932) Ampullardakı məhlulların keyfiyyəti necə yoxlanılır?
A) Keyfiyyət analizi
B) Miqdari analiz
C) Mexaniki qarışığın olub -olmaması
D) Məhlulun pH göstəricisi
E) Məhlulun steril olması
X DF-nın göstərişinə əsasən ampullardakı məhlulların keyfiyyəti keçəri işıqda mexaniki qarışığın olub olmaması təyin edilməlidir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 292
933) Göz damcıları daha çox hansı maddə ilə izotonikləşdirilir?
A) Natrium- xloridlə
B) Kalium -yodidlə
C) Askorbin turşusu ilə
D) Sink -sulfatla
E) Albusidlə
Göz damcıları natrium xlorid məhlulu ilə izotonikləşdirilir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 293
934) Göz damcılarına hansı tələblər cavab vermir?
A) Şəffaf olmalı
B) İzotonik olmalı
C) Stabil olmalı
D) Adi şəraitdə hazırlamalı
E) Steril olmalı
Göz damcıları aseptik şəraitdə hazırlanmalıdır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 293
935) Təsiri uzadılmış dərman formalarına aid olmayan cəhət nədir?
A) Optimal müalicəvi qatılığı təmin edir
B) Dərmanın qəbul sayını artırır
C) Ardıcıl olaraq tərkibindən dərman maddələrini çıxarır
D) Dərmanın qəbul sayını ixtisara salır
E) Vaxtın qənaət edilməsi
Dərmanın qəbul sayını artırırmır, təsir müddətini isə uzadır
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 410
936) Daxilə təyin olunan təsiri uzadılmış dərmana aid olmayan cəhət hansıdır?
A) Tibb işçisinin iştirakının olması
B) Qəbulu sadə və rahat olması
C) Fəsadların kənar edilməsi
D) Az vaxtda müalicəvi təsir əldə edilməsi
E) Ağrıların olmaması (inyeksiyadan fərqli olaraq)
Bu prosesdə tibb işçisinin iştirakı vacib deyil (xəstə dərmanı özü qəbul edir)
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 411
Dostları ilə paylaş: |