937) Qalen preparatları hansı xammaldan hazırlanır?
A) Vitaminlərdən
B) Kimyəvi maddələrdən
C) Mineral maddələrdən
D) Antibiotiklərdən
E) Qurudulmuş dərman bitkilərindən
X DF –nın göstərişinə əsasən Qalen preparatları qurudulmuş dərman bitkilərindən hazırlanır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 418
938) Qalen preparatlarına hansı dərman forması aid deyil?
A) Poroşoklar
B) Tinkturlar
C) Ekstraktlar
D) Şirələr
E) Ətirli sular
Poroşoklar Qalen preparatları qrupuna aid deyil.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 418
939) Apteklərdə hazırlanan dərmanları zavod istehsallı dərmanlardan fərqləndirən cəhət nədir?
A) Avtomatik proseslərdən istifadə olunur
B) Zavodda dərman hazırlanması intensiv gedir
C) Dərmanın keyfiyyəti yüksək olur
D) Fərdi resept əsasında hazırlanır
E) Dərmanların dozalandırılması daha dəqiqdir
Apteklərdə dərmanlar fərdi resept əsasında hazırlanır. Lakin bu dərmanların tez hazırlanmasını təmin edə bilmir.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 336
940) Göz lövhəciklərinin mənfi cəhətlərini göstərin?
A) Göz dərman formalarının təkmilləşmiş formasıdır
B) Hazırlanması çox vaxt tələb edir
C) Dərmanın təsir müddəti uzadılır
D) Az qıcıqlandırıcı təsir göstərir
E) Yararlıq müddəti 12-18 aydır
Göz lövhəciklərinin mənfi cəhəti hazırlanmasına çox vaxt sərf olunmasıdır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 400
941) Büret sistemi üçün qatı məhlullar hansı nisbətdə hazırlanır?
A) 1:5, 1:15, 1:40, 1:4
B) 1:1, 1:10, 1:8, 1:30
C) 1:5, 1:10, 1:15, 1:20
D) 1:2, 1:5, 1:12, 1:25
E) 1:2, 1:5, 1:10,1:20
Büret sistemi üçün qatı məhlullar 1:2, 1:5, 1:10,1:20 hazırlanır.
И.А.Муравьев.Технология лекарственных форм.»Медицина»,Москва,1988 səh 189
Dostları ilə paylaş: |