Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Bunlardan hansı təsərrüfat uçotunun növüdür?



Yüklə 79,01 Kb.
səhifə76/82
tarix30.04.2022
ölçüsü79,01 Kb.
#86310
1   ...   72   73   74   75   76   77   78   79   ...   82
eczaciliq

136) Bunlardan hansı təsərrüfat uçotunun növüdür?
A) Maliyyə

B) Marketinq

C) Mühasibat

D) İdarəetmə

E) İstehsal
Təsərrüfat uçotu təsərrüfat proseslərinə nəzarəti həyata keçirmək və idarə etmək məqsədilə onların müşahidə edilməsi, ölçülməsi, qeydiyyatı sistemidir. Təsərrüfat uçotunun aşağıdakı növləri vardır: operativ, statistik və mühasibat uçotu
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 7
137) Bunlardan hansı uçot informasiyasından istifadə edən xarici istehlakçılara aid deyil?
A) Kreditor təşkilatları

B) İnvestorlar

C) Menecerlər

D) Vergi orqanları

E) Auditor xidməti
Hər bir müəssisənin fəaliyyətinin nəticəsi haqqında tam və düzgün informasiyanı əldə etmək üçün uçot siyasəti tərtib edilir. Uçot siyasətinə görə, uçot informasiyasından istifadə edənlər 2 qrupa bölünür: daxili istehlakçılar və xarici istehlakçılar. Daxili istehlakçılara şöbələrin rəhbərləri, menecerlər və marketoloqlar, xarici istehlakçılara kreditor təşkilatları, investorlar, vergi orqanları, auditor xidməti aiddir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 10
138) Bunlardan hansı müxtəlif fondların və iqtisadi ehtiyatların hərəkətini əks etdirir?
A) Maliyyə

B) İdarəetmə

C) Operativ

D) Statistik

E) Təsərrüfat
Maliyyə uçotu-iqtisadi ehtiyatların, müxtəlif fondların hərəkətini əks etdirir, müəssisənin maliyyə vəziyyətini müəyyən edir. Maliyyə fondu müəssisənin xüsusi və cəlb edilmiş vəsaitlərini birləşdirir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 9


Yüklə 79,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə