98) Pulsuz buraxılan dərmanlara yazılan reseptlərin yararlılıq müddəti nə qədərdir?
A) 14 gün
B) 10 gün
C) 2 ay
D) 7 gün
E) 1 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmrinə görə, pulsuz buraxılan dərmanlara yazılan reseptlər 14 gün müddətinə etibarlı sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007 ci il tarixində “Reseptlərin yazılması və dərman vasitələrinin aptek müəssisələrində buraxılması qaydaları haqqında” 46 saylı əmri
99) Reseptlərin əczaçılıq ekspertizasının vəzifəsinə bunlardan hansı daxildir?
A) Apteklərə malın alınmasını təmin etmək
B) Statistik uçotu aparmaq
C) Resept yazmaq hüququna malik şəxsi aşkar etmək
D) Mühasibat uçotunu aparmaq
E) Operativ uçotu aparmaq
Reseptlərin əczaçılıq akspertizasının vəzifəsinə aiddir: reseptin uyğun resept blankında yazılmasını təmin etmək, resept yazmaq hüququna malik şəxsi aşkar etmək, reseptin etibarlılıq müddətini təyin etmək, dərmanların buraxılma qaydasını təyin etmək. Beləliklə, RƏE 4 mərhələdən ibarət sayılır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002.Səh 25
100) Apteklərdə hazırlanan vitaminli göz damcıları hansı rəngli etiketlə tərtib olunmalıdır?
A) Yaşıl
B) Çəhrayı
C) Göy
D) Ağ
E) Narıncı
Aptekdə hazırlanan və tərtibata salınan dərmanlar üçün xüsusi qayda təsdiqlənmişdir: “Apteklərdə hazırlanan dərmanların vahid rəsmiləşdirmə qaydası”. Qaydaya görə aptekdə hazırlanan dərmanlar müxtəlif rəngli etiketlərlə təchiz edilməlidir. Etiketlər dərmanın qəbulundan və növündən asılıdır: göz məlhəmləri və damcıları üçün çəhrayi rəngli etiket təsdiqlənmişdir. Yazılar çəhrayı fonda qara hərflərlə yazılmalıdır.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 57
Dostları ilə paylaş: |