1051) Rp: Sol Protarqoli 1%- 200 ml
Natrii chloridi 3,0
D.S. İmalə üçün
Resept neçə hazırlanır?
A) Protorqol suya əlavə edilir və saxlanılır
B) Suyun üzərinə protorqol səpilir, natrium xloridi isə vermək olmaz C) Natrium xlorid suda həll edilir üzərinə protorqol səpilir
D) Protorqol suda həll edilir üzərinə natrium xlorid səpilir
E) Natrium xlorid və protorqol az miqdar suda həll edilir və qalan su əlavə edilir
Məhlula protorqol və natrium xlorid birləşərək, çöküntü əmələ gətirir. Ona görə də natrium xloridi vermək olmaz.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 275
1052) Rp: Kalii permanqanatis 1,0
Aquae destillatae 20 ml
Spiritus aethylicus 15 ml
D.S. xaricə
Resepti hazırladıqda hansı uyuşmazlıq baş verir?
A) Fiziki- kimyəvi uyuşmazlıq
B) Fiziki uyuşmazlıq
C) Kimyəvi uyuşmazlıq
D) Farmakoloji uyuşmazlıq
E) Uyuşmazlıq baş vermir
Spirtin təsirindən kalium permanqanat oksidləşərək qonur rəngli çöküntü verir.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı 1989, səh275
1053) Vişnevski linimentinin tərkibində neçə qram kseroform vardır?
A) 7 qram
B) 1 qram
C) 10 qram
D) 2 qram
E) 3 qram
Ədəbiyyatın göstərişinə əsasən 100 qram linimentin tərkibinə 3 qram kseroform verilir
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” .Bakı 1989, səh 149
1054) Gözü yumaq üçün məhlullar hansı qatılıqda hazırlanır?
A) Hipotonik qatılıqda
B) 1:2 nisbətində
C) 1:10 nisbətində
D) İzotonik qatılıqda
E) Hipertonik qatılıqda
X DF göstərişinə əsasən gözü yumaq üçün məhlullar izotonik olmalıdır.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, C.Ə.Tağıyev. “Dərman formalarının texnologiyası” Bakı 1989, səh 250
Dostları ilə paylaş: |