Əczaçı (orta) ixtisası üzrə nümunəvi test sualları Bölmə Əczaçılığın təşkili və iqtisadiyyatı ixtisası üzrə test tapşırıqları


) Göyçiçək çiçəklərinin duru ekstraktı hansı xüsusiyyətə malikdir?



Yüklə 2,03 Mb.
səhifə16/24
tarix17.01.2018
ölçüsü2,03 Mb.
#20842
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

713) Göyçiçək çiçəklərinin duru ekstraktı hansı xüsusiyyətə malikdir?
A) Yuxugətirici

B) Sidikqovucu

C) Bakteriosid

D) Qurdqovucu

E) Spazmolitik
Xammalın tərkibində antosianlar, kumarinlər vardır. Sulu bişirmə və duru ekstraktı sidikqovucu vasitə kimi böyrək və sidik kisəsi xəstəliklərində istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.570.
714) Kalanxoy yarpağının şirəsi nə üçün istifadə edilir?
A) Yuxugətirici kimi

B) Yarasağaldıcı kimi

C) Qurdqovucu kimi

D) Ödqovucu kimi

E) Sidikqovucu kimi
Xammalın tərkibində mikroelementlər(dəmir, maqnezium, kalsium, manqan, alüminium), flavanoidlər, aşı maddələri, askorbin turşusu vardır. Tibbdə şirəsindən istifadə edilir. Cərrahiyədə, stomatologiyada və mama-ginekoloji praktikada antiseptik, yarasağaldıcı və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Həmçinin trofiki yaraların, yanıqların, gec sağalan yaraların, gingivitlərin müalicəsində tətbiq edilir. Preparat epitelizasiyanı gücləndirir, yaranı və zədələnmiş nahiyələri nekrotik toxumalardan təmizləyir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 668.
715) Sumaq yarpağının preparatları hansı təsirə malikdir?
A) Sidikqovucu

B) İltihabəleyhinə

C) İşlədici

D) Bəlğəmgətirici

E) Ödqovucu
Sumaq yarpağı taninin alınması üçün xammal kimi istifadə olunur. Tanin ağız boşluğunun, burunun, udlağın iltihabında qar-qara şəklində (1-2%-li sulu və ya qliserinli məhlulu) və sürtmə dərmanı kimi (5-10%-li məhlulu) tətbiq edilir. 3-5%-li məlhəmini və məhlulunu yanıq yerlərinə, yaralara sürtürlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 511-512.
716) Mentol hansı bitkidən alınır?
A) Razyanadan

B) İstiot nanəsindən

C) Kəklikotundan

D) Evkaliptdən

E) Cirədən
İstiot nanənin çiçək və yarpaqlarında mentol (40-70% ), həmçinin mentolun sirkə və valerian turşuları ilə əmələ gətirdiyi mürəkkəb efirlər vardır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.200-203.
717) Gicitkən bitkisinin latınca adı necədir?
A) Coriandrum sativum

B) Urtica dioica

C) Valeriana officinalis

D) Carum carvi

E) Aralia mandshurica
Gicitkən bitkisinin latınca adı – Urtica dioica.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.162.
718) Qumluq ödotunun çiçəkləri hansı təsirə malikdir?
A) Hipotenziv

B) İşlədici

C) Yuxugətirici

D) Sidikqovucu

E) Ödqovucu
Xammalın tərkibində 7 flavonoid, qatran, efir yağları, aşı maddələri, K vitamini vardır. Ödotunun çiçəklərinin preparatları xolesistitdə, hepatitdə və ödqovucu vasitə kimi tətbiq olunur. Bu məqsədlə çiçəklərinin dəmləməsi, bişirməsi, eksraktı və tablet formasında buraxılan yeni qalen preparatı “Flamin” istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 588-591.
719) Dağtərxunu çiçəkləri hansı yığıntıların tərkibinə daxildir?
A) Sidikqovucu

B) Bəlğəmgətirici

C) Sakitləşdirici

D) Ödqovucu

E) Tərqovucu
Dağtərxunu çiçəklərinin tərkibində 10 flavonoid, xüsusi qoxulu və sarı rəngli efir yağı vardır. Bu yağın əsas tərkib hissəsini tuyon, borneol, kafur və digər terpenlər təşkil edir. Ödqovucu yığıntıların tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.214.
720) “Urtiron” preparatı hansı bitkidən alınmışdır?
A) Üskükotu yarpağından

B) Qaragilə meyvəsindən

C) Gicitkənin kökümsovundan

D) Qarğıdalı saçaqlarından

E) Sarılıqotundan
Son illər gicitkənin kökümsovundan “Urtiron” preparatı alınmış və prostat vəzinin xəstəliklərində istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 162-163.
721) Eleuterokokkun kökümsovundan alınan maye ekstrakt hansı təsirə malik deyil?
A) Zehni fəaliyyəti yüksəldir

B) Eşitməni yaxşılaşdırır

C) Xolesterinin miqdarını azaldır

D) Görmə qabiliyyətini gücləndirir

E) Yuxugətirici
Eleuterokokkun kökümsovunun tərkibində eleuterozidlər, aralin alkaloidi və efir yağları vardır. Xammaldan alınan maye ekstrakt insanın zehni fəaliyyətini stimullaşdırır, görmə qabiliyyətini gücləndirir və eşitməni yaxşılaşdırır. Eyni zamanda, xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, xolesterinin miqdarını azaldır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.512-514.
722) Nar ağacı qabığının sulu ekstraktı hansı məqsədlə tətbiq edilir?
A) Yuxugətirici kimi

B) Qurd əleyhinə

C) İltihab əleyhinə

D) Ödqovucu kimi

E) Sidikqovucu kimi
Nar ağacının qabığı lentşəkilli qurdlar əleyhinə tətbiq edilir. Qurd əleyhinə spesifik təsiri pelletyerin, izopelletyerin və metilizopelletyerin alkaloidlərinin məcmusu təmin edir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.619-622.
723) Qaragilənin dəmləmə və ekstraktı hansı halda istifadə olunmur?
A) Bağırsaq qıcqırmasında

B) Kəskin və xroniki enterokolitdə

C) Şəkərli diabetdə

D) Taxikardiyada

E) Uşaqlardakı ishalda
Qaragilənin dəmləmə, ekstrakt və şərbəti kəskin və xroniki enterokolitdə, çürümə ilə müşayiət olunan bağırsaq qıcqırmalarında, uşaqlardakı ishalda, həmçinin diabetin yüngül formalarında tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.626-628.
724) Hansı bitkidən alınan yağ “Lavian” aerozolunun komponentidir?
A) Ərikdən

B) Lavanda çiçəyindən

C) Qızılgül ləçəklərindən

D) Badamdan

E) Zeytun meyvəsindən
Lavanda çiçəyinin tibbi məqsədlər üçün distillə yolu ilə alınmış efir yağını istifadə edirlər. Lavanda spirti antiseptik təsirli vasitə kimi bəzi linimentlərin və məlhəmlərin tərkibinə daxildir. Lavanda yağı yanıqların müalicəsində tətbiq edilən “Lavian” aerozolunun komponentidir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.193-194.
725) Evkalipt bitkisindən alınan yağ hansı preparatın tərkibinə daxil deyil?
A) “Evkatol”

B) “İnqalipt”

C) ”Evkamon”

D) “İnqakamf”

E) “Lavian”
Evkalipt yağı kompleks preparatların “Evkatol”, “İnqalipt”, “İnqakamf”, “Evkamon”un tərkibinə daxildir. “Lavian” ın tərkibinə isə lavandanın yağı daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.206-208.
726) “Romazulan” preparatı hansı bitkidən hazırlanır?
A) Dazıotundan

B) Gicitkən yarpağından

C) Çobanyastığı çiçəyindən

D) Boymadərən çiçəklərindən

E) Bağayarpağından
Çobanyastığının çiçəyindən “Romazulan” preparatı alınır. “Romazulan” məhlul şəklində olub, tərkibinə çobanyastığının ekstraktı və efir yağı daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 242-245.
727) Boymadərənin dəmləmə və ekstraktı hansı məqsədlə tətbiq edilir?
A) Qurdqovucu kimi

B) Ödqovucu kimi

C) Sidikqovucu kimi

D) Qankəsici kimi

E) İşlədici kimi
Boymadərənin tərkibində efir yağı, alkaloid betonisin və K vitamini vardır. Xammaldan dəmləmə və maye ekstrakt hazırlanır ki, onlar da daxilə və xaricə ağciyər, bağırsaq, uşaqlıq, burun qanaxmalarında qankəsici vasitə kimi tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.245-247.
728) Qaraqınıq otunun dəmləməsi hansı xassəyə malikdir?
A) Sidikqovucu

B) Qurdqovucu

C) Hipotenziv

D) Ödqovucu

E) Bəlğəmgətirici
Qaraqınıq otunun briketi və dəmləməsi kəskin və xroniki bronxitdə bəlğəmgətirici vasitə kimi təyin edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.256.
729) Qaragilə yarpağının dəmləməsi necə təsir edir?
A) Qan təzyiqini aşağı salır

B) Qan təzyiqini yüksəldir

C) Qankəsici təsir edir

D) Qanda şəkərin miqdarını azaldır

E) Sidikqovucu təsir edir
Qaragilə yarpaqlarında aşı maddələri, arbutin qlikozidi, kversetin, ursol və oleanol turşuları vardır. Qaragilə yarpaqlarından diabet xəstəliyi zamanı qanda şəkərin miqdarını aşağısalıcı dərman kimi istifadə edilir. Bu təsir yarpaqların tərkibindəki mirtillinlə bağlıdır. Ona görə də “Arfazetin”, “Mirfazin” yığıntılarının tərkibində şəkərli diabet əleyhinə istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.626-628.
730) Bunlardan hansı mayasarmaşığı qozalarının təsirinə aid deyil?
A) Yuxugətirici

B) Qurdqovucu

C) Sedativ

D) Sidikqovucu

E) Ağrıkəsici
Mayasarmaşığının qozalarını istifadə edirlər ki, onlar da sidikqovucu, sedativ, yuxugətirici və ağrıkəsici təsirlərə malikdir. Qozalardan alınan quru spirtli ekstrakt “Xovaletten”, “Urolesan” və “Valosedan” preparatlarının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.336-339.
731) Hansı bitkinin preparatları güclü kardiotonik təsirə malikdir?
A) Boymadərən otunun

B) Qarğıdalı saçağının

C) Adaçayı yarpağının

D) Gülümbahar çiçəklərinin

E) Qırmızı üskükotunun
Üskükotunun tibbdə tətbiq edilən bütün növlərinin tərkibində kardenolid qlikozidləri vardır. Üskükotunun qlikozidləri müxtəlif etiologiyalı xroniki ürək çatışmazlığında tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 268-275.
732) “Korqlikon” hansı bitkinin preparatıdır?
A) May inciçiçəyi

B) Kombe strofantı

C) Bozsarılıqotu

D) Xoruzgülü

E) Üskükotu
May inciçiçəyinin tərkibində konvallatoksin , konvallozid, konvallotoksol qlikozidləri vardır. “Korqlikon” preparatı may inciçiçəyinin yeniqalen preparatıdır. “Korqlikon” inciçiçəyi yarpağının ürək qlikozidlərinin təmizlənmiş məcmusundan ibarətdir və inyeksiya üçün məhlullar formasında istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.282-283.
733) “Adonizid” hansı bitkinin preparatıdır?
A) Xoruzgülü

B) May inciçiçəyi

C) Kombe strofantı

D) Oleandr

E) Üskükotu
Xoruzgülü otunun tərkubində adonitoksigeninin törəmələri olan kardenolidlər vardır. “Adonizid” yeni qalen preparatı olub, xoruzgülünün qlikozidlərinin məcmusunun 20%-li spirtdəki məhlulundan ibarətdir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.279-280.
734) “Korelborin” hansı bitkinin preparatıdır?
A) Şaxtagülü kökümsovu və kökünün

B) Şirüuyruğu

C) Xoruzgülü

D) Tozağacı

E) Xanımotu
Şaxtagülü kök və kökümsovunun əsas təsiredici maddəsi korelborin- K və korelborin-P adlı ürək qlikozidləridir. “Korelborin” şaxtagülü kökümsovu və kökünün preparatıdır. Preparat tablet və ampul şəklində buraxılır, kardiotonik vasitə kimi istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.294-295.
735) Hansı bitkinin ekstraktı “Sistenal” preparatının tərkibinə daxildir?
A) Qaragilənin

B) Xanımotunun

C) Dəmrovotunun

D) Boyaqotunun

E) Adaçayının
Boyaqotunun ekstraktı “Sistenal” preparatının tərkibinə daxildir. “Sistenal” preparatı spazmolitik və sidikqovucu təsir göstərir, sidik axarlarının əzələlərini boşaldır. Sidikdaşı xəstəliyində tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 528-530.
736) Boyaqotunun quru ekstraktı hansı təsirə malikdir?
A) Spazmolitik

B) Ödqovucu

C) Qurdqovucu

D) Yuxugətirici

E) Hipotenziv
Boyaqotunun kök və kökümsovlarnda rubieritrin turşusu, rubiadin qlikozidi, limon, alma və çaxır turşuları vardır. Boyaqotunun quru ekstraktı spazmolitik və sidikqovucu təsir göstərir, sidik daşlarının xırdalanmasını və orqanizmdən xaric olmasını təmin edir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.528-530.
737) “Senade” preparatının tərkibində hansı bitki xammalı var?
A) Bəlğəmotu kökü

B) Adaçayı yarpağı

C) Evkalipt yarpağı

D) Səna yarpağı

E) Acı yovşanotu
Səna yarpaqlarını işlədici vasitə kimi istifadə edirlər, “Senade”, “Senadeksin”, “Qlaksenna” preparatlarının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.541-543.
738) Yemişan çiçəkləri və meyvəsi hansı xəstəlikdə istifadə edilir?
A) Ürək-damar

B) Qaraciyər

C) Ağciyər

D) Öd kisəsi

E) Böyrək
Yemişanın meyvə və çiçəklərinin tərkibində 10-a qədər flavonoidlər vardır. Bundan əlavə umbelliferon, triterpen saponinlər, lumu və xlorogen turşuları, aşı maddələr, C vitamini vardır. Yemişanın meyvə və çiçəklərindən alınan preparatlardan ürək-damar sistemi xəstəliklərində istifadə olunur. Meyvələrinin dəmləməsi, maye ekstraktı, eləcə də çiçəklərinin dəmləməsi və tinkturası ürək fəaliyyətinin funksional pozğunluqlarında, ürək zəifliyində tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 567-568.
739) Dərman bədrəncinin otu nə məqsədlə istifadə olunur?
A) İltihabəleyhinə

B) Ödqovucu kimi

C) Sakitləşdirici kimi

D) Sidikqovucu kimi

E) Qurdqovucu kimi
Bədrəncin otu sakitləşdirici vasitə kimi dəmləmə şəklində oyanıqlıq halında, yuxusuzluqda və əsəb gərginliyində təyin edilir. Bitkinin ekstraktı, efir yağı və tinkturası “Persen”, “Persen forte”, “Novopassit” “Doppelherz Melissa” nın tərkibində sedativ, spazmolitik, ağrıkəsici, hipotenziv və həzm prosesini yaxşılaşdırıcı vasitə kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.194-197.
740) Göyümçiçəyin kökümsovu ilə köklərindən alınan preparatlar nə üçün istifadə olunur?
A) Bəlğəmgətirici kimi

B) Qurdqovucu kimi

C) Sidikqovucu kimi

D) Ağrıkəsici kimi

E) Ödqovucu kimi
Xammalın tərkibində triterpen saponinlər, qatran maddələri, üzvi turşular, piyli və efir yağları vardır. Öskürəkkəsici , bəlğəmgətirici vasitə kimi müxtəlif infeksiyalarda – ağciyər vərəmi, göyöskürək, tənəffüs sisteminin xəstəliklərində - bronxit, ocaqlı pnevmoniya, bronxoektaz zamanı istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.319-320.
741) Hansı bitki şiddətli zəhərləyici xassəyə malikdir?
A) Acıçiçək kökü

B) İsitməotu

C) Çovdar mahmızı

D) Zəyərək toxumu

E) Bəlğəmotu kökü
Çovdar mahmızı və onun preparatları zəhərlidir. Bu bitkini xüsusi və təcrid olunmuş sahələrdə becərirlər.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 432-436.
742) Çovdar mahmızının preparatları nə məqsədlə istifadə olunur?
A) Taxikardiyaya qarşı

B) Hipotoniyaya qarşı

C) Öskürəyə qarşı

D) Aritmiyaya qarşı

E) Doğuşdan sonrakı qanaxmaya qarşı
Çovdar mahmızının tərkibində erqo və klavin alkaloidləri vardır. Çovdar mahmızından duru ekstrakt, yeni qalen preparatı “Erqotal” və xammaldan alınan fərdi alkaloid duzlarının preparatları: “Erqotamin tartrat” və “Erqometrin maleat” istehsal olunur. Bu preparatlar ginekologiyada uşaqlığın yığılmasını gücləndirmək və uşaqlıq qanaxmalarını dayandırmaq üçün istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.432-436.
743) “Erqotin” hansı bitkidən hazırlanan preparatdır?
A) Çovdar mahmızından

B) Şirquyruğuotundan

C) Batbat yarpağından

D) Subibərotundan

E) Dəlibəng yarpağından
Çovdar mahmızının tərkibində erqo və klavin alkaloidləri vardır. Erqotin—çovdar mahmızının yeni qalen preparatı olub, ballast maddələrdən təmizlənmiş duru ekstraktıdır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.432-436.
744) Acıqovuq kökünün preparatları hansı xüsusiyyətə malik deyil?
A) Ödqovucu

B) Qurdqovucu

C) İştahaartırıcı

D) İşlədici

E) Diuretik
Xammalın tərkibində taraksasin adlanan acı qlikozid, inulin, sterinlər, piyli yağlar vardır. Acıqovuğun köklərindən qatı ekstrakt alınır ki, o da iştahaartırıcı , həzmi yaxşılaşdırıcı , ödqovucu, diuretik, və işlədici vasitə kimi istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 335-336.
745) Çəhrayı qıfotunun (katarantusun) preparatları hansı xəstəlikdə istifadə olunur?
A) Şəkərli diabet

B) Taxikardiya

C) Hipertoniya

D) Xolesistit

E) Xərçəng
Çəhrayı qıfotunun (katarantusun) otundan limfoqranulomatoz və hematosarkomada şiş əleyhinə fəal təsir göstərən “Vinblastin” preparatı istehsal olunur. Xammaldan həmçinin “Vinkristin” preparatı da alınır ki, o da kəskin leykozun, neyroblastomun, süd vəzisi xərçənginin və digər şişlərin müalicəsində tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 444-446.
746) Passifloranın duru ekstraktı hansı təsirə malikdir?
A) Ödqovucu

B) Hipotenziv

C) Sidikqovucu

D) Qurdqovucu

E) Sedativ
Passifloranın tərkibində alkaloidlər, flavonoidlər, kumarinlər, xinonlar vardır. Passifloranın duru ekstraktının sedativ təsiri klinikada müayinədən keçirilmiş və istifadəsinə icazə verilmişdir. Passiflorann duru ekstraktı nevrasteniyada, yuxusuzluqda tətbiq olunur. Bitkinin otundan hazırlanmış duru ekstrakt “Passit”, “Novopassit”, “Passilor”, “Florasan” preparatlarının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.430-431.
747) Cirə meyvəsinin preparatları hansı xüsusiyyətə malikdir ?
A) Yuxugətirici

B) Bəlğəmgətirici

C) Sidikqovucu

D) Qurdqovucu

E) Ödqovucu
Xammalın tərkibində efir yağı, piyli yağ və zülal maddələri vardır. Cirənin meyvələrinin dəmləməsi bəlğəmgətirici kimi tətbiq olunur. Cirənin efir yağı bəlğəmgətirici kimi istifadə edilən “Naşatır – cirə damcısı” preparatının tərkibinə daxildir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 249-252.
748) Böyrəkçayı yarpağı hansı təsirə malikdir?
A) Sidikqovucu

B) Ödqovucu

C) Sedativ

D) Qurdqovucu

E) Hipotenziv
Böyrəkçayı yarpağından hazırlanan sulu dəmləmə azotemiya ilə müşayiət olunan böyrək xəstəliklərində, böyrəkdaşı xəstəliyində, sidikqovucu kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.311-312.
749) Andız kök və kökümsovunun preparatlarının hansı xüsusiyyəti yoxdur?
A) Bəlğəmgətirici

B) Antiseptik

C) Yuxugətirici

D) İltihabəleyhinə

E) Qurdqovucu
Xammalın tərkibində efir yağı, inulin, saponinlər vardır. Efir yağı antiseptik və iltihabəleyhinə təsirə malikdir. Qurdqovucu təsiri də vardır ki, o da tərkibindəki alantolaktonla əlaqədardır. “Alanton” adlı yeni qalen preparatı mədə və onikibarmaq bağırsaq yaralarında selikli qişaları regenerasiya etmək üçün istifadə olunur. Kökümsovu ilə köklərinin bişirməsi tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici vasitə kimi istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.236-238.
750) Eleuterokokkun kökümsovunun preparatları hansı təsirə malikdir?
A) Yuxu gətirir

B) Həzmi yaxşılaşdırır

C) Arterial təzyiqi aşağı salır.

D) Zehni fəaliyyəti stimullaşdırır

E) İştahanı artırır
Xammaldan alınan maye ekstrakt insanın zehni fəaliyyətini stimullaşdırır, görmə qabiliyyətini gücləndirir və eşitməni yaxşılaşdırır. Eyni zamanda xəstələrin ümumi vəziyyətini yaxşılaşdırır, xolesterinin miqdarını azaldır.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 512- 514.
751) “Linetol” preparatı hansı bitkinin yağından alınır?
A) Günəbaxan

B) Zeytun

C) Şaftalı

D) Gənəgərçək

E) Zəyərək
Zəyərək yağından alınan “Linetol” preparatı skleroz əleyhinə və yarasağaldıcı təsirlərə malikdir, yanıqlarda və dərinin şüa ilə zədələnmələrində tətbiq olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.132-134.
752) Levzeyanın kök və kökümsovunun preparatları nə zaman istifadə olunur?
A) Qastritdə

B) Anginada

C) Hipertoniyada

D) Zehni və fiziki yorğunluqda

E) Qəbizlikdə
Bitkinin duru ekstraktı sinir sisteminin funksional pozğunluqlarında, zehni və fiziki yorğunluqda, iş qabiliyyəti azalanda tətbiq edilir. Xammaldan alınan “Ekdison” preparatı tablet şəklində ümumi tonizəedici vasitə kimi tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.634-635.
753) Meşə çiyələyinin yarpağı hansı təsirə malikdir?
A) Sidikqovucu

B) Qankəsici

C) Qurdqovucu

D) Antiseptik

E) Yuxugətirici
Meşə çiyələyinin yarpaqları dəmləmə formasında istifadə edilir. Sidikqovucu vasitə kimi orqanizmdən duzları çıxartmaq üçün podaqrada, artrozda, artritdə, oynaq, öddaşı və sidikdaşı xəstəliklərində istifadə edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.660-661.
754) Bataqlıq qurucası otunun dəmləməsi hansı təsirə malikdir?
A) Diuretik

B) Hipotenziv

C) Antiseptik

D) Spazmolitik

E) Sakitləşdirici
Bitkinin otunun dəmləməsi hipotenziv vasitə kimi hipertonik xəstəliklərin başlanğıc formasında istifadə olunur. Xammalın tərkibində flavonoidlər, karotin, aşı maddələr, qatran, fitosterinlər, efir yağları vardır. Daxilə dəmləmə və tinktura formasında qan təzyiqini aşağı salan vasitə kimi istifadə olunur.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 592-593.
755) Üçbarmaq otu hansı xassəyə malikdir?
A) Öd qovucu

B) Qurdqovucu

C) Sıdikqovucu

D) Yuxugətirici

E) Sedativ
Xammalın tərkibində karotin, askorbin turşusu, flavonoid, efir yağları, selik və aşı maddələri vardır. Sidikqovucu kimi daxilə təyin edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.585-587.
756) Bataqlıq ladan kolunun zoğları hansı xəstəlikdə istifadə olunur?
A) Nevroz

B) Qastrit

C) Hipertoniya

D) Padaqra

E) Bronxit
Bitkinin xırdalanmış zoğları dəmləmə şəklində istifadə olunur. Xammaldan alınmış “Ledin” preparatı və dəmləmə öskürəkkəsici və bəlğəmgətirici vasitə kimi bronxitdə, ağciyər xəstəliklərində və göyöskürəkdə tətbiq edilir.
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh. 232-234.


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə