Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) İnventarizasiyanın aparılması hansı halda vacib deyildir?



Yüklə 311,29 Kb.
səhifə39/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   35   36   37   38   39   40   41   42   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

134) İnventarizasiyanın aparılması hansı halda vacib deyildir?

A) Oğurluq faktı aşkarlanan zaman


B) Maddi – məsul şəxslərin dəyişilməsi zamanı
C) Yanğın zamanı
D) Məhkəmə-istintaq orqanlarının tələbi olan zaman
E) Tədavül xərclərinin ödənilməsi zamanı

İnventarizasiya-mühasibat uçotunun ünsürlərindən biri olub, mühasibat uçotu göstəricilərinin düzgünlüyünü təsdiqləyir və maliyyə-təsərrüfat fəaliyyətinin nəticəsini dəqiqləşdirir. O maddi-məsul şəxslərin dəyişdirilməsi zamanı, oğurluq olduqda, bədbəxt hadisələr zamanı, müəssisə bağlandıqda və məhkəmə-istintaq orqanlarının tələbi olduqda mütləq aparılmalıdır.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti”, II hissə. Bakı 2004. Səh 80




135) Aptekin tədavül xərclərinin uçotunda hansı göstərici nəzərə alınmır?

A) Binanın icarə xərci


B) Əsas vəsaitin təmiri xərci
C) Əmək haqqı xərci
D) Reklam xərci
E) İnventarizasiya zamanı aşkar olunan çatışmamazlıqların maddi-məsul şəxs tərəfindən çəkdiyi xərc

Dərman və tibbi təyinatlı malların istehsaldan istehlakçıya çatdırılması üçün sərf olunan məsrəflər aptekin tədavül xərcləridir. Tədavül xərclərinin uçotunda aşağıdakılar uçota alınır: əmək haqqı xərcləri, sosial ehtiyaclara ödəmələr, binanın icarə haqqı, əsas vəsaitin amortizasiyası, reklam xərcləri, kommunal xərclər, tara üzrə itki xərcləri


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 83




136) Bunlardan hansı təsərrüfat uçotunun növüdür?

A) Maliyyə


B) Marketinq
C) Mühasibat
D) İdarəetmə
E) İstehsal

Təsərrüfat uçotu təsərrüfat proseslərinə nəzarəti həyata keçirmək və idarə etmək məqsədilə onların müşahidə edilməsi, ölçülməsi, qeydiyyatı sistemidir. Təsərrüfat uçotunun aşağıdakı növləri vardır: operativ, statistik və mühasibat uçotu


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 7





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə