113) MPM-ə buraxılan, tərkibində narkotik maddə olan dərmanların siqnaturasında hansı göstərici olmamalıdır?
A) Dərmanların qəbul qaydası
B) Dərmanı hazırlayanın imzası
C) Dərmanın hazırlanma tarixi
D) Dərmanın tərkibi
E) Dərmanın yararlılıq müddəti
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il 120 saylı əmrinə əsasən, MPM-in aptekdən aldığı, tərkibində narkotik maddə olan dərmanların siqnaturasında və etiketində dərmanı hazırlayanın imzası, dərmanın tərkibi, hazırlanma tarixi, analiz nömrəsi, dərmanın yararlılıq müddəti göstərilməlidir.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
114) MPM-də xüsusi resept nüsxələrinin ehtiyatı nə qədər olmalıdır?
A) 2 həftəlik tələbatdan çox olmamalıdır
B) 1 həftəlik tələbatdan çox olmamalıdır
C) 3 aylıq tələbatdan çox olmamalıdır
D) 6 aylıq tələbatdan çox olmamalıdır
E) 1 aylıq tələbatdan çox olmamalıdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 may 2003-cü il 120 saylı əmrində MPM-də və onların aptek şöbələrində resept nüsxələrinin saxlanma və uçotu qaydaları verilmişdir. Qaydalara görə MPM-də xüsusi resept nüsxələrinin ehtiyatı aylıq təlabatdan çox olmamalıdır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 120 saylı əmri
115) Yararsız hala düşmüş arsen anhidridi hansı üsulla məhv edilir ?
A) 1:10 nisbətində spirtdə həll edilir, torpağa basdırılır
B) 1:1000 nisbətində qaynar suda həll edilir, torpağa səpilir
C) Əhəngin 1:12 nisbətində suspenziyası ilə zərərsizləşdirilir, kanalizasiyaya tökülür
D) 10%-li qələvidə həll edilir, qazılmış quyuya tökülür
E) Yandırılır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 28 yanvar 1999-cu il tarixli 05 saylı əmrinə 9 saylı əlavə verilmişdir. Zəhərli maddələrin istifadəsi mümkün olmadıqda məhv edilir. Arsen anhidridi yaşayış yerindən 1 km uzaqlıqda, 1 m dərinlikdə 10%-li qələvidə həll edilib, qazılmış quyuya tökülür və üstü torpaqla örtülür.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 saylı əmri
Dostları ilə paylaş: |