999) Kollarqol məlhəm əsası ilə birlikdə hansı növ məlhəm əmələ gətirir?
A) Ekstraksion
B) Suspenzion
C) Emulsion
D) Homogen
E) Ərinti
Kollarqol məlhəm əsasında həll olmadığı üçün emulsion məlhəm əmələ gətirir.
F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 189
1000) Göstərilən maddələrindən sink salisilat pastasının tərkibinə hansı daxildir?
A) Salisil turşusu
B) Bor turşusu
C) Streptosid
D) Norsulfazol
E) Əsası bismut nitrat
X DF-nin göstərişinə əsasən salisil turşusu bu pastanın tərkibinə daxildir.
Ə.İ.İsmayılov, F.Ə.Təhməzov. “Dərman formalarını texnologiyası” Bakı 1989 səh 162
1001) Linimentlər hansı məlhəmlərə aiddir?
A) Emulsion məlhəmlərə
B) Məhlul məlhəmlərə
C) Suspenzion məlhəmlərə
D) Ərinti məlhəmlərə
E) Maye məlhəmlərə
Linimentlər və ya maye məlhəmlər dəriyə sürtmək üçün işlənən dərman formasıdır.
F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri”Bakı;2005 səh 175
1002) Pastaların tərkibində bərk dərman maddəsinin miqdarı neçə faiz olur?
A) 25%-dən çox
B) 10%-dən çox
C) 5%-dən çox
D) 20%-dən çox
E) 50%-dən çox
Məlhəmlərin tərkibində bərk dərman maddəsinin miqdarı 25 %-dən çox olduqda pastalar adlanır
F.Ə.Təhməzov, K.Y.Əliyeva “Əczaçılıq texnologiyası üzrə təcrübə məşğələləri” Bakı 2005 səh 191
1003) X DF-da neçə faizli spirt qəbul edilmişdir?
A) Ancaq 95%-li
B) 30%, 40%, 70% və 95%
C) 40%, 70%, 90% və 95%
D) 90%-li
E) 40%, 70% və 90%
X DF göstərişinə əsasən 40%, 70%, 90% və 95%-li spirtlər haqqında məlumat verilmişdir.
F.Ə.Təhməzov, Ə.İ.İsmayılov, C.Ə.Tağıyev “Dərman formalarının texnologiyası” Bakı 1989 səh 84
Dostları ilə paylaş: |