin poetika özəlliklərini təhlil etdi: 
-  romantizmin  bədii-poetik  ifadə  rəngləri  əsasında  gerçək 
elmi səciyyələr verdi; 
-  romantizmdə  bədii-poetik  əlamətləri  müxtəlif  obrazlar, 
təsvir və tərənnüm fiqurları əsasında incələdi;  


Əbülfəz Əzimli
 _____________________________________  
 
 
132 
-  romantizmdə  qəhrəmanın  və  ədəbi  şəxsiyyətin  mövqeyi 
məsələlərini açıqladı;  
- romantiklərdə  həmişə  birinci  cümlədən  sonra  qüsur  söy-
ləməyə adət etmiş tədqiqatçılardan fərqli olaraq, Kamran Əliyev 
saxta və yalançı canıyananlıqla eyiblər irəli sürmədi; 
- romantiklərin yaradıcılıqlarını onların sənətkarlıq keyfiy-
yətləri kontekstindən təhlil etdi; 
-  romantizm  poetikalarına  məxsus  incəlikləri  nizamlı  şə-
kildə təqdim etdi. 
Kamran  Əliyevin  elmi  tədqiq  və  axtarışlarının  əsas  sahə-
lərindən biri də folklor poetikasıdır. “Kitabi-Dədə Qorqud” epo-
sunda  oğuzların  həyatına  və  adət-ənənələrinə,  dünyagörüşünə, 
xalq  yaradıcılığına  məxsus  milli  və  bəşəri  keyfiyyətləri  açıqla-
maq  və  onların  söz  söyləmək  mədəniyyətinə  dair  bacarıqlarını 
əks etdirən təhlillər apardı. Bu təhlilləri biz aşağıdakı kimi təsnif 
edə bilərik: 
1)  tədqiqatçı  Türk  etnosuna  məxsus  etnopoetik  sistemdə 
önəmli  yer  tutan  əlamətləri  açıqlamağa  çalışdı:  məsələn,  ilkin 
olaraq  o,  Türkün  həyat  və  yaşayışında  xüsusi  rol  oynayan  du-
yum  və  düşüncələrin  isnad  formalarını  açıqladı:  xüsusilə  Türk 
poetik  formalarının  Atın  hərəkət  və  yeriş  taktları  ilə  nizam  tap-
dığını göstərdi.  
2) bu sırada tədqiqatçı həm də Dədə Qorqud dilindəki poe-
tik nizama dair təsniflər verdi.  
3) eyni müqayisə və tutuşdurmalarla Kamran “Kitabi-Dədə 
Qorqud” Eposundakı qəhrəmanların Oğuz düşüncəsindəki  məz-
mun strukturlarını açıqladı; 
4)  bu  təhlil  simptomları  içərisində  hər  bir  qəhrəmana  iki 
müstəvi üzərindən təsnif verdi:  
-  bir  qəhrəmanın  şəxsiyyəti,  xüsusilə  Oğuz  şəxsiyyəti 
kontekstində,  


____Romantizmdən eposa: tədqiqin Kamran Əliyev aydınlığı 
 
 
133 
- bir də dastan poetikası üzrə ənənəvi və yeni, orijinal key-
fiyyətlər kontekstində.  
5)  ümumiyyətlə,  bütün  hallarda  Kamran  Dədə  Qorqud 
qəhrəmanlarının  bir-birindən  fərqli  və  bir-birindən  canlı  xarak-
terlərini  səciyyələndirdi: bu səciyyələrdə əsas  ideoloji konsepsi-
ya  o  oldu  ki  Oğuz  elinin  qəhrəmanları  ən  tipik  və  mükəmməl 
özəlliklərə  malikdir  və ümumdünya dastan poetikası  sistemində 
xüsusi yer tutur.  
Dədə  Qorqud  dastanları  bir-birinə  bağlı  və  bir-birindən 
fərqli  məzmun  və  formalardan  ibarətdir  və  hər  bir  qəhrəmanda 
Oğuz  mükəmməlliyi  vardır;  başqa  bir  haldan  yanaşmaqla  deyə 
bilərik  ki,  eyni  zamanda  hər  bir  qəhrəman  özünün  xarakterik 
keyfiyyətlərilə dastan Poetikasında yenidir.  
Kamran  Əliyev  dastan  poetikasında  məzmun  və  forma 
strukturlarını  bir-birilə  bağlı  konseptuallıqdan  təhlil  etmişdir. 
Dastanlardakı şeir şəkillərini təsbit edən məzmun və forma rəng-
lərinə dair bəzi tipik əlamətləri də xarakterizə etmişdir 
 
*  *  * 
Ədəbi  tənqidə  dair  araşdırmalarında  da  Kamran  Əliyev 
təhlil  semantikasına  xüsusi  diqqət  yetirmişdir.  Onun  romantizm 
estetikasında xüsusi yer tutan romantik tənqid və ədəbi proseslə 
bağlı  məsələləri  təhlilə  cəlb  etməsi  bilavasitə  romantizm  siste-
minə  məxsus  olan  qanun-qaydaları  açıqlamaq  meylindən  irəli 
gəlmişdir. 
Sovet dövrü tənqidində romantizmə və romantik sənətkar-
lara münasibətin bəzi vulqar və sinfi yanaşma taktlarını da açıq-
lamağa  çalışan  Kamran  Əliyev  bütün  təhlil  və  təsniflərini  kon-
kret  mətnlər  və  nəzəri-konseptual  qaydalar  kontekstindən  təhlil 
etmişdir.  
Kamran  Əliyev  tənqidlə  ədəbi  proses  arasındakı  münasi-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə