1047) Göz damcıları hansı qatılığa qədər izotonikləşdirilir?
A) 5 faizə qədər
B) 3 faizə qədər
C) 12 faizə qədər
D) 20 faizə qədər
E) 25 faizə qədər
3 faizə qədər məhlullar hipotonikdir və onları izotonikləşdirmək mütləq lazımdır. Çünki hipotonik məhlullar gözdə ağrı yaradır.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev. . “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 250
1048) Aptekdə hazırlanan inyeksiya məhlulları nə vaxt kimyəvi analizdən keçirilir?
A) Ancaq dərman maddəsi analiz edilir
B) Sterilizasiyadan sonra
C) Analiz edilmir
D) Xəstəyə verilən zaman
E) Məhlul hazırlandıqdan sonra
Aptekdə hazırlanan inyeksiya məhlullarını sterilizə etməzdən əvvəl tam kimyəvi analizdən keçməlidir.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası”. Bakı 1989, səh 218
1049) Yeni doğulmuş uşaqlar üçün məhlullar hansı şəraitdə hazırlanmalıdır?
A) Adi şəraitdə, destillə suyunda
B) Adi şəraitdə, steril destillə suyunda
C) Aseptik şəraitdə, destillə suyunda
D) Aseptik şəraitdə, steril destillə suyunda
E) Adi şəraitdə, adi su ilə
Yeni doğulmuş və 1 yaşına qədər uşaqlar üçün bütün dərmanlar aseptik şəraitdə steril hazırlanmalıdır.
В.М. Грецкий, В.С. Хоменок. Руководство практи. Занятия по Т.Л.Ф. Бакы 1989. səh 292
1050) Yeni doğulmuş uşaqlar üçün aptekdə hazırlanan dərmanlar hansı yoxlamadan keçirilir?
A) Tam kimyəvi analizdən
B) Keyfiyyət analizindən
C) Miqdari analizdən
D) Orqanoleptik analizdən
E) Analiz edilmir
Yeni doğulmuş və 1 yaşına qədər uşaqlar üçün aptekdə hazırlanan bütün dərmanlar tam kimyəvi analizdən keçirilir.
В.М. Грецкий, В.С. Хоменок. Руководство практи. Занятия по Т.Л.Ф. Бакы I hissə 1989. səh 294.
Dostları ilə paylaş: |