Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) İdarəetmə uçotunun vəzifəsi nədən ibarətdir?



Yüklə 311,29 Kb.
səhifə36/253
tarix13.01.2023
ölçüsü311,29 Kb.
#98501
1   ...   32   33   34   35   36   37   38   39   ...   253
dokumen.tips -web-viewczaci-orta-ixtisasi-uezr-nuemunvi-test-suallari-boelm

125) İdarəetmə uçotunun vəzifəsi nədən ibarətdir?

A) İqtisadi ehtiyatların hərəkətini əks etdirir


B) Uçot informasiyasının əsas növlərini əhatə edərək, müəssisənin fəaliyyətinə nəzarət edir
C) Müəssisənin maliyyə vəziyyətini müəyyən edir
D) Müxtəlf fondların hərəkətini əks etdirir
E) Təsərrüfat əməliyyatlarının gedişinə nəzarət edir

İdarəetmə uçotu informasiyasının əsas növlərini əhatə edir. Operativ şəkildə ölçülür, işlənilir və müəssisə daxilində işlənmək üçün uyğun şöbələrin rəhbərliyinə verilir, müəssisənin fəaliyyətinə nəzarət etmək üçün tətbiq edilir.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti”. II hissə. Bakı 2004. Səh 9




126) Bunlardan hansı müəssisə aktivlərinin xüsusi vəsaitlərinə aid deyil?

A) Nizamnamə kapitalı


B) Sosial tələbat fondu
C) Ehtiyat fondu
D) Xüsusi təyinatlı fondlar
E) Vekseller üzrə alınmış kreditor borcları

Əmələgəlmə mənbələrinə görə müəssisə aktivləri 2 qrupa ayrılır: Xüsusi vəsait və mənbələrin hesabına (cəlb edilmiş) yaradılan aktivlər. Xüsusi vəsaitlərə aiddir: nizamnamə kapitalı, mənfəət, xüsusi təyinatlı fondlar, sosial tələbat fondu, ehtiyat fondu. Cəlb edilmiş vəsaitlərə aiddir: veksellər üzrə, əmək haqqı və alınmış avanslar üzrə yaradılmış kreditor borcları.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 13




127) Mühasibat uçotunda “saldo” nədir?

A) Mənfəət


B) Borclu olmaq
C) Balans
D) Malik olmaq
E) Qalıq

Mühasibat uçotunda qalığa saldo da deyilir. Saldo dövrün əvvəlinə (ilk saldo) və dövrün sonuna (son saldo) ola bilər.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 19




128) Gəlirin təyini üçün aşağıda verilən göstəricilərdən hansı vacibdir?

A) Müəssisənin mal assortimenti


B) Məxaric və mədaxilin məbləği
C) Ümumi mal dövriyyəsi
D) Mədaxilin məbləği
E) Məxaricin məbləği

Aptekin gəlirini təyin etmək üçün bütün mədaxil və məxaric əməliyyatları hesablanmalı, təsərrüfat- maliyyə fəaliyyəti üzrə göstəricilər yekunlaşmalıdır. Məxaric və mədaxilin məbləği aptekin gəlirini təyin edən əsas göstəricidir.


Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti” II hissə. Bakı 2004. Səh 144





Yüklə 311,29 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə