1047) Yararlılıq müddəti bitmiş və istifadəyə yararsız narkotik, zəhərli və güclü təsirə malik dərman preparatlarının silinməsi hansı sənədlərə istinad edir?
A) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı ildə verilmiş 98 saylı qərarına
B) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü ildə verilmiş 57 saylı qərarına
C) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2007-ci ildə verilmiş 46 saylı əmrinə
D) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1995-ci ildə verilmiş Qanununa
E) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 və 55 saylı əmrlərinə
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, A. Ş. Əlizadə. “Əczaçılığın menecmenti”, II hissə. Bakı, 2004
Əczaçılıq kimyası
1048) “Preparat asan həll olur” anlayışı hansı həll olma nisbətinə aiddir?
A) 1q maddə 100-dən 1000q-a qədər həlledicidə həll olur
B) 1q maddə 10- dan 30q-a qədər həlledicidə həll olur
C) 1q maddə 1-dən 10q –a qədər həlledicidə həll olur
D) 1q maddə 1q həlledicidə həll olur
E) 1q maddə-də 1000-dən 10000q-a qədər həlledicidə həll olur
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979
1049) Mor üsulu miqdarı analiz üsullarından hansıdır?
A) Kompleksonometrya
B) Argentometriya
C) Nitritometrya
D) Merkurimetrya
E) Merkurmoetriya
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979
1050) Argentometryanın Folqard üsulunda hansı indıkator istifadə edilir?
A) Kalium xromat
B) Mureksid
C) Dəmir- ammonium zəyi
D) Kristallik bənövşəyi
E) Metilnarınc
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979
1051) Natrium duzları alovun rəngsiz təbəqəsini hansı rəngə boyayır?
A) Sarı
B) Yaşıl
C) Kərpici –qırmızı
D) Bənövşəyi
E) Al-qırmızı
Ədəbiyyat: H. Əliyev “Əczaçılıq kimyası” 1-ci hissə, Bakı, “Maarif”, 1979
Dostları ilə paylaş: |