942) 1,0 su neçə damcıdır?
A) 5 damcı
B) 20 damcı
C) 25 damcı
D) 18 damcı
E) 15 damcı
X DF-nin göstərişinə əsasən 1,0 su 20 damcıdır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 996
943) Aptekdə steril dərmanların məhlulları hansı üsul ilə hazırlanır?
A) Kütlə-həcm
B) Kütlə-kütlə
C) Həcm-həcm
D) Kütlə
E) Həcm
Aptekdə inyeksiya məhlulları çəki-həcm üsulu ilə hazırlanır, dərman maddəsi çəkilir, həll edici millilitrlərlə ölçülür.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 275
944) Rp: Unguenti Camphorati 10,0
Mentholi 0,2
M.f. ung
D.S. oynaqlara sürtmək üçün
Məlhəmi hazırlamaq üçün neçə qram vazelin tələb olunur?
A) 8,0
B) 10,0
C) 9,0
D) 9,8
E) 10,2
X DF tələbinə əsasən məlhəmin faizi göstərilmədikdə 10%-li hazırlanır. Buna əsaslanaraq kamfora 1,0, vazelin isə 9,0 götürülür.
F.Ə.Təhməzov,K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri.Bakı 2005 səh 187
945) Rp: Mentholi 0,2
Lanolini 5,0
Vaselini 10,0
M.f. ung
D.S. burun məlhəmi
Məlhəm hansı tip məlhəmə aiddir?
A) Ərinti məlhəmi
B) Ekstraksion məlhəm
C) Suspenzion məlhəm
D) Emulsion məlhəm
E) Məhlul-məlhəmlər
Məlhəm əsasları (lanolin və vazelin) əridilir, mentol əlavə edilir. Bu məlhəm ərinti məlhəm adlanır
F.Ə.Təhməzov,K.Y.Əliyeva.Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri.Bakı 2005 səh 188
946) Rp: Cerae 5,0
Lanolini
Vaselini aa 10,0
M.f. ung
D.S.
Məlhəm necə hazırlanır?
A) Otaq temperaturunda vazelin mum ilə qarışdırılır, sonda lanolin əlavə edilir
B) Lanolin əridilir, vazelin əlavə edilir, qarışdırılır, mum əlavə edilir
C) Otaq temperaturunda maddələr həvəngdə qarışdırılır
D) Maddələrin ardıcıl qarışdırılması əhəmiyyət kəsb etmir
E) Su hamamında mum əridilir, üzərinə lanolin əlavə edilir, axırda vazelin ilə qarışdırılır
Məlhəmlərin hazırlanma texnologiyasına əsasən mum əvvəlcə yüksək temperaturda əridilir, üzərinə lanolin, sonra vazelin əlavə edilir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 223
Dostları ilə paylaş: |