68) Azərbaycan Pespublikasının ərazisindən idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq ) tələb olunan prekursor hansıdır? A) Aseton
B) Qliserin
C) Butanol
D) Benzol
E) Metanol
Ədəbiyyat: AzR-sının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və
nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə AzR-sının
ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi
razılıq) tələb olunan prekursorların siyahıları (2005-ci il 28 iyul tarixli 960-IIQ saylı
AzR-sının Qanunu ilə təsdiq edilmişdir). Baki, 2007.
69) Parasetamol preparatının təsiredici maddəsi hansı siyahıya daxil edilmişdir? A) Preparatın təsiredici maddəsi nadir hallarda rast gəlinən və spesifik müalicə tələb
edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına
daxil edilmişdir.
B) Preparatın təsiredici maddəsi ilk yardım vasitəsi kimi istifadə olunan preparatlar
siyahısına daxil edilmişdir;
C) Preparatın təsiredici maddəsi dərman vasitələrinin mədaxil və məxaricinin
hesabatı siyahısına daxil edilmişdir;
D) Preparatın təsiredici maddəsi həyatı vacib və təcili hallarda istifadə olunan dərman
vasitələrinin siyahısına daxil edilmişdir;
E) Preparatın təsiredici maddəsi nadir xəstəliklərin diaqnostikası, profilaktikası və
müalicəsi üçün istifadə olunan preparatlar siyahısına daxil edilmişdir;
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592
s.
70) Sadalananlardan hansı ölkə daxilində istehsal olunan dərman vasitəsinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması üçün təqdim olunan sənədlərin siyahısına daxil deyil? A) Dərman vasitəsinin sabitliyi haqqında sınaqların nəticələri
B) Biomənimsəmənin / bioekvivalentliyin öyrənilməsi haqqında hesabat (orijinal
dərman vasitələrinin analoqları- generiklər üçün)
C) Dərman vasitəsinin istehlakçıya çatdırılmasının logistikası haqqında məlumatlar
D) Dərman vasitəsinin və dərman maddəsinin keyfiyyət sertifikatları
E) Tərkibində generik baxımdan dəyişilmiş orqanizmlər olan dərman vasitələrinin
ətraf mühitə təsir riskinin qiymətləndirilməsi haqqında məlumatlar
Ədəbiyyat: SN-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dair bələdçi
qaydalar. Bakı 2015, 65 s.